Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-42/2021 17.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Marzılı kəndində qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 10:00 radələrində öz yaşadıqları Yevlax rayonu, Marzılı kəndindəki evinin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı anası X2 baş nahiyəsinə əlindəki yabanın sapı ilə vuraraq sonuncuya “təpə nahiyyəsinin yarası” ilə müşayiət edilən bədən xəsarəti yetirərək Kamalə Musayevanın sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. X4 ilə bir evdə yaşayır və münasiətləri yaxşıdır. Ailə təsərrüfatlarında 20 baş xırda buynuzlu heyvanları var. Həmin heyvanları otararaq baxır. Heyvanların müalicəsi üçün xx xxxxxx 2021-ci il tarixdə saat 10:00 radələrində heyvanlardan bir neçəsini satacağını X4ya bildirmişdir. Ancaq bu zaman X4 heyvanları satmağına narazılıq edərək onunla mübahisə etməyə başlamış və onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. O, da əsəbləşərək heyvanlar sizin olsun deyərək heyvan otaran zaman əlində saxladığı yabanın sapı ilə X4nın baş nahiyəsindən bir dəfə vurmuşdur. Hazırda etdiyi əməldən səmimi olaraq peşmandır və anası Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməli törətmiş şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Yevlax rayonu, Marzılı kəndində yerləşən evlərində oğlu Anarla birlikdə yaşayır. Anarla münasibətləri olmamışdır. Lakin son zamanlar Anar şəxsi təsərrüfatlarında olan heyvanları satmaq istəmişdir. O, da Anara pulunun olacağı zaman ona pul verəcəyini demişdir. xx xxxxxx 2021-ci ilə tarixdə saat 10:00 radələrində yaşadığı evin həyətində oğlu Təqsirləndirilən şəxslə aralarında Anarın heyvanları satmaq istəməsi səbəbindən mübahisə baş vermişdir. Mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs əlində olan, heyvanları otaran zaman istifadə etdiyi yabanın sapı ilə onun baş nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt həyat yoldaşı Müşviq Musayevin onlara yaxınlaşmış, Anar isə evin həyətindən çıxıb getmişdir. Həyat yoldaşı Müşviq Musayev ona ilkin yardım göstərdikdən sonra onu Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Hazırda oğlu Anarla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, əməli törtəmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən məhkəmətibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 36 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarət-təpə nahiyəsinin yarası küt alətin, ola bilsin silindrik səthə malik küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxx 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(039)-127/2019 saylı hökmümün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CMnin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(107)- 294/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyirdirilmiş, həmin hökmlə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətə endirilmiş, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Salyan rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 7(057)-173/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası xx xxxx 2020-ci il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CM-nin 73cü maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-42/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-42/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver