Məhkəmə qərarları › İş №1(039)-35/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-35/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-35/2023 01.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Yevlax rayonu, Marzılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Marzılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 425 qram qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib Yevlax rayonu, Marzılı kəndində yaşadığı evdə saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:50-də Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən Yevlax rayonu, Marzılı kəndində yaşadığı evin qarşısında saxlanılmış və onun yaşadığı həmin fərdi yaşayış evinə həmin gün saat 18:55-dən 19:15-dək olan müddət ərzində video çəkilişlə keçirilmiş baxış nəticəsində evin mətbəx otağında dolabın içərisindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda 425 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Saxlanıldığı təxminən bir ay əvvəl yaşadığı kəndin ərazisindən yabanı şəkildə bitmiş çətənə kollarından yığaraq yarpaqlarını qurutmuş və yaşadığı evdə saxlamışdır ki, mütəmadi istifadə etsin. 26 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı kəndə evində olarkən bir neçə mülki geyimdə olan şəxs qapını döyüb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Onlar bildirmişlər ki, onun yaşadığı evdə narkotik vasitə saxlaması ilə bağlı şübhələr var. Eyni zamanda qeyd etmişlər ki, evə baxış keçirmək istəyirlər. Buna heç bir etiraz etməmiş, buna dair razılıq ərizəsi yazmış və onları evə buraxmışdır. Ona təklif olunmuşdur ki, yaşadığı evdə narkotik vasitə vardırsa könüllü təqdim etsin. Bu təklifdən sonra o, yaşadığı evdə mətbəxdə dolabda saxladığı bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Etiraf etmişdir ki, narkotik vasitədən istifadə edir və həmin marixuananı kənd ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisindən yığıb qurutmuşdur. Əməlindən peşman olduğunu bildirərək ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə məlumat daxil olduğundan rəhbərliyə raportla müraciət etmiş və bu məlumat əsasında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 26 sentyabr 2022-ci il tarixdə, axşam təxminən saat 19:00-da əməliyyat qrupunun digər üzvü Şahid2la Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Marzılı kəndinə getmiş və orada, sonuncunun yaşadığı evin yanında onu saxlamışlar. Özlərini ona təqdim edib ona bildirmişlər ki, onun yaşadığı evə video çəkilişlə baxış keçirilməsi zərurəti var. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və ərizə də yazaraq razılıq vermişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı evdə hər hansı bir narkotik vasitə varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs mətbəxdə olan dolabdan bir ədəd sellofan torba çıxararaq təqdim etmiş və bildirmişdir ki, sellofan torbanın içində olan kütlə marixuanadır, öz istifadəsi üçün yığıb, qurudub saxlamışdır. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 425 qaram olan marixuanadır. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs evində axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə mətbəxdə dolabda saxladığı bir ədəd sellofan torbanın ona məxsus olduğunu və həmin torbada olan kütlənin qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 27 sentyabr 2022-ci il tarixli 16/1149 aylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd göy rəngli polietilen paketdə təmiz çəkisi - 425 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (səh. 46) Məhkəmə-narkoloji ekspertizasının 25 noyabr 2022-ci il tarixli 1793 saylı rəyində qeyd olunur ki, narkotik vasitə olan kannabioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh. 96) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitənin saxlamasını, onun miqdarını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza tətbiq edilərsə, bu, onun islah olunmasına xidmət etməyəcək, bu səbəbdən ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, şübhəli şəxs kimi saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan 424.98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 6 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 01 fevral 2023-cü il tarixdən hesablansın . Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut - X2 saxlanılan 424.98 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar