Məhkəmə qərarları › İş №1(039)-33/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-33/2020

13.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-33/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Ərəş bələdiyyəsinin nümayəndəsi Cəfərov Röyal Kazım oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Yevlax rayonu Meyvəli kəndində müvəqqəti yaşayan, barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiriseçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Yevlax rayonu Ərəş bələdiyyəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsəsnamə" ilə müəyyən olunmuş səlahiyyətlər daxilində xx xxxxx 2019-cu ildə keçirilmiş monitorinq zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində atası Mətləb Məmmədovun xüsusi mülkiyyətində olan 5 hektar və Zərərçəkmiş şəxs tərəfindən verilmiş 1 hektar hissəsi olmasına baxmayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Yevlax rayonu Meyvəli kəndi ərazisində yerləşən, rayonun Ərəş bələdiyyəsinin mülkiyyətində olan uqodiyası kənd təsərrüfatı təyinatlı ümumi istifadədə olan örüş sahəsinin 0.80 hektar hissəsini həmin bələdiyyənin razılığı olmadan, habelə ona həmin ərazidə özbaşına becərmə işləri aparmağın qadağan olunması barədə həmin bələdiyyə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə məhəl qoymadan həmin ərazini 2019-cu ilin aprel ayının sonlarından avqust ayının ortalarınadək traktor vasitəsilə şumlatdırmış, arxlar çəkdirmiş, əkin üçün yararlı vəziyyətə gətirmiş, öz həyətində yetişdirdiyi qarpız şitillərini gətirib orada əkərək dəfələrlə suvarmaqla qanunsuz olaraq öz başına becərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,Yevlax rayonu Meyvəli kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Ailəsini dolandırmaq məqsədilə 2019-cu ilin mart ayının sonlarında Meyvəli kəndinin təpəlik hissəsində 80 sot torpaq sahəsində qarpız əkmişdir. Beləki, o, 2019-cu ilin mart ayında həmin torpaq sahəsini əkib becərmək üçün kəndin bələdiyyəsi vəzifəsini icra edən Zivər Məsimovaya müraciət etmişdir. Lakin, Zivər xanım ona həmin yerlərin ümumi istifadədə olan torpaqlar olduğuna görə əkilib becərilməsi qanunla qadağan olunduğunu demişdir. O da bir müddət gözləmiş və həmin yeri əkməmişdir. Lakin, onun heç bir yerdən qazancı olmadığına görə, həmçinin ailəsini dolandıra bilmədiyinə görə məcbur olub həmin torpaq sahəsində qarpız bitkisi əkib becərmişdir. Bunun üçün adını və telefon nömrəsini bilmədiyi traktorçuya 2019-cu ilin aprel ayının əvvəllərində həmin torpaq sahəsiniin 80 sotunu şumlatdırmışdır. Daha sonra isə həmin şumlanmış ərazini lək olaraq düzəltmişdir. O, traktorçuya ümumilikdə 100 manat pul vermişdir. Daha sonra isə həyətində olan qarpız ştillərini həmin torpaq sahəsində əkib becərmişdir. O, həmin torpaq sahəsini vedrə və arx vasitəsilə suvarmışdır. 2019-cu ilin iyul ayının 20-dən sonra həmin torpaq sahəsindən əldə etdiyi qarpızları yığmış və bostandan tanımadığı alverçilərə kilosu 10-15 qəpiyə satmışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışdığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Cəfərov Röyal Kazım oğlu ifadəsində göstərdi ki,Meyvəli kəndində yaşayan bir çox sakin kəndin təpəliklər hissəsi tərəfindəki ümumi istifadədə olan bələdiyyə torpaqlarını əkmək üçün icazə istəsələr də keçmiş bələdiyyə sədri tərəfindən heç birinə icazə verilməmişdir. Həmin sakinlər içərisində Meyvəli kənd sakinləri Elburus, Aqil, Taleh və Rövşən də olmuşdur. Onlar ümumilikdə 4 hektar torpaq sahəsini zəbt edərək şumlatmış və qarpız bitkisi əkmişlər. Daha sonra isə Əmlak Məsələləri Dövlət komitəsi Mirgəçevir Ərazi şöbəsinin əməkdaşları ilə həmin əraziyə baxış keçirilmiş və akt tərtib edilmişdir. Belə ki, Elburus, Aqil, Rövşən və Taleh həmin ərazidə qarpız əkib becərmişdirlər. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olmaqla, torpaq sahəsindən artıq istifadə etmədiyini nəzərə alıb ondan hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayonu Meyvəli kəndində bir az yaşlı övladı və həyat yoldaşı ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Ailəsini dolandırmaq məqsədilə bostanlarda fəhləlik edir. 2019-cu ilin yaz aylarında qardaşı Elburus və həmkəndlisi Rövşən bələdiyyə tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq sözü gedən torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və qarpız əkmək üçün tanımadığı traktorçuya torpağı şumlatmışlar. Şahid2 məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid qismində dindirilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir ərazi şöbəsində məsləhətçi vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən gürünür ki, 2019-cu ilin aprel ayında Yevlax rayonu Ərəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Zivər Məsimova ona zəng edərək Yevlax rayonu Meyvəli kəndi ərazisində Kəlbəcər rayon məcburi köçkünləri tərəfindən ümumi istifadədə olan örüş sahələrinin əkildiyini, bunun qarşısını ala bilmədiyini bildirmişdir. Həmçinin, dəfələrlə ona müraciət edən Aqil Allahverdiyevə, Elburus Məmmədova, Təqsirləndirilən şəxs və Taleh Bədəlova həmin ərazinin kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətində olan örüş torpaqları olduğunu bildirmiş, bu torpaqların əkilməsinin qanunla qadağan olunduğunu demişdir. Lakin, həmin şəxslər onun şifahi xəbərdarlığına məhəl qoymamışlar. Buna görə də, Zivər Məsimova və müdür müavini Asif Nuriyevlə birlikdə Zərərçəkmiş şəxsnə daxil olan Meyvəli kəndində yerləşən örüş sahəsinə getmişlər. Orada Elburus, Elçin, Rövşən və Aqil adlı şəxslərin həmin örüş sahəsini özbaşına qanunsuz olaraq şumlamış olduqlarını müəyyən etmişlər. Onlar bu barədə akt tərtib etmiş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərmişlər. Zəbt olunmuş torpaq sahəsinin ölçüləri və koordinatları müəyyən olunmuş, ərazinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Meyvəli kəndində yerləşən örüş sahəsidir. Həmin ərazi Meyvəli kəndinin şimal tərəfində yerləşən təpəliklər olan hissəsi istiqamətində təpəliklərdən təxminən 400 metr məsafədə yerləşir. Ərazi torpaq və yaşıllıq səthindən ibarətdir. Ərazinin şimal hissəsi təpəliklər, cənub hissəsi isə Meyvəli kəndində olan yaşayış sahələridir. Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini göstərmiş və torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir. (iş vər. 41-43); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( iş vər. 27); Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxshimayəsində xx xxxxxx 2014-ci il təvəllüdlü Zənurə, xx xxxxxx 2015-ci il təvəllüdlü Yaqut və xx xxxxxxxx 2016-cı il təvəllüdlü Ayxan adlı üç azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxsin nümayəndəsi Cəfərov Röyal Kazım oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahidlərin məhkəmədə səsləndirdiyivəiş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsna təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ibtidai istintaqda göstərdiyi 30 (otuz) saat, məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 252 (iki yüz əlli iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar