Məhkəmə qərarları › İş №1(039)-46/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-46/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-46/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələridə dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə dövriyyəsində şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Yevlax şəhəri, C.Cabbarlı küçəsində saxlanılıb, üzərində həmin gün saat 12:10 radələrində müdafiəçi-vəkilin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki qara rəngli şalvarın sağ yan cibində bir ədəd siqaret kağızı bükülüsündə, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 0,301 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilməklə götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan marixunadan və heroindən istifadə etmişdir. 2020-ci il fevral ayının 1-də saat 12:00 radələrində yaşadığı Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 saylı orta məktəbin qarşısında gəzişərkən yolun sağ kənarından 1 ədəd gümüşü rəngli kağız bükülü tapmış, bükülünü açıb içərisində heroinə bənzər maddə olmasını görmüşdür. Tapdığı bükülünü şalvarının cibinə qoyub, həmin kütləni istifadə etmək məqsədi ilə üstündə gəzdirmişdir. 2020-ci il fevral ayının 2-də saat 11:30 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən yaşayış evlərinin qarşısı ilə piyada hərəkət edərkən polis əməkdaşları onu saxlayıb şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, sənəd təqdim etmədiyi üçün üstündə axtarış aparılmalı olduğunu demişlər. Buna görə də, polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Qeyd edilən gün saat 12:10 radələrində polis əməkdaşları Yevlax rayon Polis Şöbəsində video çəkiliş ilə onun üstündə axtarış aparıb əynindəki qara rəngli şalvarın sağ yan cibindən üstündə saxlayıb gəzdirdiyi heroini aşkar edib götürmüşlər. Sorğu-sual zamanı o, üstündən aşkar edilmiş kütlənin narkotik vasitə-heroin olduğunu, özünə aid olmasını və gələcəkdə özü istifadə etmək məqsədi ilə üstündə gəzdirdiyini etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 2020-ci il fevral ayının 2-də saat 11:00 radələrində daxil olmuş məlumat əsasında polis nəfəri Şahid2 iştirakı ilə əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən yaşayış evlərinin qarşısında narkotik vasitələrin istifadəçisi olan, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Təqsirləndirilən şəxs sənəd təqdim etmədiyinə və oradan qaçmaq istədiyinə görə həyacanlı olduğunu hiss edib ona üstündə axtarış aparılmasını təklif etmişlər. Bu səbəbdən də onu rayon polis şöbəsinə aparmışlar. Saat 12:20 radələrində polis şöbəsində video çəkiliş tətbiq etməklə Təqsirləndirilən şəxs üstündə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükülü aşkar etmişlər. Bükülünü açıb içərisindəkini nəzərdən keçirdikdə orada ağ-sarımtıl rəngli, spesifik iyə malik heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 2020-ci il fevral ayının 1-də Yevlax şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 saylı orta məktəbin qarşısında gəzişərkən yolun sağ kənarından 1ədəd gümüşü rəngli kağız bükülü tapmasını, bükülünü açıb içərisində narkotik vasitə- heroin olmasını görüb, həmin maddədən gələcəkdə istifadə etmək məqsədi ilə üstündə gəzdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 Şahid1verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 17-18); şəxsi axtarış və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükülünün içərisindəki narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 25-32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 20/151a nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş gümüşü kağız bükümdə, təmiz çəkisi 0,319 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (tədqiqata istifadə olundu 0,005 qram, qalıq 0,314 qram) (iş vər. 38-39); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.60); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 82 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış, zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 0,301 qram, tədqiqata sərf edildi - 0,005 qram, qalıq-0,251 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manatdır. (iş vər. 77-78); maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,251 qram olan heroin və şəxsi axtarış zamanı aparılmış videoçəkilişi əks etdirən kompakt disk maddi sübut kimi tanınmışdır. Heroin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk cinayət işinə əlavə edilmişdir. (iş vər.80); məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən sui-istifadə edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. (iş vər. 93); Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2017-cil il tarixli müayinə barədə məlumatından görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. (iş vər. 49); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq 03 ay 02 gün vaxtından əvvəl azad olunub. 05.04. 2019-cu ildə cəzasını tam çəkib qurtarıbdır.( iş vər. 68-69); Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir; Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yevlax Rayon Məhkəməsinin xx xxx 2000-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs başqaları ilə qabaqcadan əlbir olaraq, xx xxxxxx 2000-ci il tarixə keçən gecə saat 01:30 radələrində Yevlax şəhəri S.Vurğun küçəsindəki 9 saylı evin darvazasının qıfılını armatur çubuqla sındıraraq həyətə və yaşayış sahəsinə daxil olmaqla özgəsinin əmlakını gizli yolla qanunsuz götürərək zərərçəkmiş şəxsə 12.362,300 manat (indiki məzənnə ilə 2472,46 AZN) məbləğində xeyli miqdarda ziyan vurmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan əməli həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə əhatə olunur. X5 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci il mart ayının 3-də cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən icazə alaraq yaşadığı Yevlax şəhərinə gəlmiş, 2005-ci il martın 5-də saat 23-24 radələrində başqası ilə qabaqcadan əlbir olaraq Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən elektrik malları mağasının dəmir barmaqlıqlarını armatur parçası ilə qıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə 8.690,000 manat (indiki məzənnə ilə 1738 AZN) məbləğində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxx 2000-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş 01 il 10 ay 26 gün hissəsi qismən bu hökmlə təyin olunmuş cəzaya birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, o, əvvəllər oğurluq etməyə görə iki dəfə məhkum edilməsinə baxmayaraq, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə başqası ilə qabaqcadan əlbir olmaqla saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.61.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.3.3-cü maddəsi ləğv edilmişdir.Göründüyü kimi, 2017-ci ilin dekabr ayının 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ləğv edildiyindən həmin hökmə əsasən Təqsirləndirilən şəxs qeyd edilən oğurluqdan ibarət cinayət əməlini başqası ilə qabaqcadan əlbir olmaqla, saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq törətdiyindən (həmçinin həmin cinayət əməlini törədərkən zərərçəkmiş şəxsə 1738 manat maddi ziyan vurmuşdur), onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə əhatə olunur. Təqsirləndirilən şəxs xx xxx 2000-ci il tarixli hökm və xx xxxx 2005-ci il tarixli hökm ilə məhkum olunduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs cəzasını xx xxxxxx 2016-cı il tarixdə çəkib qurtarmış, həmin vaxtdan hazırda təqsirli bilindiyi cinayət əməlini törətdiyi tarixədək iki il müddət keçdiyindən, qeyd olunan cinayət əməllərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmünə əsasənTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq 03 ay 02 gün vaxtından əvvəl azad olunub. xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtarıbdır. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyini və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi (CM- 61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyinin əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Talıbov X2 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar,habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədəkşübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020ci il tarixdən hesablanmalı(CPM-158.2.1,158.6),cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli,iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 0,251 qram çəkidə narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 31 (otuz bir) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 186 (bir yüz səksən altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 240 (iki yüz qırx) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar