Məhkəmə qərarları › İş №1(039)-39/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-39/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-39/2020 02.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri H.Əliyev prospektində xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində saxlanılıb, üzərində həmin gün saat 06:30 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində, əynindəki gödəkçənin sol yan cibindən, 2 ədəd sellofan və 1 ədəd siqaret kağızına bükülmüş bükülüdə, istintaqa məlum olmayan mənbədən, vaxtda vəşəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı -3,43 qram, 2,16 qram və 1,59 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-cəmi 7,18 qram miqdarında qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilibqablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vəşahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrəözünü tam təqsirli bilərək göstərmişdir ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə edir. 2019-cu il dekabrın 2-də saat 17 radələrində Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən meşədə gəzişərkən oradan 1 ədəd kağız və 2 ədəd sellofan bükülü tapmış, bükülüləri açdıqda içərisində marixuana olduğunu görmüşdür. Həmin bükülüləri əynindəki gödəkçənin cibinə qoyub gələcəkdə istifadə etmək məqsədi iləüstündə gəzdirmişdir. 2019cu il dekabrın 28-də saat 06 radələrində Nizami prsopektində yerləşən yaşayış evlərinin qarşısı ilə piyada hərəkət edərkən polis əməkdaşları onu saxlayıb, şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, sənəd təqdim etmədiyi üçün üstündə axtarış aparılmalı olduğunu demişlər. Buna görə də, polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Qeyd edilən gün saat 06:30 radələrində polis əməkdaşları Yevlax rayon polis şöbəsində video çəkiliş tətbiqi ilə onun üstündə axtarış aparıb əynindəki gödəkçənin sol yan cibindən, dekabrın 2-də saat 17 radələrində Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən meşədə gəzişərkən oradan tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək götürmüşlər. O, üstündən aşkar edilmiş marixuananın özünə aid olmasını, həmin narkotik vasitəni satış məqsədi ilə deyil, gələcəkdə özü istifadə etmək məqsədi iləüstündə gəzdirdiyini etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu il dekabrın 28-də saat 06 radələrində daxil olmuş məlumat əsasında şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat axtarıştədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Nizami prospektində yerləşən yaşayış evlərinin qarşısında narkotik vasitələrin qəbulu ilə məşğul olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs sənəd təqdim etmədiyinə və oradan qaçmaq istədiyinə görə onu rayon polis şöbəsinəaparmışlar. Polis şöbəsində video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxs üstündə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin altında olan nazik boz rəngli gödəkçənin sol yan cibindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs marixuananı 2019-cu il dekabr ayında Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən meşədə gəzişərkən oradan tapdığını və həmin kütlədən gələcəkdə istifadə etmək məqsədi iləüstündə gəzirdiyini etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2019-cu il dekabrın 28-də saat 06radələrində daxil olmuş məlumat əsasında şöbənin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 iştirakı iləəməliyyat axtarıştədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Nizami prospektində yerləşən yaşayış evlərinin qarşısında narkotik vasitələrin qəbulu ilə məşğul olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs sənəd təqdim etmədiyinə və oradan qaçmaq istədiyinə görə onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxs üstündə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin altında olan nazik boz rəngli gödəkçənin sol yan cibindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs marixuananı 2019-cu il dekabr ayında Yevlax rayonunun Qaraoğlan kəndində yerləşən meşədə gəzişərkən oradan tapdığını və həmin kütlədən gələcəkdə istifadə etmək məqsədi ilə üstündə gəzirdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 19-20); şəxsi axtarış və götürmə haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan isti qış gödəkçəsinin altından geydiyi nazik boz rəngli gödəkçəsinin sol yan cibindən 3 ədəd müxtəlif kağız və sellofana bükülmüş bükülünün içərisində marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(iş vər. 27- 33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 19/1538a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd sellofan və bir ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,16 qram, 3,43 qram və 1,59 qram olan, ümumi təmiz çəkisi 7,18 qram olan maddə narkotik vasitə-qurudulmuş marixuanadır (kannabis). Tədqiq olunmuş çəkiləri 2,13 qram, 3,40 qram və 1,56 qram (hər maddədən çəkisi 0,03 qram maddə tədqiqata istifadə olundu). (işvər.41-42); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər. 57); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs... iştirakçılar... qablaşdırıldı...” sözləri yazılmış, zərfin içərisindəki 02 (iki) sellofan və 01 (bir) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -2,13 qram, 3,40 qram və 1,56 qram, ümumi təmiz çəkiləri 7,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vəsitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi – 0,06 qram (hər obyektdən- 0,02 qram), qalıq-7,03 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. (iş vər. 77-79); maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra xalis çəkisi 7,03 qram olan narkotik vasitə-qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk işüzrə maddi sübut kimi tanınmış, 7,03 qram qurudulmuş marixuana saxlanılmasıüçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir; (iş vər. 81); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər. 88 ); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.( işvər. 67); Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 saylı Mənzil-Təmir İstismar sahəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (iş vər. 71) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi vəəldə edilməsinin qanuniliyi şübhə doğurmayan və işüzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işüçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi iləəlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, işüzrə maddi sübut kimi tanınan qurudulmuş marixuana məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İşüzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın vəüzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan işüzrə maddi sübut -7,03 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda göstərdiyi 50 (əlli) saat, məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar