Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-40/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 Sadəddin oğlunun iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasından xx.xx.2000-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmaqla məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Qasım bəy Zakir küçəsi, 52 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə, xx xxxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Qasım bəy Zakir küçəsi, 85 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə və saatlarda özgənin əmlakını gizli olaraqtalamaq məqsədi ilə Yevlax şəhəri, F.Əmirov küçəsi ev 21-də yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək sonuncunun həyətinə vahid niyyətlə - iki dəfə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış evinin içərisinə daxil olub evdən əvvəlcə 160 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalı olan “Beko” markalı, 32 BLE5324BG modelli, 32 düymlü istifadə olunmuş televizoru, 15 manat dəyərində olan bir ədəd “TP-Link” markalı istifadə olunmuş modem aparatını, daha sonra 110 manat dəyərində olan 01 ədəd qutuda “X4 PHO-610” yazıları olan təzə vəziyyətdə mikrodalğalı qril aparatını, 30 manat dəyərində olan 01 ədəd üzərində “X3 Cobalt” yazıları olan, dairə formalı böyük ölçülü, alt hissəsi hündür olan istifadə olunmuş şirniyyat qabını, qaşığı ilə birlikdə, 15 manat dəyərində olan 01 ədəd üzərində “X3 Cobalt” yazıları olan, kiçik ölçülü, üzərinə qızılı rəngli güllər həkk edilmiş istifadədə olmuş qabı, 45 manat dəyərində olan 01 ədəd üzərində “Alimdən atasına hədiyyə” yazıları olan istifadədə olmuş nərd taxtasını gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 375 manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin sentyabr ayının axırlarında istintaqla müəyyən edilməyən gündə və saatlarda özgənin əmlakını gizli olaraqtalamaq məqsədi ilə Yevlax şəhəri, F.Əmirov küçəsi ev 21-də yaşayan Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək sonuncunun həyətinə vahid niyyətlə - iki dəfə hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış evinin içərisinə daxil olub evdən əvvəlcə 160 manat dəyərində olan 01 ədəd Türkiyə istehsalı olan “Beko” markalı, 32 BLE5324BG modelli, 32 düymlü istifadə olunmuş televizoru, 15 manat dəyərində olan bir ədəd “TP-Link” markalı istifadə olunmuş modem aparatını, daha sonra 110 manat dəyərində olan 01 ədəd qutuda “X4 PHO-610” yazıları olan təzə vəziyyətdə mikrodalğalı qril aparatını, 30 manat dəyərində olan 01 ədəd üzərində “X3 Cobalt” yazıları olan, dairə formalı böyük ölçülü, alt hissəsi hündür olan istifadə olunmuş şirniyyat qabını, qaşığı ilə birlikdə, 15 manat dəyərində olan 01 ədəd üzərində “X3 Cobalt” yazıları olan, kiçik ölçülü, üzərinə qızılı rəngli güllər həkk edilmiş istifadədə olmuş qabı, 45 manat dəyərində olan 01 ədəd üzərində “Alimdən atasına hədiyyə” yazıları olan istifadədə olmuş nərd taxtasını gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 375 manat məbləğində ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 2020-ci ilin sentyabr ayının sonunda pulu olmadığı üçün oğurluq etməyi fikirləşmiş və qonşusu Zərərçəkmiş şəxs evdə olmadığını bildiyindən qərara almışdır ki, onun evinə girsin. Həmin gün küçəyə çıxan zaman tanışı Təqsirləndirilən şəxs2 küçədə görmüş və görüşmüşdür. Samir ona bildirmişdir ki, qonşuları Zərərçəkmiş şəxs Bakı şəhərindədir, evində heç kim yoxdur. Təklif etmişdir ki, İncinin evinə girib bir-iki əşya oğurlayıb satsınlar. Samirə bildirmişdir ki, həmin evin açarları əmisindədir və əgər əmisi bilsə onu ciddi cəzalandıracaq. Lakin sonra Samirlə razılaşmış və onlar günorta saatlarında birlikdə Zərərçəkmiş şəxs evinin hasarından aşıb evin həyətinə keçmişlər. Sonra isə evin qapısını açıb Samir ilə birlikdə evə daxil olmuşlar. Evin taxta qapınsının qıfılı olmamışdır. Samirlə birlikdə evdən 01 ədəd plazma “Beko” markalı televizoru və 01 ədəd ağ rəngli “TP-Link” markalı “wi-fi” modemini götürmüşlər. Samir televizoru, o isə modemi götürüb evdən çıxmışlar. Samir bildirmişdir ki, əşyaları özü satacaq. Samir televizoru və modemi götürüb getmişdir. 1-2 saatdan sonra Samir qayıdaraq televizoru və modemi birlikdə 60 manata satdığını bildirmişdir. Samirə televizorun 50 manat pulundan 20 manat, modemin 10 manat pulundan isə 5 manat vermişdir. Bundan sonra elə həmin gün yenidən İncinin evindən oğurluq etmək qərarına gəlmişlər. Samirlə birlikdə yenidən eyni qaydada evə daxil olmuş, evdə olan otaqların birindən qril aparatı, bir neçə qab-qacaq və nərd taxtası götürüb küçəyə çıxmışlar. Samir oğurladıqları əşyaları ondan götürüb satmağa getmişdir. Nərd taxtasını özündə saxlamış, Samir isə qril aparatını və qab-qacağı götürərək getmişdir. Bir neçə saat sonra Samir onun yanına qayıtmış, qril aparatı ilə qab-qacaqları 15 manata satdığını bildirmiş və pulu ona vermişdir. Həmin puldan Samirə 7 manat pul vermişdir. Nərd taxtasını qonşusu Şahid4 20 manata satmışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, Təqsirləndirilən şəxs1la ilə eyni küçədə yaşayır. 2020-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs1la küçədə görüşmüşdür. Söhbət əsnasında Atif bildirmişdir ki, televizoru var, satmaq istəyir. Atif ilk öncə etiraf etməsə də, sonradan bildirmişdir ki, televizor oğurluqdur. Atif televizoru 50 manata satmaq istədiyini bildirmişdir. Atif gedib “Beko” markalı, qara rəngli televizoru gətirib ona vermişdir. Televizoru Atifdən götürərək aparıb “Əlillər” binasında yaşayan Famil adlı şəxsə 100 manata satmışdır. Familə bildirmidir ki, televizor özünündür, pul lazım olduğundan satır. Pulu Famildən aldıqdan sonra qayıdıb həmin puldan 50 manat Atifə vermiş, qalan 50 manat pulu da özündə saxlamışdır. Atifə söyləmişdir ki, televizoru cəmi 50 manata satmışdır. Atif həmin 50 manatdan ona heçnə verməmişdır. Növbəti gün Atiflə yenidən küçədə görüşmüşdür. Atif bildirmişdir ki, “TP-Link” markalı “wi-fi” modemi də var, həmin aparatı da satmaq lazımdır. Aparatı Atifdən götürdükdən sonra həmin aparatı dayısı Şahid1 10 manata satmışdır. Həmin pulu da gətirib Atifə vermişdir. Sabahı gün Atiflə yenidən görüşmüş və ona bildirmişdir ki, İncinin evində qril qazanı və qab-qacaq var, onları götürəcək və onları da satmaq lazımdır. Atif gedib qril aparatını və qab-qacağı gətirib ona vermiş və o, qabqacaqları aparıb Yevlax ŞMX-nın yanında yaşayan Kamilin oğlu Elvinə 15 manata satmış və pulu Atifə vermişdir. Atif həmin puldan da ona heç nə verməmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, təxminən 2020-ci ilin sentyabr ayının sonlarında küçədə dayandığı zaman qohumu Təqsirləndirilən şəxs2la görüşmüşdür. Samir ona yaxınlaşaraq bildirmişdir ki, özünə məxsus wi-fi modemi var və həmin modemi satır. Evdə wi-fi modemi olmadığı üçün Samirin ona göstərdiyi modemə baxıb bəyənmişdir. Qiymətini soruşduqda Samir modemi 15 manata satdığını söyləmişdir. Cibindən 15 manat çıxarıb Samirə vermiş və modemi evə aparmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Samirin atası Vaqif onun yaşadığı ünvana gələrək, Samirin ona satdığı wi-fi modemini Samirin və Təqsirləndirilən şəxs1 oğurladığını bildirmişdir. Bu səbəbdən Samirin ona satdığı modemi Samirin atası Vaqifə qaytarmışdır. Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğlu olduğunu bildirərək ona qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5806 saylı rəyində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla hazırki orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunmaqla ümumi dəyəri təxminən 360 manat müəyyən edilir. Belə ki, üzərində “X2 Cobalt” yazıları olan, dairə formalı böyük ölçülü, alt hissəsi hündür olan istifadədə olmuş şirniyyat qabı qaşığı ilə birlikdə - 30 manat, üzərində “X2 Cobalt” yazıları olan, kiçik ölçülü, üzərində qızılı rəngli güllər həkk olunmuş istifadədə olmuş qab – 15 manat, üzərində “Alimdən atasına hədiyyə” yazıları olan istifadədə olmuş nərd taxtası – 45 manat, üzərində“X4 PHO-610” yazıları olan təzə vəziyyətdə mikrodalğalı qril aparatı – 110 manat, Türkiyə istehsalı olan “Beko” markalı, 32BLE5324 BG model, 32 düymlu istifadədə olmuş televizor – 160 manat. Analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza tədqiqatına təqdim edilməyən 1 ədəd “TP-Link” markalı istifadədə olmuş modem aparatının orta bazar qiyməti nəzəri qaydada təxminən 15 manat müəyyən edilir. (səhv 171-173 ) Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə daxil olmaqla oğurluq etmələri özlərinin qarşılıqlı etirafedici ifadələri, şahid ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir və bu səbəbdən onlara qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Bu zaman oğurlanmış əyaların təqdim edilməsi, llakin zərər çəkmiş şəxslə razılıq əldə etməmələri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, şəxsiyyətini səciyyələndirən halları, törədilmiş cinayətdə rolunu, eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həbsdə saxlanıldıqları iki gün onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə xərcləri və maddi sübutla əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilməli, maddi sübutların Yevlax RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılması nəzərə alınmalı və onlar zərər çəkmiş şəxs İncə Alıyevaya təhvil verilməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi1 istintaq dövrü üçün 372 manat və məhkəmə dövrü üçün 78 manat haqq, Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 istintaq dövrü üçün 336 manat haqq, məhkəmə dövrü üçün isə 108 manat haqq dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 Sadəddin oğluna ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Maddi sübut – Yevlax RPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd Türkiyə istehsalı olan “Beko” markalı, 32 BLE5324BG modelli, 32 düymlü istifadə olunmuş televizor, bir ədəd “TP-Link” markalı istifadə olunmuş modem aparatı, 01 ədəd qutuda “X4 PHO-610” yazıları olan təzə vəziyyətdə mikrodalğalı qril aparatı, 01 ədəd üzərində “X3 Cobalt” yazıları olan, dairə formalı böyük ölçülü, alt hissəsi hündür olan istifadə olunmuş şirniyyat qabı, qaşığı ilə birlikdə, 01 ədəd üzərində “X3 Cobalt” yazıları olan, kiçik ölçülü, üzərinə qızılı rəngli güllər həkk edilmiş istifadədə olmuş qab, 01 ədəd üzərində “Alimdən atasına hədiyyə” yazıları olan istifadədə olmuş nərd taxtası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 372 manat və məhkəmə dövrü üçün 78 manat, cəmi 450 (dörd yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 ödənilsin, hüquqi yardıma görə istintaq dövrü üçün 336 (üç yüz otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 Sadəddin oğluna ödənilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-40/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-40/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver