Məhkəmə qərarları › İş №1(039)-38/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-38/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-38/2021 17.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, təhsilsiz, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Babək küçəsi, ev 57-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2015-ci ilin may ayının ortalarından başlayaraq istintaqla müəyyən edilməyən günlərdə Yevlax şəhəri, Babək küçəsi, 57 saylı ünvanında yerləşən fərdi yaşayış evində faktiki ər-arvad münasibətlərində yaşadığı, aralarındakı yaş fərqi iki ildən çox olan xx xxxxxx 1999-cu il təvəllüdlü olmaqla həmin vaxt on altı yaşına çatmayan, Zərərçəkmiş şəxs ilə 16 yaşına çatana qədər xx xxxxxx 2015-ci ilə kimi qəsdən mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhərində anadan olmuşdur və hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, Babək küçəsi, ev 57-də yaşayır. Ailəlidir, üç övladı var. Zərərçəkmiş şəxs onun əmisi qızıdır. Zoya ilə uşaq yaşlarından bir-birlərini istəmişlər. 2015-ci ilin may ayında Zoya ilə evlənmək qərarına gəlmişdir. Valideynləri əvvəlcə evlənmələrinə razılıq verməmiş, sonra isə Zoya ilə təkid etdikləri üçün evlənmələrinə razı olmuşdurlar. 2015-ci ilin may ayının ortalarında Zoya yaşadığı Yevlax şəhəri, Babək küçəsi, 57 ünvanına gəlin gələrək onunla həmin vaxtdan faktiki olaraq birlikdə yaşamağa başlamışdır. Zoya ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olaraq Zoyanın bəkarətini pozmuşdur. xx xxxx 2016-cı il tarixdə ilk övladları, 2017-ci ildə ikinci övladları, təxminən 6-7 ay əvvəl isə üçüncü övladları dünyaya gəlmişdir. 2020-ci ilin sentyabr ayında ilk övladına doğum haqqında şəhadətnamə almaq üçün Zoya Yevlax rayon məhkəməsinə müraciət edən zaman həmin ərəfədə Zoya ilə 16 yaşına çatmamış cinsi əlaqədə olduğu aşkar edilmişdir. Zoya onunla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Zoyaya qarşı heç bir zorakılıq tətbiq etməmişdir. Hazırda da, Zoya ilə ailə münasibətləri davam edir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax şəhərində anadan olmuşdur və hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, Babək küçəsi, ev 57-də yaşayır. Ailəlidir, üç övladı var. Təqsirləndirilən şəxs Rustam oğlu onun əmisi oğludur. Vüqarla uşaq yaşlarından bir-birlərini istəmişlər. 2015-ci ilin may ayında Vüqarla evlənmək qərarına gəlmişlər. Valideynləri əvvəlcə buna narazılıq verməmişlər. Sonradan Vüqarla təkid etdiyi üçün evlənmələrinə qarşı çıxmamışdırlar. 2015-ci ilin may ayının ortalarında Vüqarın yaşadığı Yevlax şəhəri, Babək küçəsi, 57 ünvanına gəlin gedərək həmin vaxtdan Vüqarla faktiki olaraq birlikdə yaşamağa başlamışdır. Vüqarla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuş və Vüqar bəkarətini pozmuşdur. 2016-cı ilin mart ayının 18-də ilk övladları dünyaya gəlmişdir. İkinci övladları 2017-ci ildə, üçüncü övladları isə təxminən 6-7 ay əvvəl dünyaya gəlmişdir. 2020-ci ilin sentyabr ayında ilk övladına doğum haqqında şəhadətnamə almaq üçün Yevlax rayon məhkəməsinə müraciət etmişdir. Həmin ərəfədə Vüqarla 16 yaşına çatmamış cinsi əlaqədə olduğu aşkar edilmişdir. Vüqarla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Halhazırda da Vüqarla bir ailə kimi birlikdə yaşayırlar. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Yevlax şəhərində anadan olmuşdur, hal-hazırda ailəsi ilə birlikdə Yevlax şəhəri, Babək küçəsi, ev 37-də yaşayır. Ailəlidir, on bir övladı var. Zərərçəkmiş şəxs onun gəlinidir. Zoya ilə oğlu Vüqar uşaq yaşlarından bir-birlərini istəmişlər. 2015-ci ilin may ayında Vüqarla Zoya evlənmək qərarına gəlmişlər və evlənmişlər. 2015-ci ilin may ayının ortalarında Zoya Vüqarın yaşadığı Yevlax şəhəri, Babək küçəsi, 57 ünvanına gəlin gələrək həmin vaxtdan Vüqarla faktiki olaraq birlikdə ər-arvad həyatı yaşamışlar. 2016-cı ilin mart ayının 18-də ilk övladları dünyaya gəlmiş, ikinci övladları 2017-ci ildə, üçüncü övladları isə təxminən 6-7 ay əvvəl dünyaya gəlmişdir. 2020-ci ilin sentyabr ayında ilk övladlarına doğum haqqında şəhadətnamə almaq üçün gəlini Zoya Yevlax rayon məhkəməsinə müraciət etmiş, həmin ərəfədə oğlu Vüqarın Zoya ilə 16 yaşına çatmamış cinsi əlaqədə olduğu aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 şahid X1 ifadəsinə oxşar, eyni məzmunli ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx xxxxxx 2021-ci il tarixli 05 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətlər (qançır, sıyrıq, şişkimli və s.) aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Pozulma müddəti iki həftədən (14 gündən) çoxdur. Zərərçəkmiş şəxs 17-18 həftəlik hamilədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2016-cı il təvəllüdlü Gülcan, xx xxxxxx 2018-ci il təvəllüdlü Elcan və 2020-ci il təvəllüdlü Fidan adlı üç azyaşlı uşağı var. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.1.4 və 59.2-ci maddələrinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar