Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-45/2023 07.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 mart 2023-cü il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu zaman sərnişin kimi bir neçə dəfə Bakı şəhərinə və oradan da Yevlax rayonuna apardığı Yevlax rayonunun Aran qəsəbə sakini Zərərçəkmiş şəxs işlədiyi Aran qəsəbə tam orta məktəbindən iş yerini Bakı şəhərində dəyişdirmək istəməsini eşidərək Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək qərarına gəlib bu niyyətini həyata keçirtmək üçün 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs yaşadığı Yevlax rayon Aran qəsəbəsində yerləşən evində sonuncuya müəllimə kimi işlədiyi Aran qəsəbəsində yerləşən tam orta məktəbdən Bakı şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə kimi iş yerinin dəyişdirilməsinə köməklik göstərəçəyini yalandan vəd verərək Zərərçəkmiş şəxs 8.300 manat pulunu alaraq sonuncuya etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Yevlax Rayon Polis Şöbəsinə yazmış olduğu ərizə ilə tanış olmuş və bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 2021ci ildən tanımışdır. İlhamə 2021-ci ilin aprel-may aylarında onun idarə etdiyi avtomaşınla Bakı şəhərinə gedərkən yolda söhbət zamanı bildirmişdir ki, o, mərhum əri vəfat etdikdən sonra tez-tez Bakı şəhərtində yaşayan oğlanlarının yanına gedib gəlir və o, işlədiyi Yevlax rayon Aran qəsəbəsindəki orta məktəbdən Bakı şəhərində yerləşən orta məktəblərdən birinə iş yerini dəyişmək istəyir. O, da həmin vaxtı İlhaməyə demişdir ki, onun iş yerinin dəyişməsində ona köməklik göstərə bilər, belə ki, onun Təhsill Nazirliyində işləyən adını demədiyi tanışının olduğunu və həmin adını demədiyi şəxsin vasitəsi ilə o, öz həyat yoldaşını da iş yerini dəişdirdiyini, ona görə də həmin işin görülməsində 8000-10000 manat pul lazım olduğunu nəzərinə catdırmışdır. Bundan təxminən bir neçə gündən sonra o, İlhamənin istifadəsində olan mobil telefona zəng etmiş və ondan işin düzəlməsi üçün 8300 manat pul verməli olduğunu nəzərinə catdırmış və bundan sonra o, Yevlax rayon Aran qəsəbəsində İlhamənin yaşadığı evdə onunla görüşmüş və həmin vaxt İlhamə ona işin həll olunması ilə əlaqədar olaraq 8300 manat pul vermiş o, İlhamədən həmin pulları aldıqdan sonra pulları öz şəxsi məqsədləri üçün xərçləmişdir. Bundan sonra onun mobil telefonuna tez-tez İlhamə və onun övladları zənglər etmişlər, o da hər dəfə onlara müxtəlif yalanlar demişdir. Lakin sonradan o, utandığı üçün telefona cavab verməmişdir. Lakin onun və ailə üzvlərinin vəziyyəti yaxşı olmadığından belə ki, maddi sıxıntısı olduğundan həmin 8300 manat pulu geri qaytara bilməmişdir. O, etmiş olduğu əməlindən cox peşmandır. O, həmin pulları istintaq dövründə hissə-hissə 2000 manatını ödəmişdir. O, qalan pulu isə hissə-hissə ona geri qaytarçağını bildirmişdir. Onun Təhsil Nazirliyində tanışı olmamış, O, İlhamədən pul almaq üçün yalandan həmin Nazirlikdə tanışı olduğunu demişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın bir qismini ödəməsini, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, işlədiyi Yevlax rayon Aran qəsəbəsində yerləşən orta məktəbdən uşaqlarının yanında Bakı şəhərində yerləşən orta məktəblərdən birinə yerdəyişmə etsin. O, 2021-ci ilin may ayında taksi sürüçüsü kimi işləyən Elnur adlı şəxslə Yevlax rayonundan Bakı şəhərinə gedərkən yol boyu söhbət əsnasında Elnura Yevlax rayon Aran qəsəbəsində işlədiyi yerdən işinin Bakı şəhərinə dəyişmək istəyini bildirmişdir. Həmin vaxt Elnur ona bildirmişdir ki, o, özüdə öz arvadını rayondan Bakı şəhərinə işini dəyişdirib və ona da bu işdə köməklik göstərə bilər. O, Elnura inanmış və bundan sonra 2021-ci ilin may ayında Elnur ona zəng etmiş və bildirmişdir ki, onun Bakı şəhərinə iş yerinin dəyişməsi ilə əlaqədar 8300 manat pul lazım olacaqdır. O, həmin gündən sonra pulu düzəldərək Elnura zəng etmişdir ki, pul artıq hazırdır. Elnur 2021-ci ilin may ayında onun yaşadığı mənzildə onunla görüşmüş və o, 8300 manat pulu Elnura vermişdir. Elnur həmin pulu aldıqdan sonra onunla işlə əlaqədar tez-tez əlaqə saxlamışdır. Elnur pulu aldıqdan bir neçə vaxt keçməsinə baxmayaraq hər dəfə düzələçək demiş və nəhayət o, Elnura vermiş olduğu pulu ondan geri istədikdə Elnur ona müxtəlif bəhanələr edərək bu gün sabah geri qaytaracağını desə də pulu geri qaytarmamışdır. Bundan sonra İlhamənin oğlu Hacıbaba Elnurla əlaqə saxlamış və Elnur onada müxtəlif bəhanələr edərək yaxın vaxtda pulu geri qaytarçağılnı desədə pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyandan 4400 manat ödəniş etmiş,qalan pula dair aralarında hissə hissə ödənişlə bağlı razılığa gəldiklərini və Təqsirləndirilən şəxsla bağlı həbslə əlaqəli olmuyan cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, anası İlhamə onların yanına yəni Bakı şəhərinə taksi ilə gedib gələrkən 2021-ci ilin may ayında taksi sürüçüsü kimi işləyən Elnur adlı şəxs ilə yol boyu söhbət edərkən Elnur adlı taksi sürücüsünə bildirib ki, Yevlax rayon Aran qəsəbəsində işlədiyi orta məktəbdən iş yerini Bakı şəhərində yerləşən orta məktəblərdən birinə dəyişmək istədiyini deyib və həmin vaxt Elnur adlı taksi sürücüsü anası İlhaməyə bildirib ki, o, bu işdə ona kömklik göstərə bilər. Anası İlhamə ona inanmış və bundan sonra 2021-ci ilin may ayında Elnur onun anası İlhaməyə zəng edərək bildirib ki, guya İlhamənin Bakı şəhərinə iş yerinin dəyişməsi ilə əlaqədar 8300 manat pul verməli olduğunu deyib. Anası İlhamə həmin gündən sonra bir iki gün ərzində həmin pulun bir qismini bankdan və onun özü də köməklik etmiş və 8300 manat pulu düzəltmişlər. X7 zəng etmişdir ki, pul hazırdır və Elnur onların yaşadıqları Yevlax rayon Aran qəsəbəsinə gəlmiş və anası İlhamə 8300 manat pulu orada Elnura vermişdir. Elnur həmin pulu aldıqdan sonra onlarla tez-tez əlaqə saxlamış Elnur anası İlhaməyə işini həll edəçəyini, Elnur pulu aldıqdan bir neçə vaxt keçməsinə baxmayaraq hər dəfə işi düzələçəyini deyərək müxtəlif bəhanələr gətirdiyini və nəhayət X7 vermiş olduğu 8300 manat pulu ondan geri istədikdə Elnur onlara müxtəlif bəhanələr edərək bu gün sabah geri qaytarçağını desə də pulu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-cı il tarixdə Bərdə RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən xitam edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 dekabr 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxs və şahidin ifadələri işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edərək dəymiş ziyanı qismən ödəməsi, himayəsində bir azyaşlı uşağının olması və əməlindən peşman olması onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən, saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən, saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Bərdə rayonun ərazisin, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bərdə rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Ruslan əlizadə
Məhkəmə qərarları › İş №1(039)-45/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-45/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver