Məhkəmə qərarları › İş №1(039)-36/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-36/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-36/2024 03.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 etibarnamə ilə nümayəndəsi X6, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxsnun iştirakı ilə xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri C.Mustafayev küçəsi 98 saylı evdə qeydiyyatda olmaqla, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirmək niyyətilə sonuncuya özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödənişlə də ödəmək şərti ilə Zərərçəkmiş şəxs5 sata biləcəyi vədini verib sonuncunu inandırmaq məqsədilə Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil telefona qızıl-zinət əşyalarının fotoşəklini özünün mobil telefonunun “whatsapp” tətbiqi vasitəsilə göndərərək həmin qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs5 dəyərindən ucuz qiymətə cəmi 3600 manat pul müqabilində sata biləcəyini deyib aldatmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs5 plastik bank kartı hesabından Təqsirləndirilən şəxs istifadəsində olan plastik kartına köçürdüyü 550 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 plastik kart hesabından Təqsirləndirilən şəxs istifadəsində olan plastik kartına köçürdüyü 250 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı evdən mobil tətbiq vasitəsilə plastik kartından Təqsirləndirilən şəxs istifadəsində olan plastik kartına köçürdüyü 100 manat pulu, istintaqla müəyyən edilməyən gündə Yevlax şəhəri ərazisində istintaqla müəyyən edilməyən ödəmə terminalından Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs istifadəsində olan plastik bank kartına köçürdüyü 130 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs5 etibardan sui istifadə və aldatma yolu ilə vahid niyyətlə cəmi 1030 manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünə 2500 manat pul lazım olmasını ona deməsindən sonra o, adını demədiyi şəxsdən 1000 manat pul müqabilində qızıl-zinət əşyalarını götürərək həmin qızıl-zinət əşyalarını lombard təşkilatına verib oradan Zərərçəkmiş şəxs1 üçün 3500 manat pul krediti götürə biləcəyi vədini verib aldatmaqla 2023-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Yevlax şəhəri Mərkəzi xəstəxanasının inzibati binasında Zərərçəkmiş şəxs1 baldızı Şahid1 Zərərçəkmiş şəxs1 məxsus 1000 manat nəqd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 etibardan sui istifadə və aldatma yolu ilə 1000 manat məbləğində ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 adını demədiyi şəxsdən 200 qram qızıl-zinət əşyaları götürüb lombard təşkilatına girov qoyaraq Zərərçəkmiş şəxs2 20000 manat məbləğində pul krediti götürəcəyi vədini verib aldatmaqla həmin kreditin alınması üçün qızıl-zinət əşyalarını götürəcəyi şəxsə ödəyəcəyi adı ilə vahid niyyətlə 2023-cü ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs2 250 manat pulunu, 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs2 500 manat pulunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 500 manat pulunu və 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs istifadəsində olan plastik kartına köçürdüyü 300 manat pulu ələ keçirməklə ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 etibardan sui istifadə və aldatma yolu ilə cəmi 1550 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək niyyətilə sonuncuya özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödəniş ödəmək şərti ilə Zərərçəkmiş şəxs3 dəyərindən ucuz qiymətə sata biləcəyi vədini verib sonuncunu inandırmaq məqsədilə Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona qızıl-zinət əşyalarının fotoşəklini mobil telefonun whatsapp tətbiqi vasitəsilə göndərərək həmin qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs3 dəyərindən ucuz qiymətə olmaqla ümumilikdə 5700 manat pul müqabilində sata biləcəyini deyib aldatmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə plastik kartından Təqsirləndirilən şəxs plastik kartına köçürdüyü 350 manat pulu, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs verdiyi 150 manat nəqd pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 plastik kartından Təqsirləndirilən şəxs istifadəsində olan plastik kartına köçürdüyü 240 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs verdiyi 10 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 işlədiyi gözəllik salonunda Təqsirləndirilən şəxs verdiyi 150 manat pulu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 işlədiyi Yevlax gözəllik salonunda Təqsirləndirilən şəxs verdiyi 100 manat pulu alıb ələ keçirməklə Şəbinəm Səlimovaya etibardan sui istifadə və aldatma yolu ilə vahid niyyətlə cəmi 1000 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirmək niyyətilə sonuncuya özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödəniş ödəmək şərti ilə Zərərçəkmiş şəxs4 sata biləcəyi vədini verib sonuncunu inandırmaq məqsədilə qızıl-zinət əşyalarının fotoşəklini mobil telefonun “whatsapp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs4 göstərib həmin qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə ümumilikdə 3500 manat pul müqabilində sata biləcəyini deyib aldatmaqla, vahid niyyətlə Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə saat 17:53-də Zərərçəkmiş şəxs3 məxsus **********567050 nömrəli plastik kartından Təqsirləndirilən şəxs istifadəsində olan **********514005 nömrəli plastik kartına köçürdüyü 200 manat pulu, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Yevlax şəhəri Füzuli küçəsində yerləşən gözəllik salonunda Zərərçəkmiş şəxs3 aldığı Zərərçəkmiş şəxs4nya məxsus 200 manat pulu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs4 “Kapital bankın” Yevlax rayon filialında olan ödəmə terminalından Təqsirləndirilən şəxs istifadəsində olan **********514005 nömrəli plastik kartına köçürdüyü 200 manat pulu alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs4 etibardan sui istifadə və aldatma yolu ilə vahid niyyətlə cəmi 600 manat məbləğində maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs5 ilə tanış olmuş ona özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödənişlə də ödəmək şərti ilə satdığını bildirmiş və onu inandırmaq məqsədilə istifadə etdiyi mobil telefonunun “whatsapp” tətbiqi vasitəsilə Ayşənin telefonuna qızıl-zinət əşyalarının fotoşəkilin göndərmişdir Ayşən də 3600 manatlıq qızıl-zinnət əşyaların seçmiş, həmin qızılları almaq üçün ilkin ödəniş kimi Jalə öz plastik bank kartının nömrəsini Ayşənə göndərmiş Ayşən də ona 1030 manat pul göndərmişdir. O, Ayşənə qızıl-zinnət əşyaları gətirməmiş, ona görə Ayşən ona hərdən zəng edib pulunu geri istəmiş o, pulun 395 manatını qaytarsa da, qalan məbləği pulu olmadığına görə qaytara bilməmişdir. Ayşən isə ondan şikayət etmişdir. Bundan başqa, o, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən Kəmalə ona borcu olduğunu və 2500 manat pul lazım olduğunu demişdir. O, Kəmaləyə qızıl satan tanış adamı olduğunu və həmin şəxsdən 1000 manat ilkin ödəniş edib ondan 3500 manat dəyərində qızıl götürüb lombard təşkilatına verib oradan 3500 manat pul krediti götürə biləcəyini demiş, Kəmalə də ona inanaraq qohumu Sevdanın vasitəsi ilə 1000 manat pulu Yevlax şəhəri Mərkəzi xəstəxanasında ona vermişdir. O, Kəmalənin məsələsinin həll etmədiyinə görə Kəmalə ona zəng edib pulunu geri istəmiş onun pulu olmadığına görə qaytara bilməmişdir. Kəmalə isə ondan şikayət etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 ilə görüşüb söhbət edərkən Əli ona borcu olduğunu və 20.000 manat kredit götürməkdə ona köməklik göstərən şəxs axtardığını demişdir. O, Əliyə Elvin adlı qızıl alqı-satqısı ilə məşğul olan tanışı olduğunu və həmin şəxsdən 200 qram qızıl-zinət əşyaları götürüb lombard təşkilatına girov qoyaraq ona 20.000 manat məbləğində pul krediti götürəcəyinə köməklik göstərə biləcəyini, lakin ilkin ödəniş kimi 2000 manat alacağını Əliyə demiş, Əli də ona inanaraq ayrı-ayrı vaxtlarda ümumilikdə 1550 manat pul vermişdir. Bundan başqa o, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs3 özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödənişlə də ödəmək şərti ilə satdığını bildirmiş və onu inandırmaq məqsədilə istifadə etdiyi mobil telefonunun “whatsapp” tətbiqi vasitəsilə Şəbnəmin telefonuna qızıl-zinət əşyalarının fotoşəkilin göndərmişdir. Şəbnəm də götürəcəyi qızıl-zinnət əşyaların seçmiş, həmin qızılları almaq üçün ilkin ödəniş kimi ona öz plastik bank kartının nömrəsin vermiş, bundan başqa Şəbnəmə digər qızılları tanışlarına göstərib kimin xoşuna gələrsə eyni qaydada ilkin ödəniş edib və qalıq pulları aylıq ödəməklə sata biləcəyin demişdir. Şəbnəm də özundən başqa tanışı Yevlax şəhər sakini Zərərçəkmiş şəxs4 da qızıllardan xoşu gəldiyini, Camalənin də qızıl almaq istədiyini Jaləyə demişdir. O, Şəbnəm və Camalənin sonradan pulunu qaytarmış, hamilə olduğu üçün onlarla üzləşmək istəmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2500 manat lazım olmuş, o, həmin vaxtlar tanıdığı Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən Jalə ona qızıl-zinnət əşyalarının satışı ilə məşğul olan tanışı olduğu və ilkin ödəniş kimi 1000 manat pul verib əvəzində ondan qızıl götürüb lombard təşkilatına girov qoyaraq 3500 manat götürə biləcəyinə kömək edəcəyini, aylıq ödənişi etdikdən sonra qızılı qaytarıb sahibinə verərik demişdir. O, Jalənin təklifi ilə razı olmuş və ilkin ödəniş kimi 1000 manat hazırlamış baldızı Şahid1 vermiş, Sevdada həmin pulu aparıb Yevlax şəhəri Mərkəzi xəstəxanasının inzibati binasında Jaləyə vermişdir. İfadəsində 1000 manat borcdan 300 manatını Jalə tərəfindən fərqli vaxtlarda ödəndiyini, qalan 700 manat borcunuda ondan tələb etdiyini bildirmişdir Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2023cü ildə borcu olduğu üçün ona bankdan 20.000 manat götürməyə köməklik edən şəxs axtarmış və həmin vaxtlar tanıdığı Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən Jalə ona qızıl-zinnət əşyalarının satışı ilə məşğul olan tanışı Elvin adlı şəxs olduğu və Elvinə ilkin ödəniş kimi 2000 manat pul verib əvəzində 200 qram qızıl götürüb lombard təşkilatına girov qoyaraq 1 il müddətində 20.000 manat götürə biləcəyinə kömək edəcəyini, aylıq ödənişi etdikdən sonra qızılı qaytarıb Elvinə verərik demişdir. O, Jaləyə ayrı ayrı vaxtlarda 1550 manat pul vəsaiti versədə, sonradan həmin vəsaitləri geri ala bilməmiş və ondan polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dndirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Yevlax şəhərində yerləşən gözəllik salonunda işləyir. 2023-cü ilin iyun ayının əvvəllərindən Jalədə çox vaxt müştəri kimi salona gəlmiş və söhbət zamanı ona özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızılzinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödənişlə də ödəmək şərti ilə sata biləcəyini demiş və Jalə onu inandırmaq məqsədilə istifadə etdiyi telefonunun “whatsapp” tətbiqi vasitəsilə qızıl-zinnət əşyalarının fotoşəkillərin ona göndərərək həmin qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə sata biləcəyini demişdir. Ümumi borcdan hal-hazırda Jalənin ona 980 manat borcunun qaldığını, həmin 980 manat borcdan 400 manat borcunun Rüstəmova Cəmaləyə aid olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 etibarnamə ilə nümayəndəsi X1 Jalə ilə borc müqaviləsi bağladığını bildirmişdir. Zərərçəkmiş şəxs3 etibarnamə ilə nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Jaləni şəxsən tanımadığını, Jalənin ona 600 manat borcu olduğunu, 400 manat borcu ele Zərərçəkmiş şəxs3 980 manat olan borc məbləğinə daxil olduğunu həmin borcu ödəyəcəyi təqdirdə geriyə qalan 200 manat borcu ondan tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Yevlax rayonunun Salahlı kənd orta məktəbində müəllimə işləyir. 2023cü ilin yanvar ayının ilk günlərində Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, Jalə ona özünü Yevlax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək Türkiyə Respublikasından dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları gətizdirib ilkin ödənişdən əlavə olaraq aylıq ödənişlə də ödəmək şərti ilə sata biləcəyini demişdir. Bundan sonra Jaləyə fərqli fərqli vaxtlarda ümumilikdə 1030 manat pul göndərmişdir. O, Ayşənə qızıl-zinnət əşyaları gətirməmiş, ona görə Ayşən ona hərdən zəng edib pulunu geri istəmiş o, pulun 395 manatını qaytarsa da, qalan məbləği pulu olmadığına görə qaytara bilməmişdir. Məhkəmə iclasında Məmmədova X3 Jalə ilə borc müqaviləsi bağladığını bildirmişdir. Məhkəmə iclasında ərizə ünvanlayaraq iştirak edə bilməyən Şahid2 ibtidai istintaq dövründəki ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəyə əsasən 2023-cü ilin mart ayından Yevlax şəhərində yerləşən "xxxx" MMC-nin Yevlax filialında nəzarətçi işləmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Jalə onun iş yerinə gəlmiş, ona 20.000 manat pul götürmək üçün nə qədər qızıl lazım olduğunu demişdir. O, da Jaləyə həmin pulu götürmək üçün 200 qram qızıl lazım olduğunu demişdir. O, özündə özünə məxsus olan qızıllar olduğunu onları pul müqabilində Jaləyə verə biləcəyini demiş və Jalə razı çıxıb getmişdir. Aradan bir neçə gün keçmiş sonradan tanıdığı Əli adlı şəxs ona zəng edərək dövlət işində işlədiyini nömrəni ona Jalənin verdiyini və 20.000 manat pul götürmək üçün Jalə xanım ondan qızıl götürə biləcəyini ona demişdir. O, da Əliyə Jalə ilə danışmasını demişdir. Sonra da Jalə ona zəng etməmişdir. O, da fikirləşmişdir ki, yəqin qızıl Jalə gəlib götürməyəcəkdir. Sonra Əli ona zəng edib bildirmişdir ki, qızıl nə vaxt düzələcək. O, da Əliyə demişdir ki, qızıl üçün Jalə ona pul verməyib, pul versin ki, Jaləyə qızıl versin. Əli ona demişdir ki, Jalə ondan 1550 manat pul alaraq xərcləyib və pulu qaytarmır. Jalə Əlidən aldığı puldan ona verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB 1 saylı İƏD tərəfindən verilmiş arayışdan görünür ki Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var, bir uşağı da yeni doğulmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsnun əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 178.2.2- ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsnun əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, himayəsində üç azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarına əsasən Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192-193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxsnun üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsnun cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçinun göstərdiyi 19 (on doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar