Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-41/2021 09.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İİ qrup əlil, məhkumluğu olmayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və saatda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qəsdən Yevlax şəhəri, H.Hacıyev küçəsi ev 26-da yaşayan anası Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək sonuncunun həyətinə qanunsuz daxil olduqdan sonra həyətdə olan yaşayış evinin içərisinə daxil olub Zərərçəkmiş şəxs yataq otağında olan sandığın içərisindən 1000 (bir min) manat pulu və hər birinin ayrı-ayrılıqda qiyməti 60 manat olmaqla ümumilikdə dəyəri 360 manat olan 6 ədəd qızıl dişi gizli yolla talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1360 (bir min üç yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Demək olar ki, hər gün narkotik vasitə olan heroin qəbul edir. xx xxxxxx 2016cı il tarixdə Yevlax rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2018-ci ilin iyun ayının 08-da cəzasının sonu ilə azad edilmişdir. Özü ailəsi ilə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Anası isə atası ilə birgə Yevlax şəhəri, H.Hacıyev küçəsi, ev 26-da yaşayır. O anası və atası ilə dalaşdığı üçün onların evinə gedib gəlmir. 2020-ci ilin oktyabr ayının əvvəllərində 02 (iki) gün ərzində narkotik vasitə olan heroindən istifadə etmədiyi və bərk ağrılar hiss etdiyi üçün pul lazım olmuşdur. Pulu olmadığı üçün anasının evinə gizli daxil olub oğurluq etmək qərarına gəlmişdir. Anası evdən çıxandan sonra gizli, anasından xəbərsiz anasının yataq otağına daxil olub yataq otağını dağıtmadan axtarmağa başlamışdır. Şkafı axtarsa da pul tapa bilməmişdir. Şkafda pul olmadığını görüb sandığı axtarmağa başlamışdır. Sandıqdan anasına məxsus 6 ədəd qızıl diş və 1000 (min) manat pul olduğunu görmüşdür. O həmin 6 ədəd qızıl dişi və 1000 (min) manat pulu oğurlayıb evdən getmişdir. Anası onun qızıl dişlərini və pulunu oğurladığını, ümumiyyətlə evə girdiyini bilməmiş,dir. 1000 (min) manat pulu xərclədikdən sonra 6 ədəd qızıl dişi satmaq üçün 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhərinə getmişdir. Bakı şəhərində həmin 6 ədəd qızıl dişi Xətai rayon ərazisində tanımadığı şəxsə 300 (üç yüz) manata satmış, üç yüz manatı götürüb yenidən Yevlax rayonuna qayıtmışdır. Yevlax rayonunda həmin 300 (üç yüz) manatı xərcləmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında anasıgilə getmiş, anası ondan ona məxsus olan 6 ədəd qızıl dişi və 1000 (min) manat pulu evdən oğurlayıb-oğurlamadığını soruşmuşdur. O, da anasına qızıl dişləri və pulu oğurladığını bildirmişdir. Bunu dedikdən sonra anası ona bundan sonra polis şöbəsinə ərizə ilə şikayət edəcəyini demişdir. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O özü həyat yoldaşı Eldəniz ilə birlikdə Yevlax şəhəri, H.Hacıyev küçəsi ev 26-da yaşayır. Oğlu Təqsirləndirilən şəxs isə Yevlax rayonu Nərimanabad kəndində yaşayır. Oğlu narkotik vasitə aludəçisidir. Əvvəllər mütəmadi olaraq onun yaşadığı evə gələndə evdən oğurluq etmişdir. Bu hərəkətlərinə görə o sonradan oğluna yaşadığı evə gəlməsinə qadağa qoymuşdur. Oğlu da aralarında olan mübahisədən sonra bir neçə müddət onun yaşadığı evə gəlməmişdir. Sonuncu dəfə Ramin xx xxxxxx 2020-ci il tarixdə onun yaşadığı evə gəlmiş və həmin vaxt o evdə olmuşdur. Ramin ondan pul istəmişdir və o da Raminə pulunun olmadığını demişdir. Daha sonra Ramindən evdə olan yataq otağında sandığın içərisində olan 1000 (bir min) manat pulunun və 6 ədəd qızıl dişinun yoxa çıxdığını bildirmişdir. Ramin də ona pul vermədiyinə görə 1000 ( bir min) manat pulu və 6 ədəd qızıl dişi də yaxşı eləyib oğurladığını deyərək onu söyüb təhqir etmişdir. Bundan sonra Raminin onun evindən oğurluq etdiyini bilib polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Bundan başqa oğlu Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidr. Ramin mütamadi olaraq narkotik vasitələrdən istifadə edir və narkomaniya xəstələyindən əziyyət çəkir. Ramin narkotik vasitə almaq üçün öz evlərində və onun evində olan əşyaları sataraq narkotik vasitə alır. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu nəzərə alaraq, ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Raminlə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs isə Yevlax şəhəri, H.Hacıyev küçəsi, ev 26-da yaşayır. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı deyildir. Bir neçə ay bundan əvvəl Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq dalaşdığına, onu söyüb təhqir etdiyinə və onun evindən tez-tez xırda oğurluqlar etdiyinə görə, Zərərçəkmiş şəxs oğlu Raminin Yevlax şəhəri, H.Hacıyev küçəsi, ev 26-da yerləşən evinə getməyi qadağa qoymuşdur. Həmin gündən sonra Ramin anası Nəzakətin yaşadığı evə getmir. Təqsirləndirilən şəxs onun özü ilə də münasibəti yaxşı deyildir. Ramin mütəmadi olaraq narkotik vasitələr qəbul etdiyinə görə maddi vəziyyətləri pis olur. 2020-ci ilin noyabr ayının əvvəllərində Ramin anası Nəzakətin evindən oğurluq etdiyinə görə polis şöbəsində tutulan zaman onun oğurluq etməsindən məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5098 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd 750 əyyarlı 1 qram qızıl diş qırıntı hesab edilir, orta bazar qiyməti nəzəri qaydada təxminən 60,0 manat, 6 ədədi 360,0 (6x60) müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(039)-48/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Narkoloji Kabinetinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdən (diaqnoz narkomaniya-heroin) narkoloji kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 255406 nömrəli əlilin vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yelax şəhər İHB-nın Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrdən istifadə edir və narkomaniya xəstələyindən əziyyət çəkir. Ramin narkotik vasitə almaq üçün öz evlərində və onun evində olan əşyaları sataraq narkotik vasitə alır. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibdidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını və İİ qrup əlil olmasını CM-nin 59-cu maddəsinə əsaasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-41/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-41/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver