Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-40/2023 27.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Nizami pr, ev 39A, mənzil 7-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi 17 sentyabr 2022-ci il tarixdə saat 20:50 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə aparılmış, üzərində həmin gün saat 21:45-dən 22:15-dək radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibində, bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükülünün içərisində istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 0,757 qram çəkidə psixotrop maddə olan metanfetamin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə saat 20:50 radələrində yaşadığı evin yerləşdiyi evin yaxınlığında yerləşən küçədə, Yevlax şəhəri C.Cabbarlı küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq saxlamış, özlərini təqdim edərək Yevlax RPŞ-nin əməkdaşları olduqlarını bildirərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu demiş və Yevlax rayon polis şöbəsinə dəvət etmişdirlər. Yevlax RPŞ-də öz seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ona müdafiəçi təyin edilmiş, 17 sentaybr 2022-ci il tarixdə saat 21:45-dən saat 22:15-dək Yevlax RPŞ-də vəkili X2 iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən, yəni əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan limon duzu, həmçinin 01 ədəd sadə mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa onun üzərindən hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülümüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və istintaq ibtidai istintaq zamanı limon duzu kimi göstərdiyi psixotrop maddə olan metamfetamin ona məxsusdur. O, xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülümüş narkotik vasitə ola qurudulmuş marixuananı və metamfetamini təxminən bir ay bundan əvvəl yaşadığı evin yaxınlığında yerdən tapmışdır. O, xx.xx.2022ci il tarixdə Yevlax RPŞ-də onun üzərinə keçirilən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən aşkar edilərək götürülümüş narkotik vasitə-qurudulmuş marixuananı və metamfetamini özü istifadə etmək üçün saxlamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X11 patrul xidməti bölüyü polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və istehlakı ilə məşğul olması barədə 17 sentyabr 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1983-cü il tarixdə Ermənistan SSRİ-nin Əzizbəyov rayonunda doğulduğunu, Yevlax şəhəri Nizami prospekti ev 39A, mənzil 7-də yaşadığını müəyyən etdim. Yevlax rayon polis şöbəsinin 17 sentyabr 2022-ci il tarixli əmri ilə onun, Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 və Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1, Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X7, Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru, polis mayoru X8 ilə birlikdə polis şöbəsindən çıxaraq Yevlax şəhəri C.Cabbarlı küçəsinə getmiş, Təqsirləndirilən şəxs həmin vaxt orada olması barədə məlumatı olmuş, C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmiş, onun xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Şamil Xəlilova təhvil vermişdirlər. Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmış, Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmiş, bundan sonra vəkil X9 rayon polis şöbəsinə dəvət edilmiş, Şamil Xəlilov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, Şamil Xəlilov xidməti iş otağında onun, Şahid2 və vəkil Fərhad Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X8 tərəfindən video yazı vasitəsi ilə qeydə alınmış, o və digər iştirakçılar özlərini təqdim etmiş, Şamil Xəlilov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, bundan sonra təhqiqatçı Şamil Xəlilov Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əvvəlcə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütləni və digər 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində isə özünün limon duzu kimi qeyd etdiyi kütləni təqdim etmiş, təhqiqatçı Şamil Xəlilov tərəfindən həmin bükümlərin içərisində 1 ədəd siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlə və digər 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində isə özünün limon duzu kimi qeyd etdiyi kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı 1 ədəd qara rəngli “Jinga” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün aşkar edilən zaman götürülmüş, bundan sonra təhqiqatçı Şamil Xəlilov şübhəli şəxs Təqsirləndirilən şəxs sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütləni və digər 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində isə özünün limon duzu kimi qeyd etdiyi kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana və limon duzu olduğunu və həmin narkotik vasitəni bir ay əvvəl şəhər ərazisindən, limon duzu kimi göstərdiyi kütləni isə mağazadan aldığını, özünündə narkotik vasitə və psixotrop maddədən istifadə etdiyi üçün üzərində gəzdirdiyini, satış məqsədinin olmadığını, xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmiş, Bundan sonra həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlə elektron tərəzi vasitəsilə çəkilərək həmin kütlənin çəkisinin 0,31 qram, digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisindəki özünün limon duzu kimi qeyd etdiyi kütlənin isə 1,14 qram çəkidə olduğu müəyyən edilmiş, həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlə və digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisindəki özünün limon duzu kimi qeyd etdiyi kütlə maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şamil Xəlilov bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütləni və digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisindəki özünün limon duzu kimi qeyd etdiyi kütləni bükülü olduğu bükümlərlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Şamil Xəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmiş, Təqsirləndirilən şəxs, onun vəkili X3, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmış, Şamil Xəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və istehlakı ilə məşğul olması barədə 17 sentyabr 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1983-cü il tarixdə Ermənistan SSRİ-nin Əzizbəyov rayonunda doğulduğunu, Yevlax şəhəri Nizami prospekti ev 39A, mənzil 7-də yaşadığını müəyyən etdim. Mən daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 17 sentyabr 2022-ci il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2, Yevlax rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X7, Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru, polis mayoru X8 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri C.Cabbarlı küçəsinə getmiş, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri C.Cabbarlı küçəsində olması barədə məlumatı olmuş, C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə baxış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmiş, lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmiş, onun xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Şamil Xəlilova təhvil vermişdirlər. Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmış, Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmiş, bundan sonra vəkil X9 rayon polis şöbəsinə dəvət edilmiş, Şamil Xəlilov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, Şamil Xəlilov xidməti iş otağında onun, Şahid2 və vəkil Fərhad Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X8 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmış, o və digər iştirakçılar özlərini təqdim etmiş, Şamil Xəlilov Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, bundan sonra təhqiqatçı Şamil Xəlilov Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əvvəlcə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütləni və digər 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində isə özünün limon duzu kimi qeyd etdiyi kütləni təqdim etmiş, təhqiqatçı Şamil Xəlilov tərəfindən həmin bükümlərin içərisində 1 ədəd siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlə və digər 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində isə özünün limon duzu kimi qeyd etdiyi kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı 1 ədəd qara rəngli “Jinga” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün aşkar edilən zaman götürülmüş, bundan sonra təhqiqatçı Şamil Xəlilov şübhəli şəxs Təqsirləndirilən şəxs sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütləni və digər 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində isə özünün limon duzu kimi qeyd etdiyi kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana və limon duzu olduğunu və həmin narkotik vasitəni bir ay əvvəl şəhər ərazisindən, limon duzu kimi göstərdiyi kütləni isə mağazadan aldığını, özünündə narkotik vasitə və psixotrop maddədən istifadə etdiyi üçün üzərində gəzdirdiyini, satış məqsədinin olmadığını, xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmiş, Bundan sonra həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlə elektron tərəzi vasitəsilə çəkilərək həmin kütlənin çəkisinin 0,31 qram, digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisindəki özünün limon duzu kimi qeyd etdiyi kütlənin isə 1,14 qram çəkidə olduğu müəyyən edilmiş, həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütlə və digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisindəki özünün limon duzu kimi qeyd etdiyi kütlə maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şamil Xəlilov bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində olan narkotik vasitə olan qurudulmuş halda marixuanaya oxşar kütləni və digər bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisindəki özünün limon duzu kimi qeyd etdiyi kütləni bükülü olduğu bükümlərlə birlikdə bir ədəd zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış, üzərində qeydiyyat aparmış və zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Şamil Xəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmiş, Təqsirləndirilən şəxs, onun vəkili X3, Şahid2 və o, həmin zərfin üzərinə imza çəkmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmış, Şamil Xəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 18-19); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqarət kağızına bükülmüş bükülünün içərisində narkotik maddə olan qurudulmuş halda marixuanaya oxşar kütlə və digər bir ədəd siqaret kağızına bükülümüş bükümün içərisində limon duzu kimi qeyd etdiyi kütlə narkoti və psixotrop maddələri aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-34); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/730 nömrəli rəyindən görünür ki, şübəli şəsx “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0.18 qram tədqiqata sərf edildi 0.05 qram, qalıq- 0,13 qram. 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,757 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin təmiz çəkisi- 0,757 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,707 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 102.12 manatdır. (iş vər.42-44); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, saat 17.00-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 62); Əşyanın maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,707 qram pisixotrop maddə olan metafetamin və narkotik vasitə-qurudulmuş marixuana “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 0,707 qram pisixotrop maddə olan metafetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.74); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (iş vər.106); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməllərinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,707 qram pisixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 102 (bir yüz iki) manat 12 (on iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-40/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-40/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver