Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-37/2023 10.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi -Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1982-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində AF 406481 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri Nizami prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1—1.3 üfüqi nişanlanma xətlərini (hərəkət istiqamətlərini ayıran ağ bütöv uzununa üfiqi nişanlanma xətti) kəsərək qarşı hərəkət zolağına çıxmamalı və avtomobili öz zolağı ilə hərəkət etdirməli olduğu halda bunlara əməl etməyib avtomobilinin qarşı tərəfində onunla eyni istiqamətdə hərəkətdə olan Şahid2 etibarnamə ilə idarə etdiyi “MERCEDES BENZ E 220 CDİ” markalı ** RM *** dövət qeydiyyat nişanlı avtomobili ötmək üçün idarə etdiyi avtomobil yolun əks hərəkət zolağına istiqamətləndirmiş, həmin vaxt yolun əks hərəkət zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ- 21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsinə görə sağlamlığa AZ AĞİR zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi törətdikdən sonra o, qəsdən hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, O, 19 mart 2022-ci il tarixdə saat 22 radələrində özünə məxsus olan “VAZ 21074” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhər X1 şəhər 7 nömrəli tam orta məktəbdən Yevlax rayon polis şöbəsi istiqamətində hərəkətdə olarkən 7 nömrəli tam orta məktəbi keçdikdən sonra “qala” adlanan yerdə yolun onun hərəkət istiqamətinə nəzərən sağa əyrilən hissəsində qarşıdan gələn “VAZ 21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağına çıxdığı üçün onunla toqquşmuşdur. Həmin vaxt saat 22 radələri olduğundan havanın qaranlıq vaxtı olmuşdur. Toqquşma nəticəsində onun avtomobili yolda fırlanmış və “VAZ 21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində, yəni onun hərəkət zolağına əks istiqamətdə üzü Mingəçevir şəhəri istiqamətində dayanmışdır. Onun həmin vaxt hadisənin qarşısını almağa imkanı olmamışdır. O, həmin vaxt hər hansı bir xəsarət almamış və xəsarəti olmadığından məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Həmin hadisə baş verən zaman onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Həmin vaxt yol nəqliyyat hadisəsi baş verdikdən sonra o, qorxmuş və bədənində ağrılar olduğundan avtomobili hadisə yerində qoyaraq tanımadığı şəxsin avtomobilinə əyləşərək evə getmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, O, 19 mart 2022-ci il tarixdə saat 22 radələrində özünə məxsus olan “MERCEDES BENZ C180” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhər Nizami prospektində qarşıdan gələn “VAZ 21074” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil qarşısında gedən avtomobilin arxasından onun hərəkət zolağına çıxaraq həmin avtomobili ötmək istəyən zaman öndə hərəkətdə olan “VAZ 21063” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində “VAZ 21063” markalı avtomobil yolda fırlanaraq ön hissəsi ona tərəf istiqamətlənmiş və onun avtomobilinin ön hissəsinə dəymiş, toqquşma nəticəsində onun avtomobilinə ziyan dəymişdir. O, hadisə nəticəsində hər hansı bir xəsarət almamışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra “VAZ 21074” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, O, 19 mart 2022-ci il tarixdə saat 22 radələrində özünə məxsus olan “MERCEDES BENZ E220 CDİ” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhər Nizami prospektində hərəkətdə olarkən onun arxasından gələn “VAZ 21074” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol arxa tərəfinə çırpılmış, bu zaman o, avtomobili kənara çəkib saxlamış, yerə düşdükdə “VAZ 21074” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yolun əyilən hissəsində onu ötmək məqsədi ilə əks istiqamətdə hərəkətdə olan, avtomobilin yoluna çıxaraq ötmə əməliyyatını başa çatdıra bilməyərək onun idarə etdiyi avtomobilin sol arxa hissəsini və qarşıdan gələn “VAZ 21063” markalı avtomobilin ön sol hissəsini vurduğunu görmüşdür. Hadisə zamanı o, hər hansı bir xəsarət almamışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra “VAZ 21074” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 203 №-li rəyində qeyd olunur ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-döş qəfəsinin sol yarısında İX qabırğanın sınığı, sol diz oynağının açıq yarası, oynaq kapsulu və bağların zədələnməsi, sol iç topuğun sınığı, sol diz qapağının çatı, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2022-ci il tarixli 8/1038 nömrəli rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21074 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2022-ci il tarixli 8/2662 nömrəli rəyində göstərilmişdir ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21074 markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin psixo-nevroloji kabinetinin 14 iyul 2022ci il tarixli, PHŞ-1185/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin 21 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildə Yevlax rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə cinayət təqibinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012ci il tarixli Qərarına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə görə, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, mövcud sübutlarla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçması zərər çəkmiş şəxsin istintaq zamanı vermiş olduğu ifadəsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 256 (iki yüz əlli altı) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 36 (otuz altı) manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İşdə olan 256 (iki yüz əlli altı) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-37/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-37/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver