Məhkəmə qərarları › İş №1(039)-33/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-33/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-33/2023 18.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 07 avqust 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 14 avqust 2022ci il tarixdə, saat təxminən 15 radələrində avtomobili idarə etmə hüququ verən BC kateqoriyalı AC 902640 nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi Mercedes Benz E220 CDİ markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, H.Əliyev prospekti ilə şəhərin Bərdə rayonu istiqamətində çıxışına doğru təxminən 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etməklə hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli halda bunlara əməl etməyib hərəkət yolunun ön tərəfində yolun sağ kənarından sola doğru dönmə əməliyyatı etmək üçün 20 km/saat sürətlə qarşısına çıxmış X2 idarə etdiyi VAZ-21061 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili sol yan tərəfindən vurmuş, nəticədə həmin avtomobilin sürücüsü Elzamin Məmmədov dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli hesab edərək söyləmişdir ki, Mercedes Benz-E220 CDİ markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 14 avqust 2022-ci il tarixdə, təxminən saat 15:00-da həmin avtomobillə Yevlax şəhəri, H.Əliyev prospekti ilə Yevlax şəhər Avtovağzalı istiqamətində hərəkətdə olmuşdur. Həmin zaman surəti təxminən 90 km/saat olmuşdur. Həmin prospektin Aşıq Ələsgər küçəsi ilə kəsişməsinə yaxınlaşan zaman, eyni istiqamətdə, yolun sağ tərəfində dayanan VAZ-21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən geriyə dönmək üçün sola doğru, yəni onun hərəkət yoluna istiqamətlənərək qarşısına çıxmışdır. Həmin avtomobili vurmamaq, yanından keçmək üçün sükanı sola çevirərək avtomobilin surətini artırmışdır. Lakin ara məsafəsi az olduğuna görə idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə VAZ-21061 markalı avtomobilin sol yan tərəfindən vurmuşdur. Dəymiş zərbənin təsirindən VAZ-21061 markalı avtomobilin qarşı tərəfi qopmuş, həmin avtomobil bir qədər məsafə qət edərək dayanmışdır. Hadisə yerinə toplaşan tanımadığı şəxslər onu və VAZ-21061 markalı avtomobilin sürücüsünü salondan çıxarmışlar. Təcili yardım avtomobili gələrək onu Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, VAZ-21061 markalı avtomobilin sürücüsü ölmüşdür. Zərər çəkmiş şəxsin hüquqi varisi Aybəniz Məmmədova ilə razılıq əldə etmiş, dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Anlayır ki, onun təqsirindən digər şəxs həyatını itirmiş, ailəsi başsız qalmışdır. Bu, ona mənəvi cəhətdən ağır təsir göstərir. Qeyd edilənləri nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Aybəniz Məmmədova bildirmişdir ki, mərhum Elzamin Məmmədov onun əri olmuşdur. 14 avqust 2022-ci il tarixdə ona məlumat vermişlər ki, Elzamin saat təxminən 15:00-da Yevlax şəhəri H.Əliyev prospektində idarə etdiyi VAZ-21061 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə qəza keçirmiş və bu qəza nəticəsində həyatını itirmişdir. Hadisə yerində olmadığına görə yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verdiyini bilməmişdir. Mərhumun yas mərasiminə Təqsirləndirilən şəxs yaxınları gələrək müəyyən xərclərdə köməklik göstərmişlər. Hadisə ehtiyatsızlıqdan baş verdiyini anladığından Təqsirləndirilən şəxs şikayəti və hər hansı tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Aybəniz Məmmədova məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını qeyd etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyir. 14 avqust 2022-ci il tarixdə xidmətdə olarkən, saat təxminən 15:00-da məlumat daxil olmuşdur ki, Yevlax şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə getmiş və orada məlum olmuşdur ki, Yevlax şəhər sakini Elzamin Məmmədov, idarə etdiyi VAZ-21061 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə prospektin sağ hərəkət zolağından sola doğru manevr edərkən Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz-220 markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin zaman hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarət aldığından hadisə yerinə təcili yardım avtomobilləri gəlmiş və onların hər ikisini xəstəxanaya aparmışlar. Sonradan məlum olmuşdur ki, VAZ-2106 markalı avtomobilin sürücüsü Elzamin Məmmədov aldığı xəsarətlərdən ölmüşdür. Hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinin müayinəsini aparıb rəsmiləşdirmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin 14 avqust 2022-ci il tarixli 23 №-li rəyində qeyd olunur ki, X2 meyitində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma ilə müşayiət olunan kəllə əsası sümüklərinin xətti sınığı, sol tərəf qabırğaların qapalı sınığı, sol təpə-gicga-ənsə nahiyələrinin, boyunun sol yan səthinin yan arxa səthinin əzilmiş yaraları, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası, sağ dabanın iç səthinin cırılmış yarası bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, həyatidir, ölüm baş verməmişdən az əvvəl törənmişlər, ölümlə birbaşa səbəbli ələqəlidirlər. Qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir, sağlamlığa AĞİR zərər vurmaya xas əlamətlərə malikdirlər. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-2 saat əvvəl baş verdiyini göstərir. Məhkəmə-kimyəvi şöbədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 3005\K saylı aktdan görünür ki, mərhum X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatında etil spirti, narkotik maddələr və digər güclü təsir edici pereparatlar aşkar edilməmişdir.(səh. 33-34) “Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası”-nın 05 noyabr 2022-ci il tarixli 08/2877 saylı rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz-E220 markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisəsinin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. (səh. 83-85). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi İ. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İİ. Nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə; Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini, yəni ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarının pozmasında təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ilk dəfə məhkum olunduğunu, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı övladının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, vurulmuş maddi ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 128 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış avtomobillər sahiblərinə verilməlidir. Müdafiəçi məhkəmə zamanı dövlət hesabına göstərdiyi 6 saat hüquqi yardıma görə 36 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BİK: CTREAZ 22 hesaba köçürülsün. Maddi sübut Yevlax RPŞ-nin inzibati binasının həyətində saxlama meydançasında saxlanılan Mercedes Benz E220 CDİ markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil və VAZ-21061 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə təhvil verilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat və dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar