Məhkəmə qərarları › İş №1(039)-47/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-47/2020

18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-47/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru Dövlət ittihamçısı ğlunun, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2019-cu ilin avqust ayının sonlarında saat 22:00 radələrində, özgənin əmlakını ələ keçirmək niyyəti ilə Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs evində olmadığından istifadə etməklə həmin həyət evinə hasardan aşmaqla qanunsuz daxil olaraq, 1 ədəd 80 manat dəyərində “Sony” markalı videokameranı, 1 ədəd işlənmiş 350 manat dəyərində “Panasonic” markalı videokameranı, 1 ədəd həcmi 3,00 manat dəyərində 2GB yaddaş kartını, 4 ədəd 20 manat dəyərində yaddaş kartını, 2 ədəd 10,00 manat dəyərində səsgücləndiricini, 3 ədəd 120,00 manat dəyərində yataq dəstlini, 6 ədəd 60 manat dəyərində hamam dəsmalını, 4 ədəd 80 manat dəyərində kişi köynəyini gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 723 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayındaZərərçəkmiş şəxs ailəsi ilə birlikdə Rusiya Federasiyasında olmasından və evlərində heç kiminyaşamamasındanistifadə edərək Həcərgilin evindən oğurluq etmək qərarına gəlmişdir.Avqust ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs evindən oğurluq etmək üçün evin hasarını aşıb həyətə düşmüş və evin qonaq otağının pəncərəsini daşla vurub sındırdıqdan sonra pəncərədən evə daxil olmuşdur. O, evi axtararkən evdən pul və qızıl-zinyət əşyasıtapa bilməmiş, lakin 2 ədəd videokamera, 1 ədəd flaş kart və 2 ədəd səsgücləndirici tapmış və həmin əşyaları götürdükdən sonra evdən çıxıb getmişdir. O, əvvəlcə həmin əşyaları satmaq istəmiş, lakin sonradan fikirini dəyişib özündə saxlamaq qərarına gəlmişdir. O, zərərçəkmişin evindən oğurluq etdikdən təxminən 20 gün sonra əmisi oğlu Aqilin telefonuna Zərərçəkmiş şəxsRusiya Federasiyasında yaşayanəri Eşqin tərəfindən zəng gəlmişdir. Eşqin telefon əlaqəsi zamanı ondan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evindən oğurluq edib-etmədiyini soruşmuş, o da cavabında Eşqinə evindən oğurluq etdiyini vəoğurladığı əşyaları həmkəndlisi Pərviz vasitəsi iləqaytaracağını bildirsə də,əşyaları Pərvizə verməmişdir. Həmin videokameranın biri sındığı üçün atmış, səsgücləndiricilərdən istifadə edə bilmədiyi üçün sındırıbatmış, 1 ədəd vedeokamera və 1 ədəd flaş kartı isəözündəsaxlamışdır. xx.xx.2019-cu il tarixdə həmkəndlisi Pərviz ona oğurladığıəşyaları qaytarmayacağı təqdirdə Həcərin onun barəsindəşikayət edəcəyini bildirmiş, o isəözündə olan 1 ədəd videokameranı və 1 ədəd flaş kartıəmisi oğlu Aqil vasitəsi ilə Zərərçəkmiş şəxs göndərmişdir.Lakin Aqil ona Həcərgilin əşyaları götürmədiklərini bildirərək əşyaları özünəqaytarmışdır. X1yıdandan sonra o, Pərviz vasitəsi ilə Həcərgilə 100 manat pul göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayıb polis şöbəsinə dəvət etmiş, o, polis şöbəsində etmiş olduğu oğurluğu etiraf etmişdir.Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyərək onunla barışıq əldə etdiyini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs Talib oğlu bir neçə il bundan əvvəl də onun evindən oğurluq etmişdir. Əri Eşqin və qaynatası X4 yaşayır. Özü isə hazırda rayonun Tanrıqulular kəndində iki körpə uşağı və qaynanası Həqiqətlə birlikdə yaşayır. Təxminən iki ay əvvəl onlar Rusiya Federasiyasında olarkən Rasimin atası Talib onlara Yevlax rayonu Tanrıqulular kəndindəki evlərindən oğurluq olduğunu bildirmişdir. Bundan sonra əri Eşqin Pərviz adlı şəxsə telefonla zəng vurub Rasimlə telefon əlaqəsi yaratmış və telefon əlaqəsi zamanı Rasimdən Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evlərindən oğurluq edib etmədiyini soruşmuşdur. Rasim də onun evindən oğurluq etdiyini, oğurladığı əşyaların hazırda özündə olmasını və həmin əşyaları Pərviz vasitəsi ilə qaytaracağını bildirmişdir. Bundan sonra isətelefon əlaqəsi zamanı Pərviz Rasimdən oğurladığı əşyaları alıb özündə saxlayacağını və onlar Yevlax rayonu Tanrıqulular kəndinə gələrkən özlərinə verəcəyini bildirmişdir. Həmin ərəfədə o, qaynanası və uşaqları ilə birlikdəYevlax rayonu Tanrıqulular kəndinə qayıtmış, evə gəldikdə isə evin pəncərə şüşəsinin sınmış vəziyyətdə olmasını, 1 ədəd “Sony” markalı videokameranın, 1 ədəd “Panasonic” markalı videokameranın, 5 ədəd yaddaş kartının, 2 ədəd səsgücləndiricinin, 3 ədəd yataq dəstinin, 6 ədəd hamam dəsmalının, 4 ədəd kişi köynəyinin evdə olmadığını görmüşlər. Onlar Rasimin evdən oğurluq edərkən sındırdığı pəncərəni düzəltdirmişlər. Pərviz onlara 100 manat pul gətirib vermiş və həmin pulu Rasimin sındırdığı pəncərənin qarşılığında verdiyini bildirmişdir. Lakin bundan sonra Rasim evdən oğurladığı əşyalarıqaytarmamış, buna görə də o, 2019cu ilin dekabr ayında Rasim barəsində Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Həmin tarixdə Rasim bir ədəd viodeokameranı onlara göndərməsinə baxmayaraq həmin videokamera normal vəziyyətdə olmadığı üçün Rasimə qaytarmışlar. Təqsirləndirilən şəxs onun yaşadığı mənzildən sadaladığı əşyaları oğurlamaqla ümumilikdə ona təxminən 1000 manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Atrət qızı ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs Talib oğlu bir neçə il bundan əvvəl də onların evindən oğurluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Oğlu Eşqin vəəri X4 yaşayır. Özü isə kənddə iki körpə nəvəsi və gəlini Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 2019-cu ilin dekabr ayında onlar Rusiya Federasiyasında olarkən Rasimin atası Talib onlara Yevlax rayonu Tanrıqulular kəndindəki evlərindən oğurluq olduğunu bildirmişdir. Bundan sonra oğlu Eşqin Pərviz adlışəxsə telefonla zəng vurub Rasimlə telefon əlaqəsi yaratmış və telefon əlaqəsi zamanı Rasimdən onların evlərindən oğurluq edib-etmədiyini soruşmuş, Rasim də onların evindən oğurluq etdiyini, oğurladığı əşyaların hazırda özündə olmasını və həmin əşyaları Pərviz vasitəsi ilə qaytaracağını bildirmişdir. Bundan sonra isə telefon əlaqəsi zamanı Pərviz Rasimdən oğurladığı əşyaları alıb özündə saxlayacağını və onlar Yevlax rayonu Tanrıqulular kəndinə gələrkən özlərinə verəcəyini bildirmişdir. Həmin ərəfədə o, gəlini Həcər və nəvələri ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndinə qayıtmış, evə gəldikdə isə evin pəncərə şüşəsinin sınmış vəziyyətdə olmasını, 1 ədəd “Sony” markalı videokameranın, 1 ədəd “Panasonic” markalı videokameranın, 5 ədəd yaddaş kartının, 2 ədəd səsgücləndiricinin, 3 ədəd yataq dəstinin, 6 ədəd hamam dəsmalının, 4 ədəd kişi köynəyinin evdə olmadığını görmüşlər. Onlar Rasimin evdən oğurluq edərkən sındırdığı pəncərəni düzəltdirmişlər. Pərviz isə onlara 100 manat pul gətirib vermiş və həmin pulu Rasimin sındırdığı pəncərənin qarşılığında verdiyini bildirmişdir. Lakin bundan sonra Rasim evdən oğurladığı əşyaları qaytarmamış, buna görə də gəlini Zərərçəkmiş şəxs Rasim barəsində polis şöbəsinəərizə ilə müraciət etmişlər. Rasim bir ədəd videokameranı onlara göndərməsinə baxmayaraq həmin videokameranı normal vəziyyətdə olmadığı üçün Rasimə qaytarmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, həmkəndlisi Təqsirləndirilən şəxs onun yanında fəhləliklə məşğul olur. Digər həmkəndlisi Həcərin əri Eşqin isə Rusiya Federasiyasında yaşayır. Rasim onun yanında fəhlə işləyən zaman Rasimin əlində videokamera olduğunu görmüş, o, Rasimdən həmin videokmeranı haradan aldığını soruşmuş, Rasim isə həmin videokameranı ona dostunun verdiyini bildirmişdir. Bir müddət sonra Rasim ona verəcəyi əmək haqqıdan 100 manatını həmkəndliləri Həcərin qayınanası Həqiqətə verməsini xahiş etmiş, o da bundan sonra yaşadıqları kənddə yas mərasimində Həqiqəti görmüş və Həqiqətə 100 manat verdikdən sonra “bu pulu Rasim mənəverib ki, sənə çatdırım” demişdir. Həqiqət isə ona Rasimin yaşadığı mənzildən videokamera oğurladığını bildirmiş, o isə Həqiqətə “Rasimin əlində videokamera görmüşəm yəqin ki, sizindir, deyərəm gətirib verər' demişdir. Bundan sonra o, Rasimin oğurladığı videokameranı əmisi oğlu Aqil vasitəsi iləHəqiqətə göndərdiyini, Həqiqətin isə həmin videokameranın işləmədiyini deyərək Aqilə geri qaytardığını və Rasim barəsində Yevlax rayon polis şöbəsinə müraciət etdiyini eşitmişdir. Onun əvvəlcədən Rasimin Həcərin evindən oğurluq etməsindən xəbəri olmamış, Həqiqətin ona Rasimin onun evindən oğurluq etdiyini bildirdikdən sonra bu barədə məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il il tarixli protokoldan və protokola əlavə edilmiş fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Zərərçəkmiş şəxs evini göstərərk 2019-cu ilin avqust ayının sonlarında evin içinə daxil olduğu, evin içindən ev əşyalarını oğurladığı və oğurluq etdikdən sonra evdən çıxdığı yerləri göstərmişdir. (iş vər. 27-32); şübhəli şəxs qismində tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.42); qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.( iş vər. 62); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1572 №li rəyindən görünür ki, 2019-cu ilin avqust və sentyabr aylarında, respublikadaxili orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1 ədəd istismar edilmiş, “Sony” markalı HDX- CX360E modelli videokamera 80 manat, 1 ədəd gövdəsi istismar edilmiş, həcmi 2 GB yaddaşı olduğu halda yaddaş kartı 3 manat, tədqiqata təqdim edilməyən 4 ədəd yaddaş həcmi məlum olmayan yaddaş kartının həcmi 2 GB olduğu halda təzə yaddaş kartı 20 manat, 2 ədəd markası, modeli təyinatlı, istismar müddəti məlum olmayan səsgücləndirici istifadə olduğu halda 10 manat, 3 ədəd modeli, təyinatl, hansı vəziyyətdə olması məlum olmayan iki nəfərlik təzə olduğu halda yataq dəstləri 120 manat, 6 ədəd modeli, ölçüləri, hansı vəziyyətdə olması məlum olmayan böyük ölçülü təzə olduğu halda hamam dəsmalı 60 manat və 4 ədəd modeli, ölçüsü hansı vəziyyətdə olması məlum olmayan təzə olduğu halda kişi köynəyi 80 manat. Qərarda göstərilən, lakin tədqiqata təqdim edilməyən bir ədəd təzə “Panasonic” markalı video kamera üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 75 manatdır.( iş vər. 73-77); “maddi sübut kimi tanınma barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd istismar edilmiş “Sony” markalı videokamera və bir ədəd gövdəsi istimar edilmiş, həcmi 2 GB yaddaş kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (iş vər.79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər. 65); Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saxlanılaraq Yevlax rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindəngörünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, ittihamda göstərilən digər əşyaların onun tərəfindən oğurlanmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də hadisə yerinə baxış protokolu və ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş ekspertiza rəyləri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan digər əşyaları oğurlamasına şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Cəfərov X7 Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətə nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-68.1.1-1, 69.3),cəzaçəkmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan bir ədəd istismar edilmiş “Sony” markalı videokamera və bir ədəd gövdəsi istimar edilmiş, həcmi 2 GB yaddaş kartı sahibi Zərərçəkmiş şəxs təhvil verilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 14 gün, cəmi 16 (on altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) gün həbsdə qaldığı müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla (01 ay 02 gün müddət), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd istismar edilmiş “Sony” markalı videokamera və bir ədəd gövdəsi istimar edilmiş, həcmi 2 GB yaddaş kartı Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ibtidai istintaqda göstərdiyi 40 (qırx) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6, 72 (yetmiş iki) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar