Məhkəmə qərarları › İş №1(039)-45/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-45/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-45/2024 17.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qonşusu ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs həmin yaşadığı evinin həyətyanı sahəsində tikmiş olduğu təmirsiz olan iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağına qanunsuz olaraq daxil olaraq oradan bir ədəd 100 (bir yüz) manat dəyərində olan “SEAMENS 13 mm impact Drill” markalı dreli, bir ədəd 50 (əlli) manat dəyərində olan “SEAMENS” markalı dreli, bir ədəd 100 (bir yüz) manat dəyərində olan “ZUŞM” markalı laqondanı və bir ədəd 50 (əlli) manat dəyərində olan 25 kq-lıq “ZİNK” markalı boyanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 300 (üç yüz) manat məbləğində ziyan vuraraq qəsdən gizli olaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır və işsizdir. O, 12 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı küçədə olarkən onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinin həyətinin əl qapısının açıq olduğunu və həyətdə də heç kimin olmadığını görmüş, onun borcu olduğu və borcunu ödəməsi üçün pula ehtiyacı olduğundan həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, evin həyətinə daxil olmuş və oradan da evin həyətində olan yeni tikilməkdə olan iki mərtəbəli evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra otaqlara baxa-baxa ikinci mərtəbəyə qalxmış və orada yerləşən birinci otaqdan iki ədəd dreli, bir ədəd laqondanı və bir ədəd qabda olan boyanı götürmüş və ehtiyyatla evdən çıxmışdır. O, oğurlamış olduğu həmin əşyaları yaşadığı evin həyətinə gətirərək orada gizlətmişdir. O, bundan bir gün sonra həmin əşyaları onunla eyni küçədə yaşayan Süleymana satmaq üçün təklif etmiş, Süleyman həmin vaxt ondan əşyaları haradan əldə etdiyini soruşduqda o da həmin əşyaların özünə məxsus olduğunu demiş, lakin Süleyman almaq istəmədiyini dedikdə o, əşyaları yenidən evinə aparmışdır. O daha sonra bir ədəd kiçik olan dreli və bir ədəd qabda olan boyanı götürərək Yevlax bazarına aparmış və orada 50 manata dreli və 30 manata da boyanı tanımadığı adama özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu deyərək satmışdır. Bundan bir neçə gün sonra Afət onun yaşadığı evə gələrək evindən oğurlanmış olan iki ədəd dreli, bir ədəd laqondanı və 25 kq-lıq boyanı onun oğurlamağından şübhələndiyini demiş, bu zaman o, Afətdən utanmış və etmiş olduğu oğurluğu etiraf etmiş və daha sonra oradan oğurlamış olduğu əşyalardan qalan bir ədəd dreli və bir ədəd də laqondanı aparıb Afətə vermişdir. O, Zərərçəkmiş şəxs evindən oğurluq edən zaman təkbaşına olmuş, oradan oğurluq edən zaman hər hansı bir şəxs ona köməklik göstərməmiş, həmçinin hər hansı bir şəxs oradan oğurluq etməyə onu təhrik etməmiş və ya oğurluq etmək barədə təşkilatçılıq etməmişdir. O, oğurluq edən zaman hər hansı bir şəxslə qabacadan əlbir olmamışdır. O, Zərərçəkmiş şəxs evindən iki drel, bir laqonda və bir ədəd qabda olan sulu boya oğurlamış və onlardan başqa hər hansı bir əşya oğurlamamışdır. O, Zərərçəkmiş şəxs evindən oğurluq edən zaman onun həmin evdən oğurluq etməyini heç kim görməmiş və bilməmişdir. O, həmin oğurluğu gizlin şəkildə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini və onunla barışıq əldə etdiyini, 2-ci Qarabağ müharibəsi iştirakçıs olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və işsizdir. O ünvan 2 ünvanında yerləşən evinin həyətində özünə yeni iki mərtəbəli ev tikdirməyə başlamış, hazırda həmin evin tikintisi başa çatmışdır. O, 13 sentyabr 2023-cü il tarixdə səhər saatlarında yeni tikdirdiyi evə baxan zaman evin ikinci mərtəbəsində olan birinci otaqdanyataq otağından özünə məxsus olan iki ədəd drelin, bir ədəd laqondanın və bir ədəd 25 kq çəkidə olan sulu boyanın oğurlanmış olduğunu aşkar etmişdir. Həmçinin 12 sentyabr 2023cü il tarixdə həmin əşyalar evdə olmuşdur. Oğurluq hadisəsi 13 sentyabr 2023-cü il tarixdə gecə saatlarında baş vermişdir. Onun evindən oğurlanmış drelin biri digərindən böyük olmuşdur. Drelinin birinin, kiçik olan “SEAMENS” markalı drelin (2020-ci il tarixdə alınmış, işlədilmiş və işlək vəziyyətdə olan) qiyməti 50 (əlli) manat, böyük olan “SEAMENS 13 mm impact Drill” markalı drelin (2021-ci il tarixdə alınmış, işlədilmiş və işlək vəziyyətdə olan) qiyməti 100 (bir yüz) manat, bir ədəd “ZUŞM” markalı laqondanın (rus istehsalıdır. 2020-ci il tarixdə alınmış, işlədilmiş və işlək vəziyyətdə olan) qiyməti 100 (bir yüz) manat, bir ədəd 25 kq “Zink” (ZİNKAKRİL) markalı sulu (fasad) boyanın qiyməti 50 (əlli) manatdır. Ona ümumilikdə həmin oğurluq hadisəsi nəticəsində 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Şahinin ona qaytarmış olduğu drel böyük olan dreldir. Onun evindən həmin əşyaları Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, o, şikayət etdikdən sonra onunla qoşuluqda yaşayan Şahinin oğurluq hadisələri törətdiyini bildiyi üçün Şahinin evinə gedərək onun evindən oğurluq edib-etməməsini soruşmuş və bu zamanda Şahin etiraf edərək həmin əşyaları oğurlamış olduğunu demişdir. Bundan sonra Şahin oğurlamış olduğu drelin bir ədədini (böyük olanını) və bir ədəd laqondanı onun evinə gətirərək geri vermişdir. Lakin geri qalan bir ədəd dreli və bir ədəd 25 kq-lıq olan sulu boyanı qaytaracağına söz versə də qaytarmamışdır. Onun evindən yuxarıda qeyd etdiklərindən başqa hər hansı bir əşya, əmlak və s. oğurlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid Nürəddin oğlunun ifadəsindən görünür ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 2023-cü ilin sentyabr ayının ortalarında, dəqiq xatırlamadığı gündə, axşam saatlarında yaşadığı evin qarşısında, yəni küçədə dayanan zaman onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs əlində iki ədəd drel və bir ədəd də laqonda ilə onun yanına gəlmiş və həmin əşyaları pula ehtiyacı olduğu üçün satdığını və ona almaq istəyib-istəmədiyini dediyini bildirmişdir. O, Şahindən həmin əşyaları haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demiş, o da Şahinə almaq istəmədiyini dedikdən sonra Təqsirləndirilən şəxs əlində olan iki ədəd drel və bir ədəd də laqonda ilə yaşadığı evə tərəf getmişdir. O, həmin vaxt, yəni Təqsirləndirilən şəxs iki ədəd dreli və bir ədəd də laqondanı alması üçün ona təklif edən zaman o, əşyaların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır.(iş vər.01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi yer ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli yaşayış evindən oğurlanmış əşyaların yerlərini yəni 02 ədəd drel, 01 ədəd laqonda və 01 ədəd qutuda olan boyanın Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı yeri göstərmişdir (iş vər.05-06); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.27-28); “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən, Afət Abasəliyevaya məxsus olan iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən otağından oğurlanmış olduğu əşyalar olduğu yeri bildirmişdir ( iş vər.57-61); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 16:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər.78-80); Əşyanın maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlanmış olduğu ünvan 2 ünvanında yerləşən, Afət Abasəliyevaya məxsus olan evindən aşkar olaraq götürülmüş 01 ədəd “SEAMEBS 13 mm impact Drill” markalı drel və 01 ədəd “ZUŞM-1250-1200” markalı laqonda maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (iş vər.82-83); Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-94/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 12 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 07 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. (iş vər.111-117); Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8760 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş göstərilən 01 ədəd “SEAMENS” markalı 2000-ci il tarixdə alınmış, işlədilmiş və işlək vəziyyətdə olan kiçik ölçülü drelin qiyməti 20 manat, 01 ədəd “SEAMENS 13mm impact Drill” markalı Z1J-KR-13A4 model 2021-ci il tarixdə alınmış, işlədilmiş və işlək vəziyyətdə olan drelin qiyməti 40 manat, bir ədəd rus istehsalı 2020-ci il tarixdə alınmış üzərində qeyd ZUŞM-125-1200 1200VT 125mm 220V- 50QÜ M14 yazıları olan laqondanın qiyməti 40 manat, bir ədəd 25 kq “Zink”(ZİNKAKRİL) markalı fasad boyanın qiyməti 90 manat olmaqla ümumilikdə 190,00 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin sentyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 190,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır ( iş vər. 80-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-94/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 12 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 07 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.( iş vər.144-145); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. № İ-7842 saylı xx.xx.2021-ci il tarixli və № İ-16843 saylı xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətilərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “müvafiq olaraq “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakşısı” medalıları ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-1.5. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur (68.1.1-1.). 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, sonuncunun ölkə başçısı tərəfindən “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakşısı” medalıları ilə təltif edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edərək bu cəza növünün təyini ilə cəzanın məqsədlərinin təmin olunmasını əsaslı sayır. Beləki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, o, əməlindən səmimi peşmançılıq çəkmiş, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakşısı” medalıları ilə təltif edilmiş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə hesab edir ki, şərh olunan hallar təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı olduğuna görə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsas verir. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı, yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də humanizm prinsipidir (CM-in 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Qeyd edilən əsaslar Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət təddbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında və 03 aprel 2019-cu il tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da öz əksini tapmışdır. Bu baxımdan məhkəmə humanistlik göstərərək, X2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə, cəzanın məqsədinə nail olunacağı qənaətinə gəlir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla (CM 69.3) və yeni hökm üzrə təyin edilmiş cəzaya Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli əvvəlki hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 ay 14 gün hissəsini (01 ay 07 gün) qismən birləşdirməklə qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)- 94/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxsa təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 12 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı 07 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi ilə əlaqədar 2 Saylı İstintaq təcirdxanasında saxlanılması ilə bağlı hazırki hökm üzrə ona hökmlərim məcmusu üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu üçün həbsdən azad edilməli, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “SEAMENS 13mm impact Drill” markalı drelin və 01 ədəd “ZUŞM-125-1200” markalı laqondanın sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla (04 gün) ona təyin edilmiş 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 02 il 09 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə çəkilməmiş olaraq qalan 02 ay 14 gün azadlığın məhdudlaşdırılması (01 ay 07 gün) cəzası qismən birləşdirmə yolu ilə hazırkı hökm üzrə təyin edilmiş 02 il 09 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilsin ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd “SEAMENS 13mm impact Drill” markalı drelin və 01 ədəd “ZUŞM-125-1200” markalı laqondanın sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 16 (on altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar