Məhkəmə qərarları › İş №1(039)-43/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-43/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-43/2024 25.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməşi Kuku (Nəsirova) Leyla Heydər qızının, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olna, ünvan 2ndə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1.46 qram və 1.61 qram olmaqla ümumi çəkisi 3.07 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 15 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.027 qram, 0.060 qram, 0.045 qram, 0.074 qram, 0.052 qram, 0.048 qram, 0.057 qram, 0.050 qram, 0.051 qram, 0.036 qram, 0.031 qram, 0.039 qram, 0.032 qram, 0.021 qram və 0.020 qram olmaqla cəmi çəkiləri 0.643 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,040 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə etməklə əlində gəzdirdiyi ağ rəngli çantanın içərisində saxlamış və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00-da narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax şəhəri, 31-ci məhəllədə Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində orada həmin gün saat 17:55-dən 18:40-dək olan müddət ərzində müdafiəçinin, tərcüməçinin iştirakları ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində Təqsirləndirilən şəxs əlində olan ağ rəngli çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1.46 qram və 1.61 qram olmaqla ümumi çəkisi 3.07 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 15 ədəd kağız bükümlərdə ümumi çəkiləri 0.643 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,040 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib-qablaşdırılaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü, yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Sosial şəbəkədə tanış olduğu İranlı Baba adlı şəxsə onlayn qaydada 70 manat pul ödəyərək dərman kimi istifadə etməyə narkotik vasitə sifariş vermişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 11 radələrində Bakı şəhərində Ayna Sultanova adlanan ərazidən telefonla görüntülü danışa danışa gedib götürmüşdür. Götürdüyü narkotik vasitəni kibrid qutularına və gümüşü rəngli kağızlara bükümlərə bölərək gündəlik istifdə etmək üçün ağ rəngli çantasına qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Yevlax şəhəri 31-ci məhəllədə piyada gəzən zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Polislər ona üzərində narkotik vasitə olmasından şübhəli olduğunu bildirərək onu Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər və birlikdə polis şöbəsinə gəlmişlər. Yevlax rayon polis şöbəsində olan zaman təhqiqatçı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək vəkillərin siyahısını təqdim etmiş, həmin siyahıdan vəkil Müdafiəçi seçdiyindən təhqiqatçı vəkil Müdafiəçi polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmişdir. Həmin vaxt bir nəfər polis əməkdaşı da videokamera vasitəsi ilə çəkiliş aparımışdır. Təhqiqatçı ona üzərindəki əşyaları təqdim etməyini bildirmişdir. Həmin vaxt o, ağ rəngli çantasında olan 02 ədəd kibrid qutusunda olan qurudulmuş marixuananı, sarı rəngli kapron qutunun işərisində olan 16 ədəd gümüşü ağ rəngli kağızlara bükülmüş metamfetamin və heroinləri, özü istifadə etdiyi içərisində ***-***-**-** və ***-***-**-** nömrələri olan “İnfinix” markalı mobil telefonu təqdim etmişdir. Həmin 02 ədəd kibrid qutusuna baxış zamanı onun içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr 01 ədəd gümüşü rəngli kağızın içərisindən psixotrop maddə olan metanfetaminə bənzər kütlə və 15 ədəd gümüşü rəngli ağ kağıza bükülmüş bükülülərin içərisindən narkotik vasitə heroinə bənzər kütlələr olması aşkar edildi. Ona hüqüq və vəzifələri izah edilmiş, müdafiəçinin və tərcüməçinin iştirakı ilə vidioçəkilişlə baxış keçirilmişdir. Aşkar edilmiş narkotik vasitə olan kütlələr və 01 ədəd mobil telefon qablaşdırılaraq möhürlənmiş və imzaları ilə təsdiq olundmuşdur. Həmçinin onun üzərində narkotik vasitə və psixotrop maddələr olmasından heç kimin məlumatı olmamışdır. O, özü də bu haqda hər hansı bir şəxsə məlumat verməmişdir. O, narkotik vasitə olan heroini, marixuanaı və psixotrop maddə olan metamfetamini təkbaşına əldə etmiş və təkbaşına saxlamışdır. O, hər hansı bir şəxslə qabaqcadan əlbir olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olan zaman polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini, qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini üzərində istifadə etmək məqsədi ilə saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmayıb, özü istifadə etmək üçün narkotik vasitə əldə etsə də, heç vaxt onları satmaq niyyəti olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması, istehlakı və satışı ilə məşğul olması barədə 14 noyabr 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Müvafiq əmrlə onun, Yevlax rayon polis şöbəsinin TH-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X9 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. O, həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri 31-ci məhəlləyə getmiş, orada Liliyanı görərək ona yaxınlaşmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, istehlakı və satışı ilə məşğul olması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə şəxi axtarışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. Liliyanın xahişini nəzərə alaraq onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Rüstəm Həsənova təhvil vermişlər. Bundan sonra vəkil Müdafiəçi və tərcüməçi X19 rayon polis şöbəsinə dəvət edilmişdir. Rüstəm Həsənov tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, xidməti iş otağında onun, X11, tərcüməçi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ağ rəngli çantasından satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı – 02 ədəd kibrit qutularında olan marixuananı, 16 ədəd gümüşü rəngli kağızlara bükülmüş şüşə və kakosları və mobil telefonu təqdim etmişdir. Sorğu sual zamanı sonuncu həmin bükülülərin narkotik vasitə olan nəyşə, şüşə və kakos olduğunu, sosial şəbəkədə tanış olduğu İranlı Baba adlı şəxsə 70 manat pul ödəyərək dərman kimi istifadə etmək üçün sifariş verdiyini, 13 noyabr 2023-cü il tarixdə Bakı şəhərində Ayna Sultanova adlanan ərazidən telefonla görüntülü danışa-danışa gedib götürdüyünü və həmin narkotik vasitəsini azaltmaq üçün kibrit qutularına və gümüşü rəngli kağızlara bükümlərə bölərək gündəlik istifadə etmək üçün çantasına qoyduğunu, 14 noyabr 2023-cü il tarixdə polis əməkdaşlarını görən zaman qorxduğunu və bu zaman polis əməkdaşlarının ona yaxınlaşdığını və özünü şübhəli apardığı üçün onu Yevlax RPŞ-nin əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-yə gətirdiklərini bildirmişdir. Aşkar olunan 2 kibrit qutusunda olan qurudulmuş marixuananın elektron tərəzidə çəkdikdə ümumi çəkisi 8 qram, 15 bükümdə olan kakosların elektron tərəzidə çəkdikdə ümumi çəkisinin 1.32 qram və 01 ədəd bükümdə olan şüşə adlanan ağ rəngdə olan narkotik vasitəni elektron tərəzidə çəkdikdə ümumi çəkisinin 0,11 qram olması müəyyən edilmiş, bükülülərin narkotik vasitə olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunması üçün həmin əşyalar bir ədəd zərfdə qablaşdırılaraq, üzərində qeydiyyat aparıldı və hər zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürləri yapışdırıldı. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Yevlax rayon polis şöbəsinin TH-nin polis nəfəri Şahid2 həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bildirərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 20-21); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ağ rəngli çantasından 2 ədəd kibrid qurusunu, içərisində 16 ədəd gümüşü bükümlərolan sarı rəngli kaprpn qutunu aşkar olunaraq götürülmüşdür (müvafiq DVD disk əlavə olunub).(iş vər. 27-34); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/787 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs çantasından götürülmüş qurudulmuş marixuanaya bənzər kütlələr sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 02(iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 1.46 qram və 1.61 qram, ümumi çəkiləri-3.07 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış,narkotik vasitə-qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş, üzərində “ Yevlax şəhər sakini Təqsirləndirilən şəxs çantasından götürülmüş heroinə bənzər kütlələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 15 (on beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.027qr., 0.060qr., 0.045qr., 0.074qr., 0.052qr., 0.048qr., 0.057qr., 0.050qr., 0.051qr., 0.036qr., 0.031qr., 0.039qr., 0.032qr., 0.021qr., və 0.020qr., ümumi çəkiləri-0.643qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir Tədqiqata təqdim edilmiş üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs çantasından götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə.” sİstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş 15 özləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi -0.40 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Marixuana(kannabis) və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Marixuanaların ümumi təmiz çəkisi- 3,07 qram tədqiqata sərf edildi- 0,10 qram, (hər ob-0.05) qalıq- 2,97 qram. Heroinlərin ümumi çəkisi- 0,643 qram tədqiqata sərf edildi- 0,150 qram, (hər ob-0,150) qalıq- 0,493 qram və Marixuanaların ümumi təmiz çəkisi- 0,040 qram tədqiqata sərf edildi- 0,020 qram, qalıq- 0,020 qram Aparılmış ekspertiza tədqiqatının dəyəri 103.65 manatdır. (iş vər.52-55); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (iş vər. 84-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 326.2,66.3 və 67ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı dəyişdirilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təyin edilmiş 07 il müddəti 06 il 06 aya endirilmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixlim qərarı ilə AR CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərəki azad edilmişdir.(iş vər. 103-104); Yevlax rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır.(iş vər 110); Yevlax şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-Təmir İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 3 ünvanda yaşayır və ailə üzvləri oğlu 2008-ci il təvəllüdlü X5 və qızı 2019-cu il təvəllüdlü X4r.(iş vər.120); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(039)-159/2023 saylı qərarı ilə 10 avqust 2023-ci il tarixdən 15 noyabr 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrənin sahibinin şəxsiyyəti, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti, yaşayış yerləri, göndərilən və daxil olan SMS-lərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən əks etdirən Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2023-cü il tarixli 3-13-117/2-21442/23 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə X13 məxsusdur, lakin ***-***-**-** saylı mobil nömrə isə Təqsirləndirilən şəxs özünə məxsusdur. Baxış zamanı müəyyən edilmişdirki, X13 məxsus lakin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 00:05-də X12 məxsus ***-***-**-** saylı mobil nömrədən “ay samirə bunun 5.10 manatı var deyir düzəlmirsə iş dalınca gedirik xəbər ver başqa yerə gedək” məzmunlu mesaj, xx.xx.2023cü il tarixdə saat 03:01-də X10 məxsus ***-***-**-** saylı mobil nömrədən “salam samirə belke iki uç dənə siqət ola varsa vizivdan zadan atda” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 23:41-də X2 məxsus ***-***-**-** saylı mobil nömrədən “Qüzüm 6 kola ele. 3 pati yaxşı pencereden at mənə” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 16:36-da X14 məxsus ***-***-**-** saylı mobil nömrədən “Dərman gəlir məzələnirsən sən” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 23:12-də Cümşüd Əyyubluya məxsus ***- ***-**-** saylı mobil nömrədən “Salam bexdiyar ordadısa deyin eyyub deyir məni yığsın olar” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat18:16-də X12 məxsus ***-***-**-** saylı mobil nömrədən “nəsə var 10 manat var” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 23:54-də X15 məxsus saylı mobil nömrədən “ nolar bir söz de düzəlir sendə bidene xeber elede qadanalim” məzmunlu mesaj, xx.xx.2023-cü il tarixdə saat 05:04-də X6 məxsus ***- ***-**-** saylı mobil nömrədən Elində biraz nese var verirsen başqalarına. Mənə yalanan deyirsen he” məzmunlu mesajlar göndərildiyi müəyyən edilmişdir.(iş vər.129-131); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 58 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəlyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görürlür. (iş vər.138); Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 02 ədəd kibrit qutularında olan tədqiqatdan qalan 2.97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 15 ədəd kağız bükümlərdə 0.493 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd kağız bükümdə 0.020 qram olan metamfetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vər.158-171); “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 14-cu bəndində göstərilmişdir ki, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi özünümüdafiə xarakteri daşımaqla məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 160.1-ci maddəsinə əsasən Valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, himayəsinə iki azyaşlı uşağın olması, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs övladı xx.xx.2019-cu il təvəllüdlü X1 şəhər İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təhvil verilməli (CM-160.1), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələri qurudulmuş marixuana, heroini və metamfetaminin qalığı məhv edilməli, (müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sergeyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs Sergeyeva məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs Sergeyeva barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sergeyeva yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs övladı xx.xx.2019-cu il təvəllüdlü X1 şəhər İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təhvil verilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 02 ədəd kibrit qutularında olan tədqiqatdan qalan 2.97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 15 ədəd kağız bükümlərdə 0.493 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd kağız bükümdə 0.020 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və maddi sübutların götürülməsi əks etdirən 01 ədəd, habelə müvafiq telefon danışıqlarının olması əks olunmuş 01 ədəd – cəmi 02 ədəd CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 103 (bir yüz üç) manat 65 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi və tərcüməçiyə 10 (on) saata görə ödəniləcək haqq Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və 60 (altmış) manat tərcüməçi Kuku (Nəsirova) Leyla Heydər qızına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar