Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-35/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Cəlal oğlunun Təqsirləndirilən şəxs Cəlal oğlunun müdafiəçisi X4 Zərərçəkmiş şəxsin nümayəndəsi Cəfərov Röyal Kazım oğlunun iştirakları ilə xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayonu Soyuqbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxxx 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax rayonu Meyvəli kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Cəlal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Yevlax rayonu Ərəş bələdiyyəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsəsnamə" ilə müəyyən olunmuş səlahiyyətlər daxilində xx xxxxx 2019-cu ildə keçirilmiş monitorinq zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs Cəlal oğlu qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Yevlax rayonu Meyvəli kəndi ərazisində yerləşən, rayonun Ərəş bələdiyyəsinin mülkiyyətində olan uqodiyası kənd təsərrüfatı təyinatlı ümumi istifadədə olan örüş sahəsinin 0.80 ha hissəsini həmin bələdiyyənin razılığı olmadan, habelə ona həmin ərazidə özbaşına becərmə işləri aparmağın qadağan olunması barədə həmin bələdiyyə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə məhəl qoymadan həmin ərazini 2019-cu ilin aprel ayının əvvəllərindən avqust ayının ortalarına qədər traktor vasitəsilə şumlatdırmış, arxlar çəkdirmiş, əkin üçün yararlı vəziyyətə gətirmiş, öz həyətində yetişdirdiyi qarpız şitillərini gətirib orada əkərək dəfələrlə suvarmaqla qanunsuz olaraq öz başına becərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Cəlal oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Yevlax rayonu Meyvəli kəndində yaşayır. Heç bir yerdə işləmir. Ailəsini dolandırmaq məqsədilə 2019-cu ilin mart ayının sonlarında Meyvəli kəndinin təpəlik hissəsində 80 sot torpaq sahəsində qarpız əkmişdir. Belə ki, o, 2019-cu ilin mart ayında həmin torpaq sahəsini əkib becərmək üçün kəndin bələdiyyəsi vəzifəsini icra edən Zivər Məsimovaya müraciət etmişdir. Lakin, Zivər xanım ona həmin yerlərin ümumi istifadədə olan torpaqlar olduğuna görə əkilib becərilməsi qanunla qadağan olunduğunu demişdir. O da bir müddət gözləmiş və həmin yeri əkməmişdir. Lakin, heç bir yerdən qazancı olmadığına görə, həmçinin ailəsini dolandıra bilmədiyinə görə məcbur olub həmin torpaq sahəsində qarpız bitkisi əkib becərmişdir. Bunun üçün adını və telefon nömrəsini bilmədiyi traktorçuya 2019-cu ilin aprel ayının əvvəllərində həmin torpaq sahəsinin 80 sotunu şumlatdırmışdır. Daha sonra isə həmin şumlanmış ərazini lək olaraq düzəltmişdir. O, həmin yerin üstünə sellofanla çadır çəkmişdir ki, məhsulu tez əldə etsin. Daha sonra isə həyətində olan qarpız ştillərini həmin torpaq sahəsində əkib becərmişdir. O, həmin yerə bir dəfə vedrələrlə ilə su vermiş, üç dəfədə arxla suvarmışdır. Bundan sonra 2019-cu ilin iyul ayının 7-dən sonra həmin torpaq sahəsindən əldə etdiyi qarpızları yığmış və bostandan tanımadığı alverçilərə kilosu 20 qəpiyə satmışdır. O, həmin torpaq sahəsindən təxminən 10 ton qarpız əldə edib satmışdır. Məhkəmədən hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışdığını və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Cəfərov Röyal Kazım oğlu ifadəsində göstərdi ki,Meyvəli kəndində yaşayan bir çox sakin kəndin təpəliklər hissəsi tərəfindəki ümumi istifadədə olan bələdiyyə torpaqlarını əkmək üçün icazə istəsələr də keçmiş bələdiyyə sədri tərəfindən heç birinə icazə verilməmişdir. Həmin sakinlər içərisində Meyvəli kənd sakinləri Elburus, Aqil, Taleh və Rövşən də olmuşdur. Onlar ümumilikdə 4 hektar torpaq sahəsini zəbt edərək şumlatmış və qarpız bitkisi əkmişlər. Daha sonra isə Əmlak Məsələləri Dövlət komitəsi Mirgəçevir Ərazi şöbəsinin əməkdaşları ilə həmin əraziyə baxış keçirilmiş və akt tərtib edilmişdir. Belə ki, Elburus, Aqil, Rövşən və Taleh həmin ərazidə qarpız əkib becərmişdirlər. Məhkəmədən Təqsirləndirilən şəxs Cəlal oğlunun hazırda törətdiyi əməldən səmimi peşman olmaqla, torpaq sahəsindən artıq istifadə etmədiyini nəzərə alıb ondan hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yevlax rayonu Meyvəli kəndində bir azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Ailəsini dolandırmaq məqsədilə bostanlarda fəhləlik edir. X8 kəndinin təpəlik hissəsində cəmisi 3 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq əkib qarpız əkib becərmişdir. O da qardaşı Elburusun və həmkəndlisi Aqilin zəbt etdiyi torpaqda pulu ilə günü 10 manata fəhlə işləmişdir. Lakin həmin şəxslərin torpaq sahəsini qanunsuz zəbt etməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, baxış keçirilən yer Meyvəli kəndinin ərazisində yerləşən örüş sahəsidir. Həmin ərazi Meyvəli kəndinin şimal tərəfində yerləşən təpəliklər olan hissəsi istiqamətində təpəliklərdən təxminən 400 metr məsafədə yerləşir. Həmin ərazidə ətraf biçilmiş taxıl zəmiləri ilə əhatə olunmuşdur. Örüş sahəsində təxminən 6-7 hektar ərazidə bostan bitkisi olan qarpız əkilmişdir. İcra nümayəndəsi Knyaz Məmmədov bostan sahəsinin təxminən 1 hektar ərazisinin Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən əkildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Resbublkasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx xxxxx 2019-cu il tarixli, **********28 saylı məktubundan görünür ki, Yevlax rayonu, Ərəş bələdiyyəsinə daxil olan Meyvəli kəndi ərazisində monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, Meyvəli kəndində ümumi istifadədə olan 4.0 hektar örüş torpaq sahəsi Təqsirləndirilən şəxs Cəlal oğlu və qeyriləri tərəfindən məqsədli təyinatı özbaşına dəyişdirilərək şumlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Yevlax rayonu, Ərəş Bələdiyyəsinə daxil olan kənd təsərrüfatı təyinatlı, uqodiyası (təyinatı) ümumi istifadədə olan örüş sahəsi yalnız örüş sahəsi olaraq istifadə edilə bilər və təyinatından fərqli olaraq şumlanması, becərilməsi və ya əkilməsi qadağandır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Resbublkasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********51 saylı məktubundan görünür ki, Yevlax rayonu, Meyvəli kəndində baxış keçirilmiş 4.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 944 saylı məktubdan görünür ki, Yevlax rayon Ərəş kənd Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli 21 nömrəli məktubuna əsasən Meyvəli (Ərəş) bələdiyyəsinin JN-01-01 (kod-90113028) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” na görə 1-27 nömrəli çevrədə yerləşən 16,43 hektar torpaq sahəsi Meyvəli (Ərəş) bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun himayəsində 2018-ci il təvəllüdlü Cəlal adlı bir azyaşlı uşağı var. Zərərçəkmiş şəxsin nümayəndəsi Cəfərov Röyal Kazım oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindəngörünür ki, Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən bələdiyyəyə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, habelə şahidin məhkəmədə səsləndirdiyivəiş materiallarında olan ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Cəlal oğlunun himayəsində 01 azyaşlı uşaq olmasını (59.1.4), zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM-59.1.13), əməlindən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cəlal oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Cəlal oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Mamedov X6 Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəlal oğluna təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs Cəlal oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Cəlal oğlunun üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Cəlal oğlunun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Cəlal oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cəlal oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 28 (iyirmi səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-35/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-35/2020
13.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver