Məhkəmə qərarları › İş №1(039)-34/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-34/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-34/2025 25.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx.xx.2024cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə edib, saxlayaraq, gəzdirməklə, daşıyıb, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan istifadə edərək, qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən-sapının diametri 0,11 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş 1 qatlı saplardan toxunmuş, uzunluğu 45 metr, eni 2 metr olan, açıq yaşıl rəngli 01 ədəd toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, gəzdirməklə 27 may 2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir su anbarının Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən hissəsində sahilə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan, qadağan edilmiş vaxtda, sintetik təksaplı torla qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə bir cüt rezin kombinezon ilə Mingəçevir su anbarına daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, 28 may 2024-cü il tarixə saat 16 radələrinədək olan müddət ərzində hər birinin dəyəri 33 manat olmaqla 32 ədəd şamayı balıqlarını qanunsuz tutub, balıq ehtiyatlarına ümumilikdə 1056 (bir min əlli altı) manat məbləğində maddi ziyan vurduqdan sonra, həmin tarixdə saat 18:30 radələrində Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 cüt rezin kombinezon, sapının diametri 0,11 mm, dəliklərinin daxili ölçüsü 40x40 mm olan, poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş 1 qatlı saplardan toxunmuş, uzunluğu 45 metr, eni 2 metr olan, açıq yaşıl rəngli 01 ədəd tor, 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 27 may 2024-cü il tarixdə təxminən saat 19 radələrində balıq tutmaq üçün Mingəçevir su anbarının Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən hissəsində sahilə gəlmişdir. Orada bir cüt rezin kombinezon geyinib su anbarına girmiş və özünə məxsus olan 01 ədəd uzunluğu 45 metr, eni 2 metr olan toru su anbarında qurub evinə qayıtmışdır. 28 may 2024-cü il tarixdə saat 16 radələrində toru qurduğu yerə getmişdir. Torları yığarkən qurduğu tora xeyli sayda balıq düşdüyünü görmüşdür. Həmin gün tutduğu balıqları yığıb sahilə çıxarkən, su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Mingəçevir su anbarında balıq tutmağa rəsmi icazəsi olamadığını demişdir. Polis əməkdaşları video çəklişdən istifadə etməklə ona məxsus olan 01 ədəd uzunluğu 45 metr, eni 2 metr olan tora və tutduğu balıqlara baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, 32 ədəd şamayı balıqlarını tutmuşdur. Polis əməkdaşları tərəfindən baxışla bağlı protokol tərtib edilmiş və baxışdan sonra ona məxsus olan 01 ədəd uzunluğu 45 metr, eni 2 metr olan tor və tutduğu 32 ədəd şamayı balıqlarını götürmüşlər. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş hüquqi şəxsə (mülki iddiaçıya) vurmuş olduğu ziyanı ödədiyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Su NPİ-nin Mingəçevir xətt polis şöbəsinin əməkdaşları tərəfindən ekoloii cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1983-cü il təvəllüdlü, Yevlax rayonu, Xanabad kəndində yaşayan Təqsirləndirilən şəxs Mingəçevir su anbarının Yevlax rayonu, Xanabad kəndi ərazisindən yerləşən hissəsində balıqovlama bileti olmadan torla qadağan edilmiş vaxtda qanunsuz 32 ədəd şamayı balıqlarını tutub Mingəçevir su anbarından çıxarkən saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı balığı üçün ziyanın miqdarı 33 manat təşkil edir. Belə olan halda dəymiş ziyanın 1056 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Su NPİ-nin Mingəçevir XPM-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 28 may 2024-cü il tarixdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 18:30 radələrində Mingəçevir Su anbarının Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən hissəsində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs uzunluğu 45 metr, eni 02 metr 01 ədəd tor və 32 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 32 ədəd şamayı balıqlarını torla Mingəçevir su anbarının Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən hissəsindən tutduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Su NPİ-nin Mingəçevir XPM-nin polis nəfəri Şahid3 iş üzrə Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədiq edilən xx.xx.10124-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 256.1-ci ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 32 ədəd şamayı balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1056 (bir min əlli altı) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə ibtidai istintaq zamanı müraciət edərək, 32 ədəd şamayı balığına görə dəymiş 1056 (bir min əlli altı) manat ziyanın Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesablaşma hesabına köçürülməsini xahiş etmişdir. Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Eyyubov X6 və Təbii Sərvətlər Nazirliyinə vurmuş olduğu 1056 (bir min əlli altı) manat ziyanı tam şəkildə ödəmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 cüt rezin kombinezon, 01 uzunluğu 45 metr, eni 2 metr tor və 32 ədəd şamayı balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərza malı hesab edildiyi üçün xx.xx.2024-cü il tarixdə müvafiq qaydaya əsasən 32 ədəd şamayı balıqları X4 təhvil verilməsi nəzərə alınmış və 01 ədəd tor ekspert tədqiqatından sonra, digər balıqovlama vasitələri isə dərhal saxlanılması üçün Su NPİ-nin maddi sübutlarln saxlanılması otağına təhvil verilmişdir. Yevlax rayon İHB-nın Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-6/3147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əksi olan “HK-1/52 saylı material üzrə Təqsirləndirilən şəxs götürülmüş tor, Tərtib etdi: baş müstəntiq-Vasif Məmmədov-imza” yazı əlavəsi olan bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri-0,11 mm, ilgəklərin daxili ölçüsü 40x40 mm, tək qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Qeyd: qərarda qeyd edilən “1, 6 və 7”-ci suallar maddə və materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə (predmetinə) aid olmadığından cavablandırılmamışdır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 154 (bir yüz əlli dörd) manat qəpik müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin həmin Məcəllənin 233-1.1 və 256.2.2-ci maddələrinə tövsüf edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.2 və 233-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 cüt rezin kombinezon, 01 ədəd uzunluğu 45 metr, eni 2 metr, açıq yaşıl rəngli sapının diametri 0,11 mm, konstruktiv ölçü 40x40 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor, 32 ədəd şamayı balıqları və görüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş olan ziyanın tam şəkildə ödənilmiş və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 54-cü bəndinə əsasən şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-nin 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-nin 70-ci maddəsi yalnız əsas cəzaya (müəyyən müddətə azadlıqdan məhrum etmə, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri), CM-nin 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər. Həmin qərarda cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəlləinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmamasını və yşayış yerindən müsbət xasiyyətləndirilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, təqsirli bilindiyi CM-nin 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir. Təqsirləndirilən şəxs X7 tərəfindən 1056 (bir min əlli altı) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Su NPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 cüt rezin kombinezon və 01 ədəd uzunluğu 45 metr, eni 2 metr, açıq yaşıl rəngli sapının diametri 0,11 mm, konstruktiv ölçü 40x40 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor məhv edilməli, 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmaıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş 32 ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi, balıqların təhvil verildiyi fərdi sahibkar X3 üzərinə qoyulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 7 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs tərəfindən 1056 (bir min əlli altı) manat məbləğində mülki iddianın tam ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş Su NPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 cüt rezin kombinezon və 01 ədəd uzunluğu 45 metr, eni 2 metr, açıq yaşıl rəngli sapının diametri 0,11 mm, konstruktiv ölçü 40x40 mm olan 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş tor məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş 32 ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi, balıqların təhvil verildiyi fərdi sahibkar X3 üzərinə qoyulsun. Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən 7 saat hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar