Məhkəmə qərarları › İş №1(039)-47/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-47/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-47/2021 18.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Yevlax rayonu Qaroğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasına gələrək binada heç kimin olmamasından istifadə edib Zərərçəkmiş şəxs Başçısının köməkçisi işləyən Qanuni nümayəndə inzibati binanın üçüncü mərtəbəsində yerləşən 309 nömrəli xidməti iş otağının qapısının qıfıl hissəsini dəmir linglə sındırıb qapını açaraq qanunsuz olaraq otağa daxil olmuş, otaqdakı tumbada olan dəmir seyfin qıfıl hissəsini də həmin dəmir linglə sındırıb açaraq seyfdə olan 5000 manat məbləğində pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Qanuni nümayəndə həmin məbləğdə ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2020-ci ilin noyabr ayının sonlarında o, pul əldə edə bilmədiyi üçün iş yerindən oğurluq etmək qərarına gəlmişdir. O, İcra Hakimiyyətinin Başçısının köməkçisi işləmiş Qanuni nümayəndə inzibati binanın üçüncü mərtəbəsində yerləşən xidməti iş otağında bir neçə dəfə olmuşdur. Həmin vaxt o, Sərvərin otağında tumbanın içərisində kiçik ölçülü bir ədəd dəmir seyfin olduğunu görmüşdür. O, Sərvərin həmin seyfdə pul saxladığını hesab etmişdir. Bu səbəbdən də o, Sərvərin otağına daxil olmağı və otaqdakı seyfdən pul oğurlamağə qərara almışdır. 2020-ci ilin noyabr ayının sonlarında o, Sərvərin “koronavirus” xəstəliyinə tutulduğunu və işə gəlmədiyini bilmişdir. Bundan sonra o, oğurluq etmək üçün hazırlıq işləri görməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olmuş özünə məxsus bir ədəd dəmir lingi sellofan torbaya qoyub icra hakimiyyətinin binasına getmişdir. O, həmin lingi paltarının altında gizlədərək inzibati binaya daxil olmuş və həmin lingi xidməti iş otağına qoymuşdur. Həmin gün o, xidməti işi ilə məşğul olmuş və saat 19 radələrində icra hakimiyyətindən çıxıb yaşadığı evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində də o, icra hakimiyyətinə işə getmiş və saat 19 radələrinədək işdə olmuşdur. Həmin gün o, Sərvərin otağından oğurluq etmək qərarına gəlmişdir. O, iş vaxtı bitdikdən sonra və heç kim olmadığı vaxt oğurluq etməyi planlaşdırmışdır. Saat 19 radələrində o, icra hakimiyyətində işləmiş şəxslərlə birlikdə işdən çıxaraq yaşadığı evə getmişdir. O, oğurluq edərkən əl izinin qalmaması üçün yaşadığı evdən bir cüt corab götürmüşdür. Bundan sonra o, yaşadığı evdən çıxıb piyada olaraq icra hakimiyyətinə getmişdir. Həmin vaxt saat 21 radələri olmuş və inzibati binada heç kim olmamışdır. O, binanın ikinci mərtəbəsində yerləşən xidməti iş otağına daxil olmuşdur. Gətirdiyi corabları əllərinə geyinmiş və dəmir lingi götürmüşdür. O həmçinin, otaqda olmuş bir ədəd vint açanı da özü ilə götürmüşdür. Bundan sonra o, otaqdan çıxmışdır. O, pilləkənlə inzibati binanın üçüncü mərtəbəsinə qalxmış və Qanuni nümayəndə məxsus xidməti iş otağının giriş qapısının önündə dayanmışdır. O, əvvəlcə vint açanla qapının dəstəyinin qapağındakı iki ədəd şurupu açmış və qapağı çıxarmışdır. Bundan sonra o, ling vasitəsi ilə giriş qapısının qıfıl hissəsinə güc tətbiq etmiş və qıfılı sındırmışdır. Giriş qapısını açıb içəriyə daxil olmuşdur. Tumbanın içərisində olmuş dəmir seyfi götürüb döşəmənin üzərinə qoymuşdur. O, əlindəki dəmir ling vasitəsi ilə seyfin qıfıl hissəsinə güc tətbiq etmişdir. Seyfin qıfıl hissəsini sındırmış və qapısını açmışdır. Seyfin içərisində 200 manatlıq əskinaslardan ibarət müəyyən miqdarda pul vəsaitinin və digər sənədlərin olduğunu görmüşdür. Seyfdəki pulların hamısını götürüb cibinə qoymuşdur. Seyfi döşəmənin üstündən götürüb tumbanın içərisində öz yerinə qoymuşdur. Bundan sonra o, otaqdan çıxmışdır. Sındırdığı qıfılı qapıdakı öz yerinə salmış və qapını çəkərək örtmüşdür. O, binanın ikinci mərtəbəsinə düşmüş və xidməti iş otağına getmişdir. Dəmir lingi otağında pəncərənin önünə qoymuşdur. Bundan sonra cibindəki pulları çıxarıb saymışdır. Pulun iyirmi beş ədəd 200 manatlıq əskinaslardan ibarət, cəmi 5000 manat olduğunu görmüşdür. 5000 manat pulu, iki ədəd corabı və bir ədəd vint açanı cibinə qoymuş, xidməti iş otağından çıxaraq aşağı düşmüşdür. Həmin vaxt polis əməkdaşı Elşən postunda olmamışdır. İcra hakimiyyətinin binasından çıxaraq yaşadığı evə getmişdir. Piyada olaraq yaşadığı evə gedərkən corabları və bir ədəd vint açan alətini yolun kənarına atmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, icra hakimiyyətinə getməmişdir. Həmin gün o, Yevlax şəhərində yerləşən “Neptun” və “El store” mağazalarından müxtəlif ərzaq məhsulları almış və təxminən 500 manat pul xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, Yevlax şəhərində yerləşən “Soliton” adlı məişət avadanlıqları mağazasına getmişdir. O, həmin mağazadan əvvəllər nisyə aldığı soyuducunun və paltaryuyan maşının aylıq ödənişi olan 106 manat və 94 manatı ödəmişdir. O, qalan 200 manatlıq əskinasların hamısını 100 manatlıq əskinaslara dəyişmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Yevlax şəhərində yerləşən “xxxx” ASC-yə 200 manat, “xxxx” ASC-yə 200 manat və “xxxx” MMC-yə 336 manat pul ödəmişdir. O, mağazalardan yenə də bazarlıq etmişdir. xx xxxxxx 2020-ci il tarixdə də o, puldan müəyyən məbləğdə xərcləmişdir. Həmin gün gecə saatlarında o, polis şöbəsinə dəvət edilmiş və hadisə barədə sorğu sual edilmişdir. O, Qanuni nümayəndə otağından 5000 manat pul oğurladığını etiraf etmiş və həmin puldan qalan üzərində olmuş 430 manat pulu istintaqa təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, Bakı şəhərindən Yevlax şəhərinə gəlmişdir. Həmin vaxt o, özünə məxsus olmuş 5000 manat pulu da özü ilə gətirmişdir. O, birbaşa olaraq icra hakimiyyətinə getmiş və otağında xidməti işləri ilə məşğul olmuşdur. O, gətirdiyi özünə məxsus olmuş 5000 manat pulun hamısını seyfə qoymuşdur. O, seyfi kodla bağlamışdır. Həmin gün axşam saatlarında o, yaşadığı evə gedərkən seyfdə olmuş 5000 manat pulu götürməmişdir. xx xxxxxx 2020-ci il tarixdə onun səhhətində narahatlıq yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında icra hakimiyyətində ondan “Covid-19” testi üzrə nümunə götürülmüşdür. Bundan sonra o, yaşadığı evə getməyi, özünü təcrid tədbirləri görməyi qərara almışdır. Yevlax şəhərində kirayə yaşadığı evə getmişdir. Həmin vaxt o, təcili sənədləri təsdiq etmək zərurəti yarana biləcəyini, bu səbəbdən də seyfdəki möhür və ştampları götürüb yaşadığı evdə saxlamağı qərara almışdır. O, xəstəliyi ilə əlaqədar olaraq icra hakimiyyətinin binasına gedə bilmədiyi üçün binanın komendantı işləmiş Yunisi yaşadığı ünvana çağırmışdır. O, bütün açarlarını Yunisə vermiş, açarları aparıb sektor müdiri işləmiş Cavidə verməsini, Cavidin açarla otağın qapısını açacağını, otaqdan möhür və ştampları götürəcəyini, Caviddən möhür və ştampları alıb ona gətirməsini demişdir. Bundan sonra Yunis açarları götürüb getmişdir. O, mobil telefonla Cavidə zəng edərək Yunisdən ona məxsus otağın və seyfin qapılarının açarlarını alıb otağa daxil olmasını, seyfdəki möhür və ştampları götürüb ona göndərməsini demişdir. Bir neçə dəqiqə sonra Cavid ona zəng edərək Yunisdən açarı alıb otağına daxil olduğunu demiş və seyfin kodunu ondan soruşmuşdur. O, Cavidə seyfin kodunun 6525 olduğunu demişdir. O, eyni zamanda Cavidə seyfdə pul olduğunu, pula toxunmamasını demişdir. Bundan sonra Yunis onun yaşadığı evə gələrək möhür və ştampları ona vermişdir. Həmin vaxt Yunis açarları ona qaytarmamışdır. Yadından çıxdığı üçün o, açarları Yunisdən istəməmişdir. O, təxminən iki-üç gün müddətində yaşadığı evdə müalicə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə onun istifadə etdiyi mobil telefona “Covid- 19” testindən verdiyi analizin cavabının pozitiv olması barədə sms gəlmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində mobil telefonla Yunisə zəng edərək açarlarını gətirməsini demişdir. Saat 08:40 radələrində Yunis onun yaşadığı evə gəlmiş və açarlarını vermişdir. O, açarların arasından iş otağının giriş qapısının açarını çıxarıb Yunisə vermişdir. O, möhür və ştampları Yunisə verərək aparıb Cavidə verməsini demişdir. Bundan sonra Yunis getmişdir. O, Cavidə zəng edərək Yunisin otağının qapısının açarını gətirəcəyini, möhür və ştampları Yunisdən götürüb otağa tək daxil olmasını, möhür və ştampları seyfə qoymasını demişdir. Bir saat sonra Cavid ona zəng edərək otağın qapısının qıfılının sındırıldığını, tumbadakı seyfin qapağının sındırılıb açıldığını, seyfdəki pulun yerində olmadığını demişdir. O, otağından 5000 manat pulun oğurlanması barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. O, müalicə olunarkən pulunu İcra Hakimiyyətinin Memarlıq şöbəsində işləmiş Təqsirləndirilən şəxs oğurladığını və Elnurun həbs edildiyini bilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilsə də, Elnurun 15 il işlədiyi müəssisədə iş yoldaşının otağından oğurluq etməsi mənəvi olaraq ona və icra hakimiyyətində işləyən digər əməkdaşlara pis təsir göstərmiş, Elnurun hərəkətindən sonra kollektivdə çaşqınlıq yaranmışdır. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmadığını və ona təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs Başçısının köməkçisi işləmiş Qanuni nümayəndə ona zəng edərək səhhətində yaranmış problemlə bağlı işdən çıxıb evə getdiyini, “koronavirus” xəstəliyinə tutulmasından şübhələndiyini, bu səbəbdən də özünü təcrid tədbirləri tətbiq etdiyini, işə gəlməyəcəyini, xidməti otağının və otaqdakı seyfinin qapısının açarlarını Yunisin vasitəsi ilə ona göndərdiyini, Yunisdən açarları alıb otağa daxil olmağını, seyfin qapısını açıb içərisindən möhür və ştampları götürməyini, sonra isə seyfin və otağın qapısını bağlamağını, möhür və ştampları, həmçinin açarları Yunisin vasitəsi ilə Qanuni nümayəndə göndərməyini demişdir. Bundan sonra Yunis gələrək Qanuni nümayəndə otağının və otaqdakı seyfin qapısının açarlarını ona vermişdir. O, açar vasitəsi ilə Qanuni nümayəndə məxsus inzibati binanın üçüncü mərtəbəsində yerləşən 309 nömrəli xidməti iş otağının qapısını açıb içəri daxil olmuşdur. O, seyfin Qanuni nümayəndə əyləşdiyi oturacağın sağ tərəfində yerləşən tumbada olduğunu, seyfin qapısının qıfılla, həmçinin kodla bağlandığını görmüşdür. Bundan sonra o, mobil telefonla Qanuni nümayəndə zəng edərək seyfin kodunun neçə olduğunu soruşmuşdur. Qanuni nümayəndə ona seyfin kodunun 6525 olduğunu demişdir. Qanuni nümayəndə ona seyfdə pul olduğunu, pula toxunmamağını demişdir. O, seyfin qapısındakı kod yerinə 6525 rəqəmlərini yazmış və açar vasitəsi ilə seyfin qapısını açmışdır. O, seyfdə 200 manatlıq əskinaslardan ibarət miqdarını bilmədiyi pulun olduğunu görmüşdür. O, seyfdə olan möhür və ştampları götürmüşdür. Bundan sonra o, seyfin qapısını qıfılla və kodla bağlamışdır. O, otaqdan dəhlizə çıxmış və açarla Qanuni nümayəndə məxsus otağın giriş qapısının qıfılını bağlamışdır. O, möhür və ştampları, həmçinin, açarları Qanuni nümayəndə çatdırması üçün Yunisə vermişdir. Yunis həmin əşyaları götürüb getmişdir. Həmin vaxtdan sonra da o, hər gün icra hakimiyyətinə işə getmişdir. Qanuni nümayəndə isə xəstəliyi ilə əlaqədar olaraq işə gəlməmişdir. 2020-ci ilin dekabr ayının əvvəlində o, Memarlıq şöbəsində işləmiş Təqsirləndirilən şəxs işə gəldiyini və ikinci mərtəbədə yerləşən xidməti otağında əyləşib işlədiyini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Qanuni nümayəndə ona zəng edərək möhür və ştampları Yunisin vasitəsi ilə ona göndərdiyini, həmin möhür və ştampları Yunisdən alıb otağındakı seyfə qoymağını, sonra seyfin və otağın qapısını bağlayıb açarları Yunisin vasitəsi ilə Qanuni nümayəndə göndərməyini demişdir. O, Qanuni nümayəndə yaşadığı evdə olduğunu, təxminən bir saat sonra icra hakimiyyətinə işə gedəcəyini, həmin vaxt möhür və ştampları Yunisdən alıb seyfə qoya biləcəyini demişdir. Təxminən saat 10 radələrində o, icra hakimiyyətinə işə getmişdir. Yunis gələrək Qanuni nümayəndə otağının və otaqdakı seyfin qapısının açarlarını ona vermişdir. O, Yunisin yanında açarı Qanuni nümayəndə məxsus xidməti iş otağının qapısının qıfılına daxil etmişdir. Lakin açar qıfılda fırlanmamış və o, açarla qıfılı aça bilməmişdir. O, açarı qıfıldan çıxarıb Yunisə vermiş və qapını açmasını demişdir. Yunis açarla otağın qapısının qıfılını açarkən onlar qıfılın sınmış vəziyyətdə olduğunu görmüşlər. Yunis əli ilə qapını itələmiş və qapı açılmışdır. Onlar otağa daxil olmuşlar və Qanuni nümayəndə məxsus seyfin tumbanın qarşı tərəfində yerdə olduğunu və seyfin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, seyfin içərisinə baxmış və seyfdə əvvəl gördüyü pulun yerində olmadığını müəyyən etmişdir. O, seyfi götürüb qabaq masasının üstünə qoymuş və içərisinə bir daha baxmışdır. O, həqiqətən də seyfdə pulun olmadığını bir daha görmüşdür. O, mobil telefonla zəng edərək Qanuni nümayəndə məlumat vermişdir. Bundan sonra Qanuni nümayəndə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək Qanuni nümayəndə məxsus otağa baxış keçirmiş və fotoşəkillər çəkmişlər. Bir neçə gün sonra Qanuni nümayəndə məxsus otağa Təqsirləndirilən şəxs daxil olub 5000 manat pulu oğurladığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2020ci ilin noyabr ayında və dekabr ayının əvvəlində o, icra hakimiyyətində işdə olmuşdur. Həmin ilin noyabr ayının sonlarında icra hakimiyyəti başçısının köməkçisi işləmiş Qanuni nümayəndə “koronavirus” xəstəliyinə tutulduğu üçün icra hakimiyyətinə işə gəlməmiş və yaşadığı evdə özünü təcrid vəziyyətinə düşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə Qanuni nümayəndə mobil telefonlaa zəng edərək onu yaşadığı ünvana çağırmışdır. O, Sərvərin yaşadığı ev ünvanına getmişdir. Sərvər ona topa halında olmuş xeyli sayda açar vermişdir. Sərvər açarları aparıb icra hakimiyyətində işləyən Cavidə verməyini, Cavidin Sərvərin otağının giriş qapısını açıb otaqdakı möhür və ştampları götürəcəyini, açarları, möhür və ştampları gətirib ona verməyini demişdir. Qanuni nümayəndə mobil telefonla Cavidə zəng edəcəyini demişdir. Bundan sonra o, icra hakimiyyətinə getmişdir. O, Qanuni nümayəndə verdiyi açarların hamısını Cavidə vermişdir. Cavid Sərvərə məxsus otağa daxil olub çıxdıqdan sonra açarları, möhür və ştampları ona vermişdir. O, həmin əşyaları götürüb yenidən Sərvərin yaşadığı ünvana getmişdir. O, möhür və ştampları Sərvərə vermişdir. Sərvərə məxsus açarların hamısı onda qalmışdır. O, icra hakimiyyətinə gedərək xidməti işi ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 08 radələrində Sərvər mobil telefonla ona zəng edərək onu yaşadığı ünvana çağırmış və açarları ondan istəmişdir. O, açarların hamısını Sərvərə vermişdir. Sərvər açarların içərisindən otağının giriş qapısının açarını çıxarıb ona vermişdir. Sərvər möhür və ştampları aparıb Cavidə verməyini, Cavidin həmin möhür və ştampları otağına qoyacağını demişdir. O, möhür və ştampları götürüb icra hakimiyyətinə getmişdir. O, Sərvərin otağının giriş qapısının açarını, möhür və ştampları Cavidə vermişdir. Cavid onun yanında açarı Sərvərə məxsus xidməti iş otağının giriş qapısının qıfılına daxil etmiş və qapını açmağa çalışmışdır. Lakin açar qapının qıfılını açmamışdır. Cavid açarı qıfıldan çıxarıb ona vermiş, qıfılı aça bilmədiyini, onun da yoxlamasını demişdir. O, açarı qıfıla daxil etməyə çalışmışdır. Lakin açar qıfıla daxil olmamış və o, qıfılın içərisindən dairəvi dəmirlərin töküldüyünü görmüşdür. Bundan sonra o, qapını itələmiş və qapı açılmışdır. Onlar qapının açıq vəziyyətdə olduğunu bilmişlər. Qapının qıfıl hissəsi sınmış vəziyyətdə olmuşdur. Cavid otaqdakı bir ədəd seyfi götürüb qabaq masasının üstünə qoymuşdur. O, seyfin qapısının açıq olduğunu və seyfin içərisində sənədlərin olduğunu görmüşdür. Cavid telefonla Sərvərə zəng edərək xidməti iş otağının giriş qapısının sındırıldığını, seyfin qapısının açıq olduğunu demişdir. Cavid seyfin içərisinə baxmış və Sərvərə seyfdə pulun olmadığını demişdir. O, Sərvərin yazdığı ərizəni Yevlax rayon polis şöbəsinə aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə oğurluğu İcra Hakimiyyətinin Memarlıq şöbəsində işləmiş Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2020ci ilin noyabr ayının sonlarında o, icra hakimiyyəti başçısının köməkçisi işləmiş Qanuni nümayəndə koronavirus xəstəliyinə tutulduğunu, sonuncunun müalicə olunduğunu və bu səbəbdən də işə gəlmədiyini bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, icra hakimiyyətinə gedərək postda olmuş və həmin saatdan xidmətə başlamışdır. Bundan sonra icra hakimiyyətinin bəzi işçiləri gələrək xidməti otaqlarına daxil olub işə başlamışlar. Həmin gün saat 20:50 radələrində Elnur icra hakimiyyətinə gəlmişdir. O, Elnura komendant saatının olduğunu demiş və nə səbəbə icra hakimiyyətinə gəldiyini soruşmuşdur. Elnur ona “mənə nə komendant saatı, yavaş-yavaş gedəcəm” demişdir. Bundan sonra o, inzibati binadan çıxaraq arxa tərəfdəki avtomobillərə baxmaq üçün arxa tərəfə getmişdir. O, hər hansı bir hadisə müşahidə etməmiş və yenidən xidmət yerinə qayıtmışdır. O, Elnuru inzibati binada görməmiş, o, sonuncunun ya otağına daxil olduğunu, ya da inzibati binadan çıxıb getdiyini düşünmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, xidməti polis əməkdaşı Hüseyn Mustafayevə təhvil verib yaşadığı evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, icra hakimiyyətinə gedərək xidmətə başlamışdır. Həmin gün saat 20 radələrində isə o, Elnuru icra hakimiyyətinin qarşı tərəfindəki parkda görmüşdür. Elnur onu görərkən iti addımlarla hərəkət edib ağacların arxa tərəfində gizlənmişdir. O, Elnurun nə səbəbə gizləndiyinə fikir verməmiş və inzibati binaya daxil olaraq xidmətinə davam etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində o, xidməti polis əməkdaşı Hüseynə təhvil verib yaşadığı evə getmişdir. Təxminən 30 dəqiqə sonra polis əməkdaşı Hüseyn ona zəng edərək onu icra hakimiyyətinə çağırmışdır. O, icra hakimiyyətinə gəldikdən sonra icra başçısının köməkçisi işləmiş Qanuni nümayəndə otağına kiminsə daxil olduğunu və otaqdakı seyfdən pul oğurlandığını bilmişdir. O, Yevlax rayon polis şöbəsinin əməkdaşlarına icra hakimiyyətində işləmiş Təqsirləndirilən şəxs iş vaxtından sonra saat 21 radələrində icra hakimiyyətinə gəldiyini gördüyünü demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, baxışın keçirildiyi hadisə yeri Zərərçəkmiş şəxs inzibati binasının üçüncü mərtəbəsindəki Qanuni nümayəndə məxsus 309 nömrəli xidməti iş otağıdır. Baxış zamanı həmin otağın giriş qapısının qıfılının sındırıldığı və qapının açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Qapıdan içəri daxil olduqda sol tərəfdə böyük ölçüdə şkaf, sağ tərəfdə oturacaq və qabaq stolu yerləşir. Otağın altı gözdən ibarət iki ədəd pəncərəsi var. Pəncərələr bağlı vəziyyətdə, şüşələr tamdır. Qabaq masasının üzərində müxtəlif sənədlər və bir ədəd seyf vardır. Seyfin qapağı açıq vəziyyətdədir. Seyf dəmir materialdandır, ağ-boz rənglidir. Seyfin qapağında sındırma alətinin izi var, qapaq zədələnmiş və açılıb bağlanmır. Baxışda iştirak Şahid1 Qanuni nümayəndə məxsus 5000 manat pulun həmin seyfdən oğurlandığını bildirmişdir. Seyf və giriş qapısının qıfıl hissəsi iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən götürülmüşdür. (İ cild iş vər. 6-18); “ifadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsi yerində yoxlanılarkən, o, xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs inzibati binasının üçüncü mərtəbəsində yerləşən Qanuni nümayəndə məxsus 309 nömrəli xidməti iş otağının giriş qapısının qıfılını və otaqda olan seyfin qapısını dəmir linglə sındırdığını, seyfdən 5000 manat pul oğurladığını, sonra isə həmin dəmir lingi inzibati binanın ikinci mərtəbəsində yerləşən xidməti iş otağının pəncərəsinin önünə qoyduğunu bildirmişdir. ( İ cild iş vər. 67-71); məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3/49 №li rəyindən görünür ki, tədqiqata təqdim edilən seyfin və onun qapısının üzərində zədələr vardır. Seyfin gövdəsinin çərçivəsində (qapının oturaq hissəsi) və qapısının, rəzələrinin üzərində olan zədələr uc hissəsi nisbətən yastı olan bərk küt predmetin təsirindən yaranmağa xarakterikdir. Belə predmetə deşici xassəyə malik olan ling və tədqiqata təqdim edilən mismarçıxardan da aiddir. (İİ cild iş vər. 69-71); “sübutların qiymətləndirilməsi” haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə məxsus bir ədəd xəzinə seyfi və Təqsirləndirilən şəxs məxsus bir ədəd dəmir ling-mismarçıxardan maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir. (İİ cild iş vər.72-92); Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 00:25-dən hesablanmışdır. (İ cild iş vər. 111-112); Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (İ cild iş vər. 138-139); Şəki Apelyasiya Məhkəmədinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2021-ci il tarixədək seçilmiş həbs qətimkan tədbirinin eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Yevlax Rayon Məkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. (İ cild iş vər. 196-200); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( İ cild iş vər. 127); AZ-İİİ seriyalı 229110 №li doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı- xx.xx.2013-cu il təvəllüdlü Ramis adlı uşağı vardır. (İİ cild iş.vər. 59); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs dövlət qulluqçusu ilə bir araya sığmayan hərəkətlər etməklə dövlət idarəsi hesab edilən və işlədiyi Zərərçəkmiş şəxs binasında digər əməkdaşın(iş yoldaşının) iş otağından oğurluq etmişdir. Təqsirləndirlən şəxsin törətdiyi əməl, onun törədilmə üsul və qaydası ümumilikdə cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan bir ədəd xəzinə seyfi Qanuni nümayəndə təhvil verilməli, bir ədəd dəmir ling-mismarçıxardan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Yevlax rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd xəzinə seyfi Qanuni nümayəndə təhvil verilsin, bir ədəd dəmir ling-mismarçıxardan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 140 ( bir yüz qırx) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar