Məhkəmə qərarları › İş №1(039)-41/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-41/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-41/2020 19.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində xx xxxxxx 2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi Yevlax rayonu, Hacıselli kəndi ərazisində, 2019-cu il dekabr aynının 17-də saat 20:20 radələrində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, üzərində saat 21:30 radələrində müdafiəçi-vəkil iştirakı və video çəkilişlə keçirilmiş təxirəsalınmaz şəxsi-axtarış nəticəsində onun istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, əynindəki şalvarın sağ yan cibində 1 ədəd kibrit qutusunda saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-cəmi 5,78 qram miqdarında qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o,arada bir narkotik vasitə olan heroindən istifadə edir. 2019-cu ilsentyabr ayının sonlarında yaşadığı kəndin ərazisindəki örüş sahəsində yabanı halında bitmiş çətənə kolu görmüşdür. Həmin çətənə kolundan yığıb qurudaraq bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə 1 ədəd kibrit qutusuna qoyaraq özü istifadə etmək üçün özündə saxlamışdır. xx xxxxxx 2019cu il tarixdə saat təxminən 20 radələrində tanışı Şahid5 məxsus avtomobillə Yevlax rayonu, Varvara kəndində yerləşən balıq zavodundan dayısı oğlu Xəqanini götürüb qayıdarkən Yevlax rayonunun Hacıselli kəndi ərazisində polis əməkdaşları onları saxladaraq özlərini təqdim edərək, onu rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları rayon polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə onun üstünə baxış keçirib, içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu əynindəki şalvarın sağ yan cibindən aşkar etmişlər. Sorğu-sual zamanı o, kibrit qutusunun içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2019-cu il sentyabr ayının sonralında yaşadığı kəndin ərazisindəki örüş sahəsində yabanı halında bitmiş çətənə kolundan yığıb qurudaraq bir hissəsini istifadə etdiyini, bir hissəsini isə 1 ədəd kibrit qutusuna qoyaraq özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi cəmi 5,78 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq möhürləmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində PPXB-nin tağım komandiri polis leytenantı Şahid2, PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu, Hacıselli kəndi ərazisində narkotik vasitələrin istifadə etməsində və saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs yaxalayaraq rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar etmişlər. Kibrit qutusunu açıb içərisini nəzərdən keçirdikdə içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusundakının narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2019-cu il sentyabr ayının sonlarında yaşadığı kəndin örüş sahəsində yabanı halında bitən çətənə kolundan yığıb kibrit qutusuna yığaraq özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. Həmin kütlə elektiron tərəzidə çəkilmiş, çəkisi 5,78 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nin tağım komandiri Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X7, PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonu, Hacıselli kəndi ərazisində narkotik vasitələrin istifadə etməsində və saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs yaxalayaraq rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar etmişlər. Kibrit qutusunu açıb içərisini nəzərdən keçirdikdə içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusundakının narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2019-cu il sentyabr ayının sonlarında yaşadığı kəndin örüş sahəsində yabanı halında bitən çətənə kolundan yığıb kibrit qutusuna yığaraq özü istifadə etmək üçün cibinə qoyub gəzdirdiyini etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 5,78 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 Şahid2 ifadəsinə oxşar, Eyni məzminlu ifadə verdi. İş üzrə Şahid5 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında dostu Nəcəfqulu ondan dayısı oğlu Xəqanini Yevlax rayonu, Varvara kəndində yerləşən balıq zavodundan ona məxsus avtomobilə gedib birlikdə gətirməsini xahiş etmişdir. O, özünə məxsus avtomobilə birlikdə gedib Varvara kəndindən Xəqanini götürüb qayıdarkən Yevlax rayonu, Hacıselli kəndi ərazisində polis əməkdaşları onları saxladaraq onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, Nəcəfqulunun üstündə narkotik vasitə olan qurudulmuş marixuana var. Nəcəfqulunun üstündə narkotik vasitə olmasından, eləcə də həmin narkotik vasitəni haradan almasından xəbəri olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış aparılarkən Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın sağ yan cibindən çıxarıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin X1 xx xxxxxx 2019-cu il tarixli 19/1498 a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, kibrit qutusunda təmiz çəkisi 5,78 qram olan maddə narkotik vasitə qurudulmuş marixuanadır. (tədqiqata istifadə olundu 0,05 qram, qalıq 5,73 qram). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 67 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,02 qram, qalıq-5,71 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Mingəçevir şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli 1(051)-49/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 15 faiz tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli 395/2 saylı məktubundan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli 1(051)-49/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 15 faiz tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasını bu günə kimi çəkməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(039)-37/2020 saylı qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-cı il tarixli, 68-VİQD saylı Qanunun tətbiq edilməsinə dair Yevlax rayon İcra və Probasiya Şöbəsinin təqdimat təmin edilmiş, Qələmzadə X2 Şəhər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təyin olunmuş islah işləri cəzasını çəkməkdən azad olunmuş və o, məhkumluğu olmayan hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:30-da Qələmzadə oğlu şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Gülövşə kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 5,71 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Gülövşə kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 5,71 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 43 (qırx üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 258 (iki yüz əlli səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar