Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-34/2020 11.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Cəfərov Röyal Kazım oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Yevlax rayonu Meyvəli kənində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Meyvəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin (DƏKÜRX) tabeliyində Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətin (MMC) Mingəçevir Layihə-Təhqiqat İdarəsinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsəsnamə" ilə müəyyən olunmuş səlahiyyətlər daxilində xx xxxxxxxx 2019-cu ildə Yevlax rayonu Meyvəli kəndində bədəliyyə fonduna daxil olan və ümumi istifadədə olan örüş sahəsinə keçirilmiş monitorinq zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs оğlu istifadəsində 2 ha xüsusi mülkiyyətində torpaq sahəsi olmasına baxmayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Yevlax rayonu Meyvəli kəndi ərazisində yerləşən, rayonun Ərəş bələdiyyəsinin mülkiyyətində olan, uqodiyası kənd təsərrüfatı təyinatlı ümumi istifadədə olan örüş sahəsinin 0.80 ha hissəsini həmin bələdiyyənin razılığı olmadan, habelə ona həmin ərazidə özbaşına becərmə işləri aparmağın qadağan olunması barədə həmin bələdiyyə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə məhəl qoymadan həmin ərazini 2019-cu ilin aprel ayının sonlarından avqust ayının sonlarına qədər traktor vasitəsilə şumlatdırmış, arxlar çəkdirmiş, əkin üçün yararlı vəziyyətə gətirmiş, öz həyətində yetişdirdiyi qarpız şitillərini gətirib orada əkərək dəfələrlə suvarmaqla qanunsuz olaraq özbaşına becərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, kənd təsərrüfatı ilə məşğul olmaqla qazanc əldə etməklə məşğuldur. Yevlax rayonu Meyvəli kəndində özünə məxsus, kənd təsərrüfatı təyyinatlı 2 ha torpaq sahəsi də mövcuddur. Buna baxmayaraq həmin torpaq sahəsində və bu torpaq sahəsinin yanında yerləşən 80 sot torpaq sahəsində qarpız əkmişdir. 80 sot sahənin Ərəş bələdiyyəsinə məxsus örüş sahəsi olması ona məlum olmuşdur. Lakin, həmin sahədən heç kim istifadə etmədiyindən 2019-cu ilin aprel ayının əvvəllərində bu torpaq sahəsini əkib becərmək üçün kəndin Bələdiyyəsində mühasib işləyən, lakin faktiki olaraq Bələdiyyə sədrinin vəzifəsini icra edən Zivər Məsimovaya müraciət etmişdir. Zivər Məsimova bildirmişdir ki, bu yerlər örüş sahəsi olmaqla ümumi istifadədə olan torpaqlar olduğuna görə əkilib becərilməsi qanunla qadağandır. Buna baxmayaraq ailəsinin dolanışığını təmin etmək məqsədi ilə belə qərara gəlmişdir ki, bu sahədə qarpız əksin. Həmin torpaq sahəsində 2019-cu ilin aprel ayının sonlarında qarpız bitkisi əkmişdir. Bunun üçün Ağdaş rayonundan olan adını və telefon nömrəsini bilmədiyi traktorçuya torpaq sahəsinin 80 sotunu şumlatdırmışdır. Daha sonra isə həmin şumlanmış ərazini lək olaraq düzəltmiş və həyətində olan qarpız ştillərini həmin örüş sahəsində əkmişdir. O, həmin yerə bir dəfə vedrələrlə, iki dəfə də arxla su vermişdir. Bundan sonra 2019-cu ilin avqust ayının 10-dan sonlarına qədər həmin torpaq sahəsindən əldə etdiyi qarpızları yığmış və bostandan tanımadığı alverçilərə kilosu 12-13 qəpiyə satmışdır. Əməlindən peşman olduğunu, 2-ci qrup əlil olmaqla himayəsində üç azyaşlı uşağının olmasını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi, Ərəş Bələdiyyəsinin sədri Cəfərov Röyal Kazım oğlu ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayonu Ərəş Bələdiyyəsinin sədri seçilmişdir. Qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparmış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2019-cu ildə, Ərəş Bələdiyyəsinin keçmiş sədr və digər üzvləri tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ərəş Bələdiyyəsinə məxsus, örüş sahəsi olan 0,80 ha torpaq sahəsində icazəsiz olaraq qarpız əkmiş və məhsul götürərək satmışdır. Daha sonra isə Əmlak Məsələləri Dövlət komitəsi Mirgəçevir Ərazi şöbəsinin əməkdaşları ilə həmin əraziyə baxış keçirilmiş və qeyd edilən fakt aşkar edilərək müvafiq akt tərtib edilmişdir. Təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyi barədə vəd verməsini nəzərə alaraq ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir şəhərində yerləşən 8 saylı Ərazi Şöbəsində məsləhətçi vəzifəsində çalışır. 2019-cu ilin aprel ayında Yevlax rayonu Ərəş Bələdiyyəsindən işlədiyi şöbəyə müraciət daxil olmuşdur ki, Yevlax rayonu Meyvəli kəndi ərazisində, Təqsirləndirilən şəxs həmin ərazinin kənd təsərrüfatı təyinatlı, Ərəş Bələdiyyəsinin mülkiyyətində olan, örüş torpaqlarında qanunla qadağan olunduğuna baxmayaraq torpaq sahəsini zəbt etmiş və orada qarpız əkmişdir. Şöbənin digər əməkdaşları, habelə Ərəş Bələdiyyəsinin həmin zaman mühasibi işləyən Zivər Məsimova ilə birlikdə Yevlax rayonu Ərəş Bələdiyyəsinə məxsus, Meyvəli kəndində yerləşən örüş sahəsinə getmişlər. Orada aşkar etmişlər ki, Təqsirləndirilən şəxs həmin örüş sahəsinin 0.80 ha sahəsində özbaşına, qanunsuz olaraq şumlama işləri aparmışdır. Onlar bu barədə akt tərtib etmiş və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərmişlər. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********28 nömrəli məktubunda qeyd olunur ki, Yevlax rayonu Meyvəli kəndində yerləşən 4 hektar örüş sahəsi qanunsuz olaraq şumlanaraq becərilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitmətinin xx xxxxxxx 2019-cu il tarixli **********79 nömrəli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs tərəfindən 0.80 ha torpaq sahəsi istifadə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xitmətinin xx xxxxxx 2019-cu il tarixli **********51 nömrəli məktubunda qeyd edilir ki, elektron baza məlumatlarına əsasən Yevlax rayonu Meyvəli kəndində baxış keçirilmiş 4.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutması özünün etirafı, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin etməklə, cinayətin törədilmə şəraitini, onun şəxsiyyətini əsas götürməklə cəza çəkmədən islah olunmasını mümkün hesab edərək, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti müəyyən edilməklə şərti olaraq məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək,həmin cəza 01 (bir) 6 (altı) ay il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili X3 göstərdiyi 36 (otuz altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. İbtidai istintaq zamanı və məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 216 (iki yüz on altı ) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X4 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-34/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-34/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver