Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-39/2024 25.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Saməddin oğlunun Zərərçəkmiş şəxslər X6, X4, Zərərçəkmiş şəxs3 iştirakı ilə xx.xx.2001-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi ev 14-də yaşayan , barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Saməddin oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Saməddin oğlu qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü il iyulun 28-də saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax şəhəri R.Balakişiyev küçəsində yaşayan qohumu Zərərçəkmiş şəxs2 yaşadığı evdə olmadığından istifadə edib həyətə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs2 məxsus olan bir ədədinin qiyməti 10 manat olan cəmi 30 manat dəyərində 3 ədəd işlənmiş vəziyyətdə olan 5 litr su tutumlu aliminium materialdan olan qazanları, bir ədəd 80 manat dəyərində olan 5 litr su tutumlu somovarı, “Çinar” markalı soyuducunun 80 manat dəyərində mühərrikini və həmin soyuducunun içərisində olan bir kiloqramı 5 manat dəyərində olan cəmi 15 manat dəyərində olan 3 kq mis parçasını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 205 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 15 avqust 2023-cü ildə qəsdən təkarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax şəhəri K.Nəsibov küçəsi 23 saylı evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdə olmadığından istifadə edib evin həyətinin giriş qapısının məftilini açaraq qanunsuz olaraq həyətə daxil olub evin mətbəxinə daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus olan «Çinar» markalı soyuducunun 80 manat dəyərində mühərrikini, 1 ədəd 150 manat dəyərində “Galaksi” markalı 7 litir su tutan elektiriklə işləyən somavarı, hər biri 100 manat dəyərində olmaqla ümumi dəyəri 200 manat olan 2 ədəd 20 litr su tutumlu aliminium qazanları, 1 ədəd 80 manat dəyərində 15 litr su tutumlu aliminium ləyəni, bir ədədnin qiyməti 20 manat olan 5 ədəd cəmi 100 manat dəyərində olan 5 litr su tutumlu şirəli qazanları, 1 ədəd 100 manat dəyərində 10 litr su tutumlu mis qazanı, bir ədədnin qiyməti 2 manat olan cəmi 10 manat dəyərində metal materialından olan 5 ədəd çörək bişirmək üçün qabları, 1 ədəd 5 manat dəyərində aliminium çömçəni, 1 ədəd 80 manat dəyərində Türkiyə Respublikasında istehsal olunmuş 48 ölçüdə parça materialdan gödəkcəni, 1 ədəd Türkiyə Respublikasında istehsal olunmuş parça materialından olan 60 manat dəyərində 38 ölçüdə qadın donunu və evin həyətindən cəmi 30 manat dəyərində olan 50 kq çəkidə işlək vəziyyətdə olmayan avtomobil hissələrinin metal qırıntılarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 895 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü ildə qəsdən təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax şəhəri M.Hadi küçəsi 23 saylı evdə yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evdə olmadığından istifadə edib evin həyətinin giriş qapısını zor tətbiq edib açaraq qanunsuz həyətə daxil olduqdan sonra yaşayış evinin bağlı halda olan pəncərəsini zor tətbiq etməklə açaraq evin otağına daxil olub oradan Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd 40 manat dəyərində 10 litr su tutumlu aliminium materialdan olan qazanı, 1 ədəd 25 manat dəyərində 5 litrlik günəbaxan yağını, 1 ədəd 40 manat dəyərində işlək vəziyyətdə olan “Sony DVP-SR320” markalı maqnitafonu, 1 ədəd 35 manat dəyərində təzə vəziyyətdə olan “POLARİS PSF 40E” markalı ventilyatoru, 1 ədəd 40 manat dəyərində 10 litr su tutumlu aliminium materialdan olan balonu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 180 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2023-cü il oktyabrın 21-də qəsdən təkrarən saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax şəhəri K.Nəsibov küçəsi 11 saylı evdə yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evdə olmadığından istifadə edib evə daxil olaraq, Zərərçəkmiş şəxs4 məxsus olan hər biri 15 manat dəyərində olmaqla cəmi 150 manat dəyərində olan 1,5 kq çəkidə 10 ədəd toyuqları, hər birinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 60 manat dəyərində 2 ədəd 8 litr su tutumlu aliminium ləyənləri, 12 manat dəyərində 2 litrlik günəbaxan yağını, 1 ədəd 30 manat dəyərində 10 litr su tutumlu şirəli qazanı, hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 30 manat olan 3 ədəd 1 kq bankalarda gilanar mürəbələri bankalarınıqəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 cəmi 282 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2023-cü il oktyabrın 24-də qəsdən təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax şəhəri R.Behbudov küçəsi 41 saylı evdə yaşayan X10 Yevlax şəhər H.Əliyev prospektində fəaliyyət göstərdiyi «Buta butik» geyim mağazasının açıq halda olan qapısından içəri daxil olaraq heç kəsin onu görməməsindən istifadə edərək mağazadakı masanın üzərindən Əli Rəsulova məxsus 700 manat dəyərində «Realme 7i» markalı telefonu qəsdən gizli yolla talayaraq zərərçəkmiş şəxs Əli Rəsulova 700 manat dəyərində maddi ziyan vuraraq qəsdən özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə, qəsdən təkrarən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Yevlax şəhəri Nizami prospektində yerləşən Oba» marketin 12 saylı filial mağazasının açıq halda olan qapısındna içəri daxil olaraq ərzaq mağazasında satıcı X1 aparatının olduğu yerdən uzaqlaşdığını görüb onu heç kəsin görməməsindən istifadə edərək mağazanın saxlanc yeri hesab edilən kassa aparatının içərisindəki pulun saxlanıldığı xəzinəsinin qapağını açıb oradan 620 manat məbləğində nəqd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs «Oba» marketin 12 saylı filial mağazasına 620 manat məbləğində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs Saməddin oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, özünü təqsirli bilir, xx.xx.2023-cü il tarixdə günorta saatlarında qohumu Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olub oradan 3 ədəd işlənmiş vəziyyətdə olan 5 litir su tutan aliminum qazanları, 1 ədəd 5 litir su tutan somavarı, işlənmiş vəziyyətdə olan «Çinar» markalı soyuducunun mühərrikini və soyuducunun içərisində olan 3 kq misi götürüb evə getmiş və gecəni yatmış səhəri gün qabları yararsız hala salaraq Nizami prospektində yerləşən Yolkalıq adlanan ərazidə metal qəbul edən Akif adlı şəxsin məntəqəsinə gedərək həmin əşyaların özünün olduğunu pul lazım olduğu üçün satdığını və metal çəkisinə uyğun satmış və həmin pulu xərcləmişdir. Bundan sonra o, 2023-cü il avqust ayının 14-də Zərərçəkmiş şəxs1 yaşadığı evə daxil olaraq oradan 1 ədəd elektiriklə işləyən somavarı, Soyuducunun mühərrikin və 5 ədəd qazanları oğurlayıb evlərinə aparmış, qazanları yararsız yala salaraq Yevlax şəhər avtovağzalının yaxınlığında metal qəbul edən İlham adlı şəxsin məntəqəsinə gedərək həmin əşyaların özünün olduğunu pul lazım olduğu üçün satdığını və metal çəkisinə uyğun satmış və həmin pulu xərcləmişdir. Elektiriklə işləyən somavarı isə C.Kərimov küçəsində yaşayan Cəlalın oğlu Anara özünün olduğunu bildərərək pul lazım olduğu üçün 20 manata satmışdır. xx.xx.2023-cü il tarixdə tanıdığı Zərərçəkmiş şəxs3 yaşadığı evə girərək oradan 1 ədəd 10 litir su tutan aliminum qazanı, 1 ədəd 5 litirlik günəbaxan yağını, 1 ədəd işlək vəziyyətdə olan maqnitafonu, 1 ədəd ventilyatoru, 1 ədəd 10 litir su tutan aliminum balonu oğurlayıb evə getmiş və səhəri gün qabları 1 ədəd qazandan və balondan başqa digərlərin yararsız yala salaraq Nizami prospektində yerləşən Yolkalıq adlanan ərazidə metal qəbul edən Akif adlı şəxsin məntəqəsinə gedərək həmin əşyaların özünün olduğunu pul lazım olduğu üçün satdığını və metal çəkisinə uyğun satmış və həmin pulu xərcləmişdir. Sonradan Şahmar evindən oğurluğu onun etdiyini bilmiş və o, oğurluqdan əldə etdiyi balon və qazanı Şahmara qaytarmışdır. 2023-cü il oktyabrın 21-də Gülyanəgilin evinin qarşısına gəlmiş onların yaşadığı evdə yatdıqlarını görüb hasardan aşaraq evin həyətinə daxil olub, həyətdən 10 ədəd toyuqları, 2 ədəd aliminum ləyənləri, 1 ədəd işlənməmiş günəbaxan yağını, 1 ədəd şirəli qazanı, 3 ədəd 1 kq bankalarda gilanar mürəbələrin oğurlayıb evə aparmış, mürəbbələri yemiş, toyuqlarla qabları səhəri gün Yevlax şəhərində «Planlar» adlanan küçədə tanımadığı qadınlara özünün olduğunu və pul lazım olduğu üçün satdığını deyərək satmışdır. Həmin puluda xərcləmişdir. 2023-cü il oktyabrın 24-də Yevlax şəhər H.Əliyev prospektində yerləşən «Buta butik» paltar mağazasına paltar almaq üçün girmiş, masanın üzərində 1 ədəd «Realme 7i» markalı telefon olduğunu görmüş, satıcının başı qatışıq olduğundan telefonu götürüb mağazadan çıxmışdır. Sonra şəhərdə gəzərkən telefon əlindən düşüb sındığı üçün tullamış ancaq hara tuladığı yadında qalmamışdır. 08 noyabr 2023-cü il tarixdə, Yevlax şəhəri Nizami prospektində yerləşən «Oba» marketə siqaret almaq məqsədilə daxil olmuş mağazasında satıcının başı qatışıq olduğundan kassada heç kim olmadığını görüb kassaya yaxınlaşıb sürmədən 620 manat pulu götürüb mağazadan çıxmışdır. Həmin pulu da xərcləmişdir. O, qeyd etdiyi oğurluqları təkcə etmiş ona həmin oğurluqları torədərkən kömək edən olmamışdır. Oğurladığı əşyaları satarkən onların oğurluq olduğunu heç kəsə deməmişdir. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı qismən ödədiyini geri qalan hissəsinidə yaxın vaxtlarda ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq edərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ərizə yazaraq Təqsirləndirilən şəxs barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq edərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə yazaraq Təqsirləndirilən şəxs barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq edərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ərizə yazaraq Təqsirləndirilən şəxs barışdığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Zərərçəkmiş şəxs X13 məhkəməyə teleqram yolluyaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir və Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs4 ötən məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Yevlax şəhəri K.Nəsibov küçəsi 11 saylı evdə yaşayır, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus 10 ədəd hər biri 15 manat olmaqla ümumi dəyəri 150 manat olan hər biri 1,5 kq çəkidə toyuqları evin həyətindəki otağa qatıb qapısın bağlayıb gecəni yatmışdır. Səhər açılmış, o, həyətə düşüb toyuqları həyətə çıxarmaq istəyərkən, otağın qapısı açıq olduğunu orada olan toyuqların, 2 ədəd hər birinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 60 manat dəyərində 8 litir su tutan aliminum ləyənləri, 12 manat dəyərində 2 litir günəbaxan yağını, 1 ədəd 30 manat dəyərində 10 litir su tutan şirəli qazanı, 3 ədəd hər birinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 30 manat olan 1 kq bankalarda gilanar mürəbələrinin oğurlandığını görmüşdür. O, bu barədə polis şöbəsinə şikayət etmiş və sonradan bilmişdir ki, evindən oğurluğu tanıdığı Məcnunun oğlu Zaur etmişdir. Məhkəmə iclasında ərizə yazaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Ötən məhkəmə iclasına zərərçəkmiş şəxsin nümayəndəsi X5 ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir və onlara dəymiş ziyan ödənilməmişdir.Məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid X8 teleqram ünvanlayaraq ibtidai istintaq dövründəki ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edə bilməyən Şahid1 ibtidai istintaq dövründəki ifadəsi məhkəmə iclasında elan olundu: Belə ki, Təqsirləndirilən şəxs tanıyır. Münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatları olardı Zaur əlində 1 ədəd işlənmiş vəziyyətdə olan elektiriklə işləyən somavar gətirərək özünə məxsus olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. O, həmin samovara baxmış və Zaura 20 manata somavarı ona satmışdır. Sonradan bilmişdir ki, Zaur ona satdığı somavar oğurlayıb ona satmışdır. Ona görə o, həmin somavarı polis şöbəsinə aparıb təqdim etmişdir. Məhkəmə iclasında iştirak edə bilməyən Şahid2 ibtidai istintaq dövründəki ifadəsi məhkəmə iclasında elan olundu: Yevlax şəhəri Nizami prospektində yerləşən “Yolkalıq” adlanan ərazidə Akif adlı şəxsin metal qəbulu məntəqəsi var. O, da düşəndə ona kömək edir. Təqsirləndirilən şəxs tanısada onunla şəxsi münasibəti olmamışdır. 2023-cü ilin iyul və sentyabr aylarında dəqiq xatırlamadığım tarixlərdə səhər saatlarında yararsız halda olan soyuducu mühərriki və aliminum qazanlar gətirib satdığını bildirdi. O, həmin mühərriki və qazanları çəkərək metal və aliminum hesabına ona pul vermiş, Zaur pulu alıb getmişdir. O, Zaurun ona satdığı mühərrikləri digər metallarla birlikdə Bakı şəhərinə metal qəbulu məntəqəsinə göndərdiyi üçün təqdim edə bilməmişdir. İş materiallarında olan və məhkəmə-əmtəəşünaslıq ekspertizasının “Əmlakın qiymətləndirilməsi» MMC-dən verilmiş 05 dekabr 2023-cü il tarixli ƏQ-277\2023 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu zərərin ümumi məbləği 2892 manat təşkil edir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 2 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ümumi rejimli cəza müəssiəsinə keçirilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 12 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Saməddin oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 14 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq Yevlax rayon Məhkəməsinin 4(039)-91/2023 nömrəli 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəhəbs qətimkan tədbiri seçilmişdir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yelax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saməddin oğlu yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Saməddin oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, rəylər və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs Saməddin oğlunun cinayət əməli ibdidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və dəymiş ziyanı qısmən ödəməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Saməddin oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Saməddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 12 oktyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Saməddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 17 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Saməddin oğlu cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Saməddin oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Yevlax şəhər RPŞ-də saxlanılan 01 ədəd aliminium qazan, 1 ədəd alminium balon, 01 ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslərə qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 26 (iyirmi altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə 156 (bir yüz əlli altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Yevlax şəhər RPŞ-də saxlanılan 01 ədəd aliminium qazan, 1 ədəd alminium balon, 01 ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxslərə qaytarılsın. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik Edən: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-39/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-39/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver