Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-36/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 27 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 10-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,960 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində, Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Respublika bankın yaxınlığında həmin narkotik vasitə olan heroinin 0,301 qram miqdarında olan hissəsini bir ağ rəngli sellofan bükümdə tanışı Şahid3 15 manata satmış, qalan 0,659 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2021-ci il tarixdə saat 14:35 radələrində Yevlax şəhəri, Nizami prospektində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 15:20 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin təmiz çəkisi 0,659 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 23:25 dəqiqədə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə Təqsirləndirilən şəxs ona satdığı cəmi 0,301 qram miqdarında narkotik vasitə-heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 24.10.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı binanın yaxınlığında gəzən zaman yerdə 1 ədəd sellofana bükülmüş bükülü görmüşdür. Həmin bükülünü açıb içərisinə baxan zaman həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və özü istifadə etmək üçün əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. 25 oktyabr 2021-ci il tarixdə saat təxminən 14:30 radələrində Yevlax şəhəri, Nizami prospektində olan zaman iki nəfər polis əməkdaşları özlərini təqdim edərək ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satmasında şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Sevda Bəkirovaanı özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini əynindəki gödəkcənin sağ yan cibindən çıxardaraq təqdim etmişdir. O, bükülüdəkinin içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Təhqiqatçı heroini sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi cəmi 0,78 qram olmuşdur. Həmin heroindən bir bükümünü Yevlax şəhər sakini kimi tanıdığı Şahid3 satmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satması barədə 25 oktyabr 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Səbuhinin barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Səbuhinin barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 25 oktyabr 2021-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X6 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 14:30 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə Yevlax şəhəri, H.Əliyev prospektidə olarkən Səbuhinin yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Səbuhiyə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Səbuhi üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demiş və Səbuhini Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5a təhvil vermişlər. X2 tərtib etdiyi sənədlər əsasında Səbuhini şübhəli şəxs qismində tutmuşdur. Səbuhini Yevlax şəhər Vəkil Bürosunun vəkili Sevda Bəkirova tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X8 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Vüsal Hüseynov onun, Şahid2 və müdafiəçi Sevda Bəkirovanın iştirakı ilə Səbuhinin üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünün təqdim edərək bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini Dəmiryol vağzalının yaxınlığında yerdən tapdığını bildirmişdir. X5 bükülünü açmış, o, bükülüdə heroinə bənzər kütlənin olduğunu görmüşdür. Həmin kütlə sellofan bükümlə birlikdə elektiron tərəzidə çəkmiş və çəkisi cəmi 0,78 qram olmuşdur. Vüsal Hüseynov zərfdə qablaşdırdığı maddələrin heroin olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Səbuhinin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Səbuhinin üzərindən aşkar edilmiş narkotik vasitələri haradan əldə etdiyini bilməmişdir. Səbuhinin üzərindən aşkar edilmiş heroini hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər sakini Şahid3 da narkotik vasitə olan heroin satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən istifadə edir. 07 oktyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən «Respublika bank»ın inzibati binasının yaxınlığında tanıdığı Səbuhi adlı şəxslə qarşılaşmışdır. Səbuhiyə 15 manat pulu olduğu və narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Səbuhi ondan 15 manat pulu alaraq ona orada gözlməsini deyib getmişdir. Təxminən 15 dəqiqədən sonra Səbuhi gəlmiş və 15 manat pulun əvəzində ona bir bükümdə narkotik vasitə olan heroini vermişdir. O, narkotik vasitəni Səbuhidən aldıqdan sonra evə gedərkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar və polis şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və Səbuhidən 15 manata aldığı bir bükmümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan sellofana bükülmüş bükülünü əynindəki şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 17/773 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,659 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,609 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 28 dekabr 2021-ci il tarixli 17/875 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə olan heroin ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən olunaraq götürülmüş heroinə bənzər kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 0,251 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq-0,201 qram. Heroinin təmiz çəkisi 0,609 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,559 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli 1569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib, Yevlax rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü ilə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 25 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 4(039)-160/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən etiraf edib səmimi peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,201 qram və 0,559 qram olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,201 qram və 0,559 qram heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-36/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-36/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver