Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-42/2025 06.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs3, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təhsilli olmayan, işləməyən, məhkumluğu olmayan, ünvan 1ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təhsilli olmayan, işləməyən, məhkumluğu olmayan, ünvan 2ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il oktyabr ayının 2-də gecə saat təxminən 02 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətində quraşdırılmış ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə -hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 4 ədəd hind quşlarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 2024-cü il oktyabr ayının 14-də gecə saat təxminən 03:30 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax şəhərində yerləşən “Torq” deyilən binanın ərazisində yaşayan Zərərçəkmiş şəxs2 binanın həyətində quraşdırdığı ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə - hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 35 manat olmaqla cəmi 175 manat dəyərində 5 ədəd «Brahma» cinsi toyuğu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 175 ( yüz yetmiş beş) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 2024-cü il oktyabr ayının 15-də gecə saat təxminən 03 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətində quraşdırılmış ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə -hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 4 ədəd hind quşlarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 2024-cü il oktyabr ayının 18-də gecə saat təxminən 03 radələrində Yevlax şəhəri 32-ci məhəllədə yerləşən 3 saylı binanın həyətində Zərərçəkmiş şəxs3 quraşdırdığı ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə-hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 3 ədəd hind quşlarını və 1 ədədinin dəyəri 15 manat olmaqla 4 ədəd ev quşu olan toyuqları qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 235 (iki yüz otuz beş) manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il oktyabr ayının 2-də gecə saat təxminən 02 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətində quraşdırılmış ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə -hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 4 ədəd hind quşlarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 2024-cü il oktyabr ayının 14-də gecə saat təxminən 03:30 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax şəhərində yerləşən “Torq” deyilən binanın ərazisində yaşayan Zərərçəkmiş şəxs2 binanın həyətində quraşdırdığı ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə - hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 35 manat olmaqla cəmi 175 manat dəyərində 5 ədəd «Brahma» cinsi toyuğu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 175 (yüz yetmiş beş) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 2024-cü il oktyabr ayının 15-də gecə saat təxminən 03 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətində quraşdırılmış ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə -hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 4 ədəd hind quşlarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 2024-cü il oktyabr ayının 18-də gecə saat təxminən 03 radələrində Yevlax şəhəri 32-ci məhəllədə yerləşən 3 saylı binanın həyətində Zərərçəkmiş şəxs3 quraşdırdığı ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə-hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 3 ədəd hind quşlarını və 1 ədədinin dəyəri 15 manat olmaqla 4 ədəd ev quşu olan toyuqları qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 235 (iki yüz otuz beş) manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2024-cü il oktyabr ayının 2-də gecə saat təxminən 02 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətində quraşdırılmış ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə-hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 4 ədəd hind quşlarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 2024-cü il oktyabr ayının 14-də gecə saat təxminən 03:30 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax şəhərində yerləşən “Torq” deyilən binanın ərazisində yaşayan Zərərçəkmiş şəxs2 binanın həyətində quraşdırdığı ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə-hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 35 manat olmaqla cəmi 175 manat dəyərində 5 ədəd «Brahma» cinsi toyuğu qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 175 (yüz yetmiş beş) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 2024-cü il oktyabr ayının 15-də gecə saat təxminən 03 radələrində özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədilə Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus evin həyətində quraşdırılmış ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə-hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 4 ədəd hind quşlarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 240 (iki yüz qırx) manat maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 2024-cü il oktyabr ayının 18-də gecə saat təxminən 03 radələrində Yevlax şəhəri 32-ci məhəllədə yerləşən 3 saylı binanın həyətində Zərərçəkmiş şəxs3 quraşdırdığı ev quşları saxlanması üçün nəzərdə tutulmuş yardımçı tikiliyə-hinə qanunsuz daxil olmaqla, 1 ədədinin dəyəri 60 manat olmaqla 3 ədəd hind quşlarını və 1 ədədinin dəyəri 15 manat olmaqla 4 ədəd ev quşu olan toyuqları qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 235 (iki yüz otuz beş) manat maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də bir neçə dəfə vətəndaşlara məxsus ev quşlarını oğurlamışdır. O, oğurluğu əmisi oğlu Təqsirləndirilən şəxs3 və bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə etmişdir. O, əvvəllər də iki dəfə oğurluq etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.1.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan isə Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 il 08 ay 22 gün hissəsi 01 il 04 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olmuşdur. O, azadlığa çıxandan sonra Bakı şəhərində qalmışdır. İki aydır ki, Bakı şəhərindən Yevlax şəhərinə gəlmişdir. O, Yevlax şəhərinə gələndən sonra Tural və İbrahimlə birlikdə oğurluq etmişdir. Onlar adətən gecə saatlarında oğurluq etmişdir. Belə ki, təxminən iki həftə əvvəl, yəni 2024-cü il oktyabrın 1-dən 2-nə keçən gecə 02 oktyabr 2024-cü ildə gecə saat 02 radələrində Tural və İbrahim ilə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən meşənin yaxınlığında olan həyətə daxil olmuşlar. Onlar həyətdə olan hindən 4 ədəd hind quşu oğurlamışlar. Oğurladıqdan sonra həmin hind quşlarını səhəri gün Yevlax şəhər mərkəzi bazarında tanımadıqları şəxsə hər birini 10 manatdan olmaqla, 40 manata satmışlar. 2024-cü il oktyabrın 14-dən 15-nə keçən gecə saat təxminən 03 radələrində o, Tural və İbrahim yenidən həmin həyətdən 4 ədəd hind quşu oğurlamış və səhəri gün Yevlax şəhərində İlham adlı şəxsə hər birini 10 manat olmaqla 40 manata satmış və aralarında bölmüşlər. Bundan başqa 2024-cü il oktyabrın 13-dən 14-nə keçən gecə saat təxminən 03:30 radələrində o, Tural və İbrahimlə birlikdə Yevlax şəhəri Torq adlanan binanın həyətinə daxil olmuş, həmin həyətdə yerləşən hindən 5 ədəd cins toyuq oğurlamışlar. Oğurladıqdan sonra toyuqları səhəri gün Yevlax şəhər Mərkəzi Bazarında tanımadıqları qadına hər birini 5 manatdan olmaqla, 25 manata satmış və pulunu aralarında bölmüşlər. Bundan sonra oğurluq əməllərini davam etdirmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində o, Tural və İbrahim Yevlax rayonu 32-ci məhəllədə yerləşən binanın həyətinə daxil olmuşdur. Onlar həyətdə olan hindən 3 ədəd hind quşu və 4 ədəd toyuq ev quşu oğurlamışdır. Oğurladıqdan sonra həmin quşları tanışları Yevlax şəhər sakini Samir adlı şəxsə hind quşlarının hər birini 10 manatdan olmaqla, 30 manata, toyuq ev quşlarını isə hər birini 4 manatdan olmaqla, 16 manata satmış, 46 manat pulu əldə edib aralarında bölmüşlər. İbrahimlə Turala 23 manat, mənə isə 23 manat pul qalmışdır. Bundan sonra oğurluq əməllərini davam etdirmək istəmişlər. Lakin polis əməkdaşları onların əməllərini ifşa etmiş və onları saxlayıb polis şöbəsinə dəvət etmişlər. Hazırda etdiyi əməldən səmimi olaraq peşmandır. O, yuxarıda qeyd etdiyi yerlərdən başqa heç bir yerdə oğurluq etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də bir neçə dəfə vətəndaşlara məxsus ev quşlarını oğurlamışdır. O, oğurluğu əmisioğlu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişdir. O, əvvəllər də bir dəfə oğurluq etdiyinə görə məhkum olunmuşdur. Belə ki, Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.1.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan isə Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasnın çəkilməmiş hissəsi 01 il 01 ay 10 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olmuşdur. Son vaxtlar Tural və Kamillə birlikdə oğurluq etməyə başlamışlar. Onlar adətən gecə saatlarında oğurluq etmişdir. Təxminən iki həftə əvvəl, yəni 2024-cü il oktyabrın 1-dən 2-nə keçən gecə 02 oktyabr 2024-cü ildə gecə saat 02 radələrində Tural və Kamillə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən meşənin yaxınlığında olan həyətə daxil olmuşlar. Onlar həyətdə olan hindən 4 ədəd hind quşu oğurlamışlar. Oğurladıqdan sonra həmin hind quşlarını səhəri gün Yevlax şəhər mərkəzi bazarında tanımadıqları şəxsə hər birini 10 manatdan olmaqla, 40 manata satmışlar. 2024-cü il oktyabrın 14-dən 15-nə keçən gecə saat təxminən 03 radələrində, o, Tural və Kamil yenidən həmin həyətdən 4 ədəd hind quşu oğurlamış və səhəri gün Yevlax şəhərində İlham adlı şəxsə hər birini 10 manat olmaqla 40 manata satmış və aralarında bölmüşlər. Bundan başqa 2024-cü il oktyabrın 13-dən 14-nə keçən gecə saat təxminən 03:30 radələrində Tural və Kamillə birlikdə Yevlax şəhəri Torq adlanan binanın həyətinə daxil olmuş, həmin həyətdə yerləşən hindən 5 ədəd cins toyuq oğurlamışlar. Oğurladıqdan sonra toyuqları səhəri gün Yevlax şəhər Mərkəzi Bazarında tanımadıqları qadına hər birini 5 manatdan olmaqla, 25 manata satmış və pulunu aralarında bölmüşlər. Bundan sonra oğurluq əməllərini davam etdirmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə keçən gecə saat təxminən 03 radələrində o, Tural və Kamillə birlikdə Yevlax şəhəri 32-ci məhəllədə yerləşən binanın həyətinə daxil olmuşdur. Onlar həyətdə olan hindən 3 ədəd hind quşu və 4 ədəd toyuq ev quşu oğurlamışlar. Oğurladıqdan sonra həmin quşları tanışları Yevlax şəhər sakini Samir adlı şəxsə hər birini 10 manatdan olmaqla, 30 manata, toyuq ev quşlarını isə hər birini 4 manatdan olmaqla, 16 manata satmışlar. 46 manat pulu əldə edib aralarında bölmüşlər. Turalla ona 23 manat, Kamilə isə 23 manat pul qalmışdır. Bundan sonra oğurluq əməllərini davam etdirmək istəmişlər. Lakin polis əməkdaşları onların əməllərini ifşa etmiş və onları saxlayıb polis şöbəsinə dəvət etmişlər. Hazırda etdiyi əməldən səmimi olaraq peşmandır. O, yuxarıda qeyd etdiyi yerlərdən başqa heç bir yerdə oğurluq etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir, ailəsini dolandırmaqda çətinlik çəkir. Bu səbəbdən də 3-4 dəfə əmisioğlu Təqsirləndirilən şəxs1 və qaynı Təqsirləndirilən şəxs2 ilə birlikdə etmişdir. O, əvvəllər də iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olmuşdur. Son vaxtlar İbrahimlə və Kamillə birlikdə oğurluq etməyə başlamışlar. Onlar adətən gecə saatlarında oğurluq etmişdir. 2024-cü il oktyabrın 1-dən 2-nə keçən gecə 02 oktyabr 2024-cü ildə gecə saat 02 radələrində İbrahiml və Kamillə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən meşənin yaxınlığında olan həyətə daxil olmuşlar. Onlar həyətdə olan hindən 4 ədəd hind quşu oğurlamışlar. Oğurladıqdan sonra həmin hind quşlarını səhəri gün Yevlax şəhər mərkəzi bazarında tanımadıqları şəxsə hər birini 10 manatdan olmaqla, 40 manata satmışlar. 2024-cü il oktyabrın 14-dən 15-nə keçən gecə saat təxminən 03 radələrində, İbrahimlə və Kamillə yenidən həmin həyətdən 4 ədəd hind quşu oğurlamış və səhəri gün Yevlax şəhərində İlham adlı şəxsə hər birini 10 manat olmaqla 40 manata satmışlar və aralarında bölmüşlər. Bundan başqa 2024-cü il oktyabrın 13-dən 14-nə keçən gecə saat təxminən 03:30 radələrində İbrahimlə və Kamillə birlikdə Yevlax şəhəri Torq adlanan binanın həyətinə daxil olmuşlar, həmin həyətdə yerləşən hindən 5 ədəd cins toyuq oğurlamışlar. Oğurladıqdan sonra toyuqları səhəri gün Yevlax şəhər Mərkəzi Bazarında tanımadıqları qadına hər birini 5 manatdan olmaqla, 25 manata satmışlar və pulunu aralarında bölmüşlər. Bundan sonra onlar oğurluq əməllərini davam etdirmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat təxminən 03 radələrində o, İbrahim və Kamillə birlikdə Yevlax şəhəri 32-ci məhəllədə yerləşən binanın həyətinə daxil olmuşlar, həyətdə olan hindən 3 ədəd hind quşu və 4 ədəd toyuq ev quşlarını oğurlamışlar. Oğurladıqdan sonra həmin hind quşlarını tanışları Yevlax şəhər sakini Samir adlı şəxsə hər birini 10 manatdan olmaqla, 30 manata, toyuq ev quşlarını isə hər birini 4 manatdan olmaqla, 16 manata satmışlar. 46 manat pulu əldə edib aralarında bölmüşlər. xx.xx.2024-cü il tarixdə İbrahimlə Kamilin oğurluq etdiklərinə görə tutulduqlarını eşitmiş və bundan sonra o, Cəlilabad rayonuna getmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Yevlax şəhəri ərazisində saxlayaraq polis şöbəsinə gətirmişlər və etdiyi oğurluq hadisələrini səmimi olaraq etiraf etmiş və əməldən səmimi olaraq peşmanlığını bildirmişdir. O, yuxarıda qeyd etdiyi yerlərdən başqa heç bir yerdə oğurluq etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, yaşadığı Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən evin həyətyansı sahəsində 13 toyuq ev quşu və 15 ədəd hind quşu olmuşdur. Səhər quşları yemləmək üçün hindən həyətə çıxarmış, axşamlar isə toyuq hininə salıb qapısını bağlamışdır. Təxminən ötən ilin oktyabr ayının 2-də səhər toyuq və hinduşqaları hindən çıxartmaq istəyərkən 4 ədəd hind quşunun yerində olmadığını və yoxa çıxdığını aşkar etmişdir. O, həmin vaxt hind quşlarının hindən çıxıb getdiyini güman edib axtarmağa başlamışdır. Lakin tapa bilməmişdir. O, indiyənədək heç kimə ziyan vurmadığı üçün həmin hadisə ona çox pis təsir etmişdir. O, həmin vaxt oğrunun kim olduğunu bilmədiyi üçün polisə müraciət etməmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə axşam saatlarında toyuq və hinduşqalarını yemləyib hinə salmış və qapısını bağlamışdır. xx.xx.2024-ci il tarixdə səhər toyuq və hinduşqaları hindən çıxartmaq istəyərkən yenə 4 ədəd hind quşunun yoxa çıxdığını aşkar etmişdir. O, həmin vaxt hind quşlarının hindən çıxıb getdiyini güman edib axtarmağa başlamış, lakin tapa bilməmişdir. Buna görə 102 Xidmətinə zəng edərək məlumat vermişdir. İlk dəfə 4 ədəd hind quşları 2024-cü ilin oktyabr ayının 2-də gecə vaxtı oğurlanmışdır. 4 ədəd hind quşunun oğurlanması nəticəsində ona ümumilkdə 240 (iki yüz qırx) manat ziyan vurulmuşdur. Belə ki, hind quşlarının hər birinin dəyəri 60 manat təşkil edir. İkinci dəfə isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən 4 ədəd hind quşu oğurlanmışdır. 4 ədəd hind quşunun oğurlanması nəticəsində ona ümumilkdə 240 (iki yüz qırx) manat ziyan vurulmuşdur. Ümumilikdə ona 480 manat maddi ziyan vurulmuşdur. Ona məxsus həyətdən ayrı-ayrı vaxtlarda 8 ədəd hind quşundan başqa əşya və ya predmet oğurlanmamışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncular ilə barışmaqla onlara qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir (müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, yaşadığı binanın həyətində toyuq cücə saxlamaq üçün hin tikmiş və həmin hində toyuq saxlayır. xx.xx.2024-cü il tarixdə axşam qaranlıq düşəndə toyuqları hinə yığaraq qapısını qıfılla bağlamışdır. xx.xx.2024-cü il tarixdə toyuqları həyətə buraxmaq üçün həyətə düşəndə hinin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt toyuqları saymış və müəyyən etmişdir ki, 5 ədəd Brahma cinsindən olan toyuqları yoxdur. Həmin vaxt o, 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermiş, daha sonra isə polis şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus oğurlanan 5 ədəd Brahma cinsindən olan toyuqlarının hər birin dəyəri 35 manat olmaqla ümumilikdə ona cəmi 175 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncular ilə barışmaqla onlara qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir (müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, yaşadığı binanın həyətində toyuq cücə saxlamaq üçün hin tikmiş və həmin hində hind quşu və toyuq saxlamışdır. xx.xx.2024-cü il tarixdə axşam qaranlıq düşəndə hind quşlarını və toyuqları hinə yığaraq qapısını qıfılla bağlamışdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı toyuqları həyətə buraxman üçün həyətə düşəndə hinin qapısının qıfılının sındırıldığını, lakin qapının örtülü vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt həyat yoldaşı onu da çağırmış, o da həyətə düşmüş və yoldaşı ilə hind quşlarını və toyuqları saymış, müəyyən olunmuşdur ki, 3 ədəd hind quşu və 4 ədəd toyuqları yoxdur. Həmin vaxt o, 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermiş, daha sonra isə polis şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus oğurlanan 3 ədəd hind quşlarının hər birin dəyəri 60 manat, toyuqların hər birin dəyəri isə 15 manat olmaqla ümumilikdə ona cəmi 240 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncular ilə barışmaqla onlara qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir (müvafiq ərizə təqdim edir). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində yaşadığı evin qarşısında küçədə kanalizasiya təmizləyərkən küçə sakini Təqsirləndirilən şəxs2 əlindəki torbada hind quşları və toyuq apardığını görmüşdür. O, İbrahimdən quşları hara apardığını soruşmuşdur. İbrahim isə bazara satmağa apardığını bildirmişdir. Quşları haradan aldığını və neçəyə satdığını soruşmuşdur. İbrahim isə quşları Cəlilabaddan anasının özü üçün göndərdiyini, evə ərzaq almaq üçün satamağa apardığını, hind quşlarını 15 manata, toyuqları isə 7 manata satdığını demişdir. O da həmin quşları almaq istədiyini demişdir. Lakin quşların oğurluq olub-olmadığını dönə-dönə soruşmuşdur. İbrahim isə and içərək oğurluq olmadığını bildirmişdir. O, həmin vaxt İbrahimdən 2 ədəd hind quşunu hər birini 15 manatdan olmaqla 30 manata, 3 ədəd toyuğu isə hər birini 5 manat olmaqla 15 manata almış və yaşadığı evin həyətinə buraxmışdır. O, Təqsirləndirilən şəxs2 ona satdığı ev quşlarının oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. O, polisə dəvət olunandan sonra İbrahimin ona satdığı quşların oğurluq olduğunu bilmişdir. O, İbrahimdən cəmi 2 ədəd hind quşu, 3 ədəd isə toyuq almış, o, həmin hind quşlarnını və toyuqları aldıqdan sonra kəsmiş və evdə ailə-uşağı ilə birlikdə yemişdir. Həmin ev quşlarının oğurluq olduğunu bilsəydi, heç vaxt həmin ev quşlarını İbrahmdən almazdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1772.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 baxışın keçirildiyi yer Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən həyətyanı sahəsindən oğurlanmış dörd ədəd hind quşlarının oğurlandığı yeri göstərmişdir (iş vər.09-13); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.32); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:45-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.49); Materialın cinayət işinə əlavə edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış HK-1/2071 və 2100 nömrəli materiallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan respunlikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işinə birləşdirilib bir icraatda istintaq aparılması qərara alınmışdır (iş vər.49); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 baxışın keçirildiyi yer Yevlax şəhəri, TORQ adlanan binada müvvəqəti olaraq məskunlaşan məktəbli binasında yerləşən birinci mətəbəsində oğurlanmış beş ədəd ev quşlarının (toyuq) oğurlandığı yeri göstərmişdir (iş vər.61-63); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 baxışın keçirildiyi yer Yevlax şəhəri, 32-ci məhəlləsində yaşadığı binanın həyətində yerləşən toyuq damından oğurlanmış üç ədəd hind quşu və dörd ədəd ev quşlarının (toyuq) oğurlandığı yeri göstərmişdir (iş vər.74-75); “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus səkkiz ədəd hind quşlarını, Zərərçəkmiş şəxs3 məxsus olan üç ədəd hind quşlarını və dörd ədəd toyuqların və Zərərçəkmiş şəxs2 məxsus olan beş ədəd cins toyuqların oğurladığını bildirmişdir (iş vər.84-90); “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus səkkiz ədəd hind quşlarını, Zərərçəkmiş şəxs3 məxsus olan üç ədəd hind quşlarını və dörd ədəd toyuqların və Zərərçəkmiş şəxs2 məxsus olan beş ədəd cins toyuqların oğurladığını bildirmişdir (iş vər.91-97); Əmlakın qiymətləndirilməsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 94 saylı mütəxəssis rəyindən görünür ki, 1 ədəd hind quşunın qiyməti 60 manat, 11 ədəd hind quşunun qiyməti cəmi 660 (altı yüz altmış) manat, 5 ədəd “Brahma” cinsi toyuğun 1 ədədinin qiyməti 35 manat olmaqla 5 ədədinin qiyməti cəmi 175 (yüz yetmiş beş) manat, 4 ədəd toyuğun hər birinin qiyməti 15 manat olmaqla, 4 ədəd toyuğun qiyməti 60 manat müəyyən edilir. Ümumi məbləğ 895 (səkkiz yüz doxsan beş) manatdır (iş vər.98); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (iş vər. 135-139); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (iş vər.141-145); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 il 08 ay 22 gün hissəsi 01 il 04 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir ( iş vər.156); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir ( iş vər.157); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Ləman, xx.xx.2017-ci il təvəllüdlü Habil, xx.xx.2018-ci il təvəllüdlü Əsmər, xx.xx.2019-cu il təvəllüdlü Aysel, xx.xx.2020-ci il təvəllüdlü Könül, xx.xx.2021-ci il təvəllüdlü Pəri və xx.xx.2023-cü il təvəllüdlü Zabil adlı yeddi azyaşlı uşağı vardır ( iş vər.167); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Zəzəngər oğlunun himayəsində xx.xx.2017-ci il təvəllüdlü Sevda, xx.xx.2019-cu il təvəllüdlü Aksana və xx.xx.2021-ci il təvəllüdlü Mehriban adlı azyaşlı uşağı vardır ( iş vər.171); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.191-201); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-113/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 08 ay 22 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 04 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilməsi qərara alınmışdır(iş vər.203- 209); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-113/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 02 ay 21 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilməsi qərara alınmışdır(iş vər.210- 214); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.3 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4 bəndinə əsasən çəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış, 02 il 05 ay 28 günü azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 ay vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasını tam şəkildə çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır ( iş vər.217-219); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.228); “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 məxsus səkkiz ədəd hind quşlarını, Zərərçəkmiş şəxs3 məxsus olan üç ədəd hind quşlarını və dörd ədəd toyuqların və Zərərçəkmiş şəxs2 məxsus olan beş ədəd cins toyuqların oğurladığını bildirmişdir (iş vər.237-243); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablanmışdır (iş vər.285-287); Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə,CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismət toplanılmaqla, üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Əmlakın qiymətləndirilməsi "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli 94 saylı mütəxəssis rəyindən görünür ki, 1 ədəd hind quşunın qiyməti 60 manat, 11 ədəd hind quşunun qiyməti cəmi 660 (altı yüz altmış) manat, 5 ədəd «Brahma» cinsi toyuğun 1 ədədinin qiyməti 35 manat olmaqla 5 ədədinin qiyməti cəmi 175 (yüz yetmiş beş) manat, 4 ədəd toyuğun hər birinin qiyməti 15 manat olmaqla, 4 ədəd toyuğun qiyməti 60 manat müəyyən edilir. Ümumi məbləğ 895 (səkkiz yüz doxsan beş) manatdır. Odur ki, Əmlakın qiymətləndirilməsi "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli 94 saylı mütəxəssis rəyi sübut kimi tanınması qərara alınmışdır (iş vər.252-260); Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2009-cu il təvəllüdlü Dünyamin, xx.xx.2011-ci il təvəllüdlü Turanə, xx.xx.2013-cü il təvəllüdlü Brilyant, xx.xx.2014-cü il təvəllüdlü Zöhrə, xx.xx.2015-ci il təvəllüdlü Əsna, xx.xx.2018-ci il təvəllüdlü Sənəm, xx.xx.2019-cu il təvəllüdlü Sənan və xx.xx.2024-cü il təvəllüdlü Aksana adlı doqquz azyaşlı uşağı vardır ( iş vər.312); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2 Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur onlara dəymiş ziyan ödənilmiş və heç bir şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 himayəsində yeddi azyaşlı uşağın olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər dəymiş ziyanın ödəməsini, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağın olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsini, Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində səkkiz azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (cinayətin residivi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs3 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (himayəsində azyaşlı uşaqlarnın olması, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsi) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (himayəsində azyaşlı uşaqlarnın olması, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsi) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (himayəsində azyaşlı uşaqlarnın olması, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsi) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə göstərdiyi 12 (on iki) saat, 30 (otuz) dəqiqə, Müdafiəçi3 məhkəmədə göstərdiyi 17 (on yeddi) saat, Müdafiəçi1 məhkəmədə göstərdiyi 10 (on) saat, 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 75 (yetmiş beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və 63 (atmış üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan həbsdə olan məhkum hökmü aldığı vaxtdan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-42/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-42/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver