Məhkəmə qərarları › İş №1(039)-46/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-46/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-46/2024 11.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmayan, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 14 radələrində Yevlax rayonunun Cırdaxan kəndində yerləşən yaşadığı iki mərətbəli fərdi yaşayış evində onunla birlikdə yaşayan gəlini Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun internet ötürücü modemi elektrik cərəyanından ayırmasına görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əlləri ilə vuraraq sonuncunun sağlamlığına yüngül zərər vuran “başın ənsə nahiyəsinin dərialtı hematoması, sol budun yuxarı 1/3-nin ön səthinin qançırı” yaraları ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü əvvəlki məhkəmə iclasında təqsirli bilməsə də, sonradan özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Yevlax rayon Cırdaxan kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Cırdaxan kəndində öz evində həyat yoldaşı Quliyeva Fatma, oğlu Şahid3 və gəlini Zərərçəkmiş şəxs ilə birgə yaşayır. xx.xx.2023-cü il tarixində o, evdə otağın işığını düzəldərkən gəlini Zərərçəkmiş şəxs işığı yandırıb və modem aparatını qoşmaq istəyərkən ona mane olmuş və o, gəlininə deyib ki, otağın işığını düzəldirəm, işığı yandırma. Ancaq gəlini əməlindən geri dönməmiş və əlinə keçən oyuncağı ona tərəfə atmış və onu təhqir etmişdir. Həyat yoldaşı Fatma Quliyeva səs-küyü eşidib, nəyə görə mübahisə elədiklərini gəlini Zərərçəkmiş şəxs soruşduqda o, onlara əsəbləşərək təhqir etmişdir. O, da buna dözməyərək, evi tərk etmişdir. Bir az sonra oğlu Şahid3 ona zəng edərək qudaları Şahid1 və Şahid2 evlərində olduğunu bildirmişdir. O, da evə gələrək qonaqlara Zərərçəkmiş şəxs onunla mübahisə edərək onu təhqir etdiyini bildirmişdir. Daha sonra qudaları onların ayrı yaşamağını və oğlu Tapdıqla gəlini Kəmaləyə ev almağını tələb etmiş, o, isə evin 02 (iki) otağını verə biləcəyini və Yevlax şəhərindən ev almaq imkanı olmadığını bildirmişdir. Qudaları isə onunla razı olmamış və gəlini Kəmalə ilə mübahisə etdiyinə görə şikayət edəcəyini bildirmişlər. Hadisədən sonra o, oğlu Tapdıqla gəlini Kəmaləni görməmişdir. Əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, Yevlax rayonu Cırdaxan kəndində qayınatası Təqsirləndirilən şəxs, qayınanası Fatma Quliyeva, həyat yoldaşı Şahid3 və oğlu Yusiflə Quliyev ilə birlikdə yaşayır. Qayınatası onu döydükdən sonra öz istəyi ilə evdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində Yevlax rayonu Cırdaxan kəndində qayınatası gildə yaşayarkən o, modern aparatını keçirtdiyi üçün qayınatası Təqsirləndirilən şəxs onu evin ikinci mərtəbəsində döymüş, ancaq onun iki aylıq hamilə olduğunu bilmirmişdir. Halbuki modern aparatını o keçirtməmiş, vaxtı bitmişdi. Təqsirləndirilən şəxs onu döyərkən evin birinci mərtəbəsində qayınanası Fatma Quliyev da o arada imiş və o səsləri eşidirmişdir. Qayınatası Təqsirləndirilən şəxs modern aparatını divara çırpmış, naçilniki onun olduğu tərəfə vurmaq istəyərkən divara çırpılıb, ona iki şillə və bir yumruqla başından vurmuşdur. O, Təqsirləndirilən şəxs əlindən qaçaraq aşağı evin birinci mərtəbəsinə düşmüş və qayınanası da onu görüb təhqir etmişdir. Qayınatası arxasınca aşağı düşərək onun saçından tutaraq onu sürümək istəyərkən betonun üstünə kürəyi üstə yıxılmış, başı stola dəymiş və uşağı tələf olmuşdur. Dərhal ayağa qalxıb kömək məqsədilə küçəyə çıxmış, küçədə heç kimi yox imiş və bu zaman qayınatasının maşına minərək evdən çıxıb getdiyini görmüş və dərhal evə qayıdaraq ikinci mərtəbəyə qalxıb uşağı götürüb qonşuya getmişdir və yoldaşına, atasına, anasına zəng edərək onları qonşusugildə gözləmişdir. Biraz sonra həyat yoldaşı Şahid3, atası Şahid1, anası Şahid2 onu gəlib qonşusu gildən götürərək qayınatası Təqsirləndirilən şəxs evinə aparmış və qayınatası Təqsirləndirilən şəxslə qayınanası Fatma Quliyeva və onların qohumları ilə birgə bu məsələ barəsində evdə söhbət edərkən Təqsirləndirilən şəxs və Fatma Quliyeva onlara sahə və mallarını sataraq şəhərdən ev alacağını demiş, o isə buna razı olmuş, lakin uşağının tələf olmağına görə dəfələrlə özünü narahat hiss etmişdir. Ancaq qayınatası Təqsirləndirilən şəxs verdiyi vədləri yerinə yetirməmiş və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qayınatası Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs onun qaynatası olduğuna görə onunla barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. X3 kəndində həyat yodaşı Şahid3 ilə qayınatası Eldar gilin evində yaşayır. xx.xx.2023-cü il tarixdə Nərimanabad kəndində evdə olarkən, həmən gün təxminən saat 14 radələrində qızı Kəmalə ona zəng edib ki, qayınatası Təqsirləndirilən şəxs onu döyüb və qonşudadır. O və yoldaşı Sevinc dərhal Cırdaxan kəndinə getmiş və evə çatana kimi Kəmaləni yoldaşı Tapdıq qonşunun evindən götürərək öz evinə yəni atası Eldarın evinə aparmışdır. Qızı hadisəni ona danışmış, qayınatası Təqsirləndirilən şəxs gəlini Kəmaləyə deyib ki, modern aparatını niyə keçirtmisən və Kəmaləni təhqir edib, döyüb və evdən gedib. Bu hadisəni qızı Kəmalə ona danışmış və onun üz və baş nahiyəsində xəsarətlər görmüşdür. Eldara Quliyev dəfələrlə zəng etdikdən sonra o, evə gəlib və Eldardan şikayət edəcəyini Eldara və onun yoldaşı Fatma Quliyevaya deyib. Eldar isə ona vaxt verməklərini, torpaq və malları satıb oğlu Şahid3 və onun həyat yoldaşı Kəmaləyə Yevlax şəhərindən ev alacağını demişdir. Ancaq Eldar sözünə əməl etmədiyinə görə xx.xx.2023-cü il tarixdə qızı Kəmalə qayınatası Eldardan Yevlax RPŞ-yə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. X3 kəndində həyat yoldaşı Şahid3 ilə qayınatası Təqsirləndirilən şəxs evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə Nərimanabad kəndində evdə olarkən həmən gün təxminən saat 14 radələrində qızı Kəmalə atası Şahid1 zəng edib ki, qayınatası Təqsirləndirilən şəxs onu döyüb və qonşudadır. O və yoldaşı Teymur dərhal Cırdaxan kəndinə gedib və onlar evə çatana kimi Kəmaləni yoldaşı Tapdıq qonşunun evindən götürərək öz evinə yəni atası Eldarın evinə aparmışdır. Qızı hadisəni ona danışmış, qayınatası Təqsirləndirilən şəxs gəlini Kəmaləyə deyib ki, modern aparatını niyə keçirtmisən və Kəmaləni təhqir edib, döyüb və evdən gedib. Bu hadisəni qızı Kəmalə ona danışmış və onun üz və baş nahiyəsində xəsarətlər görmüşdür. Təqsirləndirilən şəxs dəfələrlə zəng etdikdən sonra o, evə gəlmiş, Eldardan şikayət edəcəyini Eldara və onun yoldaşı Fatma Quliyevaya deyib. Eldar isə ona vaxt verməklərini, torpaq və malları satıb oğlu Şahid3 və onun həyat yoldaşı Kəmaləyə Yevlax şəhərindən ev alacağını demişdir. Ancaq Eldar sözünə əməl etmədiyinə görə xx.xx.2023-cü il tarixdə qızı Kəmalə qayınatası Eldardan Yevlax RPŞ-yə şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə 14 radələrində o, Yevlax şəhərinə bazarlıq etməyə gedərkən atası Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs döyüb. Hadisə zamanı o evdə deyilmiş, Münaqişə olduğunu həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edərək deyib. Dərhal atası Təqsirləndirilən şəxs zəng edərək nəyə görə münaqişə etdiyini demiş, o da cavabında evdə olmadığını bildirərək telefonu söndürmüşdür. O, saat 16 radələrində kəndə çatmış, həyat yoldaşı Kəmaləni qonşusu gildən götürüb evə, yəni atası Təqsirləndirilən şəxs evinə gələrək münaqişənin necə olduğunu həyat yoldaşı Kəmalə ona danışıb. Atası Təqsirləndirilən şəxs onlardan üzr istəmiş və ardınca qayınatası Şahid1 və qayınanası Şahid2 da gələrək Təqsirləndirilən şəxs onlara ev alacağını bildirmişdir. Dörd gün sonra atası Təqsirləndirilən şəxs kobud rəftar edib və ev almayacağını bildirib. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Kəmalə ilə birgə Yevlax RPŞ-yə gələrək, qayınatası Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş məhkəmə tibb eksperti X2 ifadəsində bildirmişdir ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs bədən səthində olmuş xəsarətin xarakteri və lokalizasiyası onu deməyə əsas verir ki, bu növ xəsarətlər adətən kənar şəxs tərəfindən yetilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Bununla bağlı xx.xx.2024-cü il tarixli, 01/24 saylı əlavə rəyini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 307 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləri başın ənsə nahiyəsinin dərialtı hematoması, sol budun yuxarı 1/3-nin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (iş vər.12); Qətimkan tədbirinin seçilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(iş vər71-72); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 395 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda mama-ginekoloji müayinəsinə və USM-nin nəticələrinə əsasən uşaqlıq boşluğunda döl yumurtası qalıqları aşkar edilməmiş və natamam abort diaqnozu təyin edilmişdir. Təxminən iki aylı hamiləliyin pozulması halı və travma arasında səbəbli əlaqə yoxdur.(iş vər.93-95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmayıbdır.(iş vər.118); Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 863/2023 saylı rəyindən görünür ki, vətəndaşı Zərərçəkmiş şəxs başın ənsə nahiyyəsinin dərialtı hematoması, sol budun yuxarı 3/1-nin ön səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2023-ci il tarixdə yarana bildirdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığına qısa müdətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs 11-xx.xx.2023-cü il tarixlərdə mama-ginekoloji müayinəsinə və USM-nin nəticələrinə əsasən uşaqlıq boşluğunda döl yumurtası qalıqları aşkar edilmiş və ona “natamam abort” diaqnozu təyin edilmişdir. Təxminən iki aylıq hamiləlik dövründə uşaqlıq kiçik çanaqda yerləşdiyindən və xarici mexaniki təsirlərdən etibarlı qoyunduğundan və həmin nahiyyədə xəsarət aşkar edilmədiyindən hamiləliyin pozulmasını xx.xx.2023-cü il tarixdə baş vermiş travma ilə əlaqələndirmək mümkün deyildir.(iş vər.129-131); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, qaynatası Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Bunların nəzərə alınaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs yenidən tibbi müayyinədən keçirilməsinə dair məhkəmə Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 01/24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləri başın ənsə nahiyəsinin dərialtı hematoması, sol budun yuxarı 1/3-nin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Xəsarətin xarakteri və lokalizasiyası onu deməyə əsas veririk, bu növ xəsarətlər adətən kənar şəxs tərəfindən yetilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 321, 321.2.1, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitə Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar