Məhkəmə qərarları › İş №1(039)-39/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-39/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-39/2023 09.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin dekabr ayının əvvəllərində tanışı Yevlax şəhəri Pişəvəri 8 ünvanında yerləşən ərzaq mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1 fəaliyyəti ilə məşğul olduğu mağazaya gəlmiş, sonuncuya adını demədiyi müxtəlif şirkətlərlə müqavilə bağlayaraq həmin şirkətlərin ərzaq məhsullarını və sərinləşdirici içkiləri satdığını yalandan bildirib aldatmaqla həmin mallardan Zərərçəkmiş şəxs bazar qiymətindən aşağı qiymətlərlə və nisyə olaraq verə biləcəyini deyib sonuncu ilə razılaşmış, ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs aldığı pulların müqabilində müxtəlif yerlərdən ərzaq məhsulları və sərinləşdirici içkilər alıb gətirib sonuncuya verməklə etibarını qazandıqdan sonra cinayətkar niyyətini həyata keçirmək üçün 13 aprel 2021-ci ildə axşam saat 20 radələrində Zərərçəkmiş şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazaya gəlib sonuncuya bazar qiymətlərindən daha da aşağı ucuz qiymətə yəni hər birinin qiyməti 80 qəpikdən olmaqla ümumilikdə 20.000 manat dəyərində 25.000 ədəd «Bizon» enerji içkisi, hər birinin qiyməti 50 qəpikdən olmaqla ümumilikdə 12.500 manat dəyərində 25.000 ədəd «Berq» enerji içkisi və hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 12.500 manat dəyərində «Bostan» firmasına aid feyxoa və heyva kampot şirələri gətirəcəyi vədini verib aldatmaqla 14 aprel 2021-ci il tarixdə saat 11 radələrində Yevlax şəhəri Pişəvəri 8 ünvanında yerləşən ərzaq mağazasında Zərərçəkmiş şəxs 45.000 manat nağd pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs etibarından sui istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirib qəsdən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, O, Zərərçəkmiş şəxs tanıyır, Gülşən yaşadığı binanın yaxınlığında ərzaq mağazası işlədir. O, çox vaxt həmin mağazaya gedərək ərzaq almış və Gülşənlə münasibət yaratmışdır. 2020-ci ilin dekabr ayının əvvələrində o, Gülşənin mağazasına getmiş, mağazadan alver etdikdən sonra ona yalandan iki-üç şirkətlərlə müqavilə bağladığını, topdan müxtəlif növ enerji içkiləri, sok şirələri və ərzaqlar alıb satmaqla məşğul olduğunu, çox mal satdığına görə ona enerji içkilərinin, sok şirələrinin, ərzağın faizinin aşağı qiymətə verdiklərini demişdir. Gülşən ona həmin mallardan gətirsə götürə biləcəyini demişdir. O, bir neçə enerji içkisi, meyvə şirələri satan tanımadığı maşınlardan malları götürərək aşağı qiymətə Gülşənə aparıb vermiş, Gülşən də içkilərin aşağı qiymətə olduğunu və qiymətlərin ona sərf etdiyini görüb malları ondan götürüb pulunu ödəmişdir. O, həmin pulun bir hissəsini şirələri götürüyü maşınlara ödəmişdir. Bundan sonra o, tanımadığı enerji içkiləri satan maşınlardan müəyyən miqdarda «Bostan» firmasına aid şirələr alıb topdan aşağı qiymətə Gülşənə vermiş və satıb pulunu ödəməsini bildirmişdir. Gülşən də razı olub şirələri götürmüşdür. 13 aprel 2021-ci il tarixdə, saat təxminən 20 radələrində o, Gülşənin mağazasına getmiş, Gülşənlə söhbət edərkən işlədiyi şirkətlər ona 20-25 faiz ucuz qiymətə müxtəlif şirələr və enerji içkiləri təklif edirlər. Həmin içkilər iri həcmli yük avtomobili ilə gətirilir, ancaq içkilər nağd pula satılır. O, Gülşənə qiymətləri demiş, sonuncu içkilərin dəyərini hesablamış, qiymət ona sərf etdiyindən içkiləri almağa qərar vermişdir. Belə ki, o, bazar qiymətlərindən daha da aşağı ucuz qiymətə yəni hər birinin qiyməti 80 qəpikdən olmaqla ümumilikdə 20.000 manat dəyərində 25.000 ədəd «Bizon» enerji içkisi, hər birinin qiyməti 50 qəpikdən olmaqla ümumilikdə 12.500 manat dəyərində 25.000 ədəd «Berq» enerji içkisi və hər birinin qiyməti 1 manat olmaqla ümumilikdə 12.500 manat dəyərində «Bostan» firmasına aid feyxoa və heyva kampot şirələri gətirəcəyini Gülşənə yalandan vədd etmişdir. Gülşən də nisyə verdiyi içkilərdən ona borcu olduğundan Gülşən ona tam inanmışdır. 14 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində o, Gülşənin mağazasına getmiş, Gülşən tanışı Rövşənlə birlikdə mağazada olduğunu görmüşdür. Həmin günü Gülşən ona gətirəcəyi müxtəlif növlü şirələrə və enerji içkilərinə görə 45.000 manat pul və əvvəllər nisyə verdiyi digər sərinləşdirici mallara görə isə 8000 manat borcunu ödəmişdir. O, həmin puldan Gülşənə nisyə satdığı malların pulunu aparıb həmin malları aldığı adamlara ödəmişdir. Sonra isə qalan həmin pulu hissə-hissə xərcləmişdir. Gülşən isə arada ona zəng edib şirələri nə vaxt gətirəcəyini soruşduqda o, müxtəlif bəhanələr gətirərək tezliklə malları gətirəcəyin bildirmişdir. Sonradan o, Gülşənin zənglərinə cavab verməmiş və eşitmişdir ki, Gülşən ondan polis şöbəsinə şikayət edərək müvafiq mallar verəcəyi adı ilə ondan 53.000 manat almışdır. Sonradan qardaşı Ceyhunla Gülşən görüşüb söhbət edərkən, onun Gülşənə 53.000 manat dələduzluq yox 45.000 manat dələduzluq etdiyi aydınlaşdırılmışdır. Ona görə Ceyhun Gülşənlə şahidlərin iştirakı ilə 45.000 manatı ödəmək üçün şifahi olaraq müqavilə bağlamışlar. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərində olarkən onu polis əməkdaşları saxlayaraq Yevlax RPŞ-nə gətirmişlər. O, əməlindən peşman olduğunu bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı övladları olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində Yevlax şəhər sakini X6 ilə birlikdə şərikinə Yevlax şəhəri, Pişəvəri küçəsi 8-də yerləşən ərzaq mağazası götürüb işlətməyə başlamışdır. Mağazanın yaxınlığında binada yaşayan Təqsirləndirilən şəxs təxminən 18 il olar tanıyır, aralarında heç bir ədavətləri olmamışdır. 2020-ci ilin dekabr ayının əvvələrində mağazada olarkən Təqsirləndirilən şəxs onun yanına gəlmiş, ona demişdir ki, müxtəlif şirkətlərlə müqavilə bağlayıb, həmin şirkətlərin mallarını topdan satış qiymətinə alıbsatmaqla məşğul olur. Şirkətlərin çox malını satdığına görə həmin mallar ona maya dəyərindən də aşağı qiymətə verilir, bunu deyəndən sonra ona ucuz enerji içkiləri, sok şirələri gətirməyi təklif etmişdir. O, Nəsiri uzun müddət tanıdığıma görə onun sözlərinə inanmış, ondan mal alacağıma razılıq vermişdir. Nəsir ona demişdir ki, gətirəcəyi malların ödənişi bəzi hallarda əvvəldən, bəzi hallarda isə nisyə olaraq mal satılandan sonra ödəmə olmalıdır ki, şirkətlərin bəziləri malları nəğd olaraq ucuz satır, bəziləri isə əvvəlcədən nisyə verib sonra pulunu alır. O, Nəsirin təklifini qəbul etmiş və bundan sonra Nəsir onun mağazasına aralarında olan şifahi müqavilə əsasında qeyd etdiyi mallardan gətirmiş, o, da həmin malları sataraq qiymətini nəğd olaraq ödəmişdir. 13 aprel 2021-ci il tarixdə, saat təxminən 20 radələrində o, mağazamda olan zaman Nəsir onun yanına gəlmiş və ona 20- 25 faiz ucuz qiymətə müxtəlif şirələr və enerji içkiləri gətirə biləcəyini, həmin içkiləri iri həcmli yük avtomobili ilə gətirildiyini demişdir. O, Nəsirin mağazaya nisyə satıb pulunu qaytarmaq üçün xeyli miqdarda şirə verdiyi üçün ona inanaraq, onun təklif etdiyi malların qiymətinin münasib olduğunu görüb Nəsirə ona qeyd etdiyi içkilərin mağazaya gətirməsinə razı olmuşdur. Nəsirə səhəri gün mağazaya gəlib hansı miqdarda mal götürəcəyini və pulunu ödəyəcəyin demişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 11 radələrində Nəsir mağazaya gəlmiş, həmin vaxt Rövşəndə mağazada olmuşdur. O, özü Nəsirin ona gətirəcəyi malların qiyməti ilə razı olmuş, ancaq Rövşən özünün bu işə qarışmayacağını deyib, ancaq borc pul verə biləcəyini demiş və ona həmin malları almağı üçün 43.000 manat borc vermiş, özü isə 10.000 manat pul düzəltmişdir. Nəsirin ona 20.000 manatlıq dəyərində hər birinin qiyməti 80 qəpik olmaqla 25.000 ədəd «Bizon» enerji şirəsi, 12.500 manat dəyərində hər birinin qiyməti 50 qəpik olmaqla 25.000 ədəd «Berq» enerji şirəsi, 12.500 manat dəyərində hər birinin qiyməti 1 manat olan 12.500 ədəd «Bostan» firmasına aid feyxua və heyva şirələrin gətirməsi üçün və ona nisyə verdiyi malların qiyməti ilə bağlı 8000 manat olmaqla ümumilikdə 53.000 manat pul vermişdir. Nəsir pulu alıb getmişdir. Nəsirlə arada əlaqə saxlamış, Nəsir mallar hazır olmadığını, hazır olan kimi gətirəcəyinə söz vermişdir. Sonradan Nəsirə zəng edərkən telefonlarına cavab verməmişdir. Ona görə polis şöbəsinə gedərək Nəsirin onu aldadaraq ona 53.000 manat dəyərində sok şirələri, enerji içkiləri və ərzaq gətirəcəyi adı ilə 53.000 manat pul aldığını və vədinə əməl etməməsi barədə ərizə vermişdir. Sonradan o, Nəsirin ona nisyə verdiyi içkiləri hesablamış və Nəsirin ona qarşı 53.000 manat deyil 45.000 manat dəyərində dələduzluq etdiyini bilmiş və bu barədə yuxarı orqanlara ərizə ilə müraciət etmiş və ərizəsini nəzərə alınmasını xahiş etmişdir. Belə ki, 0, Nəsirə 53000 manat pul versə də, lakin həmin pulun 8000 manatı Nəsirin əvvəlcədən ona nisyə olaraq gətirib verdiyi şirələrin pulu olduğundan o, həmin pulu verdiyi puldan silmişdir. Təqsirləndirilən şəxs X7 tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu ilə barışmaqla ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Gülşən Əəsədova ilə şərikli olaraq mağaza işlətsələr də, o, 43.000 manat pulu Gülşənə borc kimi vermiş, Nəsirin mal gətirməsi ilə özü razılaşmamış, Gülşənlə Nəsir özləri razılaşmış, o, pulunu Gülşəndən verdiyi borc müqabilində almalı olmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs tanıyır, Gülşən yaşadığı binanın yaxınlığında ərzaq mağazası işlədir. Aralarında heç bir ədavətləri olmamışdır. 2022-ci ilin avqust ayında polis əməkdaşları qardaşı Nəsiri axtararkən bilmişdir ki, Nəsir Gülşənə qarşı dələduzluq edərək ona enerji içkiləri, meyvə şirələri və ərzaq gətirəcəyi adı ilə 53.000 manat aldığını bilmişdir. Həmin vaxt qardaşı Nəsirin Bakı şəhərində olduğunu və onunla əlaqə saxlaya bilmədiyi həmçinin Nəsirin heç vaxt şirkətdə işləmədiyi üçün onun Gülşənə qarşı dələduzluq etdiyini öyrənə bilməmişdir. Sonradan qardaşı ilə əlaqə saxlamış o, Gülşənə nisiyə mal verdiyini, Gülşənlə görüşüb yenidən hesablaşma aparmağın ona demiş, o, da Gülşənlə görüşmüş və Nəsirin ona olan borcun və Gülşənin Nəsirə olan borcun hesablamışlar. Həmin vaxt məlum olmuşdur ki, Gülşən Nəsirə 53.000 manat versədə həmin pulun 45.000 manatına Nəsir ona yenidən mal gətirəcəyi üçün almış, qalan 8000 manat pul isə Nəsirdən nisiyə götürdüyü malın yerinə vermişdir. Ona görə o, şahidlərin iştirakı ilə Nəsirin Gülşən etdiyi dələduzluğa əsasən 45.000 manat pulu qaytarması üçün öz aralarında müqavilə bağlamışlar. Hazırda da həmin pulu ödəyirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş X5 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baxışın keçirildiyi yer Yevlax şəhəri H.Əliyev prospekti ilə Pişəvəri küçəsinin kəsişməsindən yerləşən 8 nömrəli binanın birinci mərtəbəsində olan ərzaq mağazasında xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs həmin mağazada ondan 53.000 manat pulunu dələduzluqla ələ keçirdiyi yeri göstərmişdir (iş vər.05-06); Şahidin məcburi qaydada gətirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi qaydada gətirilməsi elan edilmişdir (iş vər. 35); Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (iş vər. 39); Təqsirləndirlən şəxs haqqında axtarış elan edilməsi və tutulması barədə xx.xx.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduqda Yevlax rayon polis şöbəsinə MSY təhvil verilməsi qərara alınmışdır. (iş vər.41); Yevlax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin MSYnə hissəsinə təhvil verilmişdir (iş vər. 65); İttiham elan etmək üçün şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulmuşdur (iş vər. 77-78); xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 84-85); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vər.91-92); Əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunması qərara alınmışdır (iş vər.93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( iş vər. 51); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilib və o, Təqsirləndirilən şəxs ilə barışmışdır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur; 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı övladları olduğunu, habelə ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi da nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (59.1.4) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar