Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-42/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri X8 küçəsi ev 88 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 445 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.B.Zakir küçəsində Yevlax rayon polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində orada həmin gün saat 18:10-dan saat 18:45dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki sellofan torbada olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 445 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda 475 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.B.Zakir küçəsində Yevlax rayon polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində orada həmin gün saat 11:50-dən saat 12:20-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əlindəki sellofan torbada olan qəsdən təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 475 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotiki isə yabanı halda bitmiş narkotikdən yığıb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün meşəlik hissəsində balıq tutub evə qayıdarkən orada dolu halda torba görmüş və torbaya baxarkən içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş, marixuananı yerə töküb baxarkən içərisindən yaxşı olmayanları seçib oraya atmış qalan hissəsin torbaya yığıb evə gətirərkən yaşadığı küçədə adam olduğunu görüb həmin marixuanadan istifadə etmək üçün az miqdarda götürmüş və qalan hissəsini gələcəkdə istifadə etmək üçün küçədə gizlədib evə getmişdir. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində marixuananı götürüb evə gedərkən ona tərəf bir neçə mülki formada şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onlar polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu tanımış və o, əlində torbada narkotik vasitə olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində onun razılığı ilə video çəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı o, əlində olan sellofan torbada saxladığı narkotik vasitə olan marixuananı təqdim etmişdir. O, özü də həmin kütlənin narkotik vasitə olduğunu və xx.xx.2023-cü il tarixdə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün yaxınlığında balıq tutub qayıdarkən yoldan tapdığını, istifadə etmək üçün evə apardığını bildirmişdir. Bundan sonra narkotik vasitə götürülüb tərəzidə çəkilmiş və sonra bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. O, narkotik vasitə qəbul etsədə narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Həmin cinayət işi ilə bağlı barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək onu sərbəst buraxmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün meşəlik hissəsində vaxtı ilə marixuananı tapdığı yerə getmişdir ki, oraya atdığı marixuana yerindədirsə yığıb gətirsin. O, həmin yerə çatmış və oraya tulladığı marixuananı tapmış və özü ilə apardığı torbaya yığıb təkcə marixuananı götürüb evə gedərkən yaşadığı küçədə ona tərəf bir neçə mülki formada şəxs yaxınlaşmış, özlərin təqdim etmişdirlər. Onlar polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu tanımış və o, əlində torbada narkotik vasitə olduğundan həyacanlanmışdır. Ona görə onu polis şöbəsinə aparmışdırlar. Polis şöbəsində onun razılığı ilə vidio çəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı o, əlində olan sellofan torbada saxladığı narkotik vasitə olan marixuananı təqdim etmişdir. O, özü də həmin kütlənin narkotik vasitə olduğunu və xx.xx.2023-cü il tarixdə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün yaxınlığında balıq tutub qayıdarkən yoldan tapdığı marixuananın seçib atdığı hissəsi olduğunu və istifadə etməyə narkotik vasitəsi olmadığına görə həmin marixuananı istifadə etmək üçün evə apardığını bildirmişdir. Bundan sonra narkotik vasitə götürülüb tərəzidə çəkilmiş və sonra bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Rəfael oğlu ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı Rüstəm Həsənovun 03 oktyabr 2023-cü il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Yevlax şəhəri Q.B.Zakirn küçəsi 88 saylı evdə yaşayan əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuna olması və onun Yevlax şəhəri Q.B.Zakir küçəsində olması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin CAB-nin əməliyyat müvəkkili Məqsəd Allahverdiyev ilə birlikdə saat 17 radələrində Q.B.Zakir küçəsinə getmişlər. Eldənizin küçə ilə yaşadığı evə tərəf getdiyini görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Eldəniz özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Eldənizin üstünə baxış keçirmişdir. Baxış zamanı Eldəniz əlindəki 1 ədəd içərisində yaşıl rəngli ota oxşar kütlə olan sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. O, selofan torbada narkotik vasitə olan marixuana olduğunu demişdir. Sellofan torbaya baxış keçirilərkən oradan yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus kəskin iyi olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Eldəniz sellofan torbada olanın marixuana olduğu, həmin marixuananı xx.xx.2023ci il tarixdə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün yaxınlığında balıq tutub qayıdarkən tapdığını gətirib küçələrində gizlətdiyini və bu gün gələcəkdə istifadə etmək üçün evə apardığını bildirmişdir. Həmin sellofanda olan marixuanaya oxşar kütlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQnun əməliyyat müvəkkül vəzifəsində işləyən X6 ifadəsində bildirmişdir ki, Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı İsmayıl Cəfərzadənin 28 oktyabr 2023-cü il tarixdə tərtib etdiyi protokol ilə tanış olmuşdur. O, həmin gün polis şöbəsində olmuş, Yevlax şəhəri Q.B.Zakirn küçəsi 88 saylı evdə yaşayan əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olan marixuna olması və onun Yevlax şəhəri Q.B.Zakir küçəsində olması barədə ona məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məlumat vermiş, sənədləşdirmə apardıqdan sonra şöbənin CAB-nin əməliyyat müvəkkili Məqsəd Allahverdiyev ilə birlikdə saat 11 radələrində Q.B.Zakir küçəsinə getmişlər. Eldənizin küçə ilə yaşadığı evə tərəf getdiyini görmüş, ona yaxınlaşmış, özlərini təqdim etmişdirlər. Eldəniz özünü şübhəli apardığına görə onlarla polis şöbəsinə getməsini bildirmiş, o da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra vidieo çəkilişlə Eldənizin üstünə baxış keçirmişdir. Baxış zamanı Eldəniz əlindəki 1 ədəd içərisində yaşıl rəngli ota oxşar kütlə olan sellofanı çıxarıb masanın üzərinə qoymuşdur. O, selofan torbada narkotik vasitə olan marixuana olduğunu demişdir. Sellofan torbaya baxış keçirilərkən oradan yaşıl rəngli ot ovuntusuna oxşar, özünə məxsus kəskin iyi olan marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Eldəniz sellofan torbada olanın marixuana olduğu, həmin marixuananı xx.xx.2023-ci il tarixdə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən təzə körpünün yaxınlığında balıq tutub qayıdarkən tapdığı marixuanadan seçib tuladığı marixuana olduğu və hazırda istifadə etməyə marixuanası olmadığı üçün gedib həmin marixuananı torbaya yığıb gələcəkdə istifadə etmək üçün evə apardığını bildirmişdir. Həmin sellofanda olan marixuanaya oxşar kütlə qablaşdırılaraq zərfə qoyularaq 85 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, iştirakçılardan təklif daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. (iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.22-23); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlindəki sarı rəngli sellofana torbaya bükülmüş bükülünün içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub).(iş vər. 27-35); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/769 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi-475.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 475,0 qram tədqiqata sərf edildi- 0,10 qram, qalıq-474,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır. (iş vər.42-45); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.78-79); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlindəki qara rəngli sellofana torbaya bükülmüş bükülünün içərisində narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür (müvafiq CD disk əlavə olunub).(iş vər.80-87); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/733 nömrəli rəyindən görünür ki, “şübəli şəsx Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş qurudulmuş marixuanaya oxşar kütlə....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi-445.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi- 445,0 qram tədqiqata sərf edildi- 0,10 qram, qalıq-444,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır. (iş vər.92-95); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 13.05-də Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər.116); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir.(iş vər.120); Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( iş vər.122-129); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 oktyabr 2023-cü il tarixdən hesablanmışdır.(iş vər.147-151); Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 444,9 qram və 474,9 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, 444,9 qram və 474,9 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.158-159); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 11 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vər.169); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/75 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd kağız torbanın içərisindəki 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana ilə digər 01(bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. A) Marixuananın təmiz çəkisi- 474.9 qram tədqiqata sərf edildi- 0,10 qram, qalıq-474,8 qram. B) Marixuananın təmiz çəkisi- 444.9 qram tədqiqata sərf edildi- 0,10 qram, qalıq-444,8 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır.(iş vər.176-178); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cinayəti təkrar törədilməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə eyni zamanda Vasif İsmayılov cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməllərinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.2) və ağırlaşdıran hallar (61.1.1), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2023-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin olan qurudulmuş marixuana qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 474,8 qram və 444.8 narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 107 (yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 5 (beş) saat hüquqi yardımın və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 və göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-42/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-42/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver