Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-32/2024 04.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olunmayan, Yevlax rayonu, Hacımahmudlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda qeyd olunur ki, o, dəqiq müəyyən edilməyən vaxtda və saatda Yevlax rayonunun Hacımahmudlu kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qəsdən qanunsuz olaraq 04 ədəd xeyli miqdarda əkilib-becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkilərinin toxumlarını əkib həmin vaxtdan xx.xx.2023-cü il tarixədək olan müddətdə həmin çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax rayonunun Hacımahmudlu kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə 15 sentyabr 2023-cü il tarixdə saat 18:30-dan saat 18:50-dək olan müddət ərzində video çəkilişlə keçirilmiş baxış zamanı həmin evin həyətyanı sahəsindəki bağ olan ərazidən Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etdiyi uzunluqları 110 sm-dən 160 sm-dək olan, çəkiləri ümumilikdə 4625,0 qram olan 04 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü ilk olaraq təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etsədə son illərdir bundan uzaq durmuşdur. Təxminən 2022-ci ilin payız-qış aylarında Yevlax rayonunda Dəlləklər deyilən ərazidə əkin sulayan zaman 4 ədəd toxum tapmış, daha sonra həmin toxumların nə olduğunu soraqladıqda çətənə olduğunu bilmiş, internetdə googleda axtararkən də çətənə toxumunun onun tapdığı toxumlarla eyni olduğunu öyrənmiş, 2023-cü ildə tarixi dəqiq xatırlamadığı vaxtda evinin məhləsinin baş tərəfində yerləşən kolluqların arasında həmin toxumları əkərək sulamış və bir müddət sonra kolların əməlli böyüdüklərini görmüş, həmin çətənə kollarından gələcəkdə özü istifadə etmək məqsədi ilə əkmiş və bundan ailə üzvlərinin məlumatları olmamışdır. Polis əməkdaşları tərəfindən ona təziq edilmədiyini qeyd etmişdir. Əməlindən peşmandır, narkotik maddə istifadəçisi olmamaqla bu xəstəlikdən əziyyət çəkmir buna görə də narkoloji-tibbi ekspertizanın barəsində verdiyi rəy ilə razlaşmadığını bildirərək onun yenidən narkoloji-tibbi müayyinədən keçirilməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək bildirmişdir ki, o, heç bir yerdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkməmiş, sadəcə polis əməkdaşlarının diktəsi ilə həmin kolları əkdiyini söyləmişdir. Yevlax rayon polis idarəsinin əməkdaşları olan Mahir, Vüqar, Rüfət hətta rayonun keçmiş və hazırki polis rəisləri, eləcədə adının xatırlamadığı rayon prokuroru bu məsələnin nədən ibarət olduğunu yaxşı bildiklərini, Bu çətənə kollarının ona aid olmadığını, məsələyə etiraz olaraq bir neçə ay əvvəl öz ağzını tikərək, qarınını kəsən zaman polis və prokurorluqdan onun narahat olmaması bildirilmiş və cinayət işinə xitam veriləcəyini ona vəd vermişlər. Yevlax rayonunun hüquqmühafizə orqanlarına inanmadığından qeyd etdiyi hallar ilə bağlı müraciət etməmişdir. Məhkləmə nəzarəti qaydasında işlərinə baxılarkən hazırda qeyd etdiklərini bildirməməsinin səbəbini izah edə bilmçəmişdir. Cinayət işinə qanuni və ədalətli baxılmasını və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkül vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə 15 sentyabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 15 sentyabr 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax rayonu, Hacımahmudlu kəndinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Hacımahmudlu kəndində olması barədə onun məlumatı olmuşdur. Onlar Hacımahmudlu kəndində Təqsirləndirilən şəxs yaşadığı evə gedərək ona yaxınlaşmış, o, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, fərdi yaşayış evinə baxış keçirilməli olduğunu izah etmiş və Təqsirləndirilən şəxs Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən həyətyanı sahədə baxış keçirməyə icazə verib-vermədiyini soruşduqda o heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən həyətyanı sahəyə daxil olmuş və həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı həyətyanı sahənin sol tərəfindən girişdən təxminən 15 metr uzaqlıqda birmərtəbəli fərdi yaşayış evinin və onun arxasında həyətyanı sahədə meyvə ağaclarının əkildiyi müəyyən edilmiş həyətyanı sahəyə baxış zamanı həyətyanı sahəsinin sağ tərəfində hasarın kənarında vətəndaş Təqsirləndirilən şəxs tortpaq sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 04 (dörd) ədəd bitki kolu aşkar edilmişdir. Fərdi yaşayış evinə keçirilən baxış Yevlax rayon polis şöbəsinin kriminalistik-tədqiqatlar qrupunun baş inspektoru, X5 tərəfindən “Panasonic” markalı videokamera vasitəsilə çəkiliş edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, 02 (iki) ay əvvəl həmin kolları özünün əkdiyini və nəşə toxumlarını yerdən tapdığını bildirdi. Daha sonra baxışda iştirak edən Yevlax rayonu X4 mütəxəssisi vəzifəsində işləyən, aqronom Vüqar Mahmudov bitkinin narkotik tərkibli çətənə kolları olduğunu və əkilib-becərilməsi qadağan olunduğunu bildirmişdir. Bundan sonra narkotik tərkibli bitki kökündən çıxarılmış, ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinə keçirilən baxış başa çatmış, iştirakçılarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına gəlib, Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. Baxışda iştirak edənlər protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşayan şəxs kimi tanımış, onun Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(iş vər.01); Fərdi yaşayış evinə keçirilməsi və maddi sübutların götürülməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Hacımahmudlu kəndində yerləşən həyətyanı sahəsinin sol tərəfindən yaşayış evinin olduğu, həmin evin arxa hissəsində torpaq sahəsində aqrotexniki qaydada qulluq edimiş yetişdirdiyi narkotik tərkibli bitkiyə bənzər 110 sm-dən 160 sm-dək uzunluqda dörd ədəd bitki kolları aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər.13-16); Yevlax rayonu X2 xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Yevlax rayon Polis şöbəsinin əməkdaşları, Yevlax rayonu Hacımahmudlu kəndində Təqsirləndirilən şəxs həyətyanı sahəsində ona təqdim olunan dörd bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kolları tünd-yaşlı rəngli, spesifik iyə malik və hər birinin hündürlüyü 110 smdən 160-sm dir təxminən bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, yəni gövdə ətrafı torpaq yumşaldılmış, suvarılması üçün xüsusi qaydada düzəldilmişdir və bitkilərin ətrafı alaq otlarından təmizlənmişdir.(iş vər.13-16); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.28-29); Məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Yevlax rayonu, Hacımahmudlu kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan yaşayış evinin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 4 ədəd... bitki kolu” yazısı olan sintetik kisənin içərisindəki uzunluqları 110 sm-dən 16- sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-4625,0 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun xx.xx.2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexnik qaydada qulluq göstərilmişdir. Çətənə bitkilərinin ümumi çəkisi-4625,0 qram cəmi tədqiqata şərf edildi- 0,80 qram ( hər ob 0,20 qram), qalıq-4624,20 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır.(iş vər. 40-42); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(iş vər. 66-67); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir.(iş vər. 72-73); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1945 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (iş vər.88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.89-90); Yevlax rayonu Qaramanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlinin xx.xx.2023-cü il tarixli, 5-9-2/2-268/2023 nömrəli arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşaqları vardır.(iş vər.93); AA seriyalı 086886 nömrəli, AA seriyalı ******* nömrəli, AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü, xx.xx.2009-cu il təvəllüdlü, xx.xx.2021-ci il təvəllüdlü və xx.xx.2022-ci il təvəllüdlü uşaqları vardır. Təqsirləndirilən şəxs yenidən narkoloji-tibbi müayyinədən keçirilməsinə dair məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 955 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri omadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda məhkəmənin icraatında onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi var. O ərizəsində həmin iş üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, lakin narkotik maddə istifadəçisi olmadığını, bu xəstəlikdən əziyyət çəkmədiyini, narkoloji-tibbi ekspertizanın barəsində verdiyi rəy ilə razlaşmadığını bildirərək onun yenidən narkolojitibbi müayyinədən keçirilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ilk olaraq cinayət əməlini etiraf etsə də, iş materiallarında olanxx.xx.2024-cü il tarixli ərizəsində özünü təqsirli bildiyini göstərsə də, daha sonra ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə söylədiyini, bununla da ziddiyyətli ifadələr verməsini məhkəmə onun özünü müdafiə etmək məqsədi daşıdığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik bitki kolları məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdən 17 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dən saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut- 04 ədəd yaş vəziyyətdə çəkisi 4624,20 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat, 35 (otuz beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-32/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-32/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver