Məhkəmə qərarları › İş №1(039)-33/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-33/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-33/2021 11.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 İman qızının, müdafiəçilər- Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 , təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə, xx.xx.1971-ci ildə Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olan, Yevlax şəhəri 32-ci məhəllə ev 3, mənzil 27 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsləri ilə, xx.xx.1973-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax şəhəri Meşə qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsləri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olaraq, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ictimai yer olan Yevlax şəhəri H.Əiyev prospekti 110 ünvanında yerləşən 10 saylı internat məktəbinin binasında müvəqqəti məskunlaşıb yaşayan Kəlbəcər rayonundan məcburi köçkün Zərərçəkmiş şəxs1 yaşadığı otağın qapısını döyərək sonuncunun arvadı Zərərçəkmiş şəxs2 onlara əxlaqsızlıqla məşğul olmaq üçün qadın tapmasını uca səslə tələb edən zaman sonuncu onlara çıxıb getmələrini desə də, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb onunla mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayaş qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə oraya gəlmiş Zərərçəkmiş şəxs1 gözü qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək əli ilə qəsdən onu vurub sol bazunun yuxarı 1/3-nin ön səthinin qançırı xəsarəti yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirən şəxs qismində araya girib onların Zərərçəkmiş şəxs2 vurmasının qarşısını almaq istəyərkən Təqsirləndirilən şəxs1 hərəkətlərini davam etdirib sonuncunun ünvanına da uca səslə nalayiq söyüşlər söyüb orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə zor tətbiq edərək əli ilə vurmaqla yerə yıxıb yumruqla və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə dəfələrlə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs tərəfindən, ictimai borcunu yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı ilə Təqsirləndirilən şəxs1 birlikdə qabaqcadan əlbir olaraq orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində ictimai yer olan Yevlax şəhəri H.Əiyev prospekti 110 ünvanında yerləşən 10 saylı internat məktəbinin binasında müvəqqəti məskunlaşıb yaşayan Kəlbəcər rayonundan məcburi köçkün Zərərçəkmiş şəxs1 yaşadığı otağın qapısını döyərək sonuncunun arvadı Zərərçəkmiş şəxs2 onlara əxlaqsızlıqla məşğul olmaq üçün qadın tapmasını uca səslə tələb edən zaman sonuncu onlara çıxıb getmələrini desə də, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb onunla mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayaş qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə oraya gəlmiş Zərərçəkmiş şəxs1 gözü qarşısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək əli ilə qəsdən onu vurub sol bazunun yuxarı 1/3-nin ön səthinin qançırı xəsarəti yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirən şəxs qismində araya girib onların Zərərçəkmiş şəxs2 vurmasının qarşısını almaq istəyərkən Təqsirləndirilən şəxs2 hərəkətlərini davam etdirib sonuncunun ünvanına da uca səslə nalayiq söyüşlər söyüb orada olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la birlikdə zor tətbiq edərək əli ilə vurmaqla yerə yıxıb qəsdən yumruqla və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə dəfələrlə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə bir qrup şəxs tərəfindən, ictimai borcunu yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsləri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:00 radələrində qohumu Yaşar ilə birlikdə Yevlax şəhər Avtovağzalının yaxınlığındakı yerləşən Bəhrəmin kafesinə getmiş, kafedə pivə içdikdən sonra Yaşara İnternat məktəbində yaşayan həmkəndlisi Mamedgilə getməyi təklif etmişdir. O, Yaşarla birlikdə Yevlax şəhəri İntarnat məktəbinə getmiş və binanın ikinci mərtəbəsindəki otaqlardan birinin qapısını döymüş, qapını bir qadın açmışdır. Həmin qadın sonradan adını bildiyi Gülnarə olmuşdur. Sərxoş vəziyyətində olduğu üçün istəmədən Gülnarə ilə mübahisə etmişdir. Mübahisə zamanı səsküy yarandığından Gülnarənin əri Murad da ora gəlmiş və onlar Muradla əlbəyaxa dalaşmağa başlamışlar. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışdığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsləri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 23:00 radələrində qohumu Vaqif ilə birlikdə Yevlax şəhər Avtovağzalının yaxınlığındakı yerləşən Bəhrəmin kafesinə getmiş, kafedə pivə içdikdən sonra Vaqif ona birlikdə İnternat məktəbində yaşayan həmkəndlisi Mamedgilə getməyi təklif etmişdir. O, Vaqiflə birlikdə Yevlax şəhəri İntarnat məktəbinə getmişdir. Vaqif Mamedin olduğu evi tanımadığı üçün binanın ikinci mərtəbəsindəki otaqlardan birinin qapısını döymüş, qapını bir qadın açmışdır. Həmin qadın sonradan adını bildiyi Gülnarə olmuşdur. Sərxoş vəziyyətində olduğu üçün istəmədən Gülnarə ilə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı səs-küy yarandığından Gülnarənin əri Murad da ora gəlmiş və onlar Muradla əlbəyaxa dalaşmağa başlamışlar. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışdığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 22:00 radələrində yaşadıqları evdə yemək yeyən zaman həyat yoldaşı Gülnarə ilə pivə içmişdir. Daha sonra televizor izləmişlər. Gecə saat 02:30 radələrində o yatmış, arvadı Gülnarə isə televizora baxmışdır. Bir vaxt arvadı Gülnarənin kiməsə "ay qardaş gecə vaxtı bizim qapıda nə gəzirsən” dediyini eşidib yuxudan oyanmış və qapının ağzına çıxdıqda qapının ağzında iki nəfər kişi, sonradan adlarını bildiyi Vaqifin və Yaşarın onun arvadı Gülnarə ilə mübahisə etdiklərini və Vaqifin əli ilə onun arvadı Gülnarənin sol qoluna vurduğunu görüb Vaqifi tutub aralaşdirmaq istəmiş, lakin Vaqiflə Yaşar onunla da mübahisə edərək onun üzərinə cumaraq onu yerə yıxıb təpik-yumruqla döyməyə başlamışlar. Həmin vaxt onun arvadı Gülnarə əvvəlcə 102 xidmətinə zəng edərək polis əməkdaşlarının gəlməsini istəmiş, daha sonra Vaqiflə Yaşarın üstünə cumub yumruq-təpiklə onları döyərək aralaşdırmağa çalışmışdır. Həmin vaxt qonşuları Aytən də dava-dalaş söyüş səslərinə hadisə yerinə gəlmiş və onları aralamağa çalışmışdır. Bundan sonra polis əməkdaşları da hadisə yerinə gəlmiş və onları birlikdə polis şöbəsinə getməyə dəvət etmişlər. Onlar polis şöbəsinə gedərək Vaqifdən və Yaşardan şikayət ərizələri yazmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışıb və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır, Vaqif və Yaşarı isə əvvəllər tanımamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 22:00 radələrində yaşadıqları evdə yemək yeyən zaman həyat yoldaşı Murad araq içmiş, özü isə pivə içmişdir. Daha sonra televizora baxmışlar. Gecə saat 02:30 radələrində Murad yatmış, o isə televizora baxmışdır. Bir qədər sonra, yəni saat 03 radələrində evin qapısı döyülmüşdür. O, qapını açan zaman qapını döyən şəxslərin sonradan adlarını bildiyi Vaqif və Yaşar olduğunu görmüşdür. Vaqiflə Yaşar ona salam vermiş, sonra Yaşar ona "Qətibə sənsən” deyə soruşmuşdur. Vaqif isə ona "bizə qız lazımdır, 20 manat pulumuz var, bizə qız çıxart” demişdir. O da Vaqifə "birdən ikiyə mən sizə qız çıxartmışam, mən sizin üçün nəyəm” demişdir. Onlar onu uca səslə söyüb təhqir etmiş, Vaqif əli ilə onun sol qoluna vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt həyat yoldaşı Murad da səs-küyə qapıya çıxmış və Vaqifi ondan aralamaq istəyərkən Vaqiflə Yaşar Muradın da ünvanına nalayiq söyüşlər söymüş və Muradın yaxasından tutub yerə yıxaraq təpik-yumruqla döyməyə başlamışlar. Həmin vaxt onun qonşusu Aytən də səs-küyə ora gəlmiş və onları aralaşdırmağa çalışmışdır. Bundan sonra polis əməkdaşları da hadisə yerinə gəlmiş və onları birlikdə polis şöbəsinə getməyə dəvət etmişlər. Onlar da polis şöbəsinə gedərək orada Vaqifdən və Yaşardan şikayət ərizələri yazmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışıb və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid Sahib qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onunla yanaşı Zərərçəkmiş şəxs1 və Muradın arvadı Əşrəfova X3 məktəbinin inzibati binasında yaşayırlar. Həmin binanın 2-ci mərtəbəsində bir otağı ortadan taxta ilə bağlamışlar, bir tərəfində Muradgil yaşayır, digər tərəfində isə özü yaşayır. 2020-ci il iyunun 18-dən 19-na keçən gecə evdə yatdığı vaxt dava-dalaş, söyüş səsi eşidib yuxudan oyanmış, dəhlizə çıxdıqda iki nəfər kişinin, yəni sonradan adlarını bildiyi Vaqifin və Yaşarın Muradı yerə yıxıb döydüyünü, Gülnarənin də həmin şəxsləri döyərək Muraddan aralaşdırmağa çalışdığını görmüşdür. Həmin vaxt Muradgilə yaxınlaşıb tərəfləri aralaşdırmağa çalışmışdır. Həmin vaxt polis əməkdaşları da oraya gəlmiş və Muradgillə həmin şəxsləri götürüb polis şöbəsinə aparmışlar. Hadisə vaxtı oraya ondan başqa kənardan yığışan şəxs və ya şəxslər olmamış və mübahisə təxminən yarım saat davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 338 nömrəli rəyindən görünür ki, X2 bədənində “sol bazunun yuxarı 1/3-nin ön səthinin qançırı” xəsarəti olmuşdur. Həmin xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir.(iş vər. 31-32); məhkəmə tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 337 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində “sol-gicgah nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin qançırı, sağ bazunun yuxarı 1/3-nin yan səthinin, boynunun sol yan səthinin, döş qəfəsinin və belin sol yan səthinin, sağ dizin ön səthinin sıyrıqları” xəsarətləri olmuşdur. Həmin xəsarətlər küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (iş vər. 37-38); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 136-137); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 165-166); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( iş vər. 74); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. ( iş vər. 73); Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komtəsinin Yevlax şəhər şöbəsi tərəfindən verilən xəsiyyətnmədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər.72); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər.65); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu ilə barışmışlar və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə göstərdiyi 12 saat və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, 72 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar