Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-34/2024 25.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X8, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Yevlax rayonu, Qaraməmmədli kənd orta məktəbində riyaziyyat müəllimi işləyən məhkumluğu olmayan, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X56 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vahid niyyətlə tamah məqsədi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgə əmlakı olan dövlət büdcə vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Belə ki, o, 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X56 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olduğu halda, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah niyyətlə istifadə edib vəzifə saxtakarlığı etməklə rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla özünün onların yanında nüfuzunu yüksəltmək məqsədi ilə 2022/2023-cü dərs ilində İİ sinifdə 24 şagird təhsil aldığı və bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək məktəbdə təhsil almayan və ya başqa məktəbdə təhsil alan 5 şagirdin həmin məktəbdə oxuması ilə bağlı sənədlər tərtib edərək İİa sinfində 16, İİb sinfində 16 şagird olmaqla qeyd edilən siniflərdə 15 noyabr 2022- 01 aprel 2023-cü il tarixədək olan dövrdə müəllimlər X37 tərəfindən 1 saat təsviri incəsənət fənni, 1 saat musiqi fənni, 1 saat azərbaycan-dili fənni, X15 tərəfindən 1 saat həyat bilgisi fənni, 9 saat azərbaycan dili fənni, 5 saat riyaziyyat fənni, X29 tərəfindən 1 saat texnologiya fənni, 2 saat fiziki tərbiyə fənni, X9 tərəfindən 1 saat informatika fənni və X2 tərəfindən 1 saat ingilis dili fənni üzrə dərs saatları tədris edilib 2 sinif komplekti təşkil etməklə 4684,30 manat, 2022/2023-cü dərs ilində X sinifdə 27 şagird təhsil aldığı və bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək məktəbdə təhsil almayan və ya başqa məktəbdə təhsil alan 5 şagirdin həmin məktəbdə oxuması ilə bağlı sənədlər tərtib edərək Xa sinfində 16, Xb sinfində 16 şagird olmaqla qeyd edilən siniflərdə 15 noyabr 2022- 01 aprel 2023-cü il tarixədək olan dövrdə müəllimlər X16 tərəfindən 5 saat riyaziyyat fənni, Şahid1 tərəfindən 2 saat coğrafiya fənni, X38 tərəfindən 3 saat kimya fənni , X39 tərəfindən 3 biologiya fənni, X30 tərəfindən 2 saat rus-dili fənni, X9 tərəfindən 2 saat informatika fənni, X6 tərəfindən 4 saat ingilis-dili fənni, X31 tərəfindən 3 saat tarix fənni, X40 tərəfindən 3 saat azərbaycandili fənni, 2 saat ədəbiyyat fənni, X17 tərəfindən 2 saat fizika fənni və X44 tərəfindən 2 saat fiziki tərbiyyə fənni üzrə dərs saatları tədris edilib 2 sinif komplekti təşkil etməklə 6749,37 manat, 2022/2023-cü dərs ilində faktiki olaraq 15 sinif komplekti saxlanmalı halda 17 sinif komplekti saxlanılmış, artıq saxlanılmış sinif komplektinə görə 0,5 ştat vahidi laborant və 1 ştat vahidi kiçik xidmətedici işçi artıq saxlanılaraq 1.5 ştat artıq saxlanılmış ştat vahidinə görə laborant X24 1429,75 manat və xadimə X32 2450,59 manat olmaq ümumilikdə cəmi 3880,34 manat, 2022/2023-cü dərs ilində Xİa sinifində 1 saat informatika fənni Təqsirləndirilən şəxs tərəfindən tədris edilmiş, jurnallar onun tərəfindən yazılmış, dərslər bölünərək müəllimə X5 jurnal yazılmadığı halda sonuncunun dərsi icra etməsi ilə bağlı həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə onun adını daxil etməklə 74,00 manat, ingilis dili müəlliməsi X2 xx.xx.2023.-xx.xx.2023-cü il tarixlərdə xəstə olduğu halda onun 18 saat dərsi X18 verilmiş və onun 7 aprel 2023-cü il tarixli 32 nömrəli əmrinə əsasən bölünərək rus dili müəllimi X10 adına yazılmış, sonuncu ingilis dili dərsi keçmədiyi və jurnal yazmadığı halda 123,64 manat, 2022/2023-cü dərs ilində evdə fərdi təhsilə cəlb edilmiş şagird X25 dərs tədris edilmədiyi halda həmin məktəbin müəllimləri, Şahid5, X19, X20 və Şahid3 fərdi təhsilə cəlb edilmiş şagird Ratmir Zamanova görə 618,66 manat, 2022/2023-cü dərs ilində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatlarının əvəzçilik qaydasında digər əvəzçi müəllimə, yəni X26 və X21 verilməsinə baxmayaraq, faktiki olaraq qeyd edilən müəllimlər tərəfindən dərslərin keçirilmədiyi halda dərs bölgüsünün verilməsinə dair göstərilən dövrdə müvafiq əmrlər verib, qeyd edilən müəllimlərin adından sinif jurnallarında dərslərin keçirilməsinə dair qeydlər aparmaqla, məktəbdə dərs tədris etmədikləri halda həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə adlarını daxil etməklə 198,58 manat, 12-31 yanvar 2023-cü il tarixlərdə siyahıya almaya cəlb edilmiş, işdən müvəqqəti azad olunmasına baxmayaraq öhdəsində olan 6 saat dərsi özü keçmiş, jurnal özü tərəfindən yazılmış, lakin dərslər X3 adına yazılaraq işdə olduğu üçün ona əməkhaqqı saxlanmamalı halda 148,80 manat, Şahnaz Camalovanın orta ixtisas və ali təhsili olmadığı halda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə VTC üzrə ona 7-ci dərəcə əvəzinə 8-9-cu dərəcə yazmaqla 281 manat məbləğində əməkhaqqı ödənilməsi, eləcə də əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakı olan büdcə vəsaitini qulluq mövqeyindən istifadə etməklə israf etmək yolu ilə qəsdən talayaraq, dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs olan X56 Təhsil İdarəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 16758.69 manat məbləğində xeyli miqdarda mühüm zərər vurmuş, həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli halda, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə edib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah niyyəti ilə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla onlara köçürülmüş əmək haqqının ona geri qaytarılmasına nail olmaq məqsədilə 15 sentyabr 2017-ci il tarixdən hazırkı vaxtadək məktəbdə coğrafiya müəllimi işləyən Şahid1 fərdi təhsilə cəlb olunmuş şagird X41 və X11 2022/2023-cü dərs ilində coğrafiya fənnini tədris etmədiyi halda, həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə sonuncunun adını daxil etməklə məktəbin möhürü ilə təsdiq edib imza etməklə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı edib, vahid niyyətlə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5167 5133 4881 5168 nömrəli bank hesabına bağlı olan əmək haqqı plastik bank kartına köçürülmüş cəmi 206,00 (iki yüz altı) manat məbləğində əmək haqqının Şahid1 tərəfindən ona məxsus "xxxx" ASC-yə məxsus 5167 5133 4521 2583 saylı bank hesabına bağlı olan debet plastik kartına köçürülməsinə nail olmaqla əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini qulluq mövqeyindən sui istifadə etməklə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edib təkrarən vəzifə saxtakarlığı etməklə "xxxx" ASC-nin bankomatından nağdlaşdıraraq götürüb mənimsəmə yolu ilə talayaraq şəxsi istifadəsinə xərcləməklə ümumilikdə vahid niyyətlə cəmi 16964,69 manat məbləğində xeyli miqdarda dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talayaraq dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs X56 Təhsil İdarəsinin hüquqlarına və qanuni mənafelərinə ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən - məktəbin müəllimi olan Şahid1 tərəfindən ona məxsus bank kartına 206,00 (iki yüz altı) manat məbləğində pul köçürülməsi hissəsində təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayon Qaraməmmədli kənd orta məktəbində xx.xx.2022-ci il tarixdən direktor vəzifəsini icra etdiyi vaxtdan məktəbdə adları olub özləri olmayan şagirdləri aşkar etdikdən sonra 2022/2023-cü tədris ilinin 2-ci yarımilində həmin şagirdləri məktəbdən xaric etmişdir. Məktəbdən xaric olunmuş şagirdlərə görə siniflərdə şagird sayı azaldığı üçün 27 mart 2023-cü il tarixdə əmr verərək əlavə sinifləri bağlamışdır. Həmin siniflərə dərs tədris edən müəllimlərə əmək haqqı ödənilmiş və əməkhaqlarını nağdlaşdıraraq özlərinə xərcləmişlər. O, direktor vəzifəsini icra etdiyi zaman məktəbdə 15 sinif komplekti saxlanmalı halda 17 sinif komplekti saxlanılmasını müəyyən etdikdən sonra artıq şagirdləri məktəbdən xaric etmiş, buna görədə 2 sinif bağlanılaraq 15 sinif komplekti yaradılmışdır. Məktəbdə 2 sinfin artıq olmasına görə Səkinə Məmmədovaya 1429,75 manat, xadimə Əvəz Məmmədova 2450,59 manat, cəmi 3880,34 manat artıq əməkhaqqı ödənilməsi barədə X56 Təhsil idarəsinin rəisi Elçin Kərimovun, Namidə Abbasovanın və mühasibatlıq şöbəsinin əməkdaşlarının məlumatı olmuşdur. O, məktəbdən 48 şagird azad etdikdən sonra təhsil idarəsinə məlumat verərək həmin sinifləri bağlamışdır. 2022/2023-cü dərs ilində Xİ-a sinifdə informatika fənnini tədris etdiyi halda 74 manat əmək haqqı Tünzalə Hüseynovaya ödənilmişdir. Əmək haqqının ona hansı formada ödənilməsi barədə onun məlumatı olmamışdır. Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində Maliyyə Nazirliyi tərəfindən keçirilmiş yoxlama aktı ilə müəyyən edilmişdir ki, ingilis dili müəlliməsi N.İsgəndərova 14.03.-06.04.-2023-cü il tarixlərdə xəstə olduğu halda 18 saat dərsi K. Ağalarovaya verilmiş və onun 07 aprel 2023-cü il tarixli 32 nömrəli əmrinə əsasən bölünərək rus dili müəllimi Y. Hacıyevanın adına yazılmışdır. Y. Hacıyeva ingilis dili dərsi keçmədiyi və jurnal yazmadığı halda ona 123,64 manat əməkhaqqı ödənmişdir. O, sənədləşmədə, yəni əmrdə səhvlik etdiyi üçün dərs saatlarını bu cür formada bölmüşdür. Buna görə də Yeganə Hacıyevaya 123,64 manat əməkhaqqı ödənmişdir. 2022/2023-cü dərs ilində şagird Ratmir Zamanova dərs tədris etmək üçün müəllimə Sevinc Fətəliyeva, Yeganə Haçıyeva, Nübar Rüstəmova və Şahid3 dərs saatları verilməsinə baxmayaraq həmin müəllimlər Ratmir Zamanova fərdi dərs tədris etməmişlər, lakin həmin müəllimlərə aylıq əmək haqqı hesablanıb ödənilmişdir. Məktəbdə maliyyə yoxlaması zamanı o, öyrənmişdir ki, adları qeyd olunan müəllimlər Ratmir Zamanova fərdi dərs tədris etməmişlər, lakin ayın sonunda həmin dərs saatlarını tədris etməkləri ilə bağlı həmin müəllimlərə əmək haqqı ödənilməsinə görə cədvəl hazırlanıb maliyyə sektoruna göndərilmişdir. 2022/2023-cü tədris ilində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tarix müəllimi Gülnar Həsənova seçki komissiyalarına və siyahıya alınmaya cəlb olunduğu üçün dərs saatları ixtisas üzrə onun tərəfindən Kəmalə Həsənovaya verilmiş, lakin Jalə Göygözovaya verilməmişdir. O, 12-31 yanvar 2023-cü il tarixlərdə siyahıya almaya cəlb olunduğu üçün onun dərs saatlarını Gülnar Məmmədli tədris etmiş, lakin jurnallarda qeydiyyatı özü aparmışdır. Həmin 148,80 manat məbləğində əmək haqqı Gülnar Məmmədliyə ödənilmişdir. 2017-ci ilin mart ayında rayon üzrə yoxlama zamanı müəllimlərin diplomları yoxlanılan zaman Şahnaz Camalovanın diplomunun təhsil nazirliyi tərəfindən tanınmadığı aşkar olunmuş, lakin Şahnaz müəllim təkmilləşdirmə kursundan keçmişdir. Şahnaz Camalovanın diplomu tanınmadığına görə ödənilən əmək haqqı dərəcəsinə görə artıq yazılmışdır. Onun direktor vəzifəsini icra etdiyi dövrdə bu barədə məlumatı olmadığı üçün artıq dərəcə ilə əmək haqqı yazılmışdır. Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində coğrafiya müəllimi vəzifəsində işləyən Şahid1 istifadəsində "xxxx" ASC-yə aid 5167 5133 4881 5168 nömrəli kart hesabından onun istifadəsində "xxxx" ASC-yə aid olan 5167 5133 4521 2583 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 51,5 manat, xx.xx.2022-ci il tarixdə 50,5 manat, xx.xx.2023-cü il tarixdə 52,5 manat və xx.xx.2023-cü il tarixdə 51,5 manat məbləğində pul vəsaiti köçürmüşdür. Həmin pul məbləğlərini məktəbdə müəllim kollektivi ilə birlikdə yığaraq Türkiyə ərazisində baş vermiş zəlzələ ilə əlaqədar olaraq “AFAD” fonduna ianə etmişlər. Bu səbəbdən də Aydın müəllim onun kart hesabına köçürmə etmişdir. Şahid1 tədris etmədiyi dərs saatlarına görə ödənilən əməkhaqqını tələb etməmiş və buna görə də Şahid1 onun kart hesabına pul köçürməmişdir. Şahid1 ona köçürdüyü pullar məktəb tərəfindən ianə olunmuşdur. Dövlət büdcəsinə vurulmuş ziyanla bağlı məktəbdə işləyən müəllimlərə ödənilən əməkhaqqını dövlət büdcəsinə ödəyəcəklər. Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbin direktor vəzifəsini icra etdiyi dövrdə müəllimlərin dərslərdə davamiyyət cədvəlini özü tərtib edərək öz imzası ilə imzalayaraq məktəbin möhürü ilə təsdiqləmiş və Yevlax şəhər təhsil sektoruna təqdim etmişdir. Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbin direktor vəzifəsini icra etdiyi dövrdə 2023-cü ilin fevral ayının təxminən 20-dən sonra tarifləşmə cədvəlini tərtib edərək Yevlax şəhər təhsil sektoruna təqdim etmiş, habelə məktəbdə olan çatışmamazlıqlar ilə bağlı yuxarı idarələrinə bir neçə dəfə şifahi məlumatlar vermişdir. Özünü qismən təqsirli bildiyini qeyd etmiş və ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən hal-hazıradək X56 Təhsil idarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən tərtib edilmiş akta əsasən müxtəlif vaxtlarda məktəbin direktoru vəzifəsində işləmiş şəxslər tərəfindən dövlət büdcəsindən pul vəsaitlərinin əsassız olaraq mənimsənilməsi və israf edilməsi halları aşkar edilmişdir. Bununla əlaqədar olaraq X56 Təhsil idarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır, o da nümayəndə qismində təyin edilmişdir. Onların tələbi ondan ibarətdir ki, dövlət büdcəsindən əsassız olaraq mənimsənilmiş və israf edilmiş pul vəsaitləri dövlət büdcəsinə geri qaytarılsın.O, həmçinin bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs dəymiş ziyandan cəmi 1010 manat ödəmişdir, qalan dəymiş ziyanın ödənilmədiyi halda Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən hal-hazıradək Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində fizika fənni üzrə lobarant vəzifəsində işləyir. Onu ərizəsi əsasında Rəşad Əsədov həmin vəzifəyə təyin etmişdir. O, 2022/2023-cü tədris ilində 0,5 ştat vahidi üzrə işləmiş və buna görə də əmək haqqı almışdır. Məktəbdə 15 sinif komplekti saxlanmalı halda 17 sinif komplekti saxlanılması barədə onun məlumatı olmamışdır. O, işə qəbul olunduğu gündən 0,5 ştat vahidi üzrə işləyib həmin ştat vahidinə görə əmək haqqı almışdır. Məktəbdə fizika kabineti olduğu halda içərisində heç bir yararlı avadanlıq olmadığına görə o, orada şagirdlər üçün hər hansısa praktik işi nümayiş etdirə bilməmişdir. O, məktəbə fizika üzrə laborant vəzifəsinə təyin olunduğu gündən kabinetdə heç bir avadanlıq yararlı vəziyyətdə olmamışdır. Bu səbəbdən də fizika fənni üzrə şagirdlərə praktik iş nümayiş etdirə bilmir və buna görə də dərslərdə iştirak etmir. Lakin aylıq əmək haqqını almış və özünə xərcləmişdir. 2023-cü ilin 22 may - 22 iyun tarixinədək yoxlama dövründə qeyd etdiyi kimi məktəbdə fizika kabineti yararsız olduğu halda o, praktik olaraq şagirdlərə heç nə nümayiş etdirə bilməmiş, lakin ona aylıq əmək haqqı ödənilmişdir. Laborant vəzifəsinin əsassız olması barədə məktəbin direktor əvəzi M.İsmayılzadə məlumatlandırılsa da, lakin onun işlədiyi vəzifəni ləğv etməmiş və bununla bağlı rəhbərlik qarşısında məsələ qaldırmamışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx.xx.2005-ci il tarixdən hal-hazıradək Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində informatika müəllimi vəzifəsində işləyir. O, 2020/2021-ci tədris ilində Səid Baxşəliyevə fərdi dərs tədris etməmiş, həmin dərs saatlarının ona verilməsi bağlı məlumat verməmişlər. Səid Baxşəliyevə fərdi dərs tədris etməyi ilə bağlı ona əmək haqqı ödənilməsi barədə onun məlumatı olmamışdır. O, 2021/2022 və 2022/2023-cü tədris ilində Ratmir Zamanova dərs tədris etməmiş və ona fərdi dərs tədris etməyi ilə bağlı dərs saatları verilməmişdir. Fərdi dərs saatları ilə bağlı ona əmək haqqı ödənilməsindən məlumatı olmamışdır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2003-cü il tarixdən hal-hazıradək Yevlax rayon Qaraməmmədli tam orta məktəbində uşaq birliyinin təşkilati rəhbər vəzifəsində işləyir. O, 2001-ci ildə orta məktəbi bitirib Gürcüstan Respublikasında Aqrar Universitetində sinif müəllimliyi ixtisası üzrə qiyabi təhsil almşdır. xx.xx.2003-cü il tarixdə Yevlax rayon Qaraməmmədli tam orta məktəbində uşaq birliyinin təşkilati rəhbər vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildə universiteti bitirib diplomu məktəbə təhvil vermiş, lakin həmin diplom Təhsil Nairliyi tərəfindən təsdiq olunmamış, bununla bağlı o, heç bir quruma müraciət etməmişdir. 2017-ci ildə sertfikasiya zamanı onun diplomunun təsdiq olunmadığı müəyyən olunmuş, həmin tarixədək onun adı sənədləşmədə ali təhsilli kimi qeyd olunmuşdur, lakin buna baxmayaraq o, ali təhsilli kimi əmək haqqı almışdır. Maliyyə Nazirliyi tərəfindən məktəbdə yoxlama aparılan zaman ona ali təhsilli kimi əmək haqqı ödənilməsi müəyyən olunmuşdur. Onun adı sənədləşmədə orta təhsilli kimi qeyd olunmalı və buna görədə əmək haqqı almalıdır. Buna görə də ona əlavə əmək haqqı ödənilmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, fərdi şagirdlər Ratmir Zamanova və Səid Baxşalıyevə 2022/2023-cü tədris ilində şagirdlərə dərs tədris etmədən ona ödənilən əməkhaqqını Təqsirləndirilən şəxs tələbi ilə ona məxsus 5167 5133 4881 5168 nömrəli kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan 5167 5133 4521 2583 nömrəli kart hesabına “card to card” vasitəsilə xx.xx.2022-ci il tarixdə 51,5 manat, xx.xx.2022-ci il tarixdə 50,5 manat, xx.xx.2023-cü il tarixdə 52,5 manat və xx.xx.2023-cü il tarixdə 51,5 manat məbləğində pul vəsaiti göndərmişdir, lakin o, həmin dərs saatlarını tədris etməmişdir. O, həmin dərs saatlarının ondan alınmasını dəfələrlə bildirsə də, lakin həmin dərs saatlarını onda almamışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin dərs saatlarını istəmir və dərs tədris etmir, buna görə də həmin dərs saatlarına görə ona ödənilən əməkhaqqını ondan tələb edib almışlar. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən və xx.xx.2023-cü il tarixdək Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində musiqi müəllimi vəzifəsində müqavilə əsasında işləmişdir. 2022/2023-cü tədris ilində Ratmir Zamanova 0,5 saat musiqi dərs tədris etməmiş və Ratmir Zamanova fərdi dərs tədris etməyi ilə bağlı ona dərs saatları verilməmişdir. Ratmir Zamanova 0,5 saat musiqi dərs etməyi ilə bağlı ona 98 manat əmək haqqı ödənilməsindən məlumatı olmamışdır. Ratmir Zamanova musiqi dərsi tədris etməyi ilə bağlı tərtib olunmuş tarifləşmə cədvəlini ona təqdim etməmişlər, bu barədə məlumatı olmamışdır. O, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində 2022/2023-cü tədris ilində 5-9-cu siniflərə ümumilikdə 8 saat musiqi dərsi tədris etmiş və buna görə də ona əməkhaqqı ödənilmişdir. Ona ödənilən əməkhaqqını nağdlaşdıraraq özünə xərcləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanılma haqqında 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, 56c-23 nömrəli material üzrə fakta görə Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır.(İ cild iş vər.1); 230406014 nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Yevlax rayonu, Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən Təqsirləndirilən şəxs tərəfindən 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək olan müddət ərzində Yevlax rayonu, Qaraməmmədli kənd tam orta məktəbində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılan 16.758,69 manat məbləğində pul vəsaitlərinin əsassız olaraq mənimsənilməsi və israf edilməsi halları müəyyən edildiyindən Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata götürülmüşdür.(İ cild iş vər.2); Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X56 Təhsil idarəsi hüquqi şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır (İİİ cild iş vər.167-170); "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskə baxış zamanı içərisində “Şahid1” və “Təqsirləndirilən şəxs” adlı fayllar mövcuddur. “Şahid1” adlı fayla baxış zamanı içərisində iki ədəd, yəni “5167—5168 Mexaric” və “5522—1119 Mexaric” adlı fayllar vardır. Həmin fayllara baxış zamanı Şahid1 məxsus 5167-5133-4881-5168 nömrəli və 5522-0993-4823-1119 nömrəli plastik kartından onlayn rejimdə "xxxx"- ASC-yə aid 6768-6771-7897-4030 saylı və Təqsirləndirilən şəxs adına olan 5167-5133-4521-2583 saylı plastik kartlara pul vəsaitinin köçürülməsinə dair məlumarlar aşkar edildi. Şahid1 məxsus 5167-5133-4881-5168 nömrəli plastik kartından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin 5167-5133 – 4521 – 2583 nömrəli plastik kart hesabına 01 dekabr 2023-cü il tarixdə 51 manat 50 qəpik, 28 dekabr 2023-cü il tarixdə 50 manat 50 qəpik, 31 yanvar 2023-cü il tarixdə 52 manat 50 qəpik və 27 fevral 2023-cü il tarixdə isə 51 manar 50 qəpik məbləğində pul vəsaitinin onlayn formda köçürülməsinə dair məlumatlar aşkar edildi. “Təqsirləndirilən şəxs” qovluğuna baxış zamanı içərisində “Foto-Mexaric” adlı qovluq aşkar edildi. Həmin qovluğun içərisində də iki ədəd “Bankomat 1776” və “Bankmat 2367” adlı qovluqlar vardır. Hər iki qovluqda olan fayllar baxış zamanı Təqsirləndirilən şəxs adına olan 5167-5133-4521-2583 saylı plastik kartından 01 dekabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək olan müddət ərzində bankomatdan pul vəsaiti məxaric etməsinə dair fotoşəkillər aşkar edildir.(İV cild iş vər.51- 52); Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbinin xx.xx.2018-ci il tarixdə açılmış əmrlər kitabına baxış zamanı müəyyən edilmişdir ki, kitabın üzərində əl yazma ilə “Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbin 2018” sözləri yazılnış, həmçinin “Başlanmışdır” qrafasının qarşısına isə əl yazma ilə “xx.xx.2018” rəqəmləri yazılmışdır. Kitab 120 səhifədən ibarətdir, 87-ci səhifəsinədək yazılmışdır. Kitabın son səhifəsi möhürlənərək bağlanmışdır. Kitabın 30-cu səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 49 nömrəli əmrdən görünür ki, X27 evdə fərdi təhsilə İV sinfə qəbul edilmiş, ona aid olan 8 saat dərs yükü məktəbin müəllimi Xəyalə Həsənovaya həvalə edilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 30-cu səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 49 nömrəli əmrdən görünür ki, X34 evdə fərdi təhsilə İV sinfə qəbul edilmiş, ona aid olan 9,5 saat dərs yükü məktəbin müəllimi X35 həvalə edilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 32-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş iş yerinin və əməkhaqqının saxlanılması haqqında xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmrdən görünür ki, məktəbin azərbaycan dili müəllimi X50 2019-cu ildən bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi dövründə 48 saylı Yevlax seçki dairəsinin 2 saylı seçki Məntəqəsinin üzvü əsas iş yeri üzrə əmək haqqısı saxlanılmaqla xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək işdən azad edilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 33-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş dərs saatlarının saxlanması və əvəz edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 53 nömrəli əmrdən görünür ki, məktəbin azərbaycan dili müəllimi X50 xx.xx.2019-cu il tarixdən seçki məntəqəsinə üzv olduğu üçün onun 6 saat dərs yükü xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək akademik saat hesabı X42 verilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 35-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş iş yerinin və əməkhaqqının saxlanılması haqqında xx.xx.2019-cu il tarixli, 51 nömrəli əmrdən görünür ki, məktəbin azərbaycan dili müəllimi X4 olduğu üçün onun 6 saat dərs yükünün xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 03 saatı məktəbin müəllimi Kəmalə Həsənovaya, 03 saatı isə məktəbin müəllimi Zəminə Sarıyevaya həvalə edilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 35 və 36-cı səhifələrində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 53 nömrəli əmrdən görünür ki, məktəbin musiqi müəllimi X12 7 saat dərs yükünün xx.xx.2023-cü il tarixdən xx.xx.2019-cu il tarixədək 1 saatı X42, 1 saatı X13, 2 saatı X22, 3 saatı isə X35 həvalə edilmişdir. Kitabın 37-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 55 nömrəli əmrdən görünür ki, məktəbin riyaziyyat müəllimi X28 xx.xx.2019-cu il tarixdən analıq məzuniyyətinə çıxdığı üçün onun 15 saat dərs yükü xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X5 həvalə edilmişdir. Kitabın 37-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 57 nömrəli əmrdən görünür ki, məktəbin tarix müəllimi X23 2019-cu ildən bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi dövründə 48 saylı Yevlax seçki dairəsinin 2 saylı seçki Məntəqəsinin üzvü əsas iş yeri üzrə əmək haqqısı saxlanılmaqla xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək işdən azad edilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 37-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli, 58 nömrəli əmrdən görünür ki, məktəbin tarix müəllimi X23 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bələdiyyə seçkilərində seçki məntəqəsində olduğu üçün onun 20 saat dərs yükünün 3 saatı Həsənova Kəmaləyə, 1 saatı Arifə Abışovaya, 10 saatı Təranə Quliyevaya, 6 saatı isə Sahilə Quliyevaya həvalə edilmişdir. Əmr imza və möhürlə təsdiqlənmişdir. Kitabın 54-cü səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 81/3 nömrəli əmrdən görünür ki, Şahid4 məktəbə xx.xx.2020-ci il tarixdən 0.5 akladla laborant təyin edilmişdir. Kitabın 81-ci səhifəsində əl yazma ilə yazılmış, məktəbin direktoru Rəşad Əsədov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 116 nömrəli əmrdən görünür ki, məktəbin şagirdi X41 evdə fərdi təhsilə Vİ sinfə qəbul edilmiş, sağlamlıq imkanları məhdud şagirdlər üçün xüsusi məktəblərdə və ümumi təhsil müəssisələrində təşkil olunan evdə təhsilin 2021-2022-ci tədris ilinə aid tədris palanına əsasən 11 saat dərs yükünün 2 saatı azərbaycan dili fənni üzrə Günay Sadıqovaya, 1 saatı ədəbiyyat fənni üzrə Günay Sadıqovaya, 1 saat Azərbaycan tarixi fənni Sahilə Quliyevaya, 02 saatı riyaziyyat fənni üzrə Gülnar Məmmədliyə, 0,5 saatı informatika fənni üzrə Təqsirləndirilən şəxs, 01 saatı biologiya fənni üzrə Jalə Göygözovaya, 01 saatı coğrafiya fənni üzrə Şahid1, 0,5 saatı həyat bilgisi fənni üzrə Afət Göygözovaya, 01 saatı təsviri incəsənət fənni üzrə Arifə Abışovaya və 01 saatı sosial məişət yönümlü fənni üzrə Arifə Abışovaya həvalə edilmişdir.(İV cild iş vər.35- 46); Maliyyə Nazirliyinin 22 iyun 2023-cü il tarixli AKT-dan, məhkəmə-mühasibatlıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/6392 nömrəli rəyindən və əlavə məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7327 saylı rəyindən görünür ki, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin xx.xx.2019-cu il tarixdən yoxlama başlanan tarixədək olan dövrü üzrə aparılmış yoxlamanın nəticəsinə dair 22 iyun 2023-cü il tarixli AKT-dan və toplanmış sənədlərdən görünür ki, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən xadimənin 0,5 ştat vahidi ilə vəzifəyə işə qəbul olunmasına baxmayaraq davamiyyəti olmadığı halda 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral ayıda daxil olmaqla 841,77 manat əmək haqqı hesablanıb ödənildiyi, artıq saxlanılmış sinif komplektinə görə İİ sinif üzrə 15 sentyabr 2022-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək olan dövrdə 6 nəfər müəllimə 6451,72 manat, X sinif üzrə 12 nəfər müəllimə 9194,81 manat, cəmi 15646,53 manat əməkhaqqı ödənildiyi, 2022/2023-cü dərs ilində faktiki olaraq 15 sinif komplekti saxlanmalı halda 17 sinif komplekti saxlanıldığı üçün cəmi 3880,34 manat artıq əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində əlavə rus dili fənn müəllimi olmadığı halda dərs saatları tarifikasiyada bölünərək müəllimənin özünə yazılaraq 793,32 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində 1 saat informatika dərsi artıq planlaşdırılaraq artıq 396,66 manat əməkhaqqı ödənildiyi, 2020/2021-ci, 2021/2022-ci və 2022/2023-cü tədris ilində dərs jurnalı yazılmadan 814,16 manat əməkhaqqı ödənildiyi, dərs tədris olunmadığı və jurnal yazmadığı halda 123,64 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci, 2021/2022-ci və 2022/2023-cü dərs ilində 3 nəfər evdə fərdi təhsilə cəlb edilmiş şagirdlərə dərs tədris edilmədiyi halda 8591,16 manat, 8038,80 manat və 10623,64 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində fizika fənni üzrə yaradılmış dərnək dərs jurnalının olmadığına, 2020/2021-ci dərs ilində kimya fənni üzrə dərnək jurnalı olmadığına və 2022/2023-cü dərs ilində dərnək jurnalı olmadığı halda riyaziyyat fənni üzrə dərnək müəllimlərinə cəmi 8942,70 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində 5 müəllimə 22 saat, qeyri ixtisas fənn müəllimlərinə dərs saatlarının, o cümlədən fizika ixtisası olan müəllimə təsviri incəsənət, kimya ixtisası olan müəllimə fiziki tərbiyə, musiqi, sinif müəlliminə yuxarı siniflərdən, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat fənləri, sinif müəlliminə yuxarı siniflərdən Azərbaycan dili, ədəbiyyat, coğrafiya, ÜTF üzrə ixtisası olan müəllimə riyaziyyat fənlərinin tədrisi verilərək cəmi 8.272,68 manat əməkhaqqı ödənildiyi, 2020/2021-ci dərs ilində 3 müəllimə 13,5 saat, o cümlədən fizika ixtisası olan müəllimə təsviri incəsənət, sinif müəlliminə V-İX siniflərdə musiqi, ÜTF üzrə ixtisası olan müəlliməyə informatika fənlərinin tədrisi verilərək 892,01 manat əməkhaqqı ödənildiyi, 2019/2020-2022/2023-cü dərs illərində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatlarının əvəzçilik qaydasında 4 nəfər qeyri ixtisas fənn müəllimlərinə yazıldığı üçün 1163,96 manat əməkhaqqı ödənildiyi, məktəbin tədris işləri üzrə direktor müavini 12 - 31 yanvar 2023-cü il tarixlərdə siyahıya almaya cəlb edilib işdən müvəqqəti azad olunmasına baxmayaraq öhdəsində olan 6 saat dərsi tədris etdiyi, dərs jurnalının özü tərəfindən yazıldığı, lakin dərslərin digər müəllimin adına yazıldığı halda ona 148,80 manat əməkhaqqı ödənildiyi, məktəbdə işləyən işçilərin orta ixtisas və ali təhsili olmadığı halda VTC üzrə 7-ci dərəcə əvəzinə 8-9-cu dərəcə ilə artıq vəsait xərc 773,50 manat əməkhaqqı ödənildiyi, 19 may 2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində 6510,03 manat çatışmazlıq aşkar olunduğu, 19 may 2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində 2928,65 manat və 2032,05 manat dəyərində inventar çatışmazlıqları aşkar olunduğu, nəticədə ümumilikdə dövlət büdcəsində 81.414,31 manat məbləğində çatışmazlıq olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manatdır.(İV cild iş vər.73-108); Qətimkan tədbirinin seçilməsi haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(İV cild iş vər 215-218); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb.( İİİ cild iş vər.154); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X56 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vahid niyyətlə tamah məqsədi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgə əmlakı olan dövlət büdcə vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talaması onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin izahatı və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Maliyyə Nazirliyinin 22 iyun 2023-cü il tarixli aktı, müvafiq ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Lakin Təqsirləndirilən şəxs qrşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, və 313-cü maddələri ilə yanaşı həmin Məcəllənin 308.1-ci maddəsi ilədə ittiham sürülsə də, ittiham aktından və məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunr ki, onun əməli qulluq mövqeyindən istifadə etməklə hissəsində Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam olaraq əhatə olunur. Bu səbəbdən ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni taladığı əmlakın dəyərinin təxminən 206 manat olması və ittihamın digər hissələri ilə bağlı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, həmçinin məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, maliyyə yoxlaması aktı, müvafiq ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, Maliyyə Nazirliyinin 22 iyun 2023-cü il tarixli aktından (audit rəyi) görünür ki, 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X56 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə Təqsirləndirilən şəxs dövlət büdcəsinə vurmuş olduğu ziyanın məbləği 16.758,69 (on altı min yeddi yüz əlli səkkiz manat altmış doqquz qəpik) edilmişdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 59.2-ci maddəsinə görə Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2-ci maddəsinə görə Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 68.3.1-ci maddəsinə görə Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 179.2.3, 179.2.4 maddələri ilə sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və CM-in 313-cü maddəsi ilə sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzalarının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və işlah işləri növündə cəza təyin edilməli, 2 (iki) gün islah işləri cəzası 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla qəti cəza hesablanmalı (CM 66.2-ci və 68.3.1), təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli (CM 46.2), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxsin üzərinə Yevlax rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1),təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə təhsil orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 68.3.1-ci maddələrinə əsasən 2 (iki) gün islah işləri 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 2 (iki) il islah işləri cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il müddətinə təhsil orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-34/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-34/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver