Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-34/2022 02.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1998-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə 24 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində ünvan 2 ünvanında yerləşən X1 məxsus yaşayış mənzilinin eyvan hissəsində olan mətbəxə doğru açılan plastik qapısını zor tətbiq etməklə sındırıb açmaq yolu ilə mənzilə qanunsuz daxil olub, mənzildə heç kəsin olmamasından istifadə edərək oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 80 manat dəyərində “Wolf” markalı tozsoranı, 1 ədəd 120 manat dəyərində “Gepas” markalı ətçəkən maşını, 1 ədəd 40 manat dəyərində “AQD” markalı su motorunu, 1 ədəd 25 manat dəyrində “Samsung” markalı DVD aparatını, 1 ədəd 20 manat dəyərində “SuperMax” markalı crosna aparatını, gizli talamaq üçün otaqda bir yerə yığaraq və 350 manat dəyərində 1 ədəd “Bosch” markalı kondisionerin elektrik naqilini kəsib yerindən çıxartmaq istəyərkən mənzil sahibi tərəfindən həmin mənzilə nəzarət etməsi tapşırılmış qonşuluqda yaşayan Şahid1 və Şahid2 mənzilə daxil olduqlarını görərək bilavasitə cinayət törətməyə yönəlmiş qəsdlə edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, daxil olduğu yerdən mənzildən qaçaraq çıxıb getməklə Zərərçəkmiş şəxs 635 (altı yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla nəticələnə biləcək, qəsdən yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, əvvəllər Yevlax şəhərində yaşasa da sonradan anası ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Lakin, maddi çətinliklərlə bağlı yenidən Yevlax şəhərinə gəlib qohumlarının evində qalmaq istəmişdir. Lakin, bu da mümkün olmadığından avtovağzalda gecələməyə məcbur olmuşdur. Pulu da artıq tükəndiyindən oğurluq etmək qərarına gəlmişdir. 24.09.2021-ci il tarixdə, saat təxminən 21:00-da əvvəllər yaşadıqları Yevlax şəhəri, S. Vurğun küçəsində yerləşən binanın yaxınlığına getmişdir. Oralarda biraz gəzdikdən sonra binanın ikinci mərtəbəsində yerləşən mənzilin boş olduğunu görüb binanın arxa tərəfindən qonşunun hasarının üstündən evin eyvanına çıxmışdır. Eyvana daxil olmuş, daha sonra isə evin mətbəxinə açılan plastik qapını bıçaqla açaraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olandan sonra mənzildə pul və qızıl axtarmış, tapmadıqda isə belə qərara gəlmişdir ki, mənzildə olan məişət texnikasını söküb, metal əşyalarını çıxardıb aparıb satsın. Bu məqsədlə mənzildə olan 1 ədəd tozsoranı, 1 ədəd ət maşınını, bir ədəd su motorunu sökərək içindəki misləri çıxardıb toplamış, 1 ədəd DVD aparatını, 1 ədəd crosna aparatını televizorun altından çıxardaraq aparmaq üçün bir yerə yığmışdır. Mənzildə olan kondisionerin kabelini kəsən zaman evə kiminsə girdiyini hiss etmişdir. Qonaq otağına baxdıqda, əvvəllər tanıdığı, həmin binada qonşuluqda yaşayan Adilin və yanında bir nəfər şəxsin mənzilə daxil olduqlarını görmüşdür. Adil onu görən zaman ondan bu mənzildə nə etdiyini soruşmuşdur. Adilə bildirmişdir ki, bu mənzildə kirayədə qalır. Onun digər suallarına cavab vermədən eyvana çıxmış və oradan qaçıb getmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Yevlax şəhəri, S.Vurğun küçəsi, 40 nömrəli evin 15 nömrəli mənzili onun bibisi X1 məxsusdur. Bibisi xaricdə yaşadığından mənzilin açarlarını ona vermiş və o, ailəsi ilə birlikdə bir müddət həmin mənzildə yaşamışdır. Mənzildə olan bütün məişət əşyaları ona məxsusdur. Lakin, sonradan ailəsi ilə birlikdə atasına məxsus evə köçmüş və orada yaşamağa başlamışdır. Özünə məxsus əşyalar isə bibisinin evində qalmışdır. Mənzilin açarının biri onun özündə, biri isə bacısı gildə olmuşdur ki, ara sıra mənzilə nəzarət etsinlər. 24 sentyabr 2021-ci il tarixdə, saat təxminən 21:30-da bacısının əri Şahid1 ona zəng edərək bibisinin mənzilinə oğru girdiyini, onu gördükdə qaçıb getdiyini bildirmişdir. Dərhal mənzilə getdikdə əşyalarının dağılmış və sökülmüş vəziyyətdə olduğunu görmüşdür. Adil bildirmişdir ki, mənzilə əvvəllər tanıdığı Taleh adlı şəxs girmişdir. Sonradan ona məlum olmuşdur ki, bu şəxs Təqsirləndirilən şəxsdur. Taleh ona məxsus 1 ədəd tozsoranı, 1 ədəd ətçəkən maşını, 1 ədəd su motorunu söküb sındıraraq simlərini toplamış, 1 ədəd DVD-ni və 1 ədəd crosna aparatını (tyuner) da çıxardaraq üst-üstə qoymuş və kondisionerin elektrik naqilini kəsmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı artıq ödəmişdir. Ona cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2021-ci il tarixli 9/8121 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən bir ədəd işlənmiş vəziyyətdə “Wolf” markalı, WF-370 2600W tozsoran 80 manat, bir ədəd “Samsung” markalı DVD aparatı 25 manat, bir ədəd “SuperMax” markalı crosna aparatı 20 manat, bir ədəd işlənmiş vəziyyətdə 50-60 kvadrat metr sahəsi olan “Bosch” markalı kondisioner 350 manat, ümumilikdə 475 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən sındırılaraq yararsız vəziyyətə salınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilməsi mümkün olmayan 1 ədəd “Gepas” markalı ətçəkən maşının və 1 ədəd “AQD” markalı su motorunun qiymətləri Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsində göstərdiyi qiymətlərlə, yəni 1 ədəd “Gepas” markalı ətçəkən maşının qiyməti 120 manat və 1 ədəd “AQD” markalı su matorunun qiyməti isə 40 manat kimi qiymətləmndirilmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla, oğurluq etməyə cəhd etməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Həbsdə saxlanıldığı iki gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə xərci, ekspertiza tədqiqatının dəyərinin 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməlidir İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı DVD aparatı, bir ədəd “SuperMax” markalı parobalik antena qəbuledicisi aparatı, bir ədəd “Bosch” markalı kondisioner, bir “Wolf” markalı tozsoranın, 1 ədəd “Gepas” markalı ətçəkən maşının və 1 ədəd “AQD” markalı su motorunun sökülmüş və yararsız vəziyyətdə hissələrinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə, dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 maddələri ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-34/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-34/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver