Məhkəmə qərarları › İş №1(039)-36/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-36/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-36/2023 19.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Səmaddin oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri R.Məmmədov küçəsi ev 12-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 mart 2020-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri E.Ağayev küçəsində, Şahid1 ona müvəqqəti geyinmək üçün gödəkçəsini vermədiyini bəhanə edərək heç bir əsaslı səbəb olmadan X4 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə Şahid1 və sonuncunun qohumu X5 ilə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Təbriz Abdullayev və Şahid1 ünvanına nalayiq söyüşlər söyüb istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi beşbarmaq dəmir aləti ilə Təbriz Abdullayevin sol əl nahiyyəsindən bir dəfə qəsdən vurub ona “sol əlin arxa səthinin qançırı və şişkinliyi” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən qəsdən bədən xəsarətləri yetirməklə şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər еdib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 mart 2020-ci il tarixdə saat 19:30 radələrində, yaşadığı evdə olan zaman Sahibin Maksum və Təbrizlə mübahisə etdiyini görmüş, evdən çıxaraq onları sakitləşdirmişdir. Bir müddət sonra Sahiblə birlikdə gəzən zaman saat təxminən 20:30 radələrində Maksumun evinin qarşısına gəlmişdirlər. Sahib mübahisəyə aydınlıq gətirmək üçün Maksumu küçəyə çağırmışdır. O, Sahibə oradan getməyini, yenidən mübahisə etməyə ehtiyac olmadığını desə də Sahib Maksumu küçəyə çağırmışdır. Bu zaman Maksum və Təbriz küçəyə gəlmiş və Sahiblə mübahisə etməyə başlamışdırlar. O, yenə də onları sakitləşdirmək istəsə də münaqişənin qarşısını ala bilməmiş və onlar əlbəyaxa olmuşdurlar. Münaqişə zamanı o, Sahiblə Maksum əlbəyaxa olduğu üçün onları aralaşdırmaq istəmişdir. Lakin bu zaman Təbriz onun üzərinə gəldiyindən o, Təbrizin onu vuracağını düşünmüş və yumruqla Təbirizin sinə nahiyəsindən vurmaq istəmiş, lakin Təbriz sol əlini onun yumruğunun qarşısına gətirərək özünü müdafiə etmək istədiyindən onun yumruğu Təbrizin sol əlindən dəymişdir və Təbriz ondan aralaşaraq getmişdir. Bir neçə dəqiqə sonra isə münaqişə başa çatmışdır. O, münaqişə zamanı sadəcə Təbrizin sol əlindən vuraraq xəsarət yetirmişdir. Bundan başqa heç kimsəni vurmamışdır. O, Təbriz Abdullayevin sol əlindən yumruq zərbəsi ilə vurmuşdur. Onun əlində beşbarmaq dəmir aləti və ya başqa bir predmet olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə barışıq əldə etməsini bildirmiş, o həmçinin qeyd etmişdir ki, 2-ci qrup mübaribə əlili olmaqla 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, himayəsində 3 azyaşlı uşağının olmasını və hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 31 mart 2020-ci il tarixdə günorta saatlarında o, atası Afətin xalası Baharın evinə getmişdir. Baharın oğlu Maksum evdə olmuşdur. Həmin gün saat 20:00 radələrində o, Maksumla birlikdə evdə olmuşdur. Həmin vaxt Sahib adlı şəxs küçədən Maksumu çağırmışdır. Maksum və o, evdən çıxaraq küçəyə getmişlər. O, Sahib, Əsəd və Nadir adlı şəxslərin gəldiklərini görmüşdür. Əsəd Maksuma bir neçə gün əvvəl geyinmək üçün gödəkçə istədiyini, lakin gödəkçəni vermədiyini demişdir. Əsəd Maksuma gödəkçəni vermədiyi üçün haqq-hesab çəkmək məqsədi ilə gəldiyini demişdir. Maksum gödəkçəsinin başqa şəxsdə olduğu üçün verə bilmədiyini demişdir. O, Əsədə mübahisə etməməsini və getmələrini demişdir. Həmin vaxt Sahib onun üstünə gələrək “sən kimsən, sənlik deyil” demişdir. O, Sahibin onunla dalaşmaq fikrində olduğunu görərək kənara çəkilməsini demişdir. Bahar da evdən çıxaraq onların yanına gəlmişdir. Bahar Əsəd və Sahibə onlarla mübahisə etmələrini dayandırmalarını və yaşadığı ünvandan getmələrini demişdir. Lakin, Sahib və Əsəd onlara məhəl qoymamış, əksinə olaraq ona və Maksuma nalayiq söyüşlər söymüşlər. Həmin vaxt Sahib kürək nahiyyəsində paltarının altında gizlətdiyi əl baltasını çıxarıb onun başından bir dəfə zərbə endirmişdir. Onun başı kəsilmiş və başından qan axmışdır. Sonra Əsəd cibindən beşbarmaq aləti çıxarıb əlinə geyinmiş və həmin beşbarmaq aləti ilə onun sol əlindən zərbə ilə bir dəfə vurmuşdur. Onun sol əli əzilmiş və güclü ağrı hiss etmişdir. Həmin vaxt Sahib əlində olmuş baltanın küp hissəsi ilə Maksumun bel nahiyyəsindən bir dəfə vurmuşdur. Fizuli, Səid, Mustafa və Aslan adlı şəxslər gələrək Sahibi, Əsədi və Nadiri oradan aparmışlar. Maksum və Bahar onu evə aparmışlar. Bahar onun başına dəsmal qoymuş və başından axmış qan dayanmışdır. Cəmilə mobil telefonla 102-yə zəng edərək onların döyülməsi barədə məlumat vermişdir. Polis əməkdaşları Baharın evinə gəlmişlər. Bahar onun və Maksumun döyülmələri barədə ərizə yazmışdır. Səhəri gün Bahar onu və Maksumu Yevlax rayon polis şöbəsinə gətirmişdir. Polis əməkdaşı ondan və Maksumdan izahat almışdır. Həmin gün o, Maksumla birlikdə Yevlax şəhər ekspertiza şöbəsinə getmişlər. Ekspert onun və Maksumun xəsarətlərini müayinə etmişdir. Sahib onda qarşı törətdiyi əməldən peşman olmamış, ondan üzr istəməmişdir. O, Sahibi bağışlamamış, sonuncudan etdiyi şikayəti davam etdirmişdir. Təqsirləndirilən şəxs ilə isə hazırda barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 31 mart 2020-ci il tarixdə anası Şahid2 Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onun döyülərək xəsarət aldığını bildirmişdir. Valideyinləri Bakı şəhərində işlədikləri üçün o, da çox vaxt Bakı şəhərində yaşamışdır. “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin mart ayında o, valideyinləri ilə birlikdə Yevlax şəhərinə gəlmişdir. 29 mart 2020ci il tarixdə saat 16 radələrində Yevlax şəhərində yaşamış, əvvəllər tanıdığı Əsəd və Sahib adlı şəxslər onun yaşadığı ünvana gəlmişlər. Həmin vaxt onun anası və ailə üzvləri yaşadığı evdə olmuşlar. Əsəd ondan gödəkçəsini istəmiş, müvəqqəti olaraq geyinəcəyini və iki sonra ona qaytaracağını demişdir. O, Əsədə gödəkçəsini qardaşı oğlu Aqşinə verdiyini, bu səbəbdən də gödəkçəsini verə bilməyəcəyini demişdir. O, gödəkçəsini Əsədə vermədiyi üçün sonuncu ona əsəbləşmiş, lakin onunla dalaşmamış və Sahiblə birlikdə qayıdaraq getmişdir. 31 mart 2020-ci il tarixdə saat 20:00 radələrində o, Yevlax şəhəri E.Ağayev küçəsində yerləşən yaşadığı evdə olmuşdur. Onun anasının əmisi nəvəsi Təbriz Abdullayev onun yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt o, Sahibin küçədən onu səslədiyini və küçəyə çıxmağını dediyini eşitmişdir. Əvvəlcə Təbriz, sonra isə o, küçəyə çıxmışdır. O, Əsədin, Sahibin və Nadirin gəldiklərini görmüşdür. Anası Bahar da küçəyə çıxaraq onların yanına gəlmişdir. Əsəd ona yalan danışdığını, gödəkçəsinin onda olduğu halda qəsdən vermədiyini demişdir. Əsəd gödəkçəni nə səbəbə vermədiyini soruşmuşdur. Sahib Əsədin mövqeyini müdafiə edərək onun üstünə gəlmişdir. O, Sahibin onunla dalaşacağını görərək sonuncuya kənara çəkilməsini demişdir. Anası Bahar və Təbriz də Sahib və Əsədə getmələrini, onları narahat etməmələrini demişlər. Həmin vaxt Sahib və Əsəd onun anasının yanında ona və Təbrizə nalayiq söyüşlər söymüşlər. Sonra Sahib kürək nahiyyəsində paltarının altında gizlətdiyi kiçik ölçüdə olan əl baltasını çıxararaq Təbrizin başından bir dəfə vurmuşdur. Təbrizin başında xəsarət yaranmış və qan axmışdır. Əsəd isə əlinə geyindiyi beşbarmaq dəmir aləti ilə Təbrizin sol əlindən vurmuşdur. Sonra Sahib onun üstünə gəlmişdir. O, Sahibin əlində olmuş balta ilə onu vuracağını bilmişdir. O, qaçmaq üçün geriyə dönmüşdür. Həmin vaxt Sahib əlindəki baltanın küpü ilə onun belindən bir dəfə vurmuşdur. Onun beli əzilmiş və ağrı hiss etmişdir. Fizuli, Səid, Mustafa və Aslan adlı şəxslər gələrək Sahibi, Nadiri və Əsədi oradan aparmışlar. O, anası birlikdə Təbrizi yaşadığı evə aparmışdır. Anası Təbrizin başına dəsmal qoyaraq axan qanını dayandırmışdır. Qardaşı arvadı Cəmilə mobil telefonla 102-yə zəng edərək döyülmələri barədə məlumat vermişdir. Polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Anası Bahar onun və Təbrizin döyülüb xəsarət alması barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Səhəri gün anası onu və Təbrizi Yevlax rayon polis şöbəsinə gətirmişdir. Polis əməkdaşı ondan və Təbrizdən izahat almışdır. Həmin gün o, Təbrizlə birlikdə Yevlax şəhər ekspertiza şöbəsinə getmişlər. Ekspert onun və Təbrizin xəsarətlərini müayinə etmişdir. Sahib ona qarşı törətdiyi əməldən peşman olmamış, ondan üzr istəməmişdir. O, Sahibi bağışlamamış, sonuncudan etdiyi şikayətini davam etdirmişdir. Şahid1 həmçinin, ifadəsində hadisənin təxminən 30 dəqiqə ərzində baş verərək bitdiyini, Sahibin və Əsədin ona və Təbrizə söyüş söymələrini, onlarla dalaşıb xəsarət yetirdiklərini yaxınlıqda yaşamış qonşuların eşitdiyini, o və Təbrizin Sahibi və sonuncu ilə birlikdə gəlmiş şəxsləri vurmadıqlarını, heç bir xəsarət yetirmədiklərini, Əsədin beşbarmaq alətini əynindəki şalvarının cibində gətirdiyini, beşbarmağın nazik ölçüdə olan dəmirdən düzəldildiyini, ələ keçirdikdə yumruq formasında tamlıq təşkil etdiyini, Əsədin həmin beşbarmaq alətini özü ilə apardığını, gödəkçəsini Əsədə vermədiyi üçün sonuncunun Sahiblə birlikdə yaşadığı ünvana gələrək onunla və Təbrizlə haqq-hesab çəkdiyini, həmin vaxt Əsəd və Sahibin ona və Təbrizə nalayiq söyüş söydüyünü, münaqişə yaradaraq ona və Təbrizə bədən xəsarətləri yetirdiklərini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yevlax şəhərində doğulmuş və ailə üzvləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. 29 mart 2020-ci il tarixdə günorta saatlarında o, ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt Yevlax şəhərində yaşamış Qulamın oğlu Əsəd və Sahib adlı şəxs onun yaşadığı ünvana gələrək oğlu Maksumla görüşmüşlər. Əsəd Maksumdan müvəqqəti geyinmək üçün gödəkçə istəmişdir. Maksum gödəkçəsini Aqşinə verdiyini, gödəkçəni Əsədə verə bilməyəcəyini demişdir. Bundan sonra Əsəd və Sahib getmişlər. 31 mart 2020-ci il tarixdə günorta saatlarında əmisi nəvəsi Təbriz Abdullayev (Hüseynov) onun yaşadığı evə qonaq gəlmişdir. Həmin gün saat 20 radələrində o, Sahib adlı şəxsin küçədən Maksumu səsləyib küçəyə çıxmasını dediyini eşitmişdir. Həmin vaxt Maksum və Təbriz evdən çıxaraq küçəyə getmişlər. O, da evdən çıxaraq küçəyə getmişdir. O, Əsəd, Sahib və Nadir adlı şəxslərin gəldiklərini görmüşdür. Əsəd Maksuma gödəkçəsini geyinmək üçün verməməkdə səhv etdiyini, söhbət etmək üçün gəldiklərini demişdir. Sahib və Əsəd Maksuma və Təbrizə nalayiq söyüşlər söymüşlər. O və X11 söyüş söyməmələrini, oradan getmələrini demişdir. Həmin vaxt Sahib kürəyindən kiçik ölçüdə balta çıxarıb Təbrizin başından bir dəfə vurmuşdur. Təbrizin başı kəsilmiş və qan axmışdır. O, Sahibin qarşısına durub sonuncunu Təbrizdən aralaşdırmışdır. Həmin vaxt Əsəd əlinə geyindiyi beşbarmaq aləti ilə Təbrizin sol əlindən bir dəfə vurmuşdur. O, Təbrizi Əsəd və Sahibin əlindən alaraq kənara aparmışdır. Həmin vaxt Sahib balta ilə Maksumun bel nahiyyəsindən bir dəfə vurmuşdur. Fizuli, Səid, Mustafa və Aslan adlı şəxslər gələrək Sahibi, Əsədi və Nadiri oradan aparmışlar. O, Maksumla birlikdə Təbrizi yaşadığı evə aparmış, başına dəsmal qoyaraq axmış qanı dayandırmışdır. Onun gəlini Cəmilə telefonla 102-yə zəng edərək Maksum və Təbrizin döyülməsi barədə məlumat vermişdir. Həmin gün o, polis şöbəsinə gələrək Maksum və Təbrizin döyülməsi barədə ərizə yazmışdır. Şahid2 həmçinin, ifadəsində Əsədin əlində olmuş beşbarmaq alətinin dəmirdən düzəldildiyini, ələ geyindikdə yumruq formasında tamlıq təşkil etdiyini, hadisənin təxminən 25-30 dəqiqə ərzində baş verərək bitdiyini, hadisə yerinə sonradan Fizuli, Səid, Mustafa və Aslan adlı şəxslər gəldiyini, Sahib və Əsədin Maksum və Təbrizlə dalaşmasını yaxınlıqda yaşamış qonşuların eşitdiyini, hadisə zamanı oğlu Maksuma Sahibin, əmisi nəvəsi Təbrizə isə Sahib və Əsədin xəsarət yetirdiklərini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yevlax şəhərində doğulmuş və ailə üzvləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. O, 2009-cu il tarixdən Yevlax şəhər mərkəzi xəstəxanasının uşaq şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı işləmişdir. 31 mart 2020-ci il tarixdə saat 20 radələrində o, əri X6 ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt o, yaşadığı Yevlax şəhəri E.Ağayev küçəsində bir qrup şəxslərin dava etdiyini eşitmişdir. Həmin şəxslər yüksək səslə bir-birini nalayiq söyüşlərlə söymüş, bir-biri ilə kobud qaydada danışaraq dava, münaqişə yaratmışlar. O, həmin şəxslərin nə səbəbə münaqişə etdiyini bilməmişdir. Münaqişə təxminən 20 dəqiqədən çox müddət ərzində davam etmişdir. O, qan xəstəsi olduğu üçün söyüş səslərindən və münaqişədən həyəcanlanmışdır. O, özünü narahat hiss etmişdir. Bu səbəbdən də o, Habilin istifadə etdiyi ***-***-**-** nömrəli telefonla 102-yə zəng edərək yaşadığı E.Ağayev küçəsində münaqişə olması barədə məlumat vermişdir. Bundan sonra hadisə başa çatmış və dava səsləri daha gəlməmişdir. Bir neçə saat sonra Yevlax rayon polis şöbəsinin əməkdaşlarından biri ona zəng edərək hadisə yerinə gəldiyini, lakin, hər hansı bir hadisənin olmadığını demişdir. O, polis əməkdaşına hadisənin bitdiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nörrəli cinayət işinin materiallarında Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət iş ayrıca icraata ayrılması qərara alınmışdır. (iş vər. 1-3); məhkəmə tibbi ekspertizasının 01 aprel 2020-ci il tarixli, 188 nömrəli rəyindən görünür ki, Abdullayev (Hüseynov) Təbriz Afət oğlunun bədənində aşkar edilmiş xəsarətlərdən başın təpə nahiyyəsinin yarası çapıcı alətin kəsər hissəsinin, sol əlin arxa səthinin qançırı və şişkinliyi küt alətin, ola bilsin beşbarmaqla zərbənin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın təpə nahiyəsinin yarası səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sol əlin arxa səthinin qançırı və şişkinliyi sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (iş vər. 47-48); Cinayət işi üzrə icraataın dayandırılması haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ********* nömrəli cinayət işi üzrə icraat dəyadırılması qərara alınmışdır. (iş vər.81-82); Təqsirləndirlən şəxs barəsində axtarış və elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. (iş vər.185-186); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, yetkinlik yaşına çatmayan X4 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan nəhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti şərti olaraq tətbiq edilmişdir. (iş vər.185-186); Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında 03 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddə ilə ittiham elan olunması haqqında qərar xx.xx.2022-ci il tarixdə ona elan edilmişdir. Başqa yerə getməmək haqqında xx.xx.2022-ci il tarixli iltizamından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 234); 04 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Təbriz Abdullayev ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 235-236); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 248); Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlinin arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021-ci il 2022-ci il təvəllüdlü iki oğlan uşağı var ( iş vər.245); № İ-2531 saylı xx.xx.2020-ci il tarixli, № İ-7089 saylı xx.xx.2020-ci il, İ-3774 saylı xx.xx.2020-ci il tarixli və № İ-22811 saylı xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətilərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “ müvafiq olaraq Cəsur döyüşçü, Füzulinin azad olunmasına görə, Xocvəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakşısı” medalıları ilə təltif edilmişdir. (iş vər.226-227); Zərərçəkmiş şəxs X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144- 146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumu 8 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM-59.1.13), himayəsində iki azyaşlı uşağın olmasını (CM-59.1.4.), əməlindən səmimi peşmançılıq çəkməsini, sonuncunun ölkə başçısı tərəfindən “Cəsur döyüşçü, Füzulinin azad olunmasına görə, Xocvəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı”medalıları ilə təltif edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gələlərək hesab olunur ki, sonuncunun cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar