Məhkəmə qərarları › İş №1(039)-43/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-43/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-43/2022 22.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru əədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxslərin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 22 iyul 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, B.İmanov küçəsi, ev 28-də qeydiyyatda olan, Yevlax şəhəri, Pişəvəri küçəsi, ev 3-də yaşayan Təqsirləndirilən şəxs1 xx xxxx 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 25 iyul 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Pişəvəri küçəsi, ev 3-də mənzil 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 iyul 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri, Nizami prospekti ev 6 mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, İ.Bayramov küçəsi, 30 nömrəli evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq oradan 15 manat dəyərində olan bir ədəd arabanı, hər birinin ayrı-ayrılıqda qiyməti 40 manat olan iki ədəd 15 litr su tutumuna malik aliminum qazanları, 18 iyul 2021-ci il tarixdə saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə yenidən həmin evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs çardaq tikintisi üçün həyətdə saxladığı hər birinin ayrı-ayrılıqda qiyməti 60 manat olan metal borudan hazırlanmış beş ədəd çardaq dayaqlarını, hər birinin ayrı-ayrılıqda qiyməti 100 manat olan, 4,5 metr uzunluğunda, 12 sm enində dörd ədəd dəmir şvellerləri, 150 manat dəyərində 12 sm eni və 8 metr uzunluqda dəmir şvellerlərdən hazırlanmış bir ədəd çən dayaqlığını, həmçinin həyətdəki yardımçı tikilidə saxlanılan hər birinin ayrı-ayrılıqda qiyməti 25 manat olan iki ədəd aliminum su qablarını və 50 manat dəyərində 4 kq mis naqilləri vahid niyyətlə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1045 (min qırx beş) manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən vahid niyyətlə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 iyul 2021-ci il tarixdə saat 22 radələrində Yevlax şəhəri, Nizami prospekti ev 6 mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs məxsus Yevlax şəhəri, İ.Bayramov küçəsi, 30 nömrəli evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq oradan 15 manat dəyərində olan bir ədəd arabanı, hər birinin ayrı-ayrılıqda qiyməti 40 manat olan iki ədəd 15 litir su tutumuna malik aliminum qazanları, 18 iyul 2021-ci il tarixdə saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə yenidən həmin evin həyətinə giriş qapısını açıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs çardaq tikintisi üçün həyətdə saxladığı hər birinin ayrı-ayrılıqda qiyməti 60 manat olan metal borudan hazırlanmış beş ədəd çardaq dayaqlarını, hər birinin ayrı-ayrılıqda qiyməti 100 manat olan, 4,5 metr uzunluğunda, 12 sm enində dörd ədəd dəmir şvellerləri, 150 manat dəyərində 12 sm eni və 8 metr uzunluqda dəmir şvellerlərdən hazırlanmış bir ədəd çən dayaqlığını, həmçinin həyətdəki yardımçı tikilidə saxlanılan hər birinin ayrı-ayrılıqda qiyməti 25 manat olan iki ədəd aliminum su qablarını və 50 manat dəyərində 4 kq mis naqilləri vahid niyyətlə qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1045 (min qırx beş) manat dəyərində maddi ziyan vuraraq qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır və onunla əvvəl qonşu olmuşdur. Sonradan Alik şəhərdən ev alıb oraya köçərək orda yaşamağa başlamışdır. Arabir Alik gəlib evə baş çəksədə, evdə yaşayan olmamışdır. 17 iyul 2021-ci il tarixdə saat 22 radələrində qonşusu Eltunla görüşüb söhbət edərkən pulları olmadığı üçün oğurluq edib pul əldə edərək narkotik vasitə qəbul etmək qərarına gəlmişlər. Eltun ona Alikgilin evinin həyətinə girib oğurluq etməyi təklif etmiş və o da, razı olmuşdur. Eltunla birlikdə Alikgilin evinin həyətinə girmişlər. Evin həyətindən bir ədəd araba və iki ədəd 15 litr su tutan aliminum qazan götürüb evdən çıxmışlar. Həmin gecə götürdükləri əşyaları yaxınlıqda yaşayan Hümbət adlı şəxsə özlərinin olduğunu bildirərək 30 manata sataraq həmin pulu bölüb ayrılmışlar. O, pulun özünə aid hissəsin xərcləmişdir. 18 iyul 2021-ci il tarixdə saat 23 radələrində Eltunla yenidən Alikin evinin həyətinə girmişlər. Həyətdə əl damından iki ədəd 40 litir su tutan aliminum su qabını və 4 ədəd çardaq üçün fermanı birlikdə götürüb yaşadıqları binanın həyətinə gətirərək razılaşmışlar ki, səhər aparıb satsınlar. Sonra hərə öz evinə getmişdir. 19 iyul 2021-ci il tarixdə saat 07 radələrində həyətə çıxmış və Eltununda həyətdə olduğunu görmüşdür. Birlikdə mərkəzi bazarın yanına gedərək oradan «Muravey» markalı motoskleti idarə edən Əsəd adlı şəxsi saxladaraq yaşadıqları evə sürdümüşlər. Həyətdəki əşyaları ona göstərərək özlərinin olduğunu, pul lazım olduğu üçün satdıqlarını bildirmişlər. Sonra həmin əşyaları motoskletə yükləyərək Bərdə yolunda Şakir adlı metal qəbul edən şəxsin sexinə gedərək, həmin əşyaların özlərinə məxsus olduğunu bildirərək 70 manata Şakirə satmışlar. Puldan 10 manat Əsədə vermişlər, Əsəd onları şəhərin mərkəzində düşürtmüşdür. Ordan tanımadıqları taksi ilə Yevlax şəhəri, “Dəmir yolu” vağzalına gəlmişlər və Eltun taksi sürücüsünə 2 manat pul vermişdir. Bundan sonra qalan 58 manat pulun tən yarısını, yəni 29 manat pulu Eltun ona vermiş, qalan 29 manat isə Eltunda qalmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduqları ziyanı ödəmişlər. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Əvvəllər Aliklə qonşu olmuşlar. Sonradan Alik şəhərdən ev alıb oraya köçmüşdür. Arabir Alik evə baş çəksədə, evdə yaşayan olmamışdır. 17 iyul 2021-ci il tarixdə saat 22 radələrində qonşusu Şəhriyarla görüşmüşlər və pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Birlikdə Alikgilin həyətinə girmişlər, evin həyətindən bir ədəd araba və iki ədəd 15 litr su tutan aliminum qazan götürüb evdən çıxmışlar. Həmin gecə götürdükləri əşyaları yaxınlıqda yaşayan Hümbət adlı şəxsə qazanları 30 manata sataraq həmin pulu bölmüşlər. Alikgilin həyətində çardaq üçün hazır turbalar, aliminum su balonları olduğunu görmüşlər. 18 iyul 2021-ci il tarixdə saat 23 radələrində Şəhriyarla həyətdə görüşmüş, ona Alikin evindən yenə oğurluq edib pul əldə etməklərini demişdir. Şəhriyarda razı olmuş və birlikdə Alikin evinin həyətinə girmişlər. Həyətdəki əl damından iki ədəd 40 litr su tutan aliminum su qabın və 4 ədəd çardaq üçün fermanı birlikdə götürüb yaşadıqları binanın həyətinə gətirərək razılaşmışlar ki, səhər aparıb satsınlar. Gecəni yatmış, 19 iyul 2021-ci il tarixdə saat 07 radələrində həyətə çıxmış və Şəhriyarında həyətdə olduğunu görmüşdür. Birlikdə mərkəzi bazarın yanına gedərək oradan «Muravey» markalı motoskleti idarə edən Əsəd adlı şəxsi saxladaraq yaşadıqları evə sürdümüşlər. Həyətdəki əşyaları ona göstərərək özlərinin olduğunu, pul lazım olduğu üçün satdıqlarını bildirmişlər. Sonra həmin əşyaları motoskletə yükləyərək Bərdə yolunda Şakir adlı metal qəbul edən şəxsin sexinə gedərək, həmin əşyaların özlərinə məxsus olduğunu bildirərək 70 manata Şakirə satmışlar. Puldan 10 manat Əsədə vermişlər, Əsəd onları şəhərin mərkəzində düşürmüşdür. Orda tanımadığı taksi ilə Yevlax şəhəri “Dəmir yolu” vağzalına getmişlər. Orada taksidən düşərək sürücüyə 2 manat pul vermişdir. Bundan sonra qalan 58 manat pulun tən yarısını, yəni 29 manat pulu Şəhriyara vermiş, qalan 29 manatın isə özü götürmüşdür. Bundan sonra Şəhriyar ondan aralanıb getmişdir. Səhəri gün eşitmişdir ki, Alik şikayət etmiş və onların oğurluq etdiyin polis əməkdaşları bilmişdir. Ona görə onları polis şöbəsinə aparmışlar. Törətdiyi əməldən səmimi olaraq peşmandır. Hazırda Zərərçəkmiş şəxs vurmuş olduqları ziyanı ödəmişlər. Məhkəmədə son sözündə əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində iki azyaçlı uşağının olmasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax şəhəri, Nizami prospekti ev 6 mənzil 3-də yaşasada, Yevlax şəhəri, İ.Bayramov küçəsi, 30 nömrəli evdə anası yaşayır. Anası yıxılıb xəsarət aldığına görə köçüb onunla yaşamağa başlamışdır. Anasının qaldığı evdə yaşayan olmasada o, mütamadi olaraq evə gedib nəzarət etmişdir. Həmin evdə olan əşyalar ona məxsus olmuşdur. 17 iyul 2021-ci il tarixdə evə getmiş, evdə bütün əşyalar yerində olmuşdur. 19 iyul 2021-ci il tarixdə saat 10 radələrində yenidən evə gedib baxarkən görmüşdür ki, çardaq düzəldirmək üçün matal borudan hazırladığı qiyməti 60 manata olan 5 ədəd dayaqlıq, hər birin qiyməti 100 manata olan 4,5 metir uzunluğunda, eni isə 12 sm olan 4 ədəd şvellerlərin və bir ədəd 150 manat dəyərində 12 sm şivellerdən düzəltdirdiyi su çəninin altlığının, bir ədəd 45 manat dəyərində araba, 80 manat dəyərində 2 ədəd 15 litr su tutan ailiminum qazanların oğurlandığını görmüşdür. Lakin evə kimin girib oğurluq etdiyini axtarsada tapa bilməmişdir. 20 iyul 2022-ci il tarixdə polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan bilmişdir ki, həyətindən oğurluğu tanıdığı Eltun və Şəhriyar etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və onlardan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus «Muravey» markalı motoskleti var. Həmin motoskletlə yük daşımaqla məşğuldur. 19 iyul 2021-ci il tarixdə saat 07 radələrində idarə etdiyi motoskletlə Yevlax şəhər mərkəzi bazara gedərkən bazarın yaxınlığında sonradan tanıdığı Eltun və Şəhriyar adlı şəxs onu saxladaraq qapılarında yük olduğunu və həmin yükü metal qəbul edən məntəqəyə aparmasını demişlər. O, da razı olub Şəhriyargillə birlikdə dedilkəri ünvana getmişdir. Həyətdən çardaq dayaqların və aliminum su qabların motoskletə yükləmişlər. Sonra həmin yükü Yevlax şəhəri, H.Əliyev prospektində Bərdə yolunun sağ kənarında yerləşən metal qəbul edən sexə aparmışlar. Sexdə onlar əşyaların özlərinə məxsus olduğunu və pul lazım olduğu üçün satdıqlarını demişdir. Əşyaları orada satdıqdan sonra Eltun ona 10 manat vermiş və onlar motoskletə minib şəhərə gələrkən yolda düşmüşlər. Sonradan bilmişdir ki, Eltun və Şəhriyar həmin əşyaları oğurlayıb satmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhəri, İ.Bayramov küçəsi, 28 saylı evinin həyətində metal qəbulu və işlənmiş materialları qəbul etməklə məşğuldur. 17 iyul 2021-ci il tarixdə saat 21 radələrində evdə olarkən tanıdığı Eltun və Şəhriyar əl arabası ilə iki ədəd əzilmiş formada 15 litr su tutan ailiminum qazanları gətirərək özlərinə məxsus olduğunu və pul lazım olduğu üçün satdıqlarını demişlər. O, həmin qazanlara baxmış ümumilikdə 30 manata onlardan almışdır. Sonradan bilmişdir ki, Eltun və Şəhriyar həmin qazanları və arabanı oğurlayıb ona satmışdır. Həmin qazanları təhvil verdiyi malların içərisində yola saldığına görə həmin əşyaları araşdırmaya təqdim edə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2021-ci il tarixli 9/5498 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 ədəd istifadədə olmuş, fotoşəkli təqdim edilmiş 40 litr su tutan aliminum su qablarının (bidon) 2021-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 50 (2x25) manat, bir ədəd işlənmiş araba-15 manat müəyyən olunur. 5 ədəd metal borudan hazırlanmış çardaq dayaqlarının, 4 ədəd 4,5 metr uzunluğunda 12 sm enində dəmir şvellərlərin, 12 sm eni və 8 metr uzunluqda dəmir şvellerlərin, 2 ədəd 15 litr su tutan aliminum qazanların divarının qalınlığı və ya kütlələri, 4 kq mis naqilin göstəriciləri (markası, modeli, diametri, uzunluğu və sair) məlum olmadığından qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, Tərtər Hərbi Məhkəməsinin 17.06.2015-ci il tarixli, 1(098)-157/2015 saylı hökmü ilə 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, 1835 nömrəli məktubdan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 17.06.2015-ci il tarixli, 1(098)-157/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəriməni 02.11.2015-ci il tarixdə dövlət nəfinə ödəmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 20 iyul 2021-ci il tarixdə saat 18.05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 22 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən şübhəli şəxs qismində tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 23 iyul 2021-ci il tarixdə saat 20.55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 25 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yevlax şəhər İHB-nın 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2011-ci il təvəllüdlü Elşən və 2013-cü il təvəllüdlü Elman adlı iki azyaşlı uşağı var. Cinayət işində olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyinə görə, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin göstərilən əməli törətməkdə təqsirli olmaları özlərinin etiraf ifadələrindən başqa zərərçəkmiş şəxs, şahid ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə onlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, onların zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmələri və zərərçəkmiş şəxslə barışıq əldə etmələri CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməllərindən səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 az ağır cinayət törətmələrini, onların cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 4 ədəd çardaq dayağı və 2 ədəd aliminum su qabı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Pişəvəri küçəsi, 3 saylı evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, Pişəvəri küçəsi, ev 3, 6 saylı evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 4 ədəd çardaq dayağı və 2 ədəd aliminum su qabı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İşdə olan 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar