Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-36/2020 18.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi X3 Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 iştirakı ilə xx xxxxx 2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi, ev 77-də qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özündən dörd yaş kiçik olan xx xxx 2004-cü il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan 15 yaşlı Zərərçəkmiş şəxs ilə, 2019-cu ilin aprel ayında, 16 yaşına çatmadığını bildiyi halda onunla evlənərək faktiki nikah münasibətlərinə girmiş və 2019-cu il noyabrın 11-dək olan müddətdə, Yevlax şəhəri Q.B.Zakir küçəsi 77 saylı evində onunla ər-arvad kimi yaşayaraq onunla mütəmadi olaraq cinsi əlaqədə olmuş və bu nikahdan 2019-cu il dekabrın 19-da Zərərçəkmiş şəxs 30-31 həftəlik hamilə qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki,Zərərçəkmiş şəxs onun arvadıdır. 2018-ci ilin avqust ayında dostunun toy məclisində Xalidəni görüb bəyənmişdir. Bundan sonra Xalidənin telefon nömrəsini öyrənmiş, Xalidə ilə mobil telefonda danışmağa başlamış və bundan sonra Xalidə ilə bir-birilərini sevməyə başlamışlar. 2019-cu il mart ayının 30-da Xalidə ilə telefonla danışan zaman ailə həyatı qurmaq üçün qaçmağı planlamışlar. Buna görə də həmin gün Xalidə yaşadıqları evdən təxminən 200 metr kənara gəlmiş və öz razılığı ilə könüllü olaraq ona qoşulub qaçmışdır. Həmin ərəfədə onun babası rəhmətə getdiyi üçün toy mərasimləri gecikmiş, 2019-cu il iyulun 10-da isə Yevlax şəhərində yerləşən Dostluq şadlıq sarayında toy mərasimləri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə arvadı öskürdüyü üçün anasıgil Xalidəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə zamanı həkimlər Xalidəin 7 aylıq hamilə olduğunu bildirmişlər. Bundan sonra isə xəstəxanadan Xalidənin hamilə olmağı barədə polis şöbəsinə məlumat verilmişdir. O, arvadı Xalidə ilə ilk dəfə 2019-cu ilin aprel ayında Xalidənin öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra Xalidənin razılığı ilə dəfələrlə cinsi əlaqədə olmuşlar. Onun Xalidənin 16 yaşına çatmadığından xəbəri olmuş və həmçinin Xalidənin 16 yaşına çatmadığını bilə-bilə cinsi əlaqədə olmuşdur. O, Xalidə ilə cinsi əlaqədə olan zaman Xalidəyə heç bir fiziki zor tətbiq etməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs onun əridir. Lakin rəsmi nikahları yoxdur. Onlar 2018-ci ildə tanış olmuş, bir müddət keçdikdən sonra aralarındakı münasibətlər dərinləşmişdir. 2019-cu ilin mart ayının 30-da evlənmək məqsədilə razılığı əsasında könüllü olaraq Şamilə qoşulub qaçmış və bu barədə anasına zəng edərək məlumat vermişdir. Onun 15 yaşının olmasından Şamilin xəbəri olmuşdur. Şamilin babası rəhmətə getdiyi üçün toy mərasimləri gecikmişdir. Toy mərasimindən öncə yəni, 2019-cu ilin aprel ayında Şamilin yaşadığı Yevlax şəhəri, Q.B.Zakir küçəsi 77 saylı evdə könüllü olaraq Şamillə cinsi əlaqədə olmuşdur. Şamilin babasının yasından sonra isə, yəni 2019-cu ilin iyul ayının 10-da Yevlax şəhəri, «Dostluq» şadlıq sarayında toy mərasimləri olmuşdur. Toy mərasimində öz ailə üzvləri də iştirak etmişdir. Valideynlərinin onların bir birilərini sevməsindən xəbərləri olmamışdır. Şamil onu qaçırarkən ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. O, könüllü olaraq öz istəyi ilə Şamilə qoşulub qaçmışdır. Öz razılığı ilə Şamillə bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Hal-hazırda onların arasıında münasibətlər çox yaxşıdır. xx xxxxxx 2019-cu il tarixdə onun səhhətində narahatçılıq olduğu üçün Yevlax şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Xəstəxanada ona 30-31 həftəlik hamilə olduğunu bildirmişlər. Bu məlumat həmçinin rayon polis şöbəsinə ötürülmüşdür. O, əri Şamil ilə 2019-cu ilin aprel ayında ilk dəfə cinsi əlaqə olmuşdur. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını, birlikdə ailə kimi yaşadıqlarını və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. 2019-cu ilin mart ayında qızı ona telefon ilə zəng edərək Təqsirləndirilən şəxs adlı bir şəxsi sevdiyini və ailə həyatı qurmaq üçün öz razılığı ilə könüllü olaraq evlənmək məqsədilə Şamilə qoşulub qaçdığını bildirmişdir. Qızı Xalidəyə hələ 16 yaşının olmadığını bildirməsinə baxmayaraq nə qızı, nə də Şamil buna əhəmiyyət verməmişlər. Həmin ərəfədə Şamilin babası rəhmətə getdiyi üçün toy mərasimləri gecikmiş və qızı Xalidə 2019-cu ilin iyul ayının 10-da Şamillə ilə toy mərasimlərinın olacağı barədə məlumat vermiş və onları toy mərasiminə dəvət etmişdir. xx xxxx 2019-cu il tarixdə Yevlax şəhərində yerləşən «Dostluq» şadlıq sarayına qızı Xalidə ilə Şamilin toy mərasiminə getmişdir. Toydan əvvəl, yəni 2019-cu ilin aprel ayında qızı Xalidə ilə Şamil Yevlax şəhəri, Q.B.Zakir küçəsi 77 saylı evində cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan sonra Xalidə onlara hamilə olduğunu bildirmişdir. Şamilin ailəsinin də Xalidənin 16 yaşına çatmadığından xəbəri olmuşdur. Hal-hazırda onların ailələri arasında normal münasibətlər vardır. xx xxxxxx 2019-cu il tarixdə qızı Xalidə səhətində olan narahatçılıqla bağlı Yevlax şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Xəstəxanada Xalidənin 30-31 həftəlik hamilə olduğunu bildirmişlər. Bu məlumat həmçinin rayon polis şöbəsinə ötürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunli ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu Təqsirləndirilən şəxs həyat yoldaşıdır. 2019-cu ilin mart ayında oğlu Şamillə Xalidə ailə həyatı qurmaq üçün bir-birlərinə qoşulub qaçmışdır. Oğlunun Xalidəni qaçırana kimi sevdiyindən və Xalidə ilə aralarında sevgi münasibətlərinin olmasından xəbəri olmamışdır. X9çırdıqdan sonra Xalidənin 16 yaşının tamam olmadığını öyrənmişdir. 2019-cu il iyulun 10-da oğlu Şamillə Xalidənin toy mərasimləri olmuşdur. Toy gec olduğu üçün oğlu Şamil 2019-cu ilin aprel ayında Xalidənin öz razılığı ilə könüllü olaraq Xalidə ilə cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan sonra isə Xalidə onlara hamilə olduğunu bildirmişdir. Hal-hazırda ailələr arasında normal münasibətlər vardır. xx xxxxxx 2019-cu il tarixdə gəlini Xalidə səhətində narahatçılıq olması ilə bağlı Yevlax şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Xəstəxanada onlara gəlininin 30-31 həftəlik hamilə olduğunu bildirmişlər. Bu məlumat həmçinin rayon polis şöbəsinə ötürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2004-cü il tarixdə Yevlax rayonu, Aeraport qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx xxxxxx 2019-ci il tarixli 912 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. Zərərçəkmiş şəxs 30-31 həftəlik hamilədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 19 saylı Evlər Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanın şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 oğlunun göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-36/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-36/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver