Məhkəmə qərarları › İş №1(039)-45/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-45/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-45/2020 17.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1 maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3 maddəsinə müvafiq olaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76 maddəsinə əsasən 08 ay 02 ay vaxtından əvvəl şərti azad olunmuş, Yevlax rayonu Yəldili kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 01 fevral 2020ci il tarixdə, saat 17:00 radələrində keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı, qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi Yevlax şəhəri, C. Cabbarlı küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində saat 17:30-dan 17:43-dək olan müddətdə, müdafiəçi-vəkil iştirakı və video çəkiliş tətbiqi ilə keçirilmiş baxış-axtarış nəticəsində, onun əynindəki qara rəngli gödəkcənin sol yan cibində, istintaqa məlum olmayan mənbədən, vaxtda, şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etdiyi, 1 (bir) ədəd sellofan bükülüsündə saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə cəmi - 7,040 qram miqdarında tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara-sıra narkotik vasitə tiryək və heroindən istifadə edir. 01 fevral 2020-ci il tarixdə, səhər saatlarında, yaşadığı Yevlax şəhəri C. Cabbarlı küçəsində yerləşən yaşayış evlərinin qarşısında gəzişərkən yolun kənarından 1 ədəd ağ rəngli sellofan bükülü tapmışdır. Bükülünü açdıqda, içində qara rəngli, narkotik vasitə olan tiryəkə bənzər maddənin olduğunu görmüşdür və sonradan istifadə etmək üçün əynindəki qara rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Həmin gün, təxminən saat 17:00-da, yaşadığı küçə ilə piyada gedərkən, tanımadığı şəxslər ona yaxınlaşın özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş və onlarla birlikdə Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına getmişdir. Orada ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcəkdir. Buna da etiraz etməmişdir. Bu məqsədlə ona vəkil təqdim edilmiş və video çəkiliş aparmaqla üzərinə baxış keçirilmişdir. Üzərində olan digər əşyalarla birlikdə həmin gün səhər saatlarında tapdığı, içində narkotik vasitə olan bükülünü də təqdim etmiş və bu bükülün tapdığını, öz istifadəsi üçün saladığını bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax Rayon Polis Şöbəsində Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 fevral 2020-ci il tarixdə, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, yaşadığı Yevlax şəhəri, C. Cabbarlı küçəsinə olduğunu müəyyən etmişlər. Əməliyyat qrupunun digər üzvü olan Şahid2 ilə birlikdə həmin ünvana getmişlər. Həmin küçədə, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, onlarla birlikdə şöbəyə getmiş və şöbədə onun üzərinə baxış keçiriləcəyi bildirildikdə razılığını bildirmişdir. Ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq digər əşyalarla birlikdə əynindəki gödəkcənin sol yan cibindən bükülü çıxarıb təqdim etmiş və bildirmişdir ki, bükülüdə olan kütlə narkotik vasitə olan tiryəkdir, həmin gün səhər saatlarında yaşadığı küçədə yerdən tapmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı zor tətbiq edilməmiş və ya zor tətbiq etmə hədəsi olmamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qara rəngli gödəkcənin sol yan cibindən içində narkotik vasitəyə oxşar kütlə olan bir ədəd kağız bükülü aşkar olunması müəyyən edilmişdir. Məhkəmə Kimyəvi Ekspertizasının 02 fevral 2020-ci il tarixli, 66 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən götürülmüş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi -7,040 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. İstifadə olundu 0, 100 qram, qalıq 6,940 qram. Tədqiqatın dəyəri 71,94 manatdır. (səh. 45-46) Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2020-ci il tarixli 168 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. (səh. 93) Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2-14-cü il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1 maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3 maddəsinə müvafiq olaraq 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qərarının surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona Biləsuvar Rayon Məhkəməsinin 16 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan Cinayət Məcəlləsinin 76 maddəsinə əsasən 08 ay 02 ay şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmədə və saxlamada təqsirli olması özünün etirafı, şahid ifadəsi, video çəkiliş, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, onun 01 fevral 2020-ci il tarixdən 03 fevral 2020-ci tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 6.940 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı və 71,94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə alınmalıdır. Müdafiəçi x1 istintaq zamanı 40 saat, Müdafiəçi məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 7 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxt, 01 fevral 2020-ci il tarixdən 03 fevral 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 17 iyun 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 6.940 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə istintaq dövrü üçün 240 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili x1 və məhkəmə dövrü üçün 42 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar