Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-42/2022 06.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 09 mart 2022ci il tarixdə barəsində Yevlax rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 37/13-də qeydiyyatda olan, Yevlax rayonu, Əkşəm kəndində yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının sonlarında Yevlax rayonu, Quşçu kəndində yaşayan Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Elxan adlı qohumunun işlədiyini yalandan bildirib, lakin belə bir şəxs olmadığı halda həmin şəxsin vasitəsi ilə onu X12 İdarəsində operator vəzifəsinə işə qəbul etdirəcəyini vəd edərək Şahid1 və sonuncunun atası Zərərçəkmiş şəxs aldadıb həmin işin düzəldilməsi üçün ümumilikdə 7974 manat məbləğində pul alacağını bildirərək, həmin niyyətlə Şahid1 2021-ci ilin yanvar ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində yerləşən Papanin hospitalı adlanan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında sonuncunun atası Zərərçəkmiş şəxs məxsus 500 manat pulu, Şahid1 atası Zərərçəkmiş şəxslə birlikdə 2021-ci ilin fevral ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu Xaldan kəndində yerləşən “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun qardaşı Şahid2 adına olan Kapital banka məxsus 4169 7413 0743 6749 nömrəli plastik bank kartına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 300 manat pulu, 05 fevral 2021-ci il tarixdə saat 12:46 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Marketdə yerləşən 501 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 150 manat pulu, 08 fevral 2021-ci il tarixdə saat 15:11 dəqiqədə Mingəçevir şəhərində yerləşən 1756 nömrəli terminaldan Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 95 manat pulu, 12 fevral 2021-ci il tarixdə saat 15:31 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 12 fevral 2021-ci il tarixdə saat 17:11 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 5 manat pulu, 15 fevral 2021-ci il tarixdə saat 12:27 dəqiqədə Yevlax şəhəri, H.Əliyev prospekti Nizami küçəsi ilə kəsişmədə yerləşən 22024 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 300 manat pulu, 15 fevral 2021-ci il tarixdə saat 15:10 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 200 manat pulu, 27 fevral 2021-ci il tarixdə saat 17:02 dəqiqədə Yevlax rayon, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 150 manat pulu, 2021-ci ilin mart ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu, Quşçu kəndində yaşadığı evdən mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus təqaüd kartından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 200 manat pulu, 02 mart 2021-ci il tarixdə saat 14:47 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 03 mart 2021-ci il tarixdə saat 11:01 dəqiqədə Yevlax şəhərində yerləşən 26603 nömrəli terminaldan Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 200 manat pulu, 05 mart 2021-ci il tarixdə saat 13:01 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 250 manat pulu, 07 mart 2021-ci il tarixdə saat 11:41 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 250 manat pulu, 09 mart 2021-ci il tarixdə saat 13:34 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 09 mart 2021-ci il tarixdə saat 16:10 dəqiqədə Yevlax rayonu Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, 13 mart 2021-ci il tarixdə saat 11:39 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 15 mart 2021-ci il tarixdə saat 13:20 dəqiqədə Yevlax rayonu Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 17 mart 2021-ci il tarixdə saat 14:38 dəqiqədə Yevlax rayonu, Quşçu kəndində yaşadığı evdən mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs məxsus təqaüd kartından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 330 manat pulu, 22 mart 2021-ci il tarixdə saat 13:26 dəqiqədə Ağdaş şəhəri, H.Əliyev prospekti X22 yerləşən 01427 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 63 manat pulu, 31 mart 2021-ci il tarixdə saat 15:38 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 170 manat pulu, 01 aprel 2021-ci il tarixdə saat 14:16 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi 606 manat pulu, 2021-ci ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə və saatda Yevlax rayonu, Xaldan kəndində yerləşən terminaldan Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 300 manat pulu, 12 aprel 2021-ci il tarixdə saat 10:51 dəqiqədə Yevlax şəhəri, Nizami küçəsi Orucoğlu marketdə yerləşən 01142 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 160 manat pulu, 12 aprel 2021-ci il tarixdə saat 11:03 dəqiqədə Yevlax şəhəri, Nizami küçəsi, Orucoğlu marketdə yerləşən 01142 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 85 manat pulu, 12 aprel 2021-ci il tarixdə saat 16:15 dəqiqədə Yevlax şəhəri, Nizami prospekti 77 Mini Marketdə yerləşən 399 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 13 aprel 2021-ci il tarixdə saat 12:55 dəqiqədə Yevlax şəhəri Nizami prospekti 77 Mini Marketdə yerləşən 399 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 165 manat pulu, 14 aprel 2021-ci il tarixdə saat 12:42 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 205 manat pulu, 14 aprel 2021-ci il tarixdə saat 14:52 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, 15 aprel 2021-ci il tarixdə saat 14:35 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 101 manat pulu, 20 aprel 2021-ci il tarixdə saat 16:13 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, 21 aprel 2021-ci il tarixdə saat 15:10 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 155 manat pulu, 22 aprel 2021-ci il tarixdə saat 14:07 dəqiqədə Yevlax şəhəri Yeni, Yevlax küçəsində Neptun 2 mağazasında yerləşən K0100440 nömrəli terminaldan Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 101 manat pulu, 23 aprel 2021-ci il tarixdə saat 16:43 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 70 manat pulu, 25 aprel 2021-ci il tarixdə saat 10:58 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 40 manat pulu, 26 aprel 2021-ci il tarixdə saat 17:43 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 75 manat pulu, 27 aprel 2021-ci il tarixdə saat 15:16 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 80 manat pulu, 30 aprel 2021-ci il tarixdə saat 18:04 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun tanışı X11 adına olan karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulu, 30 aprel 2021-ci il tarixdə saat 18:05 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 302 manat pulu, 01 may 2021-ci il tarixdə saat 16:51 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 110 manat pulu, 05 may 2021-ci il tarixdə saat 10:33 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 300 manat pulu, 07 may 2021-ci il tarixdə saat 13:01 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Təqsirləndirilən şəxs deməsi ilə Şahid2 adına olan həmin karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 141 manat pulu, 12 may 2021-ci il tarixdə saat 14:36 dəqiqədə Yevlax rayonunun Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun tanışı X2 adına olan karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 200 manat pulu, 15 may 2021-ci il tarixdə saat 15:57 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun tanışı X6 adına olan karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, 21 may 2021-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində yerləşən Poçt məntəqəsindən Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun tanışı X3 adına göndərdiyi Zərərçəkmiş şəxs məxsus 165 manat pulu, 24 may 2021-ci il tarixdə saat 19:03 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Təqsirləndirilən şəxs deməsi ilə sonuncunun tanışı X6 adına olan karta göndərdiyi Zərərçəkmiş şəxs məxsus 150 manat pulu, Şahid1 2021-ci ilin iyun ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu, Quşçu kəndində Təqsirləndirilən şəxs verdiyi Zərərçəkmiş şəxs məxsus 300 manat pulu, sonuncu dəfə isə 2021-ci ilin iyun ayının sonlarında istintaqla müəyyən edilməyən gündə və saatda, Yevlax rayonu, Quşçu kəndində Şahid1 Təqsirləndirilən şəxs verdiyi Zərərçəkmiş şəxs məxsus 100 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs aldadıb vədinə əməl etməməklə onun vahid niyyətlə xeyli miqdarda, yəni, cəmi 7974 manat pulunu ələ keçirib qəsdən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Mingəçevir şəhərində doğulmuş, ailəsi ilə birlikdə Yevlax rayonu Əkşəm kəndində yaşayır. 26 dekabr 2020-ci il tarixdə işləmək üçün Bakı şəhərinə gedib orada yaşamışdır. Yevlax rayonu, Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamışdır. Onun Mehman və Orxanla qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin yanvar ayında Bakı şəhərində olmuşdur. Həmin ay xatırlamadığı günlərin birində həmkəndlisi Şahid3 ona zəng edərək Bakı şəhərində olduğunu, gecələmək üçün yerinin olmadığını demiş və kömək etməyini xahiş etmişdir. O, Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında Niftalı ilə görüşmüşdür. Niftalı onun əvvəllər tanımadığı Orxan adlı şəxslə gəlmişdir. O, Niftalı və Orxanı Bakı şəhəri Binəqədi rayonunda yaşadığı evə aparmışdır. Onlar söhbət edərkən Orxan ona Fövqəladə Hallar Nazirliyinin X12 idarəsində işə qəbul olunmaq istədiyini demiş, həmin nazirlikdə hər hansı bir qohumunun işlədiyi halda həmin şəxsin vasitəsi ilə işə qəbul olunmasına kömək etməyini xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün Orxanı aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Orxana yalan olaraq Fövqəladə Hallar Nazirliyinin kadrlar şöbəsində Elxan adlı qohumunun işlədiyini, həmin qohumunun vasitəsi ilə Orxanı işə qəbul etdirəcəyini deməyi fikirləşmişdir. Bu barədə Elxan adlı qohumundan xahiş edəcəyini, Elxanın Orxanı işə qəbul etdirəcəyini demişdir. Orxana Elxanla görüşəcəyini, işə qəbul olunma məsələsi ilə bağlı söhbət edəcəyini demişdir. O, Orxanın ona inanması üçün şəxsiyyət vəsiqəsini, hərbi biletini və digər sənədlərini götürmüşdür. Səhəri gün Bakı şəhərində öz işlərini gördükdən sonra axşam saatlarında evə qayıtmışdır. Orxana yalan olaraq Elxanın sənədlərə baxdığını, Elxanın Orxanı işə qəbul etdirəcəyinə söz verdiyini və bunun üçün 6000 manat pul istədiyini demişdir. Bundan sonra Orxan mobil telefon vasitəsi ilə atası Mehmanla danışmış və Fövqəladə Hallar Nazirliyinin X12 idarəsində işə qəbul olunmaq üçün 6000 manat pulun lazım olduğunu demişdir. Mehman 6000 manat pulunun olmadığını demişdir. O, mobil telefonda Mehmana Elxanın istədiyi 6000 manat pulun hamısını verə bilmədiyi halda həmin pulu müəyyən müddət ərzində hissə-hissə verməsini demişdir. Bundan sonra Mehman 6000 manat pulu hissə-hissə verməyə razılaşmışdır. Səhəri gün Orxana işə qəbul olunması ilə bağlı ilkin sənədlərin toplanması üçün 200 manat pul verməsini demişdir. Həmin gün Bakı şəhərində yerləşən “Papanin” adlı Hospitalın qarşısında Orxandan 200 manat pul almışdır. 200 manat pulu Elxana verəcəyini demiş və Orxanın yanından getmişdir. Lakin, o, hər hansı bir Elxan adlı şəxslə görüşməmiş və 200 manat pulu heç kimə verməmişdir. Orxandan aldığı 200 manat pulu gündəlik tələbatına, yeməyə xərcləmişdir. Orxan və Niftalı təxminən 3-4 gün müddətində onunla birlikdə qalmış, sonra isə Yevlax rayonuna qayıtmışlar. Qardaşı Tahirə məxsus “Kapital bank” hesab kartı onda olmuşdur. 2021-ci ilin yanvar ayından başlayaraq o, mobil telefon vasitəsi ilə Orxan və Mehmanla danışıb Elxanın adından hissə-hissə, hər dəfə təxminən 100-300 manat pul istəmişdir. İstifadə etdiyi qardaşı Tahirə məxsus kartın fotoşəklini çəkib mobil telefonun “WhatsApp” bölməsi ilə Orxana göndərmişdir. Orxan bir neçə gündən bir olaraq istifadə etdiyi Tahirin adına olan bank kartına müxtəlif məbləğlərdə hər dəfə təxminən 100-300 manat pul göndərmişdir. Orxanın göndərdiyi pulun hamısını Bakı şəhərində yerləşən müxtəlif bankomatlardan çıxarıb özünə götürmüşdür. Həmin pulları göndəlik tələbatına, yeməyinə xərcləmiş və dolanışığını təmin etmişdir. 2021-ci ilin may ayının sonlarınadək Orxan hissə-hissə ona təxminən 6000 manat pul göndərmişdir. Bəzi vaxt o, Orxana göndərəcəyi pulu istifadə etdiyi qardaşı Tahirə məxsus bank kartına deyil, digər tanıdığı şəxslərin adına olan bank kartlarına və ya poçt vasitəsi ilə göndərməsini demişdir. Orxan həmin şəkildə ona bir neçə dəfə pul göndərmiş, həmin pulların hamısı ona çatmışdır. Orxan tez-tez ona zəng edərək işə qəbul məsələsinin hansı yerdə olduğunu soruşmuşdur. O, Orxana yalan olaraq həmin işlə Elxanın məşğul olduğunu, 2021-ci ilin sentyabr ayınadək işə qəbul olunacağını demişdir. 2021-ci ilin may ayının sonlarında yaşadığı Yevlax rayonu, Əkşəm kəndinə gəlmişdir. Həmin vaxt Orxana zəng edərək işə qəbul olunması məsələsi ilə bağlı 300 manat pul istəmişdir. Orxan ona 300 manat pul verəcəyini, yaşadığı kəndə gedib pulu götürməyi demişdir. Xatırlamadığı gün idarə etdiyi avtomobillə Quşçu kəndinə gedib Orxanla görüşmüşdür. Orxan ona 300 manat pul vermişdir. 300 manat pulu götürüb həmin gün Bakı şəhərinə getmişdir. Həmin pulla avtomobilinə benzin, özünə yemək, siqaret alıb xərcləmişdir. 2021-ci ilin avqust ayında Orxan işə qəbul olunması ilə bağlı ona tez-tez zəng edərək onu narahat etməyə başlamışdır. Bundan sonra Orxana səbrsizlik etdiyini, pulunu qaytaracağını, onu narahat etməməsini demişdir. Pulu olmadığı üçün Orxanın təxminən 6000 manat pulunu qaytara bilməmişdir. Təxminən 24 avqust 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin təhqiqatçısı Səddam ona zəng edərək Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini demiş və izahat vermək üçün onu polis şöbəsinə dəvət etmişdir. O, mobil telefonla Orxana zəng etmiş və nə səbəbə onun barəsində polis şöbəsinə şikayət etdiyini soruşmuşdur. Orxan ona atası Mehmanı və Orxanı aldatdığını, aldığı pulu qaytarmadığını, bu səbəbdən atası Mehmanın onun barəsində şikayət etdiyini demişdir. X20 Nazirliyində işə qəbul olunmasına çalışdığına inandırmaq üçün Orxana sıra baxışında iştirak etməli olduğunu demişdir. Bundan sonra Orxanı aldatmaq üçün 18 iyun 2021-ci il tarixdə Orxanı sıra baxışında iştirak edəcəyi bəhanəsi ilə Bakı şəhərinə aparmışdır. Lakin X20 Nazirliyinə aparmamış, Orxan hər hansı bir sıra baxışında iştirak etməmişdir. Onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində kadr şöbəsində işləyən Elxan adlı qohumu olmamışdır. İfadəsində göstərdiyi Elxan adlı şəxs uydurduğu şəxs olmuşdur. Anar Cəbrayılov onun yaxın dostu olmuşdur. O, istifadə etdiyi bank kartını qardaşı Tahirə qaytardığı üçün Orxana zəng edərək X6 adına olan bank kartına 200 manat pul göndərməsini demişdir. O, əvvəlcə Anara ona pul göndəriləcəyini demiş və Anardan bank kartını istəyib götürmüş, sonra isə həmin bank kartının fotoşəkilini mobil telefonu ilə çəkib WhatsApp bölməsi ilə Orxana göndərmişdir. Orxan Anara məxsus bank kartına cəmi 200 manat pul göndərmiş, həmin pulları kartın balansından bankomat vasitəsi ilə çıxarıb özünə götürmüşdür. Gülnar Kərimova Bakı şəhəri Yasamal rayonunda yaşamışdır. O, Gülnarın əri X7 tanımış, Elçinlə yaxın dost münasibəti olmuşdur. O, Orxana zəng edərək X2 adına olan bank kartına 200 manat pul göndərməsini demişdir. Əvvəlcə Elçinə ona pul göndəriləcəyini demiş və Elçindən bank kartını istəmişdir. Elçin isə öz adına bank kartının olmadığını demiş və arvadı Gülnara məxsus kartı ona vermişdir. Gülnara məxsus bank kartının fotoşəkilini mobil telefonu ilə çəkib WhatsApp bölməsi ilə Orxana göndərmişdir. Orxan Gülnara məxsus bank kartına 200 manat pul göndərmiş, həmin pulu kartın balansından bankomat vasitəsi ilə çıxarıb özünə götürmüşdür. 30 aprel 2021-ci il tarixdə tanışı X4 ilə birlikdə Bakı şəhərində olarkən Orxana zəng etmiş və 100 manat pul istəmişdir. O, Elnurdan bank kartı istəmişdir. Elnur bank kartının olmadığını demiş və sonra tanışı Xəqani adlı şəxsdən bank kartını alıb ona vermişdir. Xəqaniyə məxsus bank kartının fotoşəkilini mobil telefonu ilə çəkib WhatsApp bölməsi ilə Orxana göndərmişdir. Orxan Xəqaniyə məxsus bank kartına 100 manat pul göndərmiş, həmin pulu kartın balansından bankomat vasitəsi ilə çıxarıb özünə götürmüşdür. X9 ilə 2021-ci ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. 21 may 2021-ci il tarixdə Orxana zəng edərək işə qəbul olunması ilə bağlı ona 165 manat pul göndərməsini demişdir. Mirheydərdən bank kartını istəmişdir. Mirheydər isə bank kartının olmadığını demişdir. Onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün Orxana zəng edərək 165 manat pulu poçt vasitəsi ilə Mirheydərin adına göndərməsini demişdir. Orxan Mirheydərin adına 165 manat pul göndərdikdən sonra o, Mirheydərlə birlikdə Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən poçt filialına getmişdir. Mirheydər 165 manat pulu poçtdan götürüb ona vermişdir. O, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri istifadə etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayonu, Quşçu kəndində doğulmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Şahid1 onun oğludur. Orxan 2019-cu il tarixdən Azərişıq MMC-nin Yevlax rayon Xaldan şəbəkəsində fəhlə işləmişdir. Azərişıq MMC-də əmək haqqı Orxana sərf etmədiyi üçün Orxan 2021-ci ilin yanvar ayında Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmağı qərara almışdır. Orxanın işə qəbul olunmağı üçün o, Fövqəladə Hallar Nazirliyinə məktub yazmışdır. Vətən müharibəsində iştirak etməsi ilə bağlı Orxanın bədəninin müxtəlif nahiyələrində ağrıları olmuşdur. Bunun üçün Orxan “Papanin” adlanan hərbi hospitalda müayinə olunmaq üçün Yevlax rayonu, Əkşəm kəndində yaşayan döyüşçü yoldaşı Şahid3la birlikdə 22 yanvar 2021-ci il tarixdə Bakı şəhərinə getmişdir. Orxan bir neçə gün Bakı şəhərində qalmışdır. Orxan Bakı şəhərində olarkən mobil telefonla ona zəng edərək hərbi hospitalda növbə çox olduğu üçün həkim müayinəsinə düşə bilmədiyini, bir neçə gün qalacağını, Rəşid adlı şəxslə tanış olduğunu, X15 Nazirliyində yüksək vəzifədə qohumunun işlədiyini, həmin qohumunun köməyi ilə yüngül xərclə Orxanı həmin nazirliyin nəzdində olan X12 İdarəsində işə qəbul etdirə biləcəyini demişdir. O, Orxana pulunun olmadığını, işə qəbul olunması üçün Rəşidə pul verə bilməyəcəyini demişdir. Orxan Rəşidə pulu hissə-hissə verməyin mümkün olduğunu demişdir. Bundan sonra o, Orxanın X12 İdarəsində işə qəbul olunması üçün hissə-hissə pul verməyə razı olmuşdur. Təxminən bir həftə sonra Orxan Bakı şəhərindən yaşadığı evə qayıtmışdır. Orxan ona işə qəbul olunması ilə bağlı Rəşidə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini, həmçinin, ondan aldığı 500 manat pulu verdiyini demişdir. Bir neçə gün sonra 2021-ci ilin fevral ayının əvvəlində Rəşid Orxanın istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək işə qəbul olunmağı ilə bağlı 300 manat pul istəmişdir. Rəşid qardaşı Tahirə məxsus Kapital bank kartını istifadə etdiyini, 300 manat pulu aparat vasitəsi ilə həmin kartın balansına köçürməyi demişdir. Bundan sonra Rəşid həmin kartın fotoşəklini Orxanın mobil telefonumun “WhatsApp” bölməsinə göndərmişdir. 2021-ci ilin fevral ayının əvvəlində o, Rəşidə göndərməsi üçün Orxana 300 manat pul vermişdir. Bundan sonra Orxan Yevlax rayonu, Xaldan kəndində yerləşən “eManat” terminalından Şahid2 adına olan bank kartının balansına 300 manat pul göndərmişdir. Bundan sonra Rəşid taksi avtomobili ilə Orxana dörd vərəqdən ibarət iki ədəd tərcümeyi-hal və iki ədəd anket blankları göndərmişdir. O, Orxanla birlikdə həmin tərcümeyi-hal və anket sənədlərini yazıb Bakı şəhərinə gedən taksi avtomobili ilə Rəşidə göndərmişdir. Bundan sonra Rəşid mütəmadi olaraq Orxanın mobil telefonuna zəng edərək işə qəbulla bağlı müxtəlif məbləğlərdə pul istəməyə başlamışdır. O, da Rəşidin Orxandan istədiyi pulları Rəşidə göndərməsi üçün Orxana vermişdir. Orxan da həmin pulları terminal və poçt vasitəsi ilə Rəşidə göndərmişdir. Bəzi vaxt isə Rəşidə pulları o, göndərmişdir. O və Orxan 05 fevral 2021-ci il tarixdə Tahirin adına olan bank kartına 150 manat, 08 fevral 2021-ci il tarixdə 95 manat, 12 fevral 2021-ci il tarixdə 100 manat, 12 fevral 2021-ci il tarixdə 5 manat, 15 fevral 2021-ci il tarixdə 300 manat, 15 fevral 2021-ci il tarixdə 200 manat, 27 fevral 2021-ci il tarixdə 150 manat, 02 mart 2021-ci il tarixdə 100 manat, 03 mart 2021-ci il tarixdə 200 manat, 07 mart 2021-ci il tarixdə 250 manat, 09 mart 2021-ci il tarixdə 100 manat, 09 mart 2021-ci il tarixdə 50 manat, 05 mart 2021-ci il tarixdə 250 manat, 13 mart 2021-ci il tarixdə 100 manat, 15 mart 2021-ci il tarixdə 100 manat, 22 mart 2021-ci il tarixdə 63 manat, 31 mart 2021-ci il tarixdə 170 manat, 01 aprel 2021-ci il tarixdə 606 manat, 12 aprel 2021-ci il tarixdə 160 manat, 12 aprel 2021-ci il tarixdə 85 manat, 12 aprel 2021-ci il tarixdə 100 manat, 13 aprel 2021-ci il tarixdə 165 manat, 14 aprel 2021-ci il tarixdə 205 manat, 14 aprel 2021-ci il tarixdə 50 manat, 15 aprel 2021-ci il tarixdə 101 manat, 20 aprel 2021-ci il tarixdə 50 manat, 21 aprel 2021-ci il tarixdə 155 manat, 22 aprel 2021-ci il tarixdə 101 manat, 23 aprel 2021-ci il tarixdə 70 manat, 25 aprel 2021-ci il tarixdə 40 manat, 26 aprel 2021-ci il tarixdə 75 manat, 27 aprel 2021-ci il tarixdə saat 80 manat, 30 aprel 2021-ci il tarixdə 100 manat, 30 aprel 2021-ci il tarixdə saat 302 manat, 01 may 2021-ci il tarixdə 110 manat, 05 may 2021-ci il tarixdə 300 manat, 07 may 2021-ci il tarixdə 141 manat, 12 may 2021-ci il tarixdə 200 manat, 15 may 2021-ci il tarixdə 50 manat, 21 may 2021-ci il tarixdə 165 manat, 24 may 2021-ci il tarixdə 150 manat pul göndərmişlər. Bundan başqa o, 2021-ci ilin aprel ayında xatırlamadığı gündə və saatda Yevlax rayonu, Xaldan kəndində yerləşən terminaldan Tahirin adına olan bank kartına 300 manat pul göndərmişdir. Orxan 17 mart 2021-ci il tarixdə yaşadığı evdən mobil telefon vasitəsi ilə ona məxsus təqaüd kartından Tahirin adına olan bank kartına 330 manat pul köçürmüşdür. Orxan 2021-ci ilin mart ayının əvvəlində yaşadığı evdən mobil telefon vasitəsi ilə ona məxsus təqaüd kartından Tahirin adına olan karta 200 manat pul köçürmüşdür. Rəşidə göndərdiyi pulların 3000 manatını 06 aprel 2021-ci il tarixdə Yevlax şəhərində yerləşən Bank Respublikadan kredit formasında götürmüşdür. Qalan pulları isə təqaüd pulundan toplamış, altı baş iribuynuzlu heyvan satıb əldə etmişdir. 2021-ci ilin iyun ayının əvvəlində Rəşid Quşçu kəndinə onun yaşadığı evə gələrək Orxanın işə qəbul olunması üçün Elxanın 300 manat pul istədiyini, həmin pulu Elxana çatdırmaq üçün Rəşidə verməsini demişdir. Həmin vaxt o, Rəşidə 300 manat pul vermişdir. Rəşid Bakı şəhərinə gedəcəyini, Elxanla görüşüb 300 manat pulu verəcəyini, Orxanın işinin tam həll olunduğunu demişdir. Bundan sonra Rəşid getmişdir. 17 iyun 2021-ci il tarixdə Rəşid mobil telefon vasitəsi ilə Orxanla danışaraq bir gün sonra Fövqəladə Hallar Nazirliyində sıra baxışının keçiriləcəyini, səliqəli formada paltar geyinməsini və birlikdə Bakı şəhərinə gedəcəklərini demişdir. 17 iyun 2021-ci il tarixdə günorta saatlarında Rəşid taksi avtomobili ilə Orxanı Bakı şəhərinə aparmışdır. 18 iyun 2021-ci il tarixdə Orxan yaşadığı evə qayıdaraq X17 Hallar Nazirliyinə aparmadığını, hər hansı bir sıra baxışında iştirak etmədiyini, lakin Rəşidin ona 01 iyul 2021-ci il tarixdən işə çıxmalı olduğunu dediyini bildirmişdir. 2021-ci ilin iyun ayının sonlarında xatırlamadığı gündə və saatda Rəşid yaşadığı kəndə gələrək Orxanla və onunla görüşmüşdür. Rəşid Orxanın iş yerinin Bərdə rayonu, Lənbəran kəndində yerləşdiyini, iş yerini Mingəçevir şəhərinə dəyişə biləcəyini demiş və bunun üçün ondan 100 manat pul istəmişdir. O, Orxanın işə qəbul olunması ilə bağlı sonuncu dəfə Rəşidə 100 manat pul vermişdir. Bununla da, o və Orxan ümumilikdə Rəşidə 7974 manat pul göndərmiş və vermişlər. Həmin pulun hamısı ona məxsus olmuşdur. Mobil telefon vasitəsi ilə Rəşidlə danışmış, onu aldatdığını demiş və verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Rəşid verdiyi pulları Fövqəladə Hallar Nazirliyində işləyən ayrı-ayrı əməkdaşlara verdiyini, 15 iyul 2021ci il tarixdə həmin nazirliyin əməkdaşlarına əmək haqqının veriləcəyini, həmin gün Bakı şəhərinə gedib pulları yığacağını və gətirib ona qaytaracağını demişdir. Lakin, Rəşid onun pulunu qaytarmamış və onu yenə də aldatmışdır. 2021-ci ilin iyul ayının sonlarında Rəşid mobil telefonla ona zəng edərək Orxanın işə qəbul olunduğunu, 2021-ci ilin sentyabr ayında işə çıxacağını demişdir. Lakin Rəşidə inanmamışdır. Rəşidə Elxanla onu görüşdürməsini demişdir. Rəşid yalan olaraq Elxanın gah Şuşa şəhərinə, gah da meşə yanğınlarını söndürmək üçün Türkiyə Respublikasına ezam olduğunu deyib onu Elxanla görüşdürməmişdir. Bu səbəbdən 03 avqust 2021-ci il tarixdə Yevlax rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ümumilikdə ona 7974 manat məbləğində maddi ziyan vurmuşdur. 15 may 2021-ci il tarixdə Rəşid mobil telefonla zəng edərək qardaşı Tahirin Kapital bank kartının işləmədiyini, pulu X6 adına olan bank kartına göndərmələrini demiş, bu səbəbdən o və oğlu Orxan cəmi 200 manat pulu həmin şəxsin adına olan bank kartına göndərmişlər. Anar Cəbrayılovun adına göndərdiyi cəmi 200 manat pulu Rəşid götürmüşdür. 12 may 2021-ci il tarixdə Rəşid mobil telefonla zəng edərək X8 Hallar Nazirliyində işlədiyini, Orxanın sənədlərini Gülnarın yazdığını, Gülnara 200 manat pul göndərmələrini dediyi üçün o və Orxan həmin məbləğ pulu Gülnar Kərimovanın adına olan bank kartına göndərmişlər. 30 aprel 2021-ci il tarixdə Rəşid ona zəng edərək X13 Hallar Nazirliyində maliyyə şöbəsində işlədiyini, Xəqaninin Orxanın adına kart açacağını və Xəqaninin adına 100 manat pul göndərməyini demişdir. O, Orxana 100 manat pul vermiş, Orxan da həmin pulu Xəqaninin adına göndərmişdir. 21 may 2021ci il tarixdə Rəşid mobil telefonla zəng edərək 165 manat pul istəmiş, lakin, işi olduğu üçün pulu özü götürə bilməyəcəyini demiş, pulu X3 adına göndərmələrini dediyi üçün o və Orxan 165 manat pulu Poçt şöbəsindən Mirheydərin adına göndərmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, hazırda təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Əmralı oğlu ifadəsində göstərdi ki, Yevlax rayonu, Quşçu kəndində doğulmuş və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. 2019-cu il tarixdən Azərişıq MMC-nin Yevlax rayon Xaldan şəbəkəsində fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə çağırılmış və həmin ayın 27-də baş vermiş Vətən Müharibəsində iştirak etmişdir. 09 yanvar 2021-ci il tarixdə hərbi xidmətdən təxris edilmiş və yaşadığı evə qayıtmışdır. İşlədiyi "xxxx" MMC-də əmək haqqı cəmi 236 manat olduğu üçün ona sərf etməmişdir. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyində işə qəbul olunmağı qərara almışdır. Onun işə qəbul olunmağı üçün atası X21 Nazirliyinə məktub yazmışdır. Vətən müharibəsində iştirak etdiyi üçün onun bədəninin müxtəlif nahiyyələrində ağrılar olmuşdur. Yevlax rayonu, Əkşəm kəndində yaşayan döyüşçü yoldaşı Şahid3 ona birlikdə Bakı şəhərinə getməyi, “Papanin” adlı hərbi hospitalda müayinə olunmalarını bildirmişdir. 22 yanvar 2021-ci il tarixdə Niftalı ilə birlikdə Bakı şəhərinə “Papanin” adlı Hərbi Hospitala getmişdir. Həmin gün Hospitalda növbə çox olduğuna görə onlar həkim müayinəsinə düşə bilməmişlər. Onlar səhəri gün yenidən Hospitala getməyi qərara almışlar. Gecə qalmaq üçün onun yeri olmamışdır. Niftalı ona Bakı şəhərində həmkəndlisinin yaşadığını, birlikdə gedib həmin şəxsin evində qalmalarını bildirmişdir. Niftalı həmkəndlisi Rəşid adlı şəxslə danışmış və sonra Rəşid gələrək onları götürmüşdür. O, Rəşidi həmin vaxt görmüş və Niftalı onları tanış etmişdir. Rəşid onları hotelə aparmış və birlikdə orada qalmışlar. Səhəri gün söhbət edərkən Niftalı Rəşidə polis orqanlarına işə qəbul olunmaq istədiyini demişdir. O, da müalicə olunduqdan sonra Fövqəladə Hallar Nazirliyinin X12 idarəsində işə qəbul olunmaq istədiyini demişdir. Rəşid ona dayısı qızının əri Elxan adlı şəxsin Fövqəladə Hallar Nazirliyinin kadrlar şöbəsinin rəisi işlədiyini, Elxanla onun işini danışa biləcəyini demişdir. Bundan sonra o, Niftalı ilə birlikdə “Papanin” Hospitalına getmişlər. Həkimlər onu müayinə etmiş və ondan analiz götürmüşdür. Həmin gün axşam saatlarında Niftalı ilə birlikdə hotelə qayıtmışdır. Rəşid Elxanla görüşüb onun işi barədə danışdığını, Vətən müharibəsində iştirak etdiyi üçün az miqdarda pulla işə qəbul oluna biləcəyini demişdir. O, atası Mehmana zəng edərək Niftalının onu həmkəndlisi Rəşidlə tanış etdiyini, Rəşidin Elxan adlı qohumunun onu Fövqəladə Hallar Nazirliyində işə qəbul etdirməyə söz verdiyini demişdir. Atası Mehman ona işə qəbul olunmağı ilə bağlı pulunun olmadığını demişdir. O, atasına Vətən müharibəsində iştirak etdiyi üçün az miqdar pulla işə qəbul olunacağını demişdir. Bundan sonra atası Mehman razılaşmışdır. Həmin gün işə qəbul olunmağı ilə bağlı Rəşid ondan 500 manat pul, şəxsiyyət vəsiqəsini və hərbi biletini istəmişdir. Atası Mehmandan aldığı cəmi 500 manat pulu, şəxsiyyət vəsiqəsini və hərbi biletini Rəşidə vermişdir. Rəşid 500 manat pulu və sənədlərini Elxana verdiyini, işə qəbul olunma prosesinin başladığını, bir neçə ay ərzində işə qəbul olunacağını, təxminən yeddi-səkkiz min manat pul verəcəyini, lazım olduqda pulu ondan hissə-hissə alacağını demişdir. Təxminən bir həftə sonra Bakı şəhərindən yaşadığı evə qayıtmışdır. Həmin gündən 3-4 gün sonra Rəşid istifadə etdiyi telefon nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng etmişdir. Rəşid ona işə qəbul olunmağı ilə bağlı pul lazım olduğunu demiş və ondan 300 manat pul istəmişdir. O, 300 manat pulu hansı formada göndərəcəyini Rəşiddən soruşmuşdur. Rəşid qardaşı Tahirin adına olan Kapital bank kartının Rəşiddə olduğunu, kartın fotoşəkilini telefonunun “WhatsApp” bölməsinə göndərəcəyini, 300 manat pulu aparat vasitəsi ilə həmin kartın balansına göndərməyini demişdir. 2021-ci ilin fevral ayının əvvəlində atası Mehmandan 300 manat pul almış və Yevlax rayonu, Xaldan kəndində yerləşən “eManat” aparatından Şahid2 adına olan karta 300 manat pul göndərmişdir. Həmin pulu göndərməyi ilə bağlı çeki atmışdır. 2021-ci ilin fevral ayının əvvəlində xatırlamadığı gündə Rəşid taksi avtomobili ilə ona dörd vərəqdən ibarət iki ədəd tərcümeyi-hal və iki ədəd anket blankları göndərmişdir. O, tərcümeyi-halı və anketi doldurub Bakı şəhərinə gedən taksi avtomobili ilə Rəşidə göndərmişdir. Bundan sonra Rəşid mütəmadi olaraq ona zəng edərək müxtəlif məbləğlərdə pul istəmişdir. 05 fevral 2021-ci il tarixdə saat 12:46 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Marketdə yerləşən 501 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 150 manat, 08 fevral 2021-ci il tarixdə saat 15:11 dəqiqədə Mingəçevir şəhərində yerləşən 1756 nömrəli terminaldan Şahid2 adına olan karta 95 manat, 12 fevral 2021-ci il tarixdə saat 15:31 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 100 manat, 12 fevral 2021-ci il tarixdə saat 17:11 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 5 manat, 15 fevral 2021-ci il tarixdə saat 12:27 dəqiqədə Yevlax şəhəri, H.Əliyev prospekti, Nizami küçəsi ilə kəsişmədə yerləşən 22024 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 300 manat, 15 fevral 2021-ci il tarixdə saat 15:10 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 200 manat, 27 fevral 2021-ci il tarixdə saat 17:02 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 150 manat, 02 mart 2021ci il tarixdə saat 14:47 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 100 manat, 03 mart 2021-ci il tarixdə saat 11:01 dəqiqədə Yevlax şəhərində yerləşən 26603 nömrəli terminaldan Şahid2 adına olan karta 200 manat, 07 mart 2021-ci il tarixdə saat 11:41 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 250 manat, 09 mart 2021-ci il tarixdə saat 13:34 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 100 manat, 09 mart 2021-ci il tarixdə saat 16:10 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 50 manat, 05 mart 2021-ci il tarixdə saat 13:01 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 250 manat, 13 mart 2021-ci il tarixdə saat 11:39 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 100 manat, 15 mart 2021-ci il tarixdə saat 13:20 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 100 manat, 22 mart 2021-ci il tarixdə saat 13:26 dəqiqədə Ağdaş şəhəri, H.Əliyev prospekti X22 yerləşən 01427 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 63 manat, 31 mart 2021-ci il tarixdə saat 15:38 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 170 manat, 01 aprel 2021-ci il tarixdə saat 14:16 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 606 manat, 12 aprel 2021-ci il tarixdə saat 10:51 dəqiqədə Yevlax şəhəri, Nizami küçəsi, Orucoğlu marketdə yerləşən 01142 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 160 manat, 12 aprel 2021-ci il tarixdə saat 11:03 dəqiqədə Yevlax şəhəri, Nizami küçəsi Orucoğlu marketdə yerləşən 01142 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 85 manat, 12 aprel 2021-ci il tarixdə saat 16:15 dəqiqədə Yevlax şəhəri, Nizami prospekti 77 Mini Marketdə yerləşən 399 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 100 manat, 13 aprel 2021-ci il tarixdə saat 12:55 dəqiqədə Yevlax şəhəri, Nizami prospekti 77 Mini Marketdə yerləşən 399 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 165 manat, 14 aprel 2021-ci il tarixdə saat 12:42 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 205 manat, 14 aprel 2021-ci il tarixdə saat 14:52 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 50 manat, 15 aprel 2021-ci il tarixdə saat 14:35 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 101 manat, 20 aprel 2021-ci il tarixdə saat 16:13 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 50 manat, 21 aprel 2021-ci il tarixdə saat 15:10 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 155 manat, 22 aprel 2021-ci il tarixdə saat 14:07 dəqiqədə Yevlax şəhəri, Yeni Yevlax küçəsində Neptun 2 mağazasında yerləşən K0100440 nömrəli terminaldan Şahid2 adına olan karta 101 manat, 23 aprel 2021-ci il tarixdə saat 16:43 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 70 manat, 25 aprel 2021-ci il tarixdə saat 10:58 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 40 manat, 26 aprel 2021-ci il tarixdə saat 17:43 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 75 manat, 27 aprel 2021-ci il tarixdə saat 15:16 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 80 manat, 30 aprel 2021-ci il tarixdə saat 18:04 dəqiqədə Yevlax rayonu Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından X11 adına olan karta 100 manat, 30 aprel 2021-ci il tarixdə saat 18:05 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 302 manat, 01 may 2021-ci il tarixdə saat 16:51 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından Şahid2 adına olan karta 110 manat, 05 may 2021-ci il tarixdə saat 10:33 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Xaldan Supermarketdə yerləşən 00326 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 300 manat, 07 may 2021-ci il tarixdə saat 13:01 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Nur marketdə yerləşən 01143 nömrəli “MilliÖn” terminalından Şahid2 adına olan karta 141 manat, 12 may 2021-ci il tarixdə saat 14:36 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından X2 adına olan karta 200 manat, 15 may 2021-ci il tarixdə saat 15:57 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından X6 adına olan karta 50 manat, 21 may 2021ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində yerləşən Poçt məntəqəsindən X3 adına 165 manat pul göndərmişdir. 24 may 2021-ci il tarixdə saat 19:03 dəqiqədə Yevlax rayonu, Xaldan kəndində Azpetrol yanacaq doldurma məntəqəsində yerləşən 833 nömrəli “eManat” terminalından X6 adına olan karta 150 manat pul göndərmişdir. Bundan başqa atası Mehman 2021-ci ilin aprel ayında xatırlamadığı gündə və saatda Yevlax rayonu, Xaldan kəndində yerləşən terminaldan Şahid2 adına olan karta 300 manat pul göndərmişdir. O, 17 mart 2021-ci il tarixdə saat 14:38 dəqiqədə yaşadığı evdən mobil telefon vasitəsi ilə atası Mehmana məxsus təqaüd kartından Şahid2 adına olan karta 330 manat pul köçürmüşdür. O, 2021-ci ilin mart ayının əvvəlində xatırlamadığı gündə və saatda yaşadığı evdən mobil telefon vasitəsi ilə atası Mehmana məxsus təqaüd kartından Şahid2 adına olan karta 200 manat pul köçürmüşdür. Pulun çox hissəsini Rəşidə özü, qalan az hissəsini isə atası Mehman göndərmişdir. Həmin pulların hamısı atası Mehmana məxsus olmuşdur. Atası Mehman bunun üçün altı baş buzov satmış, təqaüd pullarını vermiş, Yevlax şəhərində yerləşən “Bank Respublika”dan 3000 manat kredit pul götürmüşdür. 2021-ci ilin iyun ayının əvvəlində xatırlamadığı gündə və saatda Rəşid idarə etdiyi avtomobillə Quşçu kəndinə gələrək onunla görüşmüşdür. Rəşid işə qəbul olunmağı ilə bağlı ondan 300 manat pul istəmişdir. O, atası Mehmandan 300 manat pul almış və Quşçu kəndində həmin 300 manat pulu Rəşidə vermişdir. Rəşid 300 manat pulu aparıb Elxana verəcəyini, işinin tamamilə həll olunduğunu, bir neçə gün sonra işə çıxacağını demişdir. 2021-ci ilin iyun ayının ortalarında Rəşid mobil telefonunun “WhatsApp” bölməsinə sms yazaraq Mingəçevir şəhərində olduğunu, 18 iyun 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyində sıra baxışının olacağını, səliqəli formada geyinib Bakı şəhərinə getməyi demişdir. 17 iyun 2021-ci il tarixdə günorta saatlarında o, Rəşidlə birlikdə taksi avtomobili ilə Bakı şəhərinə getmişdir. 18 iyun 2021-ci il tarixdə səhər saatlarında Rəşid avtomobilinə baxmaq üçün gedəcəyini, sonra gəlib onu nazirliyə aparacağını, sıra baxışında iştirak edəcəyini demişdir. Lakin, Rəşid dediyi vaxta qədər gəlməmiş və onu nazirliyə sıra baxışına aparmamışdır. Saat 13 radələrində Rəşid onun yanına gələrək 01 iyul 2021-ci il tarixdən işə çıxmalı olduğunu demişdir. Rəşidə onu nazirliyə sıra baxışına aparmadığını demiş və necə işə qəbul olunduğunu soruşmuşdur. Rəşid ona nazirliyin yüksək vəzifəli şəxslərinin Şuşa şəhərinə ezam olunduğunu, bu səbəbdən sıra baxışının keçirilmədiyini demişdir. Həmin gün Rəşidlə birlikdə Yevlax rayonuna qayıtmışdır. 2021-ci ilin iyun ayının sonlarında xatırlamadığı gündə və saatda Rəşid yaşadığı kəndə gələrək onunla görüşmüşdür. Rəşid ona Bərdə rayonu Lənbəran kəndində işləyəcəyini, onu Mingəçevir şəhərinə yazdıra biləcəyini demiş və bunun üçün ondan 100 manat pul istəmişdir. O, atası Mehmandan sonuncu dəfə 100 manat pul alıb Rəşidə vermişdir. Bundan sonra Rəşid getmişdir. O və atası Mehman Rəşidlə danışmış, onları aldatdığını demiş, verdikləri pulları geri qaytarmasını tələb etmişlər. Rəşid atası Mehmana 15 iyul 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına əmək haqqının verildiyini, həmin vaxt Bakı şəhərində gedib pulları yığacağını və gətirib onlara verəcəyini demişdir. Lakin, Rəşid yenə də onları aldatmış, pullarını qaytarmamışdır. 2021ci ilin iyul ayının sonlarında Rəşid atası Mehmana onun işə qəbul olunduğunu, 2021-ci ilin sentyabr ayında işə çıxacağını demişdir. Lakin, onlar Rəşidə inanmamışlar. X18rı Elxanla görüşdürməsini demişdir. Rəşid müxtəlif bəhanə gətirib onları Elxanla görüşdürməmişdir. Rəşid yalan olaraq Elxanın gah Şuşa şəhərində, gah da meşə yanğınlarını söndürmək üçün Türkiyə Respublikasında olduğunu demişdir. Bu səbəbdən atası Mehman 03 avqust 2021-ci il tarixdə Yevlax rayon prokurorluğuna şikayət ərizəsi yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs atası Mehmana cəmi 7974 manat məbləğində maddi ziyan vurmuşdur. 15 may 2021-ci il tarixdə Rəşid ona zəng edərək qardaşı Tahirin Kapital bank kartının işləmədiyini, pulu X6 adına olan bank kartına göndərməyini demiş, bu səbəbdən həmin gün və 24 may 2021-ci il tarixdə Anar Cəbrayılovun adına olan bank kartına 50 manat və 150 manat olmaqla cəmi 200 manat pul göndərmişdir. Anar Cəbrayılovun adına göndərdiyi cəmi 200 manat pulu Rəşid götürmüşdür. 12 may 2021-ci il tarixdə Rəşid ona zəng edərək X8 Hallar Nazirliyində işlədiyini, onun sənədlərini Gülnarın yazdığını, Gülnara 200 manat pul göndərməyini dediyi üçün o, həmin məbləğ pulu X2 adına olan bank kartına göndərmişdir. 30 aprel 2021-ci il tarixdə Rəşid atası Mehmana zəng edərək X13 Hallar Nazirliyində maliyyə şöbəsində işlədiyini, Xəqaninin onun adına kart açacağını demiş və Xəqaninin adına 100 manat pul göndərməyini demişdir. Atası ona 100 manat pul vermiş, o, da həmin pulu Xəqaninin adına olan bank kartına göndərmişdir. 21 may 2021-ci il tarixdə Rəşid ona zəng edərək məndən 165 manat pul istəmiş, lakin, işi olduğu üçün pulu özü götürə bilməyəcəyini demiş, pulu tanışı X3 adına göndərməyini dediyi üçün o, 165 manat pulu Poçt şöbəsindən Mirheydərin adına göndərmişdir. O, Rəşidlə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Rəşid isə ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə onunla əlaqə saxlamışdır. İş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Əkşəm kəndində doğulmuş, ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Onunla eyni kənddə yaşayan Təqsirləndirilən şəxs tanımışdır. Onun Rəşidlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin yanvar ayının sonlarında o, Yevlax rayonu, Quşçu kəndində yaşayan döyüşçü yoldaşı Şahid1 ilə birlikdə müayinə olunmaq üçün Bakı şəhərində yerləşən “Papanin” adlı Hərbi Hospitala getmişlər. Həmin gün növbə çox olduğu üçün o və Orxan müayinəyə düşə bilməmişlər. Bu səbəbdən o və Orxan Bakı şəhərində qalmışlar. Ev tapmaq üçün o, həmkəndlisi Rəşidə zəng etmişdir. Rəşid ona telefon nömrəsi vermiş, o, həmin nömrənin sahibi ilə danışsa da həmin şəxsin evində qalmamışdır. O, Orxanla birlikdə başqa bir ev tapıb orada gecələmişlər. Səhəri gün Rəşid mobil telefonla ona zəng edərək qalmağa yerinin olmadığını, onlarla birlikdə qalmaq istədiyini demişdir. O və Orxan Rəşidin onlarla qalmasına etiraz etməmişlər. Həmin gün Rəşid onun qaldığı evə gəlmişdir. Söhbət əsnasında X25 Nazirliyində işləmək istədiyini demişdir. Rəşid bacısının əri Elxan müəllimin həmin nazirlikdə kadr şöbəsində işlədiyini, Elxanın köməyi ilə Orxanı işə qəbul etdirə biləcəyini demişdir. X30 müharibəsində iştirak etdiyi üçün işə qəbul olunmağın asan olduğunu, sənəd işlərinə, yol xərcinə təxminən 400- 500 manat pulun lazım olduğunu demişdir. Orxan Rəşidə 400-500 manat pul verməyə razı olduğunu demişdir. Orxan şəxsiyyət vəsiqəsini və hərbi biletini Rəşidə vermiş, Rəşid mobil telefonla həmin sənədlərin fotoşəklini çəkmişdir. O, Orxanla birlikdə Hərbi Hospitala getmiş, orada həkim müayinəsindən keçmiş və bir neçə gün sonra Yevlax rayonuna qayıtmışlar. 16 may 2021-ci il tarixdə o, mobil telefon vasitəsi ilə Orxanla danışarkən Orxan işə qəbul olunmaq üçün Rəşidə təxminən 5000 manat pul verdiyini, Rəşidin həmin ayın sonunadək olan müddət ərzində Orxanın işə qəbul olunacağına söz verdiyini demişdir. O, Orxana Rəşidin çox məbləğdə pul aldığını, Rəşidə daha pul verməməsini demişdir. 2021-ci ilin avqust ayının əvvəlində Orxan ona Rəşidə təxminən 7000-8000 manat pul verdiyini, Rəşidin Orxanı işə qəbul etdirmədiyini demişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, xx.xx.2020-ci il tarixdə CPM-nin 40.3-cü (73-1.1) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında 26 avqust 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 1(039)-42/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburu gətirilmə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 1(039)-42/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax rayonu, Əkşəm kəndi ərazisində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞnin növbətçi hissəsinə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət və 06 iyun 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 02 (iki) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon və Mingəçevir şəhər ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Əkşəm kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alan vaxtadək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmi, ekspertiza xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət və 06 iyun 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 02 (iki) ay 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon və Mingəçevir şəhər ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Əkşəm kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-42/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-42/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver