Məhkəmə qərarları › İş №1(039)-36/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-36/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-36/2021 15.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 4 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda çəkisi 0,177, 0,297, 0.143 və 0,894 qram olmaqla ümumi təmiz çəkisi 1,511 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini və 1 ədəd kağız bükümdə 0,086 qram şəxsi istehlak miqdarından artıq miqdarında psixotrop maddə olan metafetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qəsdən özündə saxlamış və xx xxxxxx 2020-ci il tarixdə, saat 00:20-də idarə etdiyi VAZ-21063 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Respublika ərazisində olan hərbi vəziyyətlə əlaqədar Yevlax-Bərdə avtomobil yolunun 4-cü km-də olan stasionar postdan keçərkən həmin postda xidmət aparan Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs avtomobillə birlikdə Yevlax RPŞ-nə gətirilmiş, həmin gün saat 01:00-da avtomaşınına video çəkilişlə keçirilmiş baxış nəticəsində avtomobilin salonundakı pul kisəsindən həmin 4 ədəd sellofan bükülüdə ümumi təmiz çəkisi 1,511 qram narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə çəkisi 0,086 qram psixotrop maddə olan metafetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq irülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən istifadə edir. xx xxxxxx 2020-ci tarixdə səhər vaxtlarında özünə məxsus VAZ-2106 markalı avtomobili ilə Yevlax rayonu Aran qəsəbəsində yaşayan tanışı, qızıl alveri ilə məşğul olan Albina gilə qonaq gedərkən, onların küçəsini səhv salmış və ünvanı dəqiqləşdirmək məqsədi ilə avtomobili saxlayaraq bir az kənarda dayanan şəxslərə yaxınlaşıb ünvanı soruşmuşdur. Geri dönüb avtomobilə yaxınlaşarkən yolun kənarında bir siqaret qutusu görüb götürmüşdür. Qutunu açdıqda içində 3-4 ədəd siqaret olduğunu və bir ədəd sellofan bükülü olduğunu görmüşdür. Avtomobilə oturmuş və bükülünü açdıqda içinə baxarkən içində heroin olduğunu və bir bükümdə isə az miqdarda “şüşə” deyilən metafetamin olduğunu görmüşdür. Gələcəkdə istifadə etmək üçün heroini 4 bükümə bölərək metafetaminlə birlikdə avtomobildə olan çantaya qoymuş, sonra Albina gilə getmişdir. Həmin gün saat təxminən 23:00-da Yevlax rayonunda yaşayan tanışı Talehlə Yevlax şəhərində görüşmüşdür. Talehin yanında həmin vaxt adını bilmədiyi qohumu da olmuşdur. Taleh onu Yevlax rayonu Malbinəsi kəndində yaşadığı evə qonaq kimi dəvət etmiş və o, buna etiraz etməyərək artıq xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 00:20-da ona məxsus VAZ-2106 markalı avtomobillə Yevlax şəhərindən Talehin yaşadığı kəndə doğru hərəkətə başlamışlar, yolu yaxşı tanıdığına görə avtomobili Taleh idarə etmişdir. Avtomobildə narkotik vasitə olduğundan nə Taleh nə onun tanışının məlumatı olmamışdır. Bərdə rayonu istiqamətində gedərkən, komendant saatı ilə əlaqədar yolda olan polis postunda onları saxlamışlar. Orada olan polis əməkdaşları Talehlə qohumunun yaşayış yeri üzrə sənədi olduğundan onlara evlərinə icazə olduğunu desələr də, onun Salyan rayonunda qeydiyyatda olduğuna görə buraxmamış və avtomobilə baxış keçirəcəklərini demişlər. Onun avtomobilində, tapdığı narkotik vasitə olduğundan avtomobilə baxış keçirməyə razılıq verməmişdir. Bu səbəbdən polis əməkdaşları oraya Yevlax RPŞ-nin əməkdaşlarını dəvət etmişlər. Oraya gəlmiş polis əməkdaşları onları Yevlax RPŞ-yə aparmışlar. Yevlax RPŞ-nin inzibati binasının həyətində onun avtomobilinə video çəkilişlə baxış keçirilməsi təklif edilmiş, bu dəfə buna etiraz etməmişdir. Baxış zamanı avtomobildə olan qara rəngli çantasında saxladığı 4 ədəd büküm narkotik vasitə olan heroin və 1 bükümdə psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Vətən müharibəsi zamanı Yevlax-Ağdam-Laçın avtomobil yolunun 2-ci km-də qoyulmuş komendant postunda o, digər polis əməkdaşları və DQ-nin əməkdaşları ilə xidmət aparmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 00:20-da postda xidmətdə olarkən Yevlax şəhəri istiqamətindən gələn VAZ-2106 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən yoxlanılması üçün saxlanılmışdır. Avtomobildə olan üç nəfərdən ikisi Yevlax rayon sakini olduğuna görə onların postdan Bərdə istiqamətində keçməsinə icazə vermişlər. Lakin avtomobildə olan Təqsirləndirilən şəxs Salyan rayon sakini olduğu müəyyən edilmişdir. Malikin özünü şübhəli apardığını hiss edib avtomobilə baxış keçirməli olduqlarını bildirmişlər. Lakin Malik buna etiraz etmişdir. Bu səbəbdən Yevlax RPŞ-yə müraciət olunaraq kömək çağırmışlar. Az sonra oraya Yevlax RPŞ-nin əməkdaşları gəlmiş və Maliki, onunla olan şəxslərlə birlikdə polis şöbəsinə dəvət etmişlər. O, özü və digər polis əməkdaşı onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasının həyətinə getmişlər. Orada təhqiqatçı qeyd edilən şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra avtomobilə video çəkilişlə baxış keçiriləcəyini bildirmiş, bu dəfə Malik etiraz etməmişdir. Baxış zamanı avtomobilin baqajında olan çantadan 4 bükümdə narkotik vasitə olan heroin və 1 büküm isə psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Malik etiraf etmişdir ki, bükümdə olanlar heroindir, digəri isə metafetamindir, bir gün öncə Yevlax şəhərindən tapmış və özü istifadə etmək üçün saxlamışdır. Həmin kütlələr qablaşdırılmış bundan sonra protokol tərtib edilmiş və protokolu imza etmişlər. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 21063 markalı 10 BP-184 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 17/592 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 21063 markalı ** BP *** d.q.n-lı nəqliyyat vasitəsindən aşkar edilmiş 5 ədəd...” sözləri və imzalar yazılmış zərfin içindəki 04 (dörd) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,177 qr., 0,297 qr., 0,143 qr. və 0,894 qr., ümumi təmiz çəkiləri - 1,511 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0, 086 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahıya, İİ bənd, sıra №27) daxil olan metafetamindir. Tədqiqata təqdim edilmiş 04 ədəd şəffaf sellofan bükümlərdə olan heroinlər tərkibinə görə eynidirlər. (səh. 37-38) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 32 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.90) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq 1,511 qram narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Lakin, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Ssiyahıdan müəyyən olunur ki, psixotrop maddə hesab edilən metafetaminin saxlanılmasına görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun çəkisi (Şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri) 0,15 qramdan artıq olmalıdır. Təqsirləndirilən şəxs isə aşkar olunan metafetaminin çəkisi 0,086 qram olmuşdur. Bu səbəbdən həmin psixotrop maddənin saxlanılması hissəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilməli və onun bu əmələ görə inzibati məsuliyyət cəlb edilməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 1,311 qram narkotik vasitə olan heroin və 0,066 qram metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 istintaq müddəti üçün 480 (səksən) manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 1,311 qram narkotik vasitə olan heroin və 0,066 qram metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 480 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili X1 ödənilsin Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar