Məhkəmə qərarları › İş №1(039)-44/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-44/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-44/2020 02.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi X6 Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Yevlax rayonu, Əkşəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Əkşəm kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özündən on yaş kiçik olan xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan 15 yaşlı Zərərçəkmiş şəxs ilə, xx xxxxxx 2019-cu il tarixdə 16 yaşına çatmadığını bildiyi halda onunla evlənərək faktiki nikah münasibətlərinə girmiş və 2019-cu il dekabrın 10-dək olan müddətdə, Yevlax rayonu Əkşəm kəndindəki evində onunla ər-arvad kimi yaşayaraq onunla mütəmadi olaraq cinsi əlaqədə olmuş və bu nikahdan 2019-cu il dekabrın 16-da Zərərçəkmiş şəxs 16-17 həftəlik hamilə qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki,arvadı Zərərçəkmiş şəxs atası ilə onun atası arasında dostluq münasibətləri olmuşdur. Onun atası 2010-cu ildə vəfat etdikdən sonra da onlar Turanəgillə əlaqəni kəsməmişlər və bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. Təxminən bir il bundan öncə Turanə ilə aralarında sevgi münasibətləri yaranmışdır. Bu səbəbdən də 2019-cu ilin mart ayında anasıgil Turanəgilə elçi getmiş və Turanənin atası Arif Turanənin onunla ailə həyatı qurmasına icazə vermişdir. Bundan sonra isə Turanə ilə aralarında nişan mərasimləri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə isə onun Yevlax rayonu, Əkşəm kəndində yaşadığı evin həyətində Turanə ilə toy mərasimləri olmuşdur. Toy axşamı həyat yoldaşı Turanə ilə Turanənin könüllü razılığı əsasında cinsi əlaqədə olmuşdur. Turanə onunla ailə həyatı quran zaman və Turanə ilə cinsi əlaqədə olan zaman Turanənin 16 yaşına çatmadığından xəbəri olmuşdur. Turanə ilə ər-arvad münasibətində olmasına baxmayaraq aralarında rəsmi nikahları yoxdur. Arvadı Turanə anası rəhmətə getdiyi üçün atası ilə tək qaldığından, atası Turanənin onunla evlənməsinə razılıq vermişdir. Təxminən iki ay olardı ki, Turanə hamilə idi. Son vaxtlar arvadı Turanə hamiləliklə bağlı narahatçılıq keçirtdiyi üçün, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında anası X13 şəhər mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmağı məsləhət görmüşlər. Bundan sonra anası Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Orada həkimlər arvadını müayinə etdikdən sonra 3 aylıq hamilə olduğunu bildirmişlər. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,əri Təqsirləndirilən şəxs ilə rəsmi olaraq nikahları yoxdur. İdrislə 2019-cu ildə tanış olmuşdur. Bir müddət sonra aralarında sevgi münasibətləri yaranmışdır. Həmin vaxt o, İdrisə 15 yaşını tamamladığını bildirmişdir. Ailələrinin onların arasında sevgi münasibətlərinin olmasından xəbəri olmuş və bununla əlaqədar ailələr arasında heç bir problem olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə İdrisin Yevlax rayonu, Əkşəm kəndində yaşadığı evdə onların toy mərasimləri olmuşdur. Toy mərasimində onun ailə üzvləri də iştirak etmişdir. O, toy gecəsi əri İdrisin yaşadığı mənzildə heç bir zor olmadan, könüllü olaraq İdrislə cinsi əlaqəyə girmişdir. Həmin vaxtdan sonra əri İdrisdən hamilə olduğunu bildirmişdir. Bu müddət ərzində də isə İdrislə könüllü olaraq öz razılığı ilə dəfələrlə cinsi əlaqədə olmuşdur. Hal-hazırda ailələr arasında münasibətlər çox yaxşıdır.xx xxxxxx 2019-cu il tarixdə hamiləliklə bağlı narahatçılıq olduğu üçün Yevlax şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Xəstəxanada ona 16-17 həftəlik hamilə olduğunu bildirmişlər. Məhkəmədən Təqsirləndirilən şəxsla birlikdə ailə kimi yaşadıqlarını, bir qız övladlarının olmasını və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, həyat yoldaşı 2006-cı ildə vəfat etmişdir. Həmin evlilikdən olan kiçik qızı Zərərçəkmiş şəxs 2019-cu ilin mart ayında el adəti ilə Yevlax rayonu, Əkşəm kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmaq üçün nişan mərasimi olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə isə qızı Turanə ilə İdrisin Yevlax rayonu, Əkşəm kəndində yaşadığı evdə toy mərasimləri olmuşdur. Həmin vaxtdan etibarən qızı Turanə ilə İdris ər arvad kimi yaşayır. İdrisin və ailəsinin qızı Turanənin azyaşlı olması, yəni 16 yaşına çatmaması barədə məlumatları olmuşdur. Hhəyat yoldaşı rəhmətə getdiyindən və qız övladlarını saxlamaqda çətinlik çəkdiyi üçün məcbur olub qızı Turanənin İdrislə ailə həyatı qurmasına özü razılıq vermişdir. Qızı Turanə ailə qurandan iki ay sonra onlara hamilə olduğunu bildirmişdir. Hal-hazırda ailələr arasında normal münasibətlər vardır. xx xxxxxx 2019-cu il tarixdə qızı Turanə hamiləliklə bağlı narahatçılıq keçirdiyi üçün qaynanası Turanəni Yevlax şəhər mərkəzi xəsttəxanasına aparmışdır. Xəstəxanada tibbi personal qızı Turanəyə 16- 17 həftəlik hamilə olduğunu bildirmişdir. Bu məlumat həmçinin Yevlax rayon mərkəzi xəstəxanası əməkdaşları tərəfindən rayon polis şöbəsinə ötürülmüşdür. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona yüngül zəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, atası Pərviz doqquz il olar ki, vəfat etmişdir. X14 sağ olduğu vaxt Turanənin atası Arif arasında dostluq münasibətləri olmuş və bir-birilərinin evlərinə gediş-gəlişləri olmuşdur. Atası vəfat etdikdən sonra buna baxmayaraq ailələr arasında münasibətlər kəsilməmişdir. X1 üçün 2019-cu ilin mart ayında anasıgil qardaşı İdris üçün Turanəgilə elçi getmiş və elçilik zamanı Turanənin atası X15 ailə həyatı qurmasına razılıq vermişdir. Bundan sonra Turanə ilə İdrisin arasında nişan mərasimi olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə isə yaşadıqları Yevlax rayonu, Əkşəm kəndində evin həyətində qardaşı İdrislə Turanənin toy mərasimləri olmuşdur. Anası gəlinləri Turanəni hamiləliklə bağlı xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Mingəçevirdə həkimlər Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmağı məsləhət gördükləri üçün anası qardaşı arvadı Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına gətirmişdir. Yevlax rayon mərkəzi xəstəxanasının həkimləri isə Turanəni müayinə etdikdən sonra 3 aylıq hamilə olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, qardaşı Pərviz Rəcəbov doqquz il olar ki, vəfat etmişdir. Qardaşının sağlığında Turanənin atası Arif ilə arasında dostluq münasibətləri, həmçininbir-birilərinin evlərinə gediş-gəlişləri olmuşdur. Qardaşı vəfat etdikdən sonra isə hər iki ailə arasında münasibətlər kəsilməmişdir. Qardaşı Pərvizin oğlu X2 üçün 2019-cu ilin mart ayında qardaşı arvadı İdris üçün Turanəgilə elçi getmiş və elçilik zamanı Turanənin atası X15 ailə həyatı qurmasına razılıq vermişdir. Bundan sonra Turanə ilə İdrisin arasında nişan mərasimi olmuşdur. Qardaşı Pərvizin arvadı gəlinləri Tunanəni hamiləliklə bağlı xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Mingəçevirdə həkimlər Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmağı məsləhət gördükləri üçün qardaşı arvadı Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmışdır. Yevlax rayon mərkəzi xəstəxanasının həkimləri isəTuranəni müayinə etdikdən sonra 3 aylıq hamilə olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, qaynı Pərviz doqquz il olar ki, vəfat etmişdir. Mərhum qaynı Pərvizin oğlu Təqsirləndirilən şəxs ailəsinin Zərərçəkmiş şəxs ailəsi ilə arasında ailəvi dostluq münasibəti olmuşdur. 2019-cu ilin mart ayında İdrisin anasıgil İdris üçün Turanəgilə elçi getmişdir. Elçilik zamanı Turanənin atası X15 ailə həyatı qurmasına icazə vermişdir və bundan sonra İdrislə Turanənin nişan mərasimləri olmuşdur. 2019-cu il avqustun 31-də qaynı oğlu X10 yaşadığı Yevlax rayonu, Əkşəm kəndində yaşadığı evin həyətində toy mərasimləri olmuşdur. Turanə hamiləliklə bağlı narahatçılıq keçirtdiyi üçün xx xxxxxx 2019-cu il tarixdə qaynanası Turanəni Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Mingəçevirdə həkimlər Turanəni Yevlax şəhər mərkəzi xəstəxanasına aparmağı məsləhət gördükləri üçün onlar Yevlax şəhər mərkəzi xəstəxanasına getmişlər. Yevlax rayon mərkəzi xəstəxanasının həkimləri isə Turanəni müayinə etdikdən sonra 3 aylıq hamilə olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AZE 11359 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Aerif qızı xx xxxxxx 2004cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1996-cı 2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx xxxxxx 2019-cu il tarixli 962 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən (14 gündən çoxdur). Zərərçəkmiş şəxs 16-17 həftəlik hamilədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, ailə münasibətlərində olmalarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, hal-hazırda birgə ailə münasibətində olmalarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanın şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar