Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-44/2021 03.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, E.Məmmədov küçəsi, 76 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 0,119 qram və 0,205 qram olmaqla ümumi təmiz çəkisi 0,324 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri Ə.Bayramov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 23:45 radələrində müdafıəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin ümumi təmiz çəkisi 0,324 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Yaşar Mustafayev məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:00-da Yevlax şəhəri, E.Məmmədov küçəsi ilə həmin küçədə yerləşən yaşadığı ev istiqamətində gedərkən yerdə bir ədəd kibrit qutusu görmüşdür. Kibrit qutusunu yerdən götürüb içinə baxdıqda içində iki ədəd gümüşü rəngli siqaret kağızından bükülü aşkar etmişdir. Bükülüləri açdıqda orada narkotik vasitə olan heroin olduğunu görmüşdür. Heroini özü sonradan istifadə etmək üçün kibrit qutusunu əynindəki şalvarın sol yan cibinə qoyaraq saxlamışdır. Həmin gün saat təxminən 22:30-da küçədə olarkən iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üstünə baxış keçirilmişdir. Bu zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunun içində iki ədəd bükümlərdə olan heroini aşkar olunaraq götürülmüşdür. Suallara cavab olaraq etiraf etmişdir ki, bükülüdə olan maddə narkotik vasitə olan heroindir, ona məxsusdur, özü istifadə etmək üçün cibində saxlamışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax RPŞ Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və evində saxlaması barədə Yevlax Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla şöbənin rəhbərliyinə müraciət etmiş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildikdən sonra xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 20:30-da əməliyyat qrupunun digər üzvləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Ə.Bayramov küçəsinə getmişlər. Bu zaman Yaşarın evlərinin yanında olduğunu görmüşlər. Yaşara yaxınlaşıb özlərini təqdim etmiş və ona onlarla polis şöbəsinə getməyi təklif etmişlər. Yaşar buna etiraz etməmiş və onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə baxış keçirilərkən Yaşarın əynindəki şalvarın sol yan cibindən bükülü aşkar edilmişdir. Yaşar bildirmişdir ki, bükülü ona məxsusdur, bükülünün içində olan maddə narkotik vasitə olan heroindir, bükülünü həmin gün günorta saatlarında küçədə yerdən tapmışdır. Narkotik vasitə tərəzidə çəkilmiş və sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər bu protokolu imzalamışlar. Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazılara baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın yan cibindən kibrit qutusunun, içində isə iki bükümün aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 17/598 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilmiş kütlələr...” sözləri yazılmış zərfin içindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,119 qram və 0,205 qram, ümumi təmiz çəkisi - 0,324 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. (səh.41) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 83 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs Vəkil oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.86) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadələri, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eləcə də səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Polis Şöbəsində saxlanılan 0,224 qram narkotik vasitə -heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili X1 istintaq müddəti üçün 240 manat və Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 48 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs oğlu yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,224 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 240 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili X1 və məhkəmə dövrü üçün 48 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-44/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-44/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver