Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-45/2025 27.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 30 avqust 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, hazırki iş üzrə barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri H.ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq etmiş və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə tiryəki xeyli miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü il oktyabrın 4-də gecə saat 02 radələrində saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədilə Yevlax şəhəri 32-ci məhəllədə yaşayan tanşı Zərərçəkmiş şəxs1 razılığı ilə sonuncunun yaşadığı həmin evdə gecələyərkən Zərərçəkmiş şəxs1 yatmasından istifadə edib yataq otağında olan saxlanc yeri hesab edilən balıncın altında Zərərçəkmiş şəxs1 saxladığı 1000 (min) manat məbləğində nağd pulu balıncın altından götürməklə və həmin otaqdakı masanın üzərindən 1 (bir) ədəd 200 manat dəyərində olan Zərərçəkmiş şəxs1 məxsus «Honor X8» markalı mobil telefonu qəsdən götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1200 (min iki yüz) manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 15 oktyabr 2024-cü ildə gündüz saat 15 radələrində qəsdən təkarən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədilə Bakı-Qazax avtomobil qolunun Yevlax rayonu ərazisindən keçən hissəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Pərviz” adlanan kafenin sahibsiz qalmasından istifadə edib kafenin giriş qapısını zor tətbiq etməklə açaraq qanunsuz olaraq binaya daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus olan birinin dəyəri 150 manat olan və çəkisi 20 kiloqram olan 02 (iki) ədəd alüminium metalından olan plastik giriş qapılarını qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 300 (üç yüz) manat dəyərində maddi ziyan vuraraq qəsdən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 11,078 (on bir tam mində yetmiş səkkiz) qram narkotik vasitə olan tiryəki istintaqla müəyyən olunmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:41 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri “S.Vurğun” adına parkda Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 18:41-dən 18:50-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində saxladığı 11,078 (on bir tam mində yetmiş səkkiz) qram narkotik vasitə olan tiryək aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü tam təqsirli təqsirli bildiyini, CM-nin 234.1-ci maddəsi ilə ilk olaraq özüna təqsirli bilmədiyini, lakin şahid ifadələrindən sonra CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2018-ci ildə ailə həyatı qurmuş, şəxsiyyət vəsiqəsi olmadığından onunla aralarında hər hansı nikah müqaviləsi olmamışdır. 2019-cu ildə Yevlax məhkəməsi tərəfindən oğurluq edib ev yandırdığına görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 5 il 6 ay məhkumluq həyatı yaşamış, 12 avqust 2024-cü il tarixdə isə Salyan rayon məhkəməsi tərəfindən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra Yevlax rayonuna gəlmiş, əvvəl tərəddüd etsə də, yenidən Zərərçəkmiş şəxs1 ilə barışmış və onu öz evinə gətirmişdir. Bir ay birlikdə yaşadıqdan sonra Zərərçəkmiş şəxs1 yenidən ondan ayrılaraq atası evinə getmişdir. Sərcan atası evinə getdikdən sonra o da Sərcanın atasının evinə getmişdir. Birlikdə qaldıqları müddət ərzində dəfələrlə Zərərçəkmiş şəxs1 onunla Bakı şəhərinə getməyini təklif etsə də, Sərcan bu fikrlə razılaşmamış və Bakı şəhərinə getmək istəmədiyini bildirmişdir. Sərcanın onunla Bakı şəhərinə getməsi üçün xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sərcanın evində gecələyən zaman yatmasından istifadə edərək balıncının altında olan Sərcana məxsus 1000 manat pulu və stolun üstündə olan markasını və «Honor X 8» markalı mobil telefonu oğurlayaraq evdən çıxmış və dərhal xatırlamadığı yol avtomobilinə əyləşərək Bakı şəhərinə getmişdir. Sərcandan oğurladığı pulla gedib özünə pal-paltar almış, yerdə qalan pulla yeyib-içib istirahət etmişdir. Oğurladığı həmin mobil telefonu Bakı şəhəri avtovağzalı ərazisində naməlum şəraitdə itirdiyinə görə də həmin mobil telefonu təqdim edə bilmir. Sonradan isə bütün pulu xərcləyib qurtarmış, 3 gün Bakı şəhərində qaldıqdan sonra qayıdıb Yevlax rayonuna gəlmiş və öz evində yaşamağa davam etmişdir. Həmin ərəfədə maddi cəhətdən çox əziyyət çəkdiyindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə gündüz saat 15 radələrində Yevlax- Gəncə avtomobil yolunun üstündə, yolun solundakı çökəklikdə yerləşən «Pərviz» adlanan kafenin qarşısında gəzən zaman oranın sahibsiz olmasını görüb kafedən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə kafeinin giriş qapısının açıq olmasını görüb içəri daxil olmuşdur. Oranı axtardıqda cəmi 2 ədəd dəyərli alüminium qapılar olmasını görüb həmin qapıları oğurlayıb gətirib evində saxlamış, aranın sakitləşməsini gözləmişdir. Aradan təxminin 1 ay müddət keçəndən sonra yəni, 2024-cü ilin noyabır ayının 14-də həmin qapıları sındırıb hissələrə ayıraraq əl arabasına yükləmiş və aparıb Yevlax-Bərdə avtomobil yolunun sağında yerləşən Səddam adlı şəxsin metal tədarükü məntəqəsində 72 manata satmışdır. Səddama isə qapıların oğurluq olmasını deməmişdir. Əldə etdiyi pulu isə elə həmin gün şəxsi borclarına və ehtiyaclarına xərcləmişdir. Kafedən oğurluq edən zaman qıfıl sındırmamış, açıq qapıdan içəri girmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində işə gedən zaman Yevlax şəhəri, 32-ci məhəllədə yerləşən artezian quyusunun yaxınlığında piyada hərəkət edərkən yolun kənarında 1 ədəd sellofan büküm ayağına dəydiyindən əyilib götürmüş, bükümü açıb içərisinə baxdıqda içərisindəkinin narkotik vasitə tiryək olmasına əmin olmuşdur. Həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində götürüb evə gəlmişdir. Həmin kütlədən bir hissəsini istifadə etmiş, sonradan isə qərara gəlmişdir ki, ailə üzvlərinin məlumatı olmaması üçün həmin narkotik vasitəni aparıb gizlətsin. xx.xx.2024-cü il tarixdə 1 ədəd sellofana bükülmüş bükümü içərisində olan tiryəklə birlikdə tiryəkdən istifadə etmək üçün evdən çıxmışdır. xx.xx.2024-cü il tarixdə saat 18:41 radələrində Yevlax şəhəri, S.Vurğun adına parkda iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuşdur, yoxlama aparılmazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə eləcə də, qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Polisin qanuni tələblərinə tabe olaraq üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Videoçəkilişlə üstünü yoxlayan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən həmin 1 ədəd sellofan bükümdəki narkotik vasitə tiryək aşkar edilmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Yevlax rayon polis şöbəsinə gəldikdə öz seçimi ilə Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 RPŞ-nə dəvət edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş tiryək özünə məxsusdur. Məhkəmədən törətdiyi əməllərə görə özünü təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu, Lalə Tekstilin qarşısında yerləşən «Pərviz» adlanan kafeni işlətmişdir. “Pandemiya” zamanı kafeni bağlamış, sonradan oranı işə salmaq sərf etmədiyindən qapılarını bağlayıb istifadəsiz saxlamışdır. Bundan sonra kafe bir daha fəaliyyət göstərməmişdir. Buna baxmayaraq gəlib kafeyə baş çəkmiş və binanın içərisində qalan əşyaları yoxlamışdır. 2024-cü ilin oktyabr ayının ortalarında kafeyə yenidən baş çəkdikdə sağda yerləşən dəmir giriş qapısının qıfılının sındırılıb içəri daxil olunduğunu aşkar etmişdir. İçəri daxil olaraq oranı yoxlayanda alüminiumdan olmaqla 1 ədədinin çəkisi 20 kiloqram olan, qırmızımtıl rəngli, birinin dəyəri 150 manat təşkil edən 2 ədəd alüminiumdan olan plastik qapıların yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt qapıya salamat qıfıl alıb oranı bağlamışdır. İlk əvvəl elə planlaşdırmışdır ki, qapıları özü axtarıb tapsın. Lakin, uzun axatırşlar nəticə vermədiyindən polisə şikayət etmişdir. Sonradan məlum olmuşdur ki, kafedən alüminiumdan olmaqla 1 ədədinin çəkisi 20 kiloqram olan, qırmızımtıl rəngli, birinin dəyəri 150 manat təşkil edən 2 ədəd alüminiumdan olan plastik qapıları Təqsirləndirilən şəxs oğurlayıb bir müddət evində saxlamış, aradan xeyli vaxt keçəndən sonra isə qapıları hissələ ayırmaqla aparıb Yevlax-Bərdə avtomobil yolunun üstündə yerləşən Səddam adlı şəxsin işlətdiyi metal tədarükü məntəqəsinə satmışdır. Qapıların oğurlanması ilə ona 300 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 7 ildir ki, qeyri rəsmi olaraq evlidir. Ailə quran zaman yaşı nikaha düşmədiyi və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikahları yoxdur. 2019-cu ildə Təqsirləndirilən şəxs həbs olunduğu üçün atası Teymurun evində yaşayır. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən azad olunduğu üçün Yevlax şəhərinə qayıtmışdır. İsmayılla ayrılsalar da, İsmayıl onu görmək üçün atasının evinə gəlib getmışdır. Onunla bir yerdə qalmışdır. xx.xx.2024-cü il tarixdə axşam İsmayıl Yevlax şəhəri 32-ci məhəllədə yerləşən ata evinə gəlmiş və onunla bir yerdə gecələmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs yatmış vəziyyətdə olmağından istifadə edərək birlikdə yatdıqları yataqdan qalxaraq gündəlik oturduqları otaqda masanın üstündə olan 200 manat dəyərində içərisində nömrə olmayan “Honor X 8” markalı mobil telefonu və həmin otaqda balıncının altında gizlədib saxladığı 1000 (min) manat məbləğində pulunu ondan xəbərsiz oğurlayıb getmişdir. Həmin vaxt yatdığı üçün İsmayılın mobil telefonu və pulu götürməyindən xəbəri olmamışdır. Bundan sonra DİNin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Pul və mobil telefonun oğurlanması ilə ona 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və ona vurulmuş olanın zərərin ödənilməsini tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax RPŞ-nin MMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumata əsasən 15 noyabr 2024-cü il tarixli əmri ilə onun, Yevlax RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin gün polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri, S.Vurğun adına parka getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri S.Vurğun adına parkda olması barədə məlumatı olmuşdur. Saat 18:41 radələrində S.Vurğun adına parkla hərəkət edən Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Şahid2 Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə yoxlama keçirilməli olduğunu və yoxlama keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra saat 18:41-dən 18:50-dək onun üzərində yoxlama keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama videoyazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra ondan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindəki 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə - tiryək olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində işə gedən zaman Yevlax şəhəri, 32-ci məhəllədə yerləşən artezian quyusunun yaxınlığında piyada hərəkət edərkən yolun kənarından tapdığını və narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd sellofan rəngli bükümün içərisinə baxdıqda içərisində qara rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə așkar edilmişdir. Həmin qara rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildi, çəkisi 12 (on iki) qram olmuşdur. Bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib saat 19:30 radələrində təhqiqatçı İsmayıl Cəfərzadəyə təhvil vermişlər. Cavid Əzizili tərəfindən zərfə qablaşdırılan əşyalara yenidən baxış keçirirlərək narkotik vasitə tiryəkə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi 11,29 qram olmuşdur. Bundan sonra baxış başa çatmışdır. Daha sonra Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X10 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X20 rayon polis şöbəsinə dəvət edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş iş üzrə Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlun ifadə verdi. İş üzrə Şahid4 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, artıq 15 ildir ki, metal tədarükü ilə məşğul olur. Hazırda Yevlax-Bərdə avtomobil yolunun sağında yerləşən metal tədarükü məntəqəsini icarəyə götürüb işlətməklə ailəsini dolandırır. Belə ki, müxtəlif şəxslərdən əlvan və qara metalları satın alıb aparıb tədarük məntəqələrinə təvil verir. Təqsirləndirilən şəxs qiyabi olaraq Yevlax şəhər sakini kimi tanıyır. Onunla aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavət yoxdur. Təqsirləndirilən şəxs əvvəllər həbsdə olmuşdur. Həbsdən çıxandan sonra 1-2 dəfə satlıq metal gətirmiş, xatırlamadığı vaxtda və qiymətə həmin metalları satın alıb aparıb metal tədarükü məntəqələrinə təhvil vermişdir. 14 noyabr 2024-cü il tarixdə məntəqədə olan zaman İsmayıl 2 ədəd alüminiumdan olan plastik qapını əl arabasına yükləyərək gətirib mənətəqəyə daxil olmuşdur. Ona yaxınlaşaraq yaşadığı evdə təmir işləri ilə məşğul olduğundan köhnəlmiş platstik qapıları satmaq istəməsini dedikdə ondan həmin qapıların kimə məxsus olmasını və oğurluq olub-olmasını soruşmuşdur. O, həmin qapıların özünə məxsus olmasını dedikdə həmin vaxt qapıları tərəzidə çəkərək təxminən 30 kiloqram olmasını müəyyən edəndən sonra qapılar üçün ona 72 manat pul vermişdir. Səhəri gün İsmayılın həbs olunmasını eşidəndə qapıların oğurluq ola bilcəyini düşünərək onları məntəqədə saxlamışdır ki, birdən sahibi çıxan olsa qaytarsın. Videomüşahidə qurğusundan onun obyektimə gəlməsinə dair görüntünü də diskə köçürüb özündə saxlamışdır. 17 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs icarəyə götürüb işlətdiyi məntəqəyə polis əməkdaşlırının müşayiəti ilə gətirildikdə onun həmin palstik qapıları oğurlamasını bilmişdir. Səhəri gün isə qapıların sahibi Pərviz məntəqəyə gələrək qapılara baxış keçirib özünün olmasını bildirmişdir. İsmayılın 14 noyabr 2024-cü il tarixdə əl arabasında məntəqəyə plastik qapılar gətirməsinə dair “AJHUA TECHNOLGY” markalı video müşahidə sitemlərindən əldə edib diskə köçürdüyü görüntüləri istinaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs 2 ədəd plastik qapıları satın alan zaman video kamera olduğuna görə hər hansı qeydiyyat aparmamışdır. İsmayıl qapıların özünə məxsus olmasını dediyindən onların oğurluq yolu ilə əldə edilməsindən xəbərdar olmamışdır. Hüquqi savadı olmadığından fakt barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Elə düşünmüşdür ki, sahibi çıxanda qapıları və görüntünü köçürdüyüm diski ona təhvil verər. Bildikləri yuxarıda göstərdikləritdən ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başalnılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Fərahim Əsədli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X17 Bölməsinin 17/873 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə tiryəkə bənzər kütlə” yazısı adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 11,078 (on bir tam mində yetmiş səkkiz) qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. (Siyahı İ). Qeyd: Tiryəkin təmiz çəkisi-11.078 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq- 10.978 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 69 (altmış doqquz) manat 19 (on) qəpik müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin 4(039)-100/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş-11.078 qramdan qalmış-10.978 qram miqdarında narkotik vasitə-tiryək cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(039)-120/2018 saylı hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət, habelə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə olduğu 24 (iyirmi dörd) gün müddət nəzərə alınaraq təyin edilmiş cəzadan həmin günlərin sayı çıxılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(039)-119/2019 saylı hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 71.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləvğ edilərək həmin hökm üzrə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(039)-119/2019 saylı hökmündən və Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-579/2024 saylı qərarı ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-579/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 02 ay 14 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin cəza xx.xx.2024-cü il tarixdə başa çatmış və Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri, X7 X5 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1862 nömrəli rəyində göstərilmişdir ki, X8 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli materialların cinayət işinə əlavə edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 şikayəti əsasında toplanmış HK- 1/1995 №-li və vətəndaş Zərərçəkmiş şəxs2 şikayəti əsasında toplanmış HK-1/2468 №-limateriallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, 05 N-li "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Yevlax rayon polis şöbəsində istintaq olunan cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 2024-cü il oktyabr ayı üçün köhnəlmə faizi nəzərə alınmaqla 1 (bir) ədəd 128 (bir yüz iyirmi səkkiz) qiqabayıtlıq yaddaş tutumuna malik olan istifadə edilmiş “Honor X 8” markalı mobil telefonun qiyməti 200 (iki yüz) manat və 02 (iki) ədəd birinin çəkisi 20 kiloqram olan alüminium metalından olan plastik giriş qapısının hər birinin qiyməti 150 manat olmaqla, 02 (iki) ədəd alüminium metalından olan istismar edilmiş plastik giriş qapısının qiyməti 300 (üç yüz) manat dəyərində qiymətləndirilir. xx.xx.2025-ci il tarixli cinayət işinin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınmış 02 (iki) ədəd alüminiumdan olan hissələrə ayrılmış plastik giriş qapıları saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,100 qramı ekspertiza tədqiqatına sərf edilmiş-11.078 qramdan qalmış- 10.978 qram miqdarında narkotik vasitə-tiryək cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağına saxlanca təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyalara və diskə baxış keçirilməsinə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair təxirəsalınmaz istintaq hərəkətlərinin, Təqsirləndirilən şəxs oğurladığı alüminumdan olan plastik giriş qapılarını metal tədarükü məntəqəsinə gətirməsinin videogörüntülərini özünə əks etdirən 04 (dörd) ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 1777.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını, Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etəməsini, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin təhlülkəli residivi olmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs P.Məhhərrəmovala barışıq əldə etməsi, ziyanı tamamilə ödəməsini yüngülləşdirən, cinayətin residivini cəzanı ağırlaşdıran hallar kimi müəyyən edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(039)-119/2019 saylı hökmündən və Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-579/2024 saylı qərarı ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Yevlax rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 4(039)-100/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 noyabr 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, 15 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsi CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 10,978 qram miqdarında narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd alüminiumdan olan hissələrə ayrılmış plastik giriş qapılarının qəbz əsasında saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1862 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 42 (qırx iki) manat ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 04 (dörd) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 186.2.2-ci maddələri ilə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsi CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 10,978 qram miqdarında narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 04 (dörd) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd alüminiumdan olan hissələrə ayrılmış plastik giriş qapılarının qəbz əsasında saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində pul Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs X6 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-45/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-45/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver