Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-32/2023 26.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 25 sentyabr 2022-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkda saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 13:10dan saat 13:40-dək olan vaxtda müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində onun əynindəki tünd mavi rəngli idman şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,865 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,504 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən mütəmadi olaraq istifadə etməklə həmin maddələrin aludəçisidir. Şübhəli şəxs qismində tutularkən Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyüldüyündən ibtidai istintaq zamanı dindirilərkən ifdələrində üstündən aşkar olunmuş 01 büküm narkotik vasitə olan heroini və 01 bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Kövər kəndində tapdığını bildirmişdir. Əslində isə onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə cibinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Döyülməsi barədə prokurorluğa şikayət etmişdir. Polis tərəfindən təzyiqlərə məruz qaldığından xx.xx.2022-ci il tarixdə barəsində şəxsi axtarış və götürmə həyata keçirilərkən üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,865 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda cəmi 0,504 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Kövər kəndində tanışı “Zülfüqar” adlı şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyini qeyd etmişdir. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə polis şöbəsində olan zaman məlumat daxil olmuşdur ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin və psixotro maddə olan metamfetamin vardır və o hal-hazırda Yevlax şəhəri ərazisindədir. O, bu barədə rəhbərliyə məlumat verdikdən və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə təxminən saat 12:30 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən H.Əliyev adına parkın yaxınlığına getmiş, Elnuru həmin parkda görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmiş, Elnura narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bu səbəbdən də polis şöbəsinə getmək lazım olduğunu bildirmiş, Elnur da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Elnura hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə Elnurun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elnurun əynindəki tünd mavi rəngli şalvarının sağ yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Elnurun özü həmin bükümlərin içərisində olan maddələrin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olduğunu, həmin maddələrin ona məxsus olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu və onları üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlələr müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X8 patrul xidməti bölüyü polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 10-11); şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd mavi rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş bükülüləri, 1 ədədinin içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər kütlə və digər bükümün içərisində ağ rəngli, kristal şəkildə psixotrop maddə olan metamfetaminə aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 23-31); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/752 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üstündən.. aşkar edilərək götürülmüş” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffa rəngli sellofan bükümdə, təmiz çəkisi-0.504 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...aşkar edilərək götürülmüş” sözləri, adlar və imzalara yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə, təmiz çəkisi -0.865 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Metamfetaminin təmiz çəkisi -0.504 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,454 qram. Heroinin təmiz çəkisi-0.865 qram tədqiqata sərf edildi-0.05 qram qalıq-0,815 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102,12 manatdır. (iş vər. 42-45); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 11.50-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 65); maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 0,454 qram psixotrop maddə olan metamfetamin və 0.815 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər. 99-100); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonundək yəni, xx.xx.2022-ci il tarixinədək həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vər. 136-138); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.141-142); məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xətəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.148); X2 Yevlax rayon prokuroruluğuna təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə qəbul etmiş və hazırda aludəçi olmuşdur. xx.xx.2022-ci il tarixdə oğlu Elnurun narkotik vasitə almaq üçün ondan pul tələb edir. Onda pulunun olmadığını bildirdikdə oğlu Elnur üzərinə bıçaq çəkərək onun öldürməklə hədələləyir. O, da qorxduğu üçün evdən qaçaraq qızının evinə gəlmiş, hazırda da orada yaşayır. Onun oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və aludəçi olması barədə dəfələrlə Yevlax rayon polis şöbəsinə və “102” xidməti zəng mərkəzi sisteminə məlumat vermiş, rayon polis şöbəsi tərəfindən dəfələrlə ərizəsi alınsa da, oğlu Elnur saxlanılmamışdır. Oğlu Elnur narkotik vasitə almaq üçün evlərinin soyuducu, televizor, məişət və s. digər əşyalarını satmışdır. Bundan başqa evə onun tanımadığı başqa şəxslər gətirərək onların yanında onu təhqir etmişdir. Həmçinin oğlu Təqsirləndirilən şəxs qızının evinə gələrək onu öldürməklə hədələyir. Tədbir görülməsini xahiş edir. (iş vər.81); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yevlax rayon prokuroluğunun böyük müstəntiqi vəzifəsinin icra edən Elvin Xasayevin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Salyan Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 19 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Məhkəmə elektron sisteminin portalından çıxarışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları vardır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Təqsirləndirilən şəxs mövqeyinə görə, Yevlax RPŞ-də ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmiş və bunun nəticəsində üzərində narkotik vasitə olduğunu və onu “Zülfüqar” adlı şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına dair video çəkilişdən müəyyən olunur ki, onun üzərində hər hansı xəsarət olmamış, o, müdafiəçinin suallarına cavab olaraq ona təzyiqin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti üzrə rayon prokuroluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin rədd edilmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini çıxarıb təqdim edərək həmin maddələri xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Kövər kəndində tanışı “Zülfüqar” adlı şəxsdən pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, iş materiallarında olan videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması, habelə ona hər hansı bir təsir və ya təzyiqin olması barədə hər hansı xüsusatı bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, (müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0.815 qram narkotik vasitə olan heroin və 0.454 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 102 (bir yüz iki) manat 12 (on iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmədə göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-32/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-32/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver