Məhkəmə qərarları › İş №1(039)-47/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-47/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-47/2022 16.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 03 dekabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Nizami prospekti, ev 149-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəheroini əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,795 qram miqdarında narkotik vasitə-heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 18 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Yevlax şəhərində “Köhnə körpü” adlanan ərazidə həmin narkotik vasitə olan heroindən 0,443 qram miqdarında olan hissəsini tanışı Şahid4 25 manat pula qanunsuz olaraq satmış, qalan 0,352 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamış, 01 dekabr 2021-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Yevlax şəhəri, Nizami prospektində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 21:05 dəqiqədən saat 21:25 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 0,352 qram miqdarında narkotik vasitə heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Şahid4 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 19 noyabr 2021-ci il tarixdə saat 10:20 radələrində, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri, Neftkəməri küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, onun üzərində həmin tarixdə saat 10:50 dəqiqədən saat 11:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə Təqsirləndirilən şəxs satdığı 0,443 qram miqdarında narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən dörd-beş ay olardı ki, narkotik vasitə heroindən istifadə etmişdir. 18 noyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb piyada olaraq Yevlax şəhəri, C.Kərimov küçəsi ilə hərəkət etmişdir. Həmin vaxt yerdə bir ədəd kağız büküm olduğunu görmüşdür. Bükümü götürüb içərisinə baxmış və təxminən bir qram miqdarında heroinin olduğunu görmüşdür. Heroin istifadə etdiyi üçün həmin heroini götürməyi və az-az istifadə etməyi qərara almışdır. Həmin bir büküm heroini götürüb əynindəki şalvarının cibinə qoymuşdur. Bundan sonra “Köhnə körpü” adlanan əraziyə getmiş və orada tanışı Şahid4la rastlaşmışdır. Surac ona ağrıdığını demiş və Suraca bir dəfə istifadə etmək üçün heroin verməyini xahiş etmişdir. Bundan sonra o, heroinin bir hissəsini təxminən 0,4 qramını kağıza büküb pay formasında Suraca vermişdir. Həmin narkotik maddəyə görə Suracdan pul almamışdır. Qalan heroini özündə saxlamışdır. 01 dekabr 2021-ci il tarixdə saat 20:30 radələrində Yevlax şəhəri, Nizami prospektində olmuşdur. Əynindəki şalvarının sağ yan cibində bir ədəd kağız bükümdə təxminən 0,3 qram miqdarında heroin olmuşdur. Həmin vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirib onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub X4 özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynindəki şalvarının sağ yan cibində bir ədəd qızılı-ağ rəngli kağız bükümdə olmuş heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bükümün içərisində narkotik vasitə heroin olduğunu və heroini yerdən tapıb əldə etdiyini demişdir. Təhqiqatçı heroini bükümlə birlikdə elektron tərəzidə çəkmişdir. Üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,352 qram miqdarında narkotik vasitə heroin aşkar edilmişdir. Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı Şahid4 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə aşkar edilmiş 0,443 qram miqdarında narkotik vasitə heroini 18 noyabr 2021-ci il tarixdə günorta saatlarında Suraca o, vermişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkil Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Yevlax şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə ona 01 dekabr 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin əmri ilə onun, postpatrul xidməti bölüyünün polis nəfəri Şahid2, baş təhqiqatçı Şamil Xəlilovun iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 20 radələrində polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri, Nizami prospektinə getmişlər. Saat 20:30 radələrində Səlimin həmin prospektində olduğunu görmüş və Səlimə yaxınlaşmışlar. Səlimə qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olduğunu, Səlimin saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Səlim üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Səlimin üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Ariflə birlikdə Səlimi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişlər. X10 şübhəli şəxs qismində tutmuşdur. Səlim Yevlax şəhər Vəkil Bürosunun vəkili Hüseyn Abbasov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X7 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şamil Xəlilov onun, Şahid2 və Hüseyn Abbasovun iştirakı ilə Səlimin üzərində şəxsi axtarış aparmışdır. Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 “Samsung” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Səlim əynindəki şalvarın sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Səlim bir ədəd kağız bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 18 noyabr 2021-ci il tarixdə günorta saatlarında C.Kərimov küçəsində yerdən tapıb əldə etdiyini demişdir. Şamil Xəlilov heroinə bənzər maddəni kağız bükümü ilə birlikdə elektron tərəzidə çəkmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra Səlimin üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Səlim heroinin satışı ilə məşğul olmuş, 18 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Yevlax şəhərində “Köhnə körpü” adlanan ərazidə 25 manat pulun müqabilində tanışı Şahid4 0,443 qram miqdarında narkotik vasitə heroin satmışdır. Səlim 0,352 qram miqdarında heroini isə satmaq məqsədi ilə üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 149-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi, saxlaması və satması barədə 01 dekabr 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 20:30 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs tutaraq Yevlax rayon polis şöbəsinə gətirib baş təhqiqatçı Şamil Xəlilova təhvil vermişlər. Baş təhqiqatçı X11 Kərimovun üzərində şəxsi axtarış aparacağını, həmin istintaq hərəkətini kamera vasitəsi ilə video çəkilişlə qeydə almağını bildirmişdir. Baş təhqiqatçı X8 üzərində şəxsi axtarışa başlamışdır. O, istifadəsində olmuş “Samsung” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Səlim bir ədəd kağız bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 18 noyabr 2021-ci il tarixdə günorta saatlarında C.Kərimov küçəsində yerdən tapıb əldə etdiyini bildirmişdir. Bundan sonra Səlimin üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. “Samsung” markalı kamera vasitəsi ilə çəkdiyi 11 dəqiqə 58 saniyə müddətində olan videoçəkilişi bir ədəd diskə köçürüb Şamil Xəlilova təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, təxminən bir il olar ki, narkotik vasitə heroin istifadə etmişdir. Heroini Yevlax şəhəri, “5-ci plan” adlı küçədə yaşayan Səlimdən almışdır. Səlimdən 18 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Yevlax şəhərində Kür çayının üstündə yerləşən “Köhnə körpü” adlanan körpünün yaxınlığında 25 manat pulun müqabilində narkotik vasitə heroin almışdır. Səlimin orada olduğunu görmüş və Səlimə yaxınlaşmışdır. Səlim ona təxminən bir qram miqdarında heroinin olduğunu, 25 manat pulun əvəzində ona sata biləcəyini demişdir. İstifadə etmək üçün həmin heroini almaq qərarına gəlmişdir. Bundan sonra Səlimə 25 manat pul vermiş və Səlim ona bir bükümdə heroin vermişdir. Heroini əynindəki şalvarının cibinə qoymuş və yaşadığı evə qayıtmışdır. Həmin gün heroinin yarı hissəsini istifadə etmişdir. Heroinin qalan təxminən 0,4-0,5 qram hissəsi bükümdə qalmışdır. Həmin heroini səhəri gün istifadə etməyi nəzərdə tutmuşdur. 19 noyabr 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Neftkəməri küçəsində olmuşdur. Bir ədəd kağız bükümdəki heroin isə onun əynində olmuş qırmızı rəngli gödəkçənin sağ yan cibində olmuşdur. Həmin vaxt Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək onu tutub polis şöbəsinə gətirmişlər. Təhqiqatçı onun üzərində şəxsi axtarış aparmışdır. Həmin vaxt əynindəki gödəkçənin sağ yan cibində olmuş bir ədəd kağız bükümdəki heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bükümün içərisindəki maddənin heroin olduğunu, heroini tanışı Səlimdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Yevlax rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman əynində olmuş gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 0,443 qram miqdarında narkotik vasitə heroin aşkar edilmişdir. Aşkar edilmiş 0,443 qram miqdarında narkotik vasitə heroini tanışı Səlimdən 25 manat pulun müqabilində almışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan bir ədəd qızılı-ağ rəngli kağız bükümü əynindəki şalvarın sağ yan cibindən özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 02 dekabr 2021-ci il tarixli 17/834 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd heroinə oxşar kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,352 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-0,352 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 0,302 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 27 yanvar 2022-ci il tarixli 17/99 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd heroinə oxşar kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan heroin ilə üzərində “Vət. Şahid4 üstündən aşkar edilmiş bir ədəd heroinə oxşar kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılıağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. a) Heroinin təmiz çəkisi-0,302 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,252 qram. b) Heroinin təmiz çəkisi-0,393 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,343 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 28 yanvar 2022-ci il tarixli 122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Saatlı rayon Məhkəməsinin 02 iyul 2015ci il tarixli 1(055)-44/2015 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 08.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(091)-003/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 4(039)-182/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2005-ci il təvəllüdlü Fincan, 2008-ci il təvəllüdlü Yusif, 2010-cu il təvəllüdlü Əli, 2011-ci il təvəllüdlü Lyuba, 2013-cü il təvəllüdlü Nataşa, 2015-ci il təvəllüdlü Alışan, 2017-ci il təvəllüdlü Yasəmən və 2019-cu il təvəllüdlü Liza adlı altı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 08 dekabr 2021-ci il tarixli 2157 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 01.11.2018-ci il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. X2 törətdiyi cinayət əməlindən etiraf edib səmimi peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 01 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,252 və və 0,343 qram olan heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,302 qram, 0,252 qram və 0,343 qram heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar