Məhkəmə qərarları › İş №1(039)-38/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-38/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-38/2023 24.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxxxx 1963-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, “Lalə-Tekstill MMC”-də bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan ağacları və kolu kəsməklə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, "xxxx" MMC-də bağban işləyən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin ərazi sərhədlərini müəyyən edən divar ilə magistral avtomobil yolunun arasında yerləşən Yevlax şəhər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində əkilmiş meşə fonduna daxil olmayan 1 ədəd diametri 0-4 sm ölçüdə 80 manat dəyərində iydə ağacını, 1 ədəd diametri 0-4 sm ölçüdə 80 manat dəyərində qovaq ağacını, 1 ədəd diametri 0-4 sm ölçüdə 80 manat dəyərində ağcaqayın ağacını, 3 ədəd diametri 4,1-8 sm ölçüdə bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində söyüd ağaclarını, 7 ədəd diametri 4,1-8 sm ölçüdə bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 700 manat dəyərində iydə ağaclarını, 1 ədəd diametri 4.1-8 sm ölçüdə 100 manat dəyərində qovaq ağacını, 1 ədəd diametri 4.1-8 sm ölçüdə 100 manat dəyərində göyrüş ağacını, 1 ədəd diametri 4.1-8 sm ölçüdə 100 manat dəyərində ağcaqayın ağacını, 1 ədəd diametri 8.1-12 sm ölçüdə 120 manat dəyərində qarağac ağacını, 6 ədəd diametri 8.1-12 sm ölçüdə bir ədədinin qiyməti 120 manat olmaqla ümumilikdə 720 manat dəyərində iydə ağaclarını, 1 ədəd diametri 12.1-16 sm ölçüdə 150 manat dəyərində göyrüş ağacını, 3 ədəd diametri 12.1-16 sm ölçüdə bir ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində iydə ağacını, 1 ədəd diametri 16.1-20 sm ölçüdə 180 manat dəyərində iydə ağacını, 1 ədəd diametri 20.1-24 sm ölçüdə 200 manat dəyərində söyüd ağacını, 1 ədəd 80 manat dəyərində yulğun kolu olmaqla ümumilikdə meşə fonduna daxil olmayan 29 ədəd kök üstə yaş müxtəlif cinsli ağacları və 1 ədəd yulğun kolunu qəsdən kəsərək təbiətə cəmi 3440 (üç min dörd yüz qırx) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, "xxxx" MMC-nin qarşısında 71 ədəd müxtəlif növ ağaclar onun tərəfindən kəsilmişdir. Onun məqsədi həmin ərazinin daha yaxşı görsənməyi olmuşdur. Həmin ağacları kəsdikdən sonra onların odunları orada da qalmışdır. Onun kəsdiyi ağaclar iydə, qovaq, ağcaqayın, söyüd, göyrüş, qarağac və yulğun kolu cinsindən olmuş, lakin sayları barədə məlumatı olmamışdır. Kəsdiyi ağacların içərisində müəyyən hissəsi yaş, digərləri isə qurumuş ağaclar olmuşdur. O, 71 ədəd müxtəlif növ ağacları 2022-ci ilin aprel ayının 05-də kəsmişdir. Həmin 71 növ ağacın kəsilməsi üçün ona heç kim göstəriş verməmişdir. Məhkəmədən son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, onkoloji xəstə olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs Yevlax şəhər bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Yevlax şəhər Bələdiyəsinin sədr köməkçisi vəzifəsində işləyir. Bakı-Qazax magistiral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində həmin yol ilə "xxxx" MMC arasında olan yaşıllıq sahədən müxtəlif növ yaş və quru olmaqla ağac və kollar kəsilmiş və nəticədə təbiətə zərər dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənilməsini və hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ETSNnin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində ƏMMN və EM sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş məlumata əsasən Bakı-Qazax magistral avtomobil yolunun Yevlax şəhərindən keçən, "xxxx" MMC-nin inzibati binasının qarşısında olan bələdiyyə mülkiyyətinə aid olan sahədə ağaclar kəsilmişdir. Məlumatla əlaqədar olaraq 23-xx.xx.2022-ci il tarixlərdə həmin əraziyə onun tərəfindən baxış keçirilərək kəsilmiş ağacların sayı və cinsi müəyyən edilmişdir. Kəsilmiş ağaclardan 43 ədədi quru, 29 ədədinin kök üstə yaş və 1 ədədinin kök üstə yaş yulğun olmaqla ümumilikdə 71 növ ağac kəsilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, X6 X2 meşəbəylikləri üzrə meşə əkini mühəndisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə ETSN-nin 8 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəvəti ilə Bakı-Qazax magistral avtomobil yolunun Yevlax şəhərindən keçən, "xxxx" MMC-nin inzibati binasının qarşısında yerləşən bələdiyyə mülkiyətində olan sahəlikdə olan ağaclara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin ərazidən ümumilikdə 71 ədəd ağac kəsilmişdir. Baxış zamanı həmin kəsilmiş ağaclardan 42 ədədinin kök üstə quru, 29 ədədinin kök üstə yaş, 01 ədədinin kök üstə yaş yulğun kolu (nar ağacının kolu) olması müəyyən edilmişdir. O, həmin ağacların növləri, yaş və ya quru olması, həmçinin ağacların cinsi barədə ETSNnin 8 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəy vermişdir. Həmin əraziyə və ağaclara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ağaclar "xxxx" MMC-nin işçisi tərəfindən kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən X6 Təsərrüfatı mərkəzinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, əraziyə keçirilmiş baxış zamanı diametrləri 0-4 sm-dən kök üstə yaş halda olan iydə cinsindən 1 ədəd, qovaq cinsindən 1 ədəd, ağcaqayın cinsindən 1 ədəd, diametrləri 4.1-8 sm-dən kök üstə yaş halda söyüd cinsindən 3 ədəd, iydə cinsindən 7 ədəd, qovaq cinsindən 1 ədəd, ağcaqayın cinsindən 1 ədəd, göyrüş cinsindən 1 ədəd, diametrləri 8.1- 12 sm-dən kök üstə yaş halda qarağac cinsindən 1 ədəd, iydə cinsindən 6 ədəd, diametrləri 12.1-16 sm-dən kök üstə yaş halda göyrüş cinsindən 1 ədəd, iydə cinsindən 3 ədəd, diametri 16.1-20 sm-dən kök üstə yaş halda iydə cinsindən 1 ədəd, diametri 20.1-24 sm olan söyüd cinsindən 1 ədəd ağacın və 1 ədəd yulğun kolunun kök boğazından kəsilməsi faktı aşkar edilmişdir. Əlavə olaraq sözü gedən ərazidə söyüd, iydə, qovaq, çinar, ağcaqayın, qarağac və şam cinslərindən müxtəlif diametrli ümumilikdə 43 (qırx üç) ədəd kök üstə quru halda olan ağacın kəsilməsi halı və 1 ədəd kök üstə quru halda yulğun kolunun kəsilməsi halı müşahidə edilmiş, sözü gedən ərazidən yuxarıda göstərilən cinslərə və diametrlərə aid kök üstə yaş halda ümumilikdə 29 (iyirmi doqquz) ədəd ağac, 1 ədəd kol, kök üstə quru halda ümumilikdə 43 (qırx üç) ədəd ağac və 1 (bir) ədəd kolun kök boğazından kəsilməsi halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 24 iyun 2022-ci il tarixli, 68147 nömrəli aktından görünür ki, həmin əraziyə baxış keçirilmiş, baxış zamanı diametrləri 0-4 sm-dən kök üstə yaş halda olan iydə cinsindən 1 ədəd, qovaq cinsindən 1 ədəd, ağcaqayın cinsindən 1 ədəd, diametrləri 4.1-8 sm-dən kök yaş halda söyüd cinsindən 3 ədəd, iydə cinsindən 7 ədəd, qovaq cinsindən 1 ədəd, ağcaqayın cinsindən 1 ədəd, göyrüş cinsindən 1 ədəd, diametrləri 8.1-12 sm-dən kök üstə yaş halda qarağac cinsindən 1 ədəd, iydə cinsindən 6 ədəd, diametrləri 12.1-16 sm-dən kök üstə yaş halda göyrüş cinsindən 1 ədəd, iydə cinsindən 3 ədəd, diametri 16.1- 20 sm-dən kök üstə yaş halda iydə cinsindən 1 ədəd, diametri 20.1-24 sm olan söyüd cinsindən 1 ədəd ağacın və 1 ədəd yulğun kolunun kök boğazından kəsilməsi faktı aşkar edilmişdir. Əlavə olaraq sözü gedən ərazidə söyüd, iydə, qovaq, çinar, ağcaqayın, qarağac və şam cinslərindən müxtəlif diametrli ümumilikdə 43 (qırx üç) ədəd kök üstə quru halda olan ağacın kəsilməsi halı və 1 ədəd kök üstə quru halda yulğun kolunun kəsilməsi halı müşahidə edilmiş, sözü gedən ərazidən yuxarıda göstərilən cinslərə və diametrlərə aid kök üstə yaş halda ümumilikdə 29 (iyirmi doqquz) ədəd ağac, 1 ədəd kol, kök üstə quru halda ümumilikdə 43 (qırx üç) ədəd ağac və 1 (bir) ədəd kolun kök boğazından kəsilməsi halı aşkar edilmişdir. Bununla da ətraf mühitin mühafizəsi haqqında qanunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı yaşıllıqların götürülməsi haqqında qanunun tələblərinin pozulması müəyyən edilmiş, aşkar edilmiş fakt üzrə təbiətə ümumilikdə 3440 manat məbləğində ziyan dəydiyi hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 9/6639 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 8 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 68147 №-li aktda göstərilən Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində, "xxxx" MMC-yə məxsus tikilinin qarşısında, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində meşə fonduna daxil olmayan, 01 ədəd d=0-4 sm iydə ağacı, 01 ədəd d=0-4 sm qovaq ağacı, 01 ədəd d=0-4 sm ağcaqayın ağacı, 03 ədəd d=4-8 sm söyüd ağacı, 07 ədəd d=4-8 sm iydə ağacı, 01 ədəd d=4-8 sm qovaq ağacı, 01 ədəd d=4-8 sm göyrüş ağacı, 01 ədəd d=4-8 sm ağcaqayın ağacı, 01 ədəd d=8-12 sm qarağac ağacı, 06 ədəd d=8-12 sm iydə ağacı, 01 ədəd d=12-16 sm göyrüş ağacı, 03 ədəd d=12-16 sm iydə ağacı, 01 ədəd d=16-20 sm iydə ağacı, 01 ədəd d=0-4 sm iydə ağacları, ümumilikdə 01 ədəd yulğun kolunun və 29 ədəd kök üstə yaş halda müxtəlif cinsli ağacların qanunsuz kök boğazından kəsilərək (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 3440,00 manat müəyyən edilir. Həmin ağacların adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda və aktda göstərilən 43 ədəd qurumuş halda olan müxtəlif cinsli ağacların və 01 ədəd qurumuş halda olan yulğun kolunun kəsilməsinə görə AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarında cərimə nəzərdə tutulmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər bələdiyyəsinin 28 noyabr 2022-ci il tarixli 230 nömrəli məktubundan görünür ki, Yevlax rayonu ərazisində "xxxx" MMC-nin mülkiyyətində olan ərazi ilə Bakı-Qazax magistral avtomobil yolu arasında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması ilə bağlı DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, naturada təsbit edilmiş 0,83 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin xəritə materialına (DWG-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “Torpaqların elektron X4 Sistemi” nə əsasən Yevlax rayonu, Yevlax bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqları daxilində ümumi istifadədə olan (yaşıllıq sahəsi) torpaq sahəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin 28 sentyabr 2022-ci il tarixli PHŞ-6589/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Milli Onkologiya Mərkəzinin epiqrizindən görünür ki, Təqsirləndirilən şəxs, C49.5-çanağın birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi, sağ qasıq nahiyyəsinin diferensiyasiya olunmamış sarkoma residivi diaqnozu ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 2022-ci il aprel ayının 05-də Yevlax rayonu ərazisində yerləşən "xxxx" MMC-nin inzibati binasının qarşısında olmaqla meşə fonduna daxil olmayan Yevlax şəhər bələdiyyəsinə məxsus torpaq sahəsindən müxtəlif cinsə məxsus ağacları əvvəlcədən kəsmək qərarına gələrək, oradan 1 ədəd diametri 0-4 sm ölçüdə 80 manat dəyərində iydə ağacını, 1 ədəd diametri 0-4 sm ölçüdə 80 manat dəyərində qovaq ağacını, 1 ədəd diametri 0-4 sm ölçüdə 80 manat dəyərində ağcaqayın ağacını, 3 ədəd diametri 4,1-8 sm ölçüdə bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində söyüd ağaclarını, 7 ədəd diametri 4,1-8 sm ölçüdə bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 700 manat dəyərində iydə ağaclarını, 1 ədəd diametri 4.1-8 sm ölçüdə 100 manat dəyərində qovaq ağacını, 1 ədəd diametri 4.1-8 sm ölçüdə 100 manat dəyərində göyrüş ağacını, 1 ədəd diametri 4.1-8 sm ölçüdə 100 manat dəyərində ağcaqayın ağacını, 1 ədəd diametri 8.1-12 sm ölçüdə 120 manat dəyərində qarağac ağacını, 6 ədəd diametri 8.1-12 sm ölçüdə bir ədədinin qiyməti 120 manat olmaqla ümumilikdə 720 manat dəyərində iydə ağaclarını, 1 ədəd diametri 12.1-16 sm ölçüdə 150 manat dəyərində göyrüş ağacını, 3 ədəd diametri 12.1-16 sm ölçüdə bir ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 450 dəyərində giydə ağacını, 1 ədəd diametri 16.1-20 sm ölçüdə 180 manat dəyərində iydə ağacını, 1 ədəd diametri 20.1-24 sm ölçüdə 200 manat dəyərində söyüd ağacını, 1 ədəd 80 manat dəyərində yulğun kolu olmaqla ümumilikdə meşə fonduna daxil olmayan 29 ədəd kök üstə yaş müxtəlif cinsli ağacları və 1 ədəd yulğun kolunu müvafiq icazə olmadan vahid niyyətlə qanunsuz kəsərək, təbiətə ümumilikdə 3440 manat dəyərində külli miqdarda ziyan vurmuş, yəni ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 43.2-ci maddəsində göstərilir ki, cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 44.2-ci maddəsində göstərilir ki, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 44.3-cü maddəsində göstərilir ki, cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. Həmin məcəllənin 46.1-ci maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələbinə görə törədilmiş cinyətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin məcəllənin 59.1.13-cü maddəsində göstərilir ki, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini CM-nin 59.1.13-cü, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, onun onkoloji xəstə olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, eyni zamanda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İşdə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 18 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə maddi sübut yoxdur, mülki iddia veriməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 8000 (səkkiz min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İşdə olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qəbələ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar