Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-38/2020 21.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ciildə Yevlax rayonu, Qaroğlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, qaroğlan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının 01-də saat 21 radələrində, Yevlax rayonu Qaraoğlan kəndindəki mərkəzi küçədə yerləşən avtobus dayanacağında, həmkəndlisi Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan “səndən vor-zakon olmaz” bəhanəsi ilə, yəni xuliqanlıq niyyəti ilə, söyüş söyərək ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgə yaşayış qaydalarına etinasızlıq göstərib, özünün şəxsiyyətini başqasının şəxsiyyəti fövqündə qoyaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib, həmkəndlilərinin gözü qarşısında mübahisə edərək əlbəyaxa olub onu yerə yıxaraq yerdən götürdüyü silah qismində istifadə etdiyi daşla baş nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona “sol təpə qabarının əzilmiş yarası xəsarəti ilə müşayiət olunan”, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, bu səbəbdən də hadisə yerinə kənar şəxslərin də söyüş-dalaşma səslərini eşidib toplaşmasına, onların istirahətinin, dincliyinin pozulmasına, həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, ümumilikdə ictimai qaydanın iyirmi dəqiqəyədək müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrəözünü təqsirli bilərək ifadəsində göstərdi ki,xx xxxxxxx 2019-cu il tarixdə o, həmkəndliləri Şahid1 və Şahid2lə birlikdə yaşadığı kənddə yerləşən bağda olarkən oraya Zərərçəkmiş şəxs gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “vor-zakon” olduğunu, “söhbətlərə baxdığını”, “ayrı-ayrışəxslərin işlərini söhbətlə həll etdiyini” demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində o, yaşadığı evdən çıxaraq Rəşad və Danillə görüşmüşdür. O, Rəşad və Danillə birlikdə kəndin küçələrində gəzərək avtobus dayanacağına getmişdir. Zərərçəkmiş şəxs həmin dayanacaqda olmuşdur. Zərərçəkmiş şəxs yenə də “vor-zakon” olduğunu, ona heç kimin bir söz deyə bilməyəcəyini demiş və münaqişə etmək üçün onun üstünə gəlmişdir. O, Zərərçəkmiş şəxs “səndən vor-zakon olmaz” demişdir. Zərərçəkmiş şəxs ona söyüş söymüşdür. O, da Zərərçəkmiş şəxs söyüş söymüş vəəli ilə sonuncunu geriyə itələyərək özündən kənarlaşdırmışdır. Zərərçəkmiş şəxs yenidən üstünə gələrək onun xayasından tutmuş və onu yerə yıxmışdır. Zərərçəkmiş şəxs əlləri ilə onun xayasını bərk şəkildə sıxmış və sağəlinin baş barmağını dişləmişdir. Xayası və barmağı ağrıdığıüçün o qışqırmış və Zərərçəkmiş şəxs onu buraxmasını demişdir. Lakin, Zərərçəkmiş şəxs onu buraxmamışdır. O, yerdən bir ədəd daş götürmüş və həmin daşla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs əllərini onun xayasından çəkmişdir. Orada olmuş Rəşad və Danil, sonradan hadisə yerinə gəlmiş Asim və Tural Zərərçəkmiş şəxs ondan aralamışdırlar. Bundan sonra o, yaşadığı evə getmişdir. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs kiçik yaşlarından tanıyır. Elvin onun həmkəndlisi və uzaq qohumudur. xx xxxxxxx 2019-cu il tarixdə o, həmkəndliləri Şahid1, Şahid2 və Təqsirləndirilən şəxsla yaşadıqları kəndin ərazisində yerləşən bağların birində yeyib içmişlər. Həmin vaxt o, həmkəndlilərinə “vor zakon” olduğunu və bütün mübahisələri həll edə bilcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs Şahid1 ona 20 manat borcu olduğunu və 20 manatı Rəşaddan alıb ona verməsini xahiş etmişdir. O, Rəşada 20 manat pulu Təqsirləndirilən şəxs qaytarmasını desə də, Rəşad pulu qaytarmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, təmiz hava almaq və həmkəndliləri ilə söhbət etmək üçün yaşadığı kəndin mərkəzi hesab olunan avtobus dayanacağına getmişdir. O, dayanacağın oturacağında əyləşərək siqaret çəkmişdir. Saat 21 radələrində Təqsirləndirilən şəxs, Danil, Rəşad, onun yanına gəlmiş, onunla görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlləri ilə onu itələmiş vəəli ilə onun üzündən bir dəfəşillə vurmuşdur. Elvin ona nalayiq söyüş söyərək həmkəndlilərinin yanında onu təhqir etmişdir. Təqsirləndirilən şəxs onu yerə yıxmışdır. Təqsirləndirilən şəxs əli ilə yerdən bir ədəd daş götürmüş və həmin daşla onun başının sol tərəfindən bir dəfə zərbə endirmişdir. O, Təqsirləndirilən şəxs əlində olmuş daşla yenə də onun başından vurmaq üçün əlini yuxarı qaldırdığını və zərbə endirməyə hazırlaşdığını görmüşdür. O, Təqsirləndirilən şəxs onu vurmasının qarşısını almaq məqsədi ilə sonuncunun xayasından tutmuşdur. O, Təqsirləndirilən şəxs xayasını sıxmış vəəlində olmuş daşı yerə atmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki daşı yerə atmışdır. O, əlini Təqsirləndirilən şəxs xayasından buraxmışdır. Həmin vaxt orada olmuş Rəşad, Tural, Danil Təqsirləndirilən şəxs tutaraq ondan kənara aparmışlar. Təqsirləndirilən şəxs vurduğu daş zərbəsi nəticəsində onun başının sol tərəfi əzilmiş və həmin nahiyəsindən qan axmışdır. Təqsirləndirilən şəxs bir neçə dəqiqəərzində ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, yaşadığı evə getmişdir. Səhəri gün o, anasına həmkəndlisi Təqsirləndirilən şəxs daşla onun başına vurduğunu və başından xəsarət aldığını demişdir. O, Yevlax rayon polis şöbəsinə getmiş və Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədəərizə yazmışdır. Həmin gün o, ekspert yanında yoxlamadan keçmiş, ekspert onun başındakı xəsarəti müayinə etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyi üçün hazırda ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayında o, Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla kənd ərazisində yerləşən bağların birində yeyib-içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs onlara “volk” ləqəbli “vor zakon” olduğunu və onu bu adla çağırmalarını demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində o, Danil və Təqsirləndirilən şəxsla birlikdə yaşadığı kəndin ərazisində yerləşən küçədə gəzmişlər. Həmin vaxt onlar piyada gəzərək Qaraoğlan kəndinin girişində yerləşən avtobus dayanacağına çatmışlar. O, Zərərçəkmiş şəxs həmin avtobus dayanacağında olduğunu görmüşdür. O, Danil və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına getmişlər. Zərərçəkmiş şəxs onlara yenə də “vor-zakon” olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “səndən vor-zakon” olmaz deyərək söyüş söymüş və mübahisə etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə getməsini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs geriyə itələmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dalaşmış və sonra sonuncunu yerə yıxmışdır. Həmin vaxt həmkəndlisi Tural, sonra isə Asim onların yanına gəlmişdir. Tural və Asim söyüş və dava səsi eşidərək gəldiklərini demişlər. Təqsirləndirilən şəxs yerdən daş götürərək Zərərçəkmiş şəxs başından vurmuşdur. O, orada olmuşşəxslərlə birlikdə Təqsirləndirilən şəxs tutaraq kənara çəkmiş və Zərərçəkmiş şəxs aralaşdırmışdır. O, Zərərçəkmiş şəxs başından xəsarət aldığını və həmin nahiyəsindən qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs polisəşikayət edəcəyini deyərək oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Valdimiroviç ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabr ayının sonlarında o, Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla kənd ərazisində yerləşən bağların birində yeyib-içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs onlara “canavar” ləqəbli “vor zakon” olduğunu və “söhbət həll etdiyini” demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində o, Şahid1la birlikdə yaşadığı kəndin küçəsində gəzmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs gələrək onlara qoşulmuşdur. O, Təqsirləndirilən şəxs və Şahid1la birlikdə piyada gəzərək kəndin mərkəzi küçəsində yerləşən avtobus dayanacağına getmişdir. Zərərçəkmiş şəxs həmin dayanacaqda olmuş və mobil telefonla danışmışdır. Zərərçəkmiş şəxs yenə də “vor zakon” olduğunu demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səndən “vor-zakon” olmaz demiş və söyüş söymüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş və sonuncunu yerə yıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs daşla Zərərçəkmiş şəxs başından bir dəfə vurmuşdur. O, Rəşad və Asimlə birlikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs başından qan axdığını görmüşdür. Bundan sonra o, yaşadığı evə getmişdir. Təxminən iki gün sonra o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində o, yaşadığı kəndin girişindəki avtobus dayanacağının yaxınlığında yerləşən mağazadan çörək almış və piyada olaraq yaşadığı ev istiqamətində gedərkən dayanacaqda səs-küy eşitmişdir. O, dayanacağa yaxınlaşmış və Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dalaşdığını görmüşdür. Həmin vaxt həmkəndliləri Danil və Rəşad da orda olmuş və qonşusu Asim də səs-küyü eşidib ora gəlmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırmışlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Bundan sonra onlar yaşadıqları evə getmişlər. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinəşikayət etdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında oğlu Zərərçəkmiş şəxs ona gəzməyə gedəcəyini demiş və evdən çıxaraq getmişdir. Həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs başının sol tərəfinin əzildiyini və başında qurumuş qan izlərinin olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs nə baş verdiyini və nə səbəbə başından xəsarət aldığını soruşmuşdur. Zərərçəkmiş şəxs həmkəndlisi Mədətin oğlu Elvinlə dalaşdığını, sonuncunun daşla Zərərçəkmiş şəxs başından vurub xəsarət yetirdiyini demişdir. Zərərçəkmiş şəxs polisə gedəcəyini deyərək evdən getmiş və günorta saatlarında qayıtmışdır. Zərərçəkmiş şəxs Yevlax rayon polis şöbəsinə Təqsirləndirilən şəxs şikayət etdiyini, ekspertiza şöbəsində və xəstəxanada qeydiyyata alındığını ona demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 804 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmişxəsarətlər – sol təpə qabarının əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir.(iş vər. 9- 10); “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir;(iş vər.107-110); “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir;(iş vər.126-129); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur; (iş vər. 146-147); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 183-184); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 111); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( iş vər. 23); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxstərəfindən ona dəymiş maddi ziyan tam şəkildəödənilmiş, sonuncu ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur, göstərilən halların nəzərə alınmasını məhkəmədən xahişetmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habeləşahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günəüç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəməşərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəməşərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışıüzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmişşəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmişşəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını (CM- 59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Cəfərov X4 Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-69.3), onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti iləşərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzindəöz davranışı ilə islah olunmasını sübut etmək məqsədi iləüzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti iləşərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrəicra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkilləri X2 ibtidai istintaqda göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardımın və Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 və 72 (yetmiş iki) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №1(039)-38/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-38/2020
21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver