Məhkəmə qərarları › İş №1(039)-32/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-32/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-32/2025 25.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, 1-ci qrup Qarabağ əlili, məhkumluğu olmayan, barəsində 13 noyabr 2024-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Vaqif küçəsi, ev 65-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri ilə ona görə ittiham verilmişdir ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Volkswagen Touareg” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs xırdabuynuzlu və iribuynuzlu heyvanları saxlamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən fermaya gələrək avtomobildən düşüb heç bir əsaslı səbəb olmadan həmin fermanın digər bir şəxsə məxsus olduğunu iddia etməklə orada əsassız olaraq videoçəkiliş aparmağa başlamış, Təqsirləndirilən şəxs ferma ərazisində əsassız olaraq videoçəkiliş aparmasını görən fermada yaşayan Gülnar Səfərovanın mobil telefonla Zərərçəkmiş şəxs məlumat verməsindən sonra sonuncu yaxınlıqda olduğundan fermaya doğru gələrək fermanın yaxınlığındakı torpaq yolda “Volkswagen Touareg” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və Təqsirləndirilən şəxs fermanın ərazisini və əraziyə daxil olan əkin sahələrini mobil telefonun kamerası ilə video və fotoçəkilişə aldığını görərək öz mobil telefonunu çıxardıb Təqsirləndirilən şəxs əsassız hərəkətlərini videoçəkilişə alarkən sonuncu Zərərçəkmiş şəxs onu videoçəkilişə aldığını görüb bunu bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan özünə məxsus olan həmin avtomobilə əyləşib avtomobildə olan digər sərnişin Şahid3 yanında avtomobili sürətlə idarə edərək yolun kənarında dayanaraq ona avtomobili saxlaması üçün əl işarəsi edən Zərərçəkmiş şəxs üzərinə tərəf avtomobili qəsdən sürərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına etinasızlıq göstərib, xuliqanlıq niyyətilə “Volkswagen Touareg” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdə olan sol yan güzgüsündən silah qismində istifadə etməklə idarə etdiyi hərəkətdə olan həmin avtomobilin həmin sol güzgüsü ilə Zərərçəkmiş şəxs sol qol nahiyəsindən qəsdən vuraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanılıq niyyətilə Zərərçəkmiş şəxs az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, birinci qrup əlildir. Yevlax şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin sədridir. Qarabağ əlilləri və şəhid ailələri üçün 2024-cü ilin mart ayında Yevlax şəhəri, 32-ci məhəllə adlanan ərazidə yeni fərdi yaşayış evlərinin tikintisinə başlanmışdır. Lakin həmin tikinti gedən əraziyə gedən avtomobili yolu bərbad vəziyyətdə olduğundan həmin yolun bərpa edilməsi üçün Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynova müraciət etmişdir. X11 yolun bərpa edilməsi üçün asfalt qırıntısı vermədiyindən, İlqar Hüseynovun sahibkarlıq, yəni fermer fəaliyyəti ilə bağlı videoçəkiliş apararaq ictimailəşdirmək qərarına gəlmişdir. Buna görə də 2024-cü ilin aprel ayının 3-də saat təxminən 15:30 radələrində özünə məxsus olan “Volkswagen touareg” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışı Vidadi adlı şəxslə birlikdə X7 rayonu, Kövər kənd ərazisində yerləşən fermaya getmişdir. Ferma ərazisinə çatıb avtomobildən düşərək öz mobil telefonu ilə ferma ərazisində İlqar Hüseynovun ferması barədə məlumat verərək videoçəkiliş aparmağa başlamışdır. Video çəkiliş aparan zaman bir qadın onun yanına yaxınlaşaraq video çəkilişi dayandırmasını tələb etmiş və o, həmin qadınla aralarında münaqişə yaranmaması üçün videoçəklişi dayandıraraq avtomobilinə əyləşib ferma ərazisini tərk etməyə başlamışdır. Fermadan çıxdıqdan sonra yolun kənarında dayanaraq əkin sahələrini mobil telefonu ilə çəkməyə başlamışdır. Əkin sahələrini videoya çəkdikdən sonra avtomobilinə əyləşərək torpaq yol ilə ferma ərazisini tərk etməyə başlamışdır. Yol ilə hərəkət edərkən yolun ortasında bir nəfər şəxsin əlində olan mobil telefonla onun avtomobilini çəkdiyini görmüşdür. Həmin şəxsin yolun ortasında dayanaraq onu videoya çəkdiyini gördüyü üçün avtomobilinin hərəkətini dayandırmamışdır ki, həmin şəxs avtomobilin hərəkət etdiyini görərək yoldan kənarlaşacaqdır. Lakin həmin şəxs avtomobilini hərəkət etdirməsinə baxmayaraq sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs yoldan çıxmamış və onun avtomobilinin sol yan güzgüsü Zərərçəkmiş şəxs sol qol nahiyəsindən dəymişdir. Avtomobilin Zərərçəkmiş şəxs dəydiyini görsə də münaqişə baş verəcəyindən qorxduğu üçün avtomobili saxlamayaraq oradan uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs özü onun idarə etdiyi avtomobilə əl atmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs kim olduğunu və nə məqsədlə onu videoya çəkdiyini bilməmişdir. Əgər Turalı avtomobillə vursaydı o, yıxılardı və oradan uzaqlaşdıqdan sonra ayaq üstə durub çəkiliş apara bilməzdir. Zərərçəkmiş şəxs avtomobili ilə vurmazdan öncə onların arasında təxminən 100 metr məsafə olmuşdur. Fermaya gedən zaman onun yanında Vidadi adlı şəxs olmuşdur. Vidadidən dost kimi onunla getməsini xahiş etmişdir. Lakin Vidadi onun fermaya nə məqsədlə getdiyini bilməmişdir. Vidadinin hadisə ilə bağlı heç bir iştirakçılığı olmamışdır. Fermaya getməyinin səbəbi Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynovun şəhid ailələrinə məxsus küçə yolunun bərpa edilməsi üçün asfalt qırıntısı verməməsi, asfalt qırıntılarından ferma ərazisinə daşınması olmuşdur. Belə ki, İlqar Hüseynov öz mal-qarasının yoluna asfalt qırıntısı tökdürmüş və onlara verməmişdir. Onu ifşa etmək üçün fermaya getmişdir ki, çəkib ictimayətləşdirsin. X6 rəsmi mülkiyyətində olmamasını bilsə də, İlqar Hüseynova məxsus olduğunu bilmişdir. Məhkəmədən 1-ci qrup Qarabağ əlili olduğunu, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərcəkmış şəxsdən dəfələrlə üzr istəməsini, hətta mobil telefon vasitəsilə video çəkərək İlqar müəllimdən rəsmi üzr istəməsini paylaşdığını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə ifadəsində göstərmişdir ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən fermanı reallıqda özü işlədir. Lakin fermanı alan zaman əmisi oğlu X2 adına rəsmiləşdirmişdir. Fermanın ərazisi 15 hektardan ibarətdir. Fermada 50 baş xırda buyuzlu və 15 baş iribuynuzlu heyvana baxır. Həmin fermada X5 və sonuncunun əri Şahid2 işləməkdədirlər. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində fermanın əkin sahəsində ot biçdirən zaman Gülnar Səfərova ona zəng edərək iki nəfər şəxsin fermaya gələrək ferma ərazisində videoçəkiliş apardıqlarını və onunla mübahisə etdiklərini bildirmişdir. O, həmin şəxslərin kim olduqlarını öyrənmək üçün sahədən fermaya gedən yola çıxmış və bu zaman sonradan adının Aqif olduğunu bildiyi, bir qolu olmayan şəxsin “Volkswagen touareg” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilini fermadan gələn torpaq yolda saxladığını və fermanın əkin sahəsini mobil telefonu ilə çəkdiyini görmüşdür. O, Aqifi gördükdə onların arasında təxminən 70-80 metr məsafə olmuşdur. O, həmin şəxslərin kim olduqlarını və nə məqsədlə fermda çəkiliş apardıqlarını dəqiqləşdirmək üçün Aqif və yanındakı şəxsə tərəf yaxınlaşmağa başlamışdır. O, bu zaman öz mobil telefonu ilə çəkiliş aparmağa başladı ki, həmin şəxslər ona qarşı hər hansı qanuna zidd hərəkətlər etsə gələcəkdə bunu sübut edə bilsin. O, Aqif və yanında olan şəxslərə tərəf yaxınaşmaq istədikdə Aqif “Volkswagen touareg” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücü oturacağında və yanındakı tanımadığı şəxs isə Aqifin yanında sərnişin oturacağında əyləşmiş və qəflətən qərəzli olaraq Aqif avtomobili onun üzərinə doğru sürməyə başlamışdır. O, əl-qol hərəkətləri edərək Aqifdən avtomobili dayandırmasını istəmiş və qəsdən yolun ortasında dayanmışdır ki, Aqif avtomobili saxlamağa məcbur qalsın. Lakin Aqif avtomobili qərəzli olaraq onun üzərinə sürmüşdür. O, Aqifin idarə etdiyi avtomobil ilə onu vuracağını gördüyündən kənara çəkilmək istəmişdir ki, Aqif onu vurmasın. Lakin Aqif avtomobili yüksək sürətlə idarə etdiyindən və avtomobili onun üzərinə sürdüyündən o, nisbətən yoldan kənara çəkilsə də Aqif idarə etdiyi “Volkswagen touareg” markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəsən onu vurmuşdur. Aqifin avtomobilinin sol yan güzgüsü onun sol qolundan dəymiş və nəticədə o, xəsarət almışdır. O, xəsarət aldıqdan sonra Aqif avtomobili saxlamamış və həmin süətlə oradan uzaqlaşaraq getmişdir. O isə fermaya getmiş, fermaya getdikdən sonra Yevlax RPŞ-nə müraciət etmiş və bundan sonra ekspertiza müayinəsindən keçmişdir. O, hadisə baş verənədək Təqsirləndirilən şəxs tanımamış, onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmaq niyyəti yoxdur. Məhkəmə icasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. İİ qrup Qarabağ əlilidir. Səhhəti ilə əlaqədar güclü təsir edici dərmanlar qəbul edir. Yaddaşı çox zəifdir. Şahid3 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Qarabağ əlilləri və şəhid ailələri üçün 2024-cü ilin mart ayında Yevlax şəhəri, 32-ci məhəllə adlanan ərazidə yeni fərdi yaşayış evlərinin tikintisinə başlanmışdır. Lakin həmin tikinti gedən əraziyə gedən avtomobili yolu bərbad vəziyyətdə olduğundan həmin yolun bərpa edilməsi üçün Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynova müraciət etmişlər. X11 yolun bərpa edilməsi üçün asfalt qırıntısı verməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, onunla birlikdə bir yer ora getsin. Lakin həmin vaxtı Aqifin hara getdiyini bilməmişdir. Aqifin idarə etdiyi Volkswagen Touareg” markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Aqif avtomobili idarə edərək Yevlax rayonu, Kövər kəndi ərazisində olan fermaya getmişdir. Lakin orada nə baş verdiyini xatırlamır. Fermadan qayıdan zaman isə dərmanların təsirindən avtomobildə mürgüləmişdir. Polis şöbəsində verdiyi izahatı dəqiq xatırlamır. Polis şöbəsində bir iki kəlmə izahat vermişdir. Polis şöbəsində onun izahatına nə yazıldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Kövər kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fermada əri Şahid2 ilə birlikdə çoban kimi işləyir və həmin fermada yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində fermanın ərazisində yerləşən bostanda təsərrüfat işləri ilə məşğul olarkən tanımadığı qara rəngli bir avtomobili fermanın ərazisinə daxil olduğunu görmüşdür. Həmin vaxt ferma ərazisində heç kimsə olmadığından bostandan çıxaraq həmin avtomobilə doğru hərəkət etməyə başlamışdır. Bu zaman avtombildən düşən iki nəfər şəxsin ferma ərazisndə mobil telefonla çəkiliş apardığını görmüşdür. Həmin şəxslərdən bir qolu olmayan şəxs mobil telefonla ferma ərazisində videoçəkliş apararaq danışmışdır. Həmin şəxs kiminsə ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin o, dəqiq olaraq həmin bir qolu olmayan şəxsin kimin barəsində nə danışdığını bilməmişdir. Digər şəxs isə heç bir şey danışmadan orada dayanmışdır. Həmin şəxslərdən ferma ərazisinə qanunsuz daxil olduqlarını deyərək fermanın ərazisini tərk etmələrini xahiş etmişdir. Lakin bu dəfə bir qolu olmayan adını bilmədiyim şəxs telefounu cibinə qoyaraq onunla mübahisə etmişdir. Təkidlə həmin şəxsdən fermanın ərazisini tərk etməsini tələb etdiyi üçün həmin şəxslər avtomobilə əyləşərək fermanın ərazisindən çıxmağa başlamışlar. Həmin şəxslər fermanın ərazisini tərk etməyə başladıqda o, ferma sahibi Zərərçəkmiş şəxs zəng edərək baş verən hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs fermaya gəlmişdir. Tural fermaya gəldikdə sol qolunu tutumuşdur və Turalın qolu qızarmış vəziyyətdə olmuşdur. Turalın qoluna su qoymuşdur. Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs həmin şəxsin idarə etdiyi avtomobili onun üzərinə sürdüyün və avtomobili ilə onu vuraraq xəsarət yetirdiyini bildirmiş və polis şöbəsinə müraciət etmək üçün ferma ərazisindən çıxaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Kövər kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fermada arvadı X5 ilə birlikdə çoban kimi işləyir və həmin fermada yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:30 radələrində fermada olmadığı müddətdə fermanın ərazisinə iki nəfər tanımadığı şəxs gəlmiş və həmin şəxslərdən biri arvadı Gülnar Səfərova ilə əsassız yerə mübahisə etmişdir. Həmin şəxs idarə etdiyi avtomobil ilə fermanın yolunda ferma sahibinin oğlu Zərərçəkmiş şəxs qəsdən vuraraq xəsarət yetirmişdir. Bu barədə sonradan fermaya qayıtdıqdan sonra məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs fakta görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v 1) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 xx.xx.2024-cü il tarixli, 194 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol saidin aşağı 1/3-nin və sol mil bilək oynağının şişkinliyi, sol mil sümüyünün tipik yerdən sümüküstü altı sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. (i.v.10); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1822 nömrəli rəyindən görünür ki, Volkswaqen Touarq markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2024-cü il tarixli Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsüf edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası ƏƏSMN-i Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci dərəcəli əlildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus olan və cinayətdə istifadə edilən əşya yəni, Volkswaqen Touarq markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəlişəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır”(maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir (maddə 33.4). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə Məhkəmə həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir Qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki işdə isə məhkum cinayətkar əməlinin (yuxarıda verilmiş təsvirdən çıxış edərək) xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. İbtidai istintaq orqanının və məhkəmələrin məhkum hərəkətlərini “heç bir əsaslı səbəb olmadan” törədilən əməl kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Məhkum təsvir edilən hərəkətləri, yəni qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasının hər hansı ağırlaşdırıcı əlamətlə və yaxud xuliqanlıq cinayəti ilə müşayiət olunmaması məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmənin İcmalı 2) müəyyən edilmişdir ki, bir sıra hallarda xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilir. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il 15 №-li qərarının 58-ci bəndinə əsasən bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti yetirilməsi ekspertiza rəyi ilə təsdiqini tapsa da, onun tərəfindən xuliqanlıq cinayətinin əsas əlaməti olan ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərin edilməsi və cəmiyyətə açıqca hörmətsizlik etməsi sübuta yetirilmir. Məhkəmə təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə münasibətdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs əməllərinin qəsdən sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirir lakin həmin əməli xuliqanlıq niyyəti ilə törətməsi nəticəsinə gəlmir. Yəni başqa sözlə desək təqsirləndirilən şəxsin müvafiq cinayət əməlinin təqsirli bilindiyi cinayət-hüquq normasının (AR CM 127.2.3) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs təsvir edilən hərəkətləri, yəni qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasının hər hansı ağırlaşdırıcı əlamətlə və yaxud xuliqanlıq cinayəti ilə müşayiət olunmaması təqsirləndirilən şəxsin hərəkətlərinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, qarabağ əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi aparıldığı əraziyə gedən yol bərbad olduğundan Yexlax şəhər icra hakimiyyətinin müavini İlqar Hüseynova həmin yolun bərpa edilməsi məqsədi ilə asfalt qırıntısı verilməsi ilə əlaqədar müraciət etmiş X11 asfalt qırıntısı vermədiyindən 3 aprel 2024 cü il tarixdə özünə məxsus avtomobillə tanışı Vidadi adlı şəxslə İlqar Hüseynovun sahibkarlıq fəaliiyəti ilə məşqul olmasını sosial şəbəkələrdə ictimaiiləşdirmək məqsədi ilə məxsus fermaya gələrək video çəkiliş apardığını fermadan tanımadıqı qadın ondan çəkilişi dayandırmağı tələb etmiş o avtomobilinə əyləşərək ferma ərazisini tərk edərkən yolda bir nəfərin onu telefonla çəkdiyini görmüş həmin şəxsin yoldan cıxmamsını nəticədə sol yan güzg ünün həmin şəxsin sol qol nahiyəsinə dəydyini Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçiliyi və ya ədavəti olmamış, Zərərçəkmiş şəxs kim olduğunu və nə məqsədlə onu videoya çəkdiyini bilməmiş və Zərərçəkmiş şəxs avtomobili ilə vuraraq xəsarət yetirmək niyyəti olmamışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 03 aprel 2024-cü il tarixdə, saat 16:00 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin zərərçəkmiş və şahidlərin hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. İş materialları ilə müəyyən olunur ki, hadisə Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən ferma yolunda baş vermişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs hərəkətləri, hətta hadisənin gedişində az ağır xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik deyildir, niyyəti barışmazlıq, hərəkətverici amil rolunu isə öz düşüncəsində çəkiliş apararaq sosial şəbəkələrdə yayaraq təsir metodu kimi istifadə etmək olmuşdur yəni, motiv xuliqanliq cinayət hərəkətini törətmək yox məqsədi ictimaiyyət qarşısında ifşa etmək olmuş və ictimai fikri bu hadisələrə cəlb etmək olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin əməlində 221.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilməli, təqsirləndirildiyi CM-nin 127.2.3-cü maddəsinə dair hissədə dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət mühakimə icraatının əsas vəzifələrindən biri təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Maddə 21. cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.2. Məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.1.4. məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə. 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Maddə 350.2. bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət qanunvericiliyin istinad edilən CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini və 1-ci qrup Qarabağ əlili olmasını CM-nin 59-cu maddəsində cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, təqsirləndirilən şəxs X3 əvvələrdə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, Yevlax rayon məhkəməsi xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 70-ci maddəsi tətbiq edilməklə məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 70-ci maddəsi tətbiq edilməklə məhkum edilmiş və göründüyü kimi X3 bundan nəticə çıxartmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1.-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, 1 qrup əlil olmasını ona islah içləri cəzası təyyin olunması qanunla qadağan olunmasını əməlindən səmimi peşman olmasını zərərçəkmiş şəxsin ondan çikayətçi olduğunu habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Yevlax şəhəri, Vaqif küçəsi, 65 nömrəli evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və izah edilməlidir. CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 42 (qırx iki) manat ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Vaqif küçəsi, ev 65 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və izah edilsin. İşdə olan 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar