Məhkəmə qərarları › İş №1(039)-43/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-43/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-43/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi X3 iştirakı ilə xx xxxxxx 1977-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri R.Behbudov küçəsi 58də qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını qəsdən yandırmaqla məhv edərək zərərçəkmiş şəxsə küllü miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə ilə əlaqədar ailə üzvlərinin evdə olmadığını bilərək, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə ünvan 2 saylı binanın beşinçi mərtəbəsində yerləşən 39 saylı mənzili içərisində olan əşyalarla birlikdə alov vuraraq yandırmaq üçün evdə olan kiçik ölçülü maye qaz balonunu yandırıb mənzilin eyvanında yanğın hadisəsi törətmiş, daha sonra özü mənzili tərk edib çıxıb getmiş, onun mənzildə törətdiyi yanğın hadisəsi nəticəsində Zərərçəkmiş şəxs cəmi 1500 manat dəyərində ziyan vurmuşdur. Eyni zamanda binanın dam örtüyü tamamilə yanıb məhv olmaqla Yevlax şəhər 1 saylı Mənzil İstismar Sahəsinə 124.811,29 (yüz iyirmi dörd min səkkiz yüz on bir manat, iyirmi doqquz qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən özgənin külli miqdarda əmlakını yandırmaqla məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, O, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan qaz balonunu üzərində olan kibritlə yandıraraq yaşadıqları evin eyvanına atmış və özü evdən çıxmışdır. Daha sonra həmin yerə polis əməkdaşları və yanğın söndürən briqadaları gəlmişlər. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, polis əməkdaşlarına etiraf edərək yanğın hadisəsini özünün törətdiyini etiraf etmişdir. O, yaşadığı mənzildə yanğını həyat yoldaşından qisas almaq üçün törətmişdir. O, əsəbi və spirtli içkinin təsirindən belə bir hərəkət etmişdir. Məhkəmədən əməlini səmimi etiraf edib peşman olmasını və Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilən X5 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Murad Ələsgərov yaşadığı mənzildə yanğın hadisəsi törətmiş və yanğın nəticəsində nümayəndəsi olduğu Zərərçəkmiş şəxs aid olan əşyalar yanaraq yararsız vəziyyətə düşmüşdür. Belə ki, baş vermiş yanğın nəticəsində ümumi olaraq Lamiyəyə məxsus olan mətbəxdə istifadə olunan 1 ədəd 150 manat dəyərində mətbəx qaz sobası, 1 ədəd 500 manat dəyərində “BEKO” markalı soyuducu, 1 ədəd 100 manat dəyərində stol, 150 manat dəyərində qazan dəsti, 300 manat dəyərində müxtəlif formalı mətbəx qabları, çəngəl-bıçaq dəsti, stəkan-nəlbəki dəsti, mənzilin eyvan hissəsinin plastik materialdan hazırlanmış 300 manat dəyərində plastik pəncərəsinin yanması nəticəsində ona cəmi 1500 manat dəyərində manat dəyərinə maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək nümayəndəsi olduğu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində işləyir. İşlədiyi Mənzil Təmir İstismar sahəsinin balansında təxminən 45 ədəd çox mənzilli yaşayış binası vardır ki, həmin binalardan biri də ünvan 1 ünvanında yerləşən, əvvəllər yunun ilkin emalı fabrikinin balansında olmuş, 4 blokdan ibarət, 115 ailə yaşayan, 398 nəfər qeydiyyatda olan yataqxana tipli binadır. Binanın fasad və dam örtüyündə son zamanlar təmir işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində qeyd edilən binanın 5-ci mərtəbəsində yerləşən mənzillərdən birində baş vermiş yanğın hadisəsi nəticəsində ümumi yaşayış binasının 5-ci mərtəbəsində olan mənzillərin seyvan hissələri və təxminən 1300 kv/metrə yaxın dam örtüyü tam yanaraq yararsız hala düşmüşdür. Binanın yanması nəticəsində ilkin təxmini hesablamalara görə Yevlax şəhər 1 saylı Mənzil İstismar sahəsinə təxmini hesablama ilə 154.000 (yüz əlli dörd min) manatdan artıq maddi ziyan dəymişdir. Məhkəmədən Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinə dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduqlarının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Yevlax DYM-nin manqa komandiri baş çavuş vəzifəsində işləyir. xx.xx.2022-ci saat təxminən 18 radələrində xidmətdə olarkən ünvan 2 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin ünvana catdıqda binanın 5-ci mərtəbəsində yerləşən mənzilləridən birindən yüksək yanğın hadisəsi baş verməsini görmüşlər. Onlar dərhal yaşayış binasına qalxaraq baş vermiş yanğın hadisəsinin qarşısını almağa yanan otağı söndürməyə və həmin binada yaşayan insanların təxriyyə olunmasına köməklik göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Mehdi oğlu ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci saat təxminən 18 radələrində xidmətdə olarkən ünvan 2 ünvanında yerləşən yaşayış binasında yanğın hadisəsi baş verdiyi barədə məlumat daxil olmuşdur. Onunla birlikdə xidmətdə olan polis əməkdaşları ilə birlikdə qeyd edilən ünvana getmişlər, onlar həmin ünvana catdıqda həmin vaxt binanın 5-ci mərtəbəsində yerləşən mənzilləridən birindən yüksək yanğın hadisəsi baş verməsini görmüşlər. Onlar dərhal yaşayış binasına qalxaraq baş vermiş yanğın hadisəsinin qarşısını almağa orda olan qonşulardan su götürərək yanan otağı söndürməyə və həmin binada yaşayan insanların təxriyyə olunmasına köməklik göstərmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 17 oktyabr 2022-ci il tarixli, 10/53xx-xx/5379 nömrəli ekspertiza rəyindən görünür ki, Yevlax şəhər 1 saylı Mənzil İstismar sahəsinin balansında olan beş mərtəbəli çox mənzilli yataqxana binasında baş vermiş yanğının mənbəyi, binanın beşinci mərtəbəsinin 39 saylı mənzilinin eyvanında olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏQ-227/2022 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış təhlillərə və hesablamalara əsasən Yevlax şəhəri Qanboy Quliyev küçəsi 3 “A” ünvanında yerləşən, ünvan 3 1380 kv.m-dən ibarət, beş mərtəbəli yataqxana tipli yaşayış binasının dam örtüyünün yenidən quraşdırılması üçün təmir işlərinin görülməsində istifadə olunacaq tikinti materiallarına çəkiləcək xərclərin və təmir işlərinin görülməsində ustaya fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin miqdarı xərc yanaşması metodu ilə real bazar dəyərinin müəyyən edilməsi üçün ərazi üzrə monitorinq təşkil edilərək qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xərc yanaşması metodu ilə aparılmışdır. Ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Monitorinq bazasında toplanan və fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Beləliklə, Yevlax şəhəri Qanboy Quliyev küçəsi 3 “A” ünvanında yerləşən, ünvan 3 1380 kv.m-dən ibarət, beş mərtəbəli yataqxana tipli yaşayış binasının dam örtüyünün yenidən quraşdırılması üçün təmir işlərinin görülməsində istifadə olunacaq tikinti materiallarına çəkiləcək xərclərin və təmir işlərinin görülməsində ustaya fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin miqdarı xərc yanaşması metodu ilə 2022-ci ilin avqust ayına real bazar dəyəri 124.811,29 ( yüz iyirmi dörd min səkkiz yüz on bir manat, iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ƏQ-242/2022 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış təhlillərə və hesablamalara əsasən Yevlax şəhəri Qanboy Quliyev küçəsi 3 “A” ünvanında yerləşən,39 saylı mənzildə Zərərçəkmiş şəxs məxsus 1 ədəd 150 manat dəyərində mətbəx qaz sobası, 1 ədəd 500 manat dəyərində “BEKO” markalı soyuducu, 1 ədəd 100 manat dəyərində stol, 150 manat dəyərində qazan dəsti, 300 manat dəyərində müxtəlif formalı mətbəx qabları, çəngəl-bıçaq dəsti, stəkan-nəlbəki dəsti, mənzilin eyvan hissəsinin plastik materialdan hazırlanmış 300 manat dəyərində plastik pəncərəsinin yanması nəticəsində Zərərçəkmiş şəxs cəmi 1500 (bir min beş yüz) manat dəyərində maddi ziyan dəyməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sərxoşluq vəziyyətinin müayinə olunmasına dair xx.xx.2022-ci il tarixli 174 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs yanğın hadisəsini törədən zamanı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 5 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 380 nömrəli arayışdan görünür ki, Əliyev X6 şəhəri Qanboy Quliyev küçəsi 3 “A” 39 saylı ünvanında yaşayır və Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 5 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarazterizə olunmasına dair məlumatlar daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 avqust 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti qəsdən törətməsini, törətdiyi cinayət nəticəsində həmin binada yaşayan çoxsaylı sakinlərin evlərindən məcburi təxliyyə olunmalarını və təhlükəyə məruz qalmalarını, eyni zamanda digər zərərçəkmiş şəxs 1 saylı Mənzil Təmir İstismar sahəsinə dəymiş külli miqdarda ziyanı ödəməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 9-cu bəndinə əsasən CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Həmin Qərarın 24-cü bəndinə əsasən CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 09 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 255 (iki yüz əlli beş) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Fərhad oğluna ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 255 (iki yüz əlli beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Fərhad oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar