Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-41/2022 16.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 01 noyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 19, mənzil 24-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəheroini və narkotik vasitə-qurudulmuş marixuananı əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 7,48 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 30 oktyabr 2021-ci il tarixdə saat 22:30 radələrində, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonunun, Nemətabad kəndi ərazisindən keçən hissəsində həmin narkotik vasitə olan qurudulmuş marixuananı ayrıayrılıqda 9 ədəd bükümlərdə 1,06 qram, 0,77 qram, 0,84 qram, 077 qram., 088 qram, 0,79 qram, 1,12 qram, 0,84 qram, 0,41 qram, ümumi təmiz çəkisi 7,48 qram marixuananı tanışı Şahid4 60 manata satmış, Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 30 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Yevlax rayonu ərazisində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilərək üzərində həmin gün saat 23:20 dəqiqədə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən 8 ədəd kağız bükülülərdə və ona məxsus avtomobilin sağ ön oturacağın altından isə bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə Ramil Şahsuvarovdan 60 manat müqabilində aldığı cəmi 7,48 qram miqdarında narkotik qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 31 oktyabr 2021-ci il tarixdə saat 17:35 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 18:45 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid4 satdığı 7,48 qram marixuananın müqabilində sonuncudan almış olduğu 60 manat pul üzərindən aşkar olunaraq qanunauyğun qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 7-8 ay əvvəl Yevlax şəhəri, Nizami prospektində yerləşən «Gilan Dəri» zavodunun yaxınlığında yerdən bir ədəd kibrit qutusu görüb götürmüşdür. Kibrit qutusunu açıb içərisinə baxdıqda içərisində bükümlərə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görüb saxlamışdır ki, lazım olar. Narkotik vasitə istifadə etmədiyi üçün həmin narkotik vasitəni istifadə etməmişdir. 30 oktyabr 2021-ci il tarixdə axşam saatlarında 2-3 il ərzində dostluq etdiyi Goranboy rayon sakini Şahid4 ona zəng edərək istifadə etmək üçün qurudulmuş marixuana lazım olduğunu demişdir. O, da Elnura Yevlax şəhərinə gəlməsini və ona qurudulmuş marixuana təşkil edəcəyini bildirmişdir. Həmin gün axşam saat təxminən 22:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Elnurla görüşmüş və həmin kibrit qutusunda bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı Elnura vermişdir. Elnur da ona 60 manat pul vermiş, həmin pulu cibinə qoyaraq yaşadığı evə getmişdir. Səhəri gün yaşadıqları küçədə evlərinə gedən zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsinədə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı narkotik vasitə olan qurudulmuş marixuananın əvəzində Elnurdan almış olduğu 60 manat pul əynindəki şalvarın sol yan cibindən çıxardaraq təqdim etmiş və Elnura narkotik vasitə olan qurudulmuş marixuananı verdiyini səmimi etiraf etmişdir. Müstəntiq həmin 60 manat pulu ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdıraraq 85 nömrəli möhürlə möhürləmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını, bir daha belə hallara yol verməyəcəyini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir. Şahid4 oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, əldə etməsi və üzərində saxlaması barədə 30 oktyabr 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Elnurun barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Elnurun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 30 oktyabr 2021-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru Şahid2 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru X6 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 22:30 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə Bakı-Qazax yolunun Yevlax rayonu, Nemətabad kəndi ərazisində Elnuru ona məxsus avtomobilə birlikdə saxladaraq Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X5a təhvil vermişlər. O, Şahid4 gətirilməsi barədə raport yazmışdır. X3 tərtib etdiyi sənədlər əsasında Elnuru şübhəli şəxs qismində tutmuşdur. Elnur Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Elnur Cəlilov onun, Şahid2 və müdafiəçi Zaur Bərxudarovun iştirakı ilə Elnurun üzərində şəxsi axtarış aparmışdır. X10 hüquq və vəzifələrini izah etmişdir. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Elnur əynindəki şalvarın sağ yan cibindən 8 ədəd kağız bükümlərə bükülmüş bükülüləri təqdim edərək bükülülərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı Yevlax şəhərindən olan dostu Ramindən 60 manata aldığını bildirmişdir. X5 bükülüləri açmış və bükülülərdə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğunu görmüşdür. Elnur Cəlilov həmin kütlələri kağız bükümlərlə birlikdə elektiron tərəzidə çəkmiş, qurudulmuş marixuanalara oxşar kütlələrin çəkisi cəmi 8,16 qram olmuşdur. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddələrin qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Elnurun üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Bundan sonra Şahid4 və müdafiəçisi Zaur Bərxudarovun iştirakı ilə Şahid4 avtomobilinə də baxış keçirmişlər. Baxış zamanı Şahid4 avtomobilinin ön sağ oturacağın alt hissəsindən də 1 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana akşar olunmuşdur. Şahid4 həmin bükülüdəkinin də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananın Ramindən aldığı bükülüərin içərisində olduğunu, avtomobildən düşən zaman həmin 1 ədəd bükülünün cibindən avtomobilin ön sağ oturacağın alt hissəsinə düşdüyüqü bildirmişdir. Elnur Cəlilov həmin kütləni kağız bükümlə birlikdə elektiron tərəzidə çəkmiş, qurudulmuş marixuanaya oxşar kütlənin çəkisi cəmi 0,98 qram olmuşdur. Bundan sonra Elnurun avtomobilinə keçirilmiş baxış başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid5 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 arkotik vasitə satmış şəxs Yevlax şəhər sakini Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlamışlar və Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək müstəntiqə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Ramin Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Müdafiəçi Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Müstəntiq xidməti iş otağında onun, Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Ramin əynindəki şalvarın sol yan cibindən 60 manat, şalvarın sağ yan cibindən isə 101 manat pul çıxardıb təqdim etmişdir. Ramin əynindəki şalvarın sol yan cibindən çıxartdığı 60 manat pulu dostu Elnura vermiş olduğu narkotik vasitə quruduolmuş marixuananın əvəzində Elnurdan aldığını bildirmişdir. Müstəntiq həmin 60 manat pulu iş üçün əhəmiyyət kəsb etdiyindən ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Bundan sonra Raminin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Raminin həmin narkotik vasitəni hardan əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan hərdən bir istifadə edir. 30.10.2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhərində yaşayan dostu Raminə zəng edərək bir kibrit qutusu qurudulmuş marixuana təşkil etməsini bildirmişdir. Ramin də ona «60 manat verərsən təşkil edərəm» demişdir. Həmin gün axşam saatlarında özünə məxsus avtomobilə Gəncə şəhərindən çıxaraq Raminlə görüşüb narkotik almaq məqsədi ilə Yevlax şəhərinə yola düşmüşdür. Yolda həmkəndliləri Anarı və Elvinə də Goranboy rayonuna gətirmək üçün öz avtomobilinə götürmüşdür. Özü yorğun olduğu üçün Elvindən onun avtomobilini idarə etməyi xahiş etmiş, Elvin də onun avtomobili idarə edərək yolu davam etmişlər. O, yolda X11 şəhərində bir nəfərlə görüşüb qayıdacağını, onların da onunla yoldaşlı gedib gəlmələrini xahiş etmişdir. Həmin axşam saat təxminən 22:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayon ərazisindən keçən hissəsində Elvinə avtomobili döndərib Gəncə istiqamətində saxlamasını bildirmişdir. Onlar dönüb avtomobili saxladıqdan sonra dostu Ramin də özünə məxsus avtomobili onların arxa tərəfində saxlamışdır. O, avtomobildən düşərək Raminin yanına getmiş və Raminə 60 manat pul vermişdir. Ramin də ona 9 büküm narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Marixuananı əynindəki şalvarın sol yan cibinə qoyaraq Raminlə sağollaşmış və gəlib özünə məxsus avtomobilə əyləşmişdir. Onlar bir qədər irəli qabağa getdikdən sonra polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin saxlamasında və istifadəsində şübhəli olduqlarını deyərək onu avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olaraq Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı X7 rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynində olan 8 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bükülülərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı Yevlax şəhərində yaşayan dostu Ramindən 60 manata aldığını bildirmişdir. Polis əməkdaşları bükülülərin içərisindəki kütlələrə baxaraq narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı həmin marixuanaları kağız bükümlərlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi cəmi 8,16 qram olmuşdur. Bundan sonra təhqiqatçı onun və müdafiçisi Zaur Bərxudarovun iştirakı ilə ona məxsus avtomobilə baxış keçirmişdir. Baxış zamanı Ramindən aldığı bükümlərdən avtomobilin ön qabaq sağ oturacağın altından 1 ədədi aşkar olunmuşdur. Həmin 1 ədəd bükümün Ramindən aldığı bükümlərin içərisində olduğunu və avtomobildən düşərkən cibindən avtomobilin sağ qabaq oturacağın altına düşdüyünü demişdir. Təhqiqatçı həmin 1 bükümdə olan marixuananı da kağız bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 0,98 qram olmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 60 manat müqabilində Şahid4 satmış olduğu qurudulmuş marixuananın pulunu əynindəki şalvarın sol yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 31 oktyabr 2021-ci il tarixli 17/779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində zata təqdim olunmuş, üzərində “Şahid4 üzərinə baxış keçirilərkən aşkar olunmuş kütlələr” sözləri yazılmış zərfin içərisindəki 08 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,06 qram, 0,77 qram, 0,84 qram, 0,77 qram, 0,88 qram, 0,79 qram, 1,12 qram, 0,84 qram, ümumi təmiz çəkisi-7,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 məxsus **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən aşkar olunaraq götürülmüş kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Marixuananın ümumi təmiz çəkisi 7,48 qram, tədqiqata sərf edildi 0,18 (hər ob-0,02) qram, qalıq 7,30 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli 1575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 4(039)-166/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il Fatimə adlı bir azyaşlı uşağ var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 31 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 7,30 qram qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-də saxlanılan 60 manat pul və 1 ədəd «NOKİA» markalı mobil telefon sahibinə qaytarılmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 31 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 7,30 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-də saxlanılan 60 manat pul və 1 ədəd «NOKİA» markalı mobil telefon sahibinə yəni, Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 (on bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-41/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-41/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver