Məhkəmə qərarları › İş №1(039)-41/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-41/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-41/2024 15.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Nümayəndə Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2007-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta məktəbin 10-cu sinif şagirdi, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 may 2024-cü il tarixdə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Yevlax şəhəri H.B.Zərdabi küçəsində yerləşən ictimai yer olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında küçədə dayandığını görüb Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan onu münaqişəyə cəlb etmək məqsədilə çiyni ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncunun ona tərəf çönüb baxmasından sonra öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə orada olan digər şəxslərin gözü qarşısında xuliqanlıq niyyətilə qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə vuraraq onu yerə yıxmış, daha sonra yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çox saylı zərbələr vurmağa davam edərək sonuncuya sağlamlığa az ağır zərər vuran tənəffüsün çətinləşməsi ilə müşaiət olunan burun sümüyünün sınığı, burun çəpərinin əyriliyi, sağ almacıq nahiyəsinin əzilmiş yarası, şişkinliyi, sağ kürəkaltı nahiyənin sağ dirsək nahiyəsinin, hər iki diz nahiyəsinin sıqyrıları ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qaydasız döyüş növündən idman dərsləri almış, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, lakin əmisi Cəbrayıl Cəfərovun keçmiş arvadı Əfsanə Quliyevanın Bakı şəhərində yaşayan bir nəfər şəxslə yenidən ailə həyatı qurduğunu bilmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində təsadüfən Yevlax şəhər İcra və Probasiya şöbəsinin qarşısı ilə hərəkətdə olarkən qardaşı Şahid1 İcra və Probasiya şöbəsinin qarşısında tək dayandığını görüb qardaşına yaxınlaşaraq orada nə səbəbə dayandığını soruşmuş, Mayis əmiləri Cəbrayıl Cəfərovun azyaşlı övladını anası Əfsanə ilə görüşə gətirdiyini, bu səbədən əmisini gözlədiyini demiş, Mayisin yanında dayanaraq gözləməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi, Əfsanənin hazırki həyat yoldaşı İcra və Probasiya şöbəsindən çıxaraq onların dayandığı yerə tərəf gəlmiş, Vüqar onlara tərəf gələrkən əmisi Cəbrayılın ünvanına nalayiq söyüşlər söymüşdür. Qardaşı Mayis həmin şəxsin Əfsanənin əri Zərərçəkmiş şəxs olduğunu demiş, Zərərçəkmiş şəxs əmisi Cəbrayılın ünvanına nalayiq söyüşlər söydüyündən ona tərəf yaxınlaşaraq nə səbəbə əmisinin ünvanına söyüşlər söydüyünü soruşmuş, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onu itələyərək yerə yıxmış, yıxılan zaman sol əli belinin arxasında qalaraq xəsarət almışdır. Əli ağrıdığından və Zərərçəkmiş şəxs onu itələdiyindən əsəbləşərək özünü müdafiə üçün sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq zərbəsi vurmuş, bu zaman qardaşı Mayis Cəfəli onları aralaşdırmağa çalışmışdır. Həmin vaxt orada olan Əfsanənin qohumu Şəfa onlara yaxınlaşaraq aralaşdırmış, o, qardaşı ilə birlikdə oradan uzaqlaşaraq getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ilk həyat yoldaşından 2016-cı ildə boşanmış, 2022-ci ilin sentyabr ayında hazırkı həyat yoldaşı X3 ilə birlikdə Yevlax şəhərindən Bakı şəhərinə gedərək ailə həyatı qurmuş, 2022-ci ilin oktyabr ayında rəsmi nikaha daxil olmuşlar. Əfsanə Məmmədova əvvəllər qeyri rəsmi nikahda Cəbrayıl adlı Yevlax şəhər sakini ilə evli olmuşdur. 11 may 2023-cü il tarixdə arvadı Əfsanə Məmmədova ilə Əfsanənin Yevlax şəhər İcra və Probarsiya şöbəsində azyaşlı uşaqları ilə görüşməsi üçün Yevlax şəhərinə gəlmiş, həmin gün saat təxminən 11 radələrində Əfsanə ilə birlikdə Yevlax şəhər İcra və Probarsiya şöbəsinin inzibati binasına daxil olmuş, bir müddət sonra Cəbrayıl azyaşlı uşaqları ilə birlikdə Yevlax şəhər İcra və Probarsiya şöbəsinin inzibati binasına daxil olmuşdur. Görüş başlayan zaman Yevlax şəhər İcra və Probarsiya şöbəsinin inzibati binasından çıxmış, binadan çıxdıqdan sonra yolun əks istiqamətində saxladığı avtomobilinə əyləşmək üçün yolunu keçərək avtomobilinə yaxınlaşmış, bu zaman əvvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs qəsdən ona çiyni ilə vurmuşdur. Təqsirləndirilən şəxs tərəf çönərək nə istəyirsən demək istəyən zaman Təqsirləndirilən şəxs və qardaşı Şahid1 qəflətən ona yumruq zərbələri endirməyə başlamışdır. Təqsirləndirilən şəxs vurduğu yumruq zərbəsi onun sifət nahiyəsinin sol tərəfindən dəymiş, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman yerdə olarkən Təqsirləndirilən şəxs və qardaşı yumruq zərbələri ilə onun sifət və burun nahiyəsindən zərbələr endirərək yerə yıxdıqdan sonra onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişlər. Həmin vaxt Əfsanə Məmmədovanın əmisi arvadı Şahid2 onlara yaxınlaşaraq aralaşdırmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 11 may 2023-cü il tarixdə, saat təxminən 11 radələrində qayını qızı Əfsanə Məmmədova və onun əri Zərərçəkmiş şəxs ilə birlikdə Əfsanənin az yaşlı övladları ilə görüşməsi üçün Yevlax şəhər İcra və Probarsiya şöbəsinə getmiş, orada Əfsanə övladları ilə görüşmək üçün inzibati binaya daxil olmuş, o və Vüqar binanın qarşısında dayanmışlar. Vüqar Əfsanənin keçmiş əri Cəbrayıl ilə qarşılaşmamaq üçün yolun əks istiqamətində saxladığı avtomobilinə yaxınlaşmış, bu zaman Təqsirləndirilən şəxs ona çiyni ilə vurmuş, Vüqar Sərdara tərəf çönəndə Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə onu vurmuşdur. Bunu görərək onlara yaxınlaşmağa başlamış, Sərdar bir neçə dəfə də Vüqarın sifət nahiyəsindən vurmuş, ora çatıb Sərdara acıqlanaraq Vüqardan aralaşdırmışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əmisi Cəbrayıl ilə birlikdə Yevlax şəhər İcra və Probasiya şöbəsinin qarşısına getmiş, əmisinin tək getməməsi üçün onunla birlikdə getmiş, əmisi Cəbrayıl isə Yevlax şəhər İcra və Probasiya şöbəsinin inzibati binasında olmuşdur. Həmin vaxt təsadüfən qardaşı Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs İcra və Probasiya şöbəsindən çıxıb onların dayandığı yerə tərəf gələrək əmisi Cəbrayılın ünvanına nalayiq söyüşlər söymüş, qardaşı Sərdara həmin şəxsin Əfsanənin əri Zərərçəkmiş şəxs olduğunu demiş, Zərərçəkmiş şəxs əmisi Cəbrayılın ünvanına nalayiq söyüşlər söydüyündən qardaşı Sərdar ona tərəf yaxınlaşaraq nə səbəbə əmisinin ünvanına söyüşlər söydüyünü soruşmuş, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan Sərdarı itələyərək yerə yıxmışdır. O, bunu görərək onları aralaşdırmağa çalışmış, həmin vaxt orada olan Əfsanənin qohumu Şəfa onlara yaxınlaşaraq Sərdarla Vüqarı aralşadırmış, o, qardaşı ilə birlikdə oradan uzaqlaşaraq getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 241 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ almacıq nahiyyəsinin yarası, şişkinliyi, sağ kürəkaltı nahiyyəni, sağ dirsək təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir.Qeyd olunan xəsarətlərin ağırlıq dərəcəsi LOR həkiminin məsləhətindən sonra əlavə müayinə zamanı təyin ediləcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 244 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət- sol əlin üst səthinin şişkinliyi və qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 05/241 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs oölunda burun tənəffüsünün çətinləşməsi ilə müşaiət olunan burun sümüyünün sınığı, burun çəpərinin əyriliyi, sağ almacığ nahiyyəsinin əzilmiş yarası, şişkinliyi, sağ kürəkaltı nahiyyəni, sağ dirsək nahiyyəsinin, hər iki diz nahiyyəsinin sıyrıqları olmuşdur.Bu xəsarətlər küt alətin, alətlərinin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhəttin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nizamsız şagird kimi tanıtdırmış, mütəmadi olaraq həmyaşıdları ilə mübahisəyə həvəskardır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi qaydasını və prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: Cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; Yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin yetkinlik yaşına çatmamış şəxs kimi onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61- ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Ona görə də cəzanın məqsədlərinin təmin olunması baxımından ona azadlığın məhdudlaşdırması növündə cəzanın təyin edilməsi zəruridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. «Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlığın məhdudlaşdırılması növündə cəza tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvə alanadək dəyişdirilmədən, saxlanılsın. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 63 (altmış üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar