Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-46/2025 27.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, İlyaslar kəndində qeydiyyatda olan Goranboy rayonu, Yeni Qəsəbə ev 425-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun Yevlax şəhəri ərazisindən keçən 278-ci kilometrliyində 40-50 km/saat surətlə hərəkətdə olarkən “X2" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək avtomobilinin qabaq tərəfi ilə onunla eyni istiqamətdə 60 km/saat surətlə hərəkətdə edib onun avtomobilini ötərək sağ zolağa keçib 53 metr düzünə hərəkət edərək sağa doğru 10-15 km/saat surətlə dönən Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən yolun sağ kənarından ortaya doğru 2.2 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan Hyundai HD65 yük markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol dirsək sümüyünün sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisə zamanı idarə Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Şahid2 məxsusdur. Cəlillə birlikdə arabir ot alıb satırlar. xx.xx.2024-cü il tarixdə Cəlil ona Yevlax rayonu Qarxun kəndindən ot gedib gətirmək lazım olduğundan maşını sürüb gedib gəlməyi söyləmişdir. Razılaşdıqları kimi saat 15:30 radələrində məskunlaşdıqları qəsəbədən Cəlilin avtomobili ilə yola düşmüşlər. Cəlil yanında Azər adlı şəxsi də gətirmişdir. Həmin gün saat 16 radələrində Bakı-Qazax- Gürcüstan yolunun Yevlax şəhərindən keçən hissədə olan dairəni keçəndən sonra 40-50 km/saat surətlə sağ zolaqda hərəkətdə olarkən arxadan gələn Hyundai HD 65 markalı **- AM-*** dövlət qeydiyyat nişanlı avtomobil onu ötüb qabağına, yəni sağ zolağa keçmiş, təxminən 1-2 saniyə gedəndən sonra qəfildən tormozu basaraq sağa doğru dönmək istəmişdir. Dərhal tormozu basmış, lakin qəzadan yayına bilməmişdir. Avtomobilin qabaq tərəfi ilə həmin avtomobilin arxa tərəfidən toqquşmuşdur. Avtomobilində nasazlıq və yük olmayıb, 2 nəfər sərnişin olub. Sərnişinlərin heç biri xəsarət almamışdır. Hyundai markalı avtomobil sağa doğru gedərək sol yanı üstə aşmışdır. Hyundai markalı avtomobilin sürücüsü qolundan xəsarət almışdır. Onu avtomobildən çıxartmağa yoldan keçən şəxslərlə birlikdə kömək etdmiş, Yevlax RMX-na yola salmışdır. Qəza nəticəsində heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs xəsarət almasına görə özünü təqsirli bilsə də, hadisənin törənməsində onun təqsiri olmadığından və ona qarşı irəli sürülmüş ittiham əsasssız olduğundan məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Avrora MMC-də sürücü işləyir. Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil şirkət tərəfindən ona yol vərəqəsi ilə təhkim olunub. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Yevlax rayonu ərazisində yerləşən müştərilərə məhsulların çatdırılması ilə məşğul olur. Onunla birlikdə sürücü köməkçisi Şamil adlı şəxs də işləyir. xx.xx.2024-cü il tarixdə həmişəki kimi Yevlax şəhərinə məhsul gətirmişdir. Həmin gün saat 16 radələrində Yevlax şəhərində məcbur köçkün qəsəbəsində yerləşən mağazaya məhsul aparmaq üçün Yevlax şəhərindən dairədən Bakı-Qazax-Gürcüstan yoluna Bakı şəhəri istiqamətinə dönmüşdür. Sağ zolaqla 50-60 km/saat surətlə hərəkətdə olarkən ondan qarşıda asta surətlə Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görüb sol zolağa keçərək onu ötmüş dönəcəyi məcburi köçkün qəsəbəsinə 50-60 metr qalmış sağ zolağa qayıtmışdır. Döngəyə çatmamış sağa dönmə nişanını yandırıb surətini azaltmağa başlamışdır. Sağa doğru biraz dönəndə arxadan gələn Kamaz markalı avtomobil qabaq tərəfi ilə onun avtomobilinin arxa tərəfindən vurmuşdur. Avtomobili çəpəki formada olduğu üçün biraz qarşıya gedərək sol yanı üstə aşmışdır. Nəticədə sol qolundan xəsarət almışdır. Hadisə yerinə gələn Təcili Yardım avtomobili onu Yevlax RMX-na aparmışdır. Avtomobilində təxminən 100 kq yük olmuş, heç bir nasazlıq olmamış, 1 nəfər sərnişin olmuşdur. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, ondan şikayətçi olduğunu və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. Gündüzə yol vərəqəsi ilə təhkim olunmuş Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayon ərazisində yerləşən müştərilərə məhsulların çatdırılması ilə məşğul oluraq. xx.xx.2024-cü il tarixdə həmişəki kimi Yevlax şəhərinə məhsul gətirmişdik. Şəhərin içərisində olan mağazalara məsulları payladıqdan sonra saat 16 radələrində Yevlax şəhərində yerlşənə məcburi köçkün qəsəbəsində yerləşən mağazaya məhsul aparmaq üçün Yevlax şəhərində dairədən Bakı-Qazax- Gürcüstan yoluna Bakı şəhəri istiqamətinə dönmüş, sağ zolaqla hərəkətdə olarakən bizdən qarşıda asta surətlə Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini görüb Gündüz sol zolağa keçərək onu ötdü, dönəcəyimiz məcburi köçkün qəsəbəsinə 50-60 metr qalmış sağ zolağa qayıtmış, qəsəbəyə dönməyə çatmamış sağa dönmə nişanını yandırıb sağa doğru biraz dönmüşdür ki, arxadan gələn Kamaz markalı avtomobil qəbaq tərəfi ilə onların avtomobilin arxa tərəfindən vurmuş, Avtomobildən çəpəki formada olduğu üçün biraz qarşıya gələrək sol yanı üstü aşmışdır. O, özünü avtomobildən çıxmış, Gündüzün qolu avtomobilin altında qalmışdır. Kənardan toplamış şəxslərin köməkliyi ilə onun qolunu avtomobilin altından çıxarılmış və Yevlax RMX-na təcili yardım avtomobili ilə aparılmışdır. Qəza nəticəsində o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə məskunlaşmışdır. Onun idarə etdiyi avtomobil digər tanışı Cəlilə məxsusdur. Bir neçə dəfə Cəlil və Zaminlə ot yığmağa getmişdirlər. xx.xx.22024-cü il tarixdə Cəlilin ona Yevlax rayonuna avtomobilə ot yükləmək üçün getməyni söyləmişdir. Həmin gün saat 15:30 radələrində məskunlaşdıqları qəsəbədən Yevlax rayonuna doğru Zaminin idarə etdiyi Kamaz 3520 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Həmin gün saat 16 radələrində Bakı-Qazax- Gürcüstan yolunun Yevlax şəhərindən keçən hissədə olan dairəni keçəndən sonra hərəkətdə olarkən arxadan gələn Hyundai HD 65 markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil onları ötüb sağ zolağa keçmişdir. Təxminən 1-2 saniyə düzünə hərəkət edib qəfildən sağa doğru dönməyə başlamışdır. Zamin tormoz bassa da qəzadan yayına bilməmişdir. Avtomobilin qabaq tərəfi ilə Hyundai markalı avtomobilin arxasından toqquşmuşdur. Hyundai markalı avtomobil sağa doğru gedərək orada aşmışdır. Qəza nəticəsində Hyundai markalı avtomobilin sürücüsü xəsarət almışdır. Onu Yevlax RMX-na aparmışlar. Onlar hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Qəza nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, baş vermiş YNH ilə bağlı onu deyə bilər ki, hadisə zamanı idarə etdiyi Kamaz 5320 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun pulunu verib alsa da etibarnamə ilə idarə edir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Onun səhətində problem olduğuna görə avtomobili Zaminə sürməyə verir. xx.xx.2024-cü il tarixdə Yevlax rayonundan yonca otunu yükləyib gətirmək üçün Zamindən ona getməsini xahiş etmişdir. Qəsəbədə yaşayan Azər adlı şəxsi də fəhlə kimi özümlə aparmışdır. xx.xx.2024-cü il tarixdə 15:30 radələrində məskunlaşdığı qəsəbədən Yevlax rayonuna doğru yola düşdük. Həmin gün saat 16 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Yevlax şəhərindən keçən hissədə olan dairəni keçəndən sonra hərəkətdə olarkən o, sağ qapı tərəfdə, oturduğunu yerdə yuxulamışdır. Tormoz səsinə ayıldım ki, bizdən qarşıda hərəkətdə olan Hyundai HD 65 markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən tormozu basıb sağa dönmək istəyib, zamin də tormozu basıb, lakin məsafə az olduğundan qəzadan yayınmaq mümkün olmadı. Onların avtomobilin qabaq tərəfi ilə Hyundai markalı avtomobilin arxasından toqquşdu. Hyunda markalı avtomobil sağa doğru gedərək orada aşdır. Sonradan öyrəndi ki, Hyundai markalı avtomobil arxadan gələn onların avtomobili ötüb qarşımıza keçib, 1-2 saniyə düzünə getdikdən sonra sağa doğru dönməyə başlayıb. Qəza nəticəsində Hyundai markalı avtomobilin sürücüsü xəsarət almışdır. Onu Yevlax RMX-na apardılar. Onlar hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözlədik. Qəza nəticəsində heç bir xəsarət almamışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəyicəsində xəsarət aldıqlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan yolunun Yevlax şəhəri ərazisindən keçən 278-ci kilometrliyi hissəsində baş vermişdir (iş vər 06-12); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 1111 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə saat 19:00-da müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur (iş vər.21); Yevlax şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 1112 № li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:02-də müayinə olunarkən ayıq vəziyyətdə olmuşdur (iş vər.22); “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla yolun hərəkət hissəsi üfüqi və düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan yolunun Yevlax şəhəri ərazisindən keçən 278-ci kilometrliyi hissəsində baş vermişdir (iş vər 28-30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6602/1014 məktubdan görünür ki, Təqsirləndirilən şəxs BD 113 563 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixldən xx.xx.2033-cü il tarixədək verilmişdir. Zərərçəkmiş şəxs AE 241 894 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır (iş vər.36); Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 601 №li rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəndə aşkar edilmiş xəsarət- sol dirsək sümüyünün sınığı, küt alət təsirindən törənmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi itisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu dərəcəsibnə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir (iş vər.37); Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2577 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «X2» Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyət təşkil etməməsi nəzərə alınmaqla onun hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tətqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X2» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır(iş vər.38- 42) Avtomobilin maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut hesab edilsinlər və qəbzlə sahibinə qaytarılması qərara alınmışdır (iş vər.56); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə baxışınadək saxlanılması sahibi Şahid2 təhvil almışdır.(iş vər.57); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə baxışınadək saxlanılması təhvil almışdır.(iş vər.58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıbdır (iş vər.70); AZE seriyalı 12213177 nömrəli və AZE seriyalı 12213180 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Rahib və xx.xx.2015-ci il təvəllüdlü Aynübar adlı iki uşağı vardır(iş vər.73-74); Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( iş vər.111); Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-сi il tarixli 15 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O, hadisə zamanı hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. O, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiqinə ehtiyac yoxdur (iş vər.120-121); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X2” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X2” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “X2” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və iş üzrə toplanmış sübutların məcmusuna əsasən istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal (CM-61) müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur, iş üzrə maddi sübut hesab edilən Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilləri sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 128 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Goranboy rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Kamaz 5320 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Hyundai HD65 yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilləri sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat 30 (otuz) dəqiqə müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 39 (otuz doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-46/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-46/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver