Məhkəmə qərarları › İş №1(039)-43/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-43/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-43/2021 04.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Yevlax rayonu Kövər kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax rayonunun Kövər kəndində əkin sahələrinə gedən torpaq yolda, aralarında əvvəlcədən torpaq sahəsi ilə bağlı mübahisələri olan, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs ilə sonuncunun atası Şahid1 ona torpaq sahəsinə görə həmin günü baş vermiş mübahisə zamanı söyməsini deyərək aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan istintaqla müəyyən edilməyən çomaq ağacı ilə Zərərçəkmiş şəxs sol göz və baş nahiyyələrindən bir neçə dəfə qəsdən vurub ona sol gözün ağlı qişasının bayır bucağına qansızma, sol gözaltı nahiyyənin qançırı xəsarətləri ilə müşayiət olunan, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri və sol gicgah nahiyyəsinin qançırı, sol təpə qabarının şişkinliyi xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində o, mal-qaranı yaşadığı ünvana gətirmək üçün oğlanları Hümbət və Amili sahəyə göndərmişdir. Saat 17:00 radələrində mal-qaranı gətirməkdə oğlanlarına kömək etmək məqsədi ilə o, yaşadığı evdən çıxıb piyada olaraq yolla sahəyə tərəf getmişdir. O, oğlanlarının mal-qaranı sahədən yaşadığı ünvan istiqamətində gətirdiklərini görmüşdür. Zərərçəkmiş şəxsin atası Cəfər torpaq sahəsində olmuşdur. Oğlanları Hümbət və Amil Cəfərin yaxınlığından keçərkən o, təxminən 60-70 metr məsafədən Cəfərin oğlanlarına hansısa söz dediyini görmüşdür. Lakin, o, Cəfərin oğlanlarına hansı söz dediyini eşitməmişdir. Bundan sonra Cəfər üzünü ona tutub “sənnənəm e” demişdir. Cəfər ona “it oğlu yolu da kəsib” demişdir. O, da Cəfərə “it oğlu da sənsən, it də sənsən” demişdir. Cəfər ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, istifadə etdiyi mobil telefonla Elxanın istifadə etdiyi mobil telefona zəng etmişdir. O, Elxana “dədən bizi söyüb batırır, gəl dədənin ağzından çıxan sözlərə yiyəlik elə” demişdir. O, Elxandan müsbət cavab gözlədiyi halda, əksinə olaraq sonuncu ona nalayiq söyüş söyərək atasının yaxşı edib onu söydüyünü demişdir. O, oğlanları Hümbət və Amillə birlikdə mal-qaranı yaşadığı ev istiqamətdə aparmaqla yoluna davam etmişdir. Bir neçə dəqiqə sonra Elxanın yaşadığı evdən çıxıb piyada olaraq yolla sahəyə tərəf gəldiyini görmüşdür. Evdən sahəyə doğru təxminən 150-200 metr məsafədə yolda onunla qarşılaşmışdır. Bu zaman Elxan onu, o da Elxanı vuraraq bir-birilərinə xəsarət yetirmişlər. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində onun atası Cəfər otlaq sahəsində olmuş heyvanların yanına getmək üçün yaşadığı evdən çıxmışdır. Həmin gün saat 17 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonla onun istifadə etdiyi mobil telefona zəng etmişdir. O, zəngə cavab verib Kamillə danışmışdır. Kamil yüksək səslə ona “atanızı evdə saxlaya bilmirsiniz” demişdir. O, Kamildən nə baş verdiyini soruşmuşdur. Kamil ona “çıx bura” demişdir. O, Kamilin onun yaşadığı evin həyət darvazasının qarşı tərəfində olduğunu bilmişdir. Bundan sonra o, darvazadan yola çıxmışdır. O, Kamilin əlində çomaq ağacı olduğunu görmüşdür. Həmin vaxt onun anası və bacısı da evdən çıxaraq onun yanına gəlmişlər. Kamil ona “bu itinizi ayağınıza bağlaya bilmirsiniz” demişdir. O, Kamilin onun atası Cəfərə it dediyini başa düşmüşdür. O, Kamilə danışığına fikir verməsini, nə səbəbə onun atasına it deyib təhqir etdiyini demişdir. Bundan sonra Kamil ağacla onun baş, sol göz, qol və bel nahiyyələrindən bir neçə dəfə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 725 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sol gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasının bayır bucağına qansızması, sol gicgah nahiyyəsinin qançırı, sol təpə qabarının şişkinliyi küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.31-32); “qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər. 225-226); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (iş vər.78); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs oğlunun ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Zərərçəkmiş şəxs oğluna dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmiş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar